axıtmaq sözü azərbaycan dilində

axıtmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • axıtmaq • 95.4545%
  • Axıtmaq • 3.0303%
  • AXITMAQ • 1.5152%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

axıtmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Axmasına səbəb olmaq. Suyu axıtmaq. Südü axıtmaq. Qan axıtmaq (adam öldürmək, ya yaralamaq). – Göztək bulaqlardan, buztək suları; Axıdıb çaylara qatar o dağlar. H.K.Sanılı. 2. Tökmək. Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı; Eşq əhlinə fəğan etməyi qanun etdin. Füzuli. Axıtdım alnımın inci tərini; Yanmadım ömrümün iki ilinə. S.Vurğun. □ Göz yaşı, yaxud gözlərinin yaşını axıtmaq – ağlamaq. Lotular oturub bir qədər mərhumu yalanbaşdan yad edib, göz yaşı axıtdılar. “Aşıq Qərib”. Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı. Gözlərinin yaşını axıdaraq səcdəyə düşdü. Çəmənzəminli. 3. məc. Çoxlu miqdarda və ardı-arası kəsilmədən göndərmək, yollamaq. Hər beşdə, üçdə etdi, hər səmtə bir səyahət; Hər bir səyahətində, seltək axıtdı sərvət. M.Ə.Sabir. [Uluca:] Başlayır kinə, çökür şən-şövkət; Axıdır Ruma xəzinə, sərvət. A.Şaiq. 4. Axar su ilə göndərmək. Çayla ağac axıtmaq. 5. məc. Süzmək, baxmaq. [Qazı] bir qədər qabağa gəlib qoşa ovcunu tutub qabağa və gözlərini yuxarı axıdıb… C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / axıtmaq

axıtmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

axıtmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. проливать, наливать, дать, заставить течь; 2. сплавлять по реке, пускать по течению (что-нибудь); 3. по оплошности дать унести что-нибудь по воде;

    Azərbaycanca-rusca lüğət / axıtmaq
  • 2 глаг. nəyi: 1. проливать, пролить. Suyu axıtmaq проливать воду 2. сплавлять по реке, пускать по течению что-л. ◊ göz yaşı axıtmaq лить, проливать слёзы

    Azərbaycanca-rusca lüğət / axıtmaq

axıtmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to shed*; göz yaşı axıtmaq to shed* tears (over); qanını axıtmaq to shed* one’s blood (for); 2. (odun, ağac və s.) to float (d.); (sal vasitəsilə) to raft (d.); ağac (kəsilmiş) axıtmaq to raft timber; 3. let smth. float

    Azərbaycanca-ingiliscə lüğət / axıtmaq

axıtmaq sözünün fransız dilinə tərcüməsi

axıtmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. авадарун; авахьуниз себеб хьун (мес. гьекь, яд); göz yaşı (gözlərinin yaşını) axıtmaq вилин накъвар авадарун, шехьун; 2. экъичун; qan axıtmaq иви экъичун, яна хер авун ва я рекьин; 3. пер. ара датӀана ракъурун, рекье тун (гзаф кьадар шей, хазина, мал); 4. авахна физвай цел алаз ракъурун (мес. ттар, шалман); 5. пер. вил аладарун, килигун.

    Azərbaycanca-ləzgicə lüğəti / axıtmaq

"axıtmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#axıtmaq nədir? #axıtmaq sözünün mənası #axıtmaq nə deməkdir? #axıtmaq sözünün izahı #axıtmaq sözünün yazılışı #axıtmaq necə yazılır? #axıtmaq sözünün düzgün yazılışı #axıtmaq leksik mənası #axıtmaq sözünün sinonimi #axıtmaq sözünün yaxın mənalı sözlər #axıtmaq sözünün əks mənası #axıtmaq sözünün etimologiyası #axıtmaq sözünün orfoqrafiyası #axıtmaq rusca #axıtmaq inglisça #axıtmaq fransızca #axıtmaq sözünün istifadəsi #sözlük