* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. tib. Bir xəstəliyin qabağını almaq, ya başlanmış xəstəliyi sağaltmaq üçün bədənə aşı maddəsi yeritmək, aşı vurmaq, peyvənd etmək. Uşaqları çiçəyə qarşı aşılamaq. Mal-qaranı aşılamaq. 2. k.t. Cır ağacı peyvənd etmək, qələm etmək, calamaq. // məc. Birləşdirmək, uyuşdurmaq, calamaq. İki gözdən tökülən yaş sanki iki qəlbdən göyərməyə başlamış duyğuları bir-birinə aşıladı. M.S.Ordubadi. 3. xüs. Dərini, gönü aşıya qoymaq. 4. məc. Bir adəti, xasiyyəti, fikri, əqidəni, üsulu və s.-ni müxtəlif vasitələrlə başqalarına mənimsətmək, keçirtmək, öyrətmək, tərbiyə etmək. Musiqi ona [Bəyimə] bəzən böyüklük, qüvvət və mətanət hissi aşılayırdı. Çəmənzəminli. İndi onun [Ulduzun] ürəyindəki sonsuz şəfqət hissi əllərinə, barmaqlarına elə bir … qüvvə aşılayırdı ki, bu əllərin sarıdığı yaralar sanki daha tez şəfa tapırdı. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / aşılamaq2 глаг. 1. дубить, выдубить. Gönü aşılamaq дубить кожу 2. прививать, привить: 1) пересаживать часть одного растения (глазок, черенок) на другое 2) вводить в организм вакцину, вакцинировать. Uşaqları çiçəyə qarşı aşılamaq прививать детям оспу 3) перен. делать привычным какое-л. чувство, качество и т.п. Gənclərə vətəndaşlıq mətanəti aşılamaq прививать молодёжи гражданскую стойкость, maraq aşılamaq nəyə прививать интерес к чему
Azərbaycanca-rusca lüğət / aşılamaq1 гл. 1. мед. бацӀар ягъун, цӀегьер ягъун, раб ягъун (азар акат тавун патал); mal-qaranı aşılamaq мал-къарадиз рапар ягъун; 2. х.м. кӀалам ягъун, кӀалам илигун; // пер. гилитӀун, мукьва авун; 3. хуьс. хам (ли) цагъада ттун, табагъун; 4. пер. са адет, хесет, фикир ва мс. жуьреба-жуьре рекьеривди масадбурук ракъурун (куткурун), масадбурун кьиле ттун, масадбуруз чирун.
Azərbaycanca-ləzgicə lüğəti / aşılamaq