* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Acı sözlər demək, zəhərləmək, sancmaq, birinə acı söz deyib qəlbini incitmək. [Zeynal:] – Sən istədiyin qədər bağır! – deyə qocanı acılayırdı. A.Şaiq. [Kor seyid] bəzi vaxt Məsməni nalayiq sözlər ilə acılarmış. S.Hüseyn. Sarxan dəstənin ortasında durmuşdu. Onu yenə də acılayırdılar. M.Hüseyn. ACILANMAQməch.Acı sözlərlə pərt edilmək, qəlbi sındırılmaq, acı sözlər deyilmək.
Azərbaycan dilinin izahlı lüğəti / acılamaq2 ACILAMAQ (acı sözlər demək) [İmamqulu:] Adamlarla hesablaşmamağım, yaxşı təkliflə gələnləri acılayıb yola salmağım., bunun nəticəsidir (M.İbrahimov); İYNƏLƏMƏK (məc.) Əlyarov: Əvvəldən vardı hüsnü camalı, indi olub dəli Bayramalı! – deyə o yenə Xəlili iynələdi (M.Hüseyn); QƏLBİNƏ DƏYMƏK Sallanıb-sallanıb özünü öymə; Elə süzgün baxıb qəlbimə dəymə (Aşıq Ələsgər); QƏLBİNƏ TOXUNMAQ Ninanı məhəbbətlə saxla, onun qəlbinə toxunma (M.S.Ordubadi); SANCMAQ (məc.) Elman Rafiqi qızışdırır, Rafiq Ədhəmi sancır (Ə.Kərim).
Azərbaycan dilinin sinonimlər lüğəti / acılamaq2 глаг. kimi уязвлять, уязвить; говорить, сказать колкости, обижать, обидеть кого-л.
Azərbaycanca-rusca lüğət / acılamaq2 to come the acid / to sting someone / to wound someone / to taunt someone с сердцем (сердито cказать) / язвить / отпускать колкости
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / acılamaq1 f. blaisser vt ; offenser ; dire des paroles mordantes ; outrager vt
Azərbaycanca-fransızca lüğət / acılamaq