qoşulmaq sözü azərbaycan dilində

qoşulmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qoşulmaq • 99.3636%
  • Qoşulmaq • 0.5706%
  • QOŞULMAQ • 0.0658%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.22 dəfə / 1 mln.
2002 •••••• 6.85
2003 •••••••••••••••••• 22.44
2004 ••••••••••••• 16.51
2005 ••••••••••••••• 18.89
2006 ••••••••••• 13.51
2007 •••••••••••• 15.22
2008 ••••••••••••• 16.08
2009 ••••••••• 10.40
2010 •••••••• 9.35
2011 ••••••••••• 13.64
2012 ••••••••••• 14.03
2013 •••••••••• 12.40
2014 ••••••••• 10.81
2015 ••••••••••••••••••• 24.16
2016 •••••••••••••••••••• 25.51
2017 ••••••••••••••••• 20.97
2018 ••••••••••••••••• 21.13
2019 ••••••••••••••••• 21.56
2020 •••••••••••••••• 19.36

qoşulmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. “Qoşmaq”dan məch. Atlar arabaya qoşulmuşdur. Fayton qoşulmuşdur. Vaqonlar parovoza qoşuldu. 2. t-siz. Birləşmək, qarışmaq, daxil olmaq, bir işin iştirakçısı olmaq. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn. Payızda [Şamama] da anasına qoşulub pambıq yığırdı. İ.Əfəndiyev. // Şərik olmaq, razı olmaq, qəbul etmək. Yoldaş sədr, cavanlar deyənə mən də qoşulub qol qoya bilərəmmi? Mir Cəlal. 3. t-siz. Yoldaş olmaq, birləşmək, əlaqə saxlamaq. [Məsmə:] Xəstəxanaya getməyə ürəyim gəlmirdi. Nəhayət, bir gün tanış bir qadına qoşulub oraya getdim. S.Hüseyn. 4. Məşğul olmağa başlamaq, pis iş dalınca getmək. [Naçalnik:] Sən mənim məsləhətimi eşitməyib, yenə yaman işə qoşuldun. M.F.Axundzadə. 5. t-siz. Qarışmaq, müdaxilə etmək. [Məşədi Qurban:] Sənlik nə var ki, bu işə qoşulursan? Sən nəçisən? M.F.Axundzadə. O, heç özünün də xəbəri olmadan söhbətə qoşulmuşdu. Ə.Əbülhəsən. ◊ Qoşulub qaçmaq (getmək) – köhnə məişətdə: ata-anasının razılığı və xəbəri olmadan, qızın sevdiyi oğlanın evinə getməsi. [Sona xanım:] Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan … bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. M.F.Axundzadə. Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə ona qoşulub qaçmaq istəyirdi. S.S.Axundov. [Məhərrəm:] Mən sənin yerinə olsam, Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm və qandıraram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq istəyir, onda bəlkə… N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / qoşulmaq

qoşulmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qoşulmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QOŞULMAQ – AYRILMAQ Mən də “Qardaşlar” birliyinə qoşuldum (Ə.Məmmədxanlı); Gülnaz bir neçə addım anasından ayrılıb, özünü qabaqda gedən üç nəfərə çatdırdı (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qoşulmaq

qoşulmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. запрягаться, впрягаться; 2. присоединяться, включаться, приобщаться, примыкать, примкнуть; 3. водиться, связываться (с кем-то);

    Azərbaycanca-rusca lüğət / qoşulmaq
  • 2 1 глаг. 1. запрягаться, запрячься, быть запряжённым 2. впрягаться, впрячься, быть впряжённым во что. Arabaya qoşulmaq впрячься в (телегу) 3. сопрягаться, быть сопряженным 4. присоединяться, присоединиться, примыкать, примкнуть к кому-л., чему-л. Çağırışa qoşulmaq присоединяться к призыву; söhbətə qoşulmaq присоединяться к разговору, demokratik hərəkata qoşulmaq присоединяться к демократическому движению, nümayişçilərə qoşulmaq присоединяться к демонстрантам 5. включаться, включиться во что. Mübarizəyə qoşulmaq включаться в борьбу, işə qoşulmaq включаться в работу 6. приобщаться приобщиться к чему-л. Elmə qoşulmaq приобщиться к науке ◊ qoşulub qaçmaq сбежать из дома родителей с кем-л. (тайно, без согласия родителей выйти замуж), уйти уходом 2 глаг. сочиняться, быть сочинённым, слагаться, быть сложенным, импровизироваться, быть импровизированным. Qəhrəmanlar haqqında yeni mahnılar qoşulub о героях сложены новые песни

    Azərbaycanca-rusca lüğət / qoşulmaq

qoşulmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (öküz və s.) to be* yoked; (at, it və s.) to be* harnessed; 2. (vaqon və s.) to be* coupled; 3. (cərəyan) to be* connected; 4. (şer) to be* written; 5. (mahnı) to be* composed; 6. (bir kəsə) to join (d.); (həmrəy olmaq) to associate (oneself) (with); Tezliklə uşaqlar bizə qoşuldular Soon the children joined us; mübarizəyə ~ to join in the fight; söhbətə ~ to join (in) conversation

    Azərbaycanca-ingiliscə lüğət / qoşulmaq

qoşulmaq sözünün fransız dilinə tərcüməsi

qoşulmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. məch. акалнаваз хьун, гилигнаваз хьун, кутунваз хьун, кутӀуннаваз хьун, гилитӀнаваз хьун; 2. акал хьун; садхьун; шерик хьун, рази хьун; 3. агалтун; юлдаш хьун, алакъа хуьн; кьил кьун (рах.); 4. акахьун, экечӀун (мес. са кардик, ихтилатдик); ** qoşulub qaçmaq (getmək) акал хьана катун, акал хьана фин (диде-бубадиз хабар авачиз руш вичиз кӀани гададин кӀвализ).

    Azərbaycanca-ləzgicə lüğəti / qoşulmaq

qoşulmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#qoşulmaq nədir? #qoşulmaq sözünün mənası #qoşulmaq nə deməkdir? #qoşulmaq sözünün izahı #qoşulmaq sözünün yazılışı #qoşulmaq necə yazılır? #qoşulmaq sözünün düzgün yazılışı #qoşulmaq leksik mənası #qoşulmaq sözünün sinonimi #qoşulmaq sözünün yaxın mənalı sözlər #qoşulmaq sözünün əks mənası #qoşulmaq sözünün etimologiyası #qoşulmaq sözünün orfoqrafiyası #qoşulmaq rusca #qoşulmaq inglisça #qoşulmaq fransızca #qoşulmaq sözünün istifadəsi #sözlük