sataşmaq sözü azərbaycan dilində

sataşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sataşmaq • 88.0952%
  • Sataşmaq • 8.3333%
  • SATAŞMAQ • 3.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2006 ••••••••••• 0.23
2010 ••••••••••••• 0.27
2012 •••• 0.09
2013 •••••••••••••••••••• 0.44
2014 •••••••• 0.17
2019 ••••••• 0.14

sataşmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Birini acıqlandırmaq, pərt etmək, qanını qaraltmaq, təhqir etmək, ələ salmaq məqsədilə ona söz atmaq və ya başqa bir hərəkət göstərmək; sürtüşmək. [Murad bəy:] Bax, bu adam hər kəssə, sənə sataşmaq istəmişdir, aş qazanını aparmışdır. T.Ş.Simurq. [Gülzar:] Onların ağzı nədi sənə sataşırlar, birçəklərini bircə-bircə yolaram. İ.Hüseynov. // Zarafat məqsədilə söz atmaq, sürtüşmək, pərt etmək. Dilbərin rəfiqəsi yenə də oğlana sataşmaq istədi: – Kişi Fərhaddır, Fərhad! Görmürsən? Ə.Sadıq. 2. Namusuna toxunmaq. [Qarı:] O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. Çəmənzəminli. [Əliyar Toğrula:] [Yaşar] suyumuzu kəsir, qənd vermir, çay vermir, üstəlik bir arvaduşağımıza da sataşır. C.Cabbarlı. 3. Toxunmaq. [Həsənin] barmaqları zurnaya sataşcaq, əlinə alıb bir segah çaldı. B.Talıblı. ◊ Gözü sataşmaq – bax göz. [Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / sataşmaq

sataşmaq sözünün etimologiyası

  • 1 Anadolu türklərində sata feili “işə qarışmaq” mənasında qeydə alınıb.  -ş şəkilçisi qayıdış feil də düzəldir (dırma-ş-maq, gərnə-ş-mək, gic-i-ş-mək, do-la-ş-maq...). Ola bilsin ki, sataşmaq sözü qatışmaq feilinin təhrifi sayəsində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sataşmaq

sataşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 toxunmaq — dəymək — ilişmək — sürtüşmək — əsəbiləşdirmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / sataşmaq
  • 2 SATAŞMAQ Onlar Şamoya sataşmaq üçün kənd arasında sözlər yayırdılar (S.Rəhimov); ÖCƏŞMƏK [Rzaqulu:] Qoy o məni yaxşı tanısın, mənə öcəşməsin, xataya salmasın, hacı! (N.Vəzirov); SÜRTÜŞMƏK (məc., dan.) Telli: Min yol sənə demişəm, mənə sürtüşmə, xeyir aparmazsan (N.Vəzirov); DOLAŞMAQ (məc.), QUYRUĞUNU BASMAQ /TAPDALAMAQ, SÖZ ATMAQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / sataşmaq

sataşmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 SATAŞMAQ I f. Gözə görünmək, gözə dəymək. Ayağını üzəngidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı (İ.Şıxlı). SATAŞMAQ II f. Söz atmaq, ələ salmaq. Allah, Allah! Sən kafir oldun, dinə sataşdın (H.Cavid).

    Azərbaycan dilinin omonimlər lüğəti / sataşmaq

sataşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 задевать, приставать, трунить, подшучивать

    Azərbaycanca-rusca lüğət / sataşmaq
  • 2 глаг. 1. kimə задевать, задеть кого 2. приставать, пристать (назойливо преследуя, бесцеремонно обратиться с чем-л.). Yoldan keçənlərə sataşmaq приставать к прохожим 3. разг. обесчещивать, обесчестить (лишить женской чести) 4. дотрагиваться, дотронуться до кого-л., чего-л. Barmaqları sataşdı (toxundu) дотронулись пальцы (до кого-л. чего) ◊ gözünə (nəzərinə) sataşmaq бросаться, броситься в глаза; gözü sataşmaq заметить что-л.; gözü gözünə sataşmaq встретиться глазами

    Azərbaycanca-rusca lüğət / sataşmaq

sataşmaq sözünün inglis dilinə tərcüməsi

sataşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ктадун (хъел гъун, перт авун, иви чӀулаварун, хъачун, зарафатун патал садал гаф гьалчун, гьакӀ гьавалат хьун ва я маса гьерекат авун); алтад хьун, алкӀун; // зарафат патал гаф вегьин, перт авун; 2. намусдик хкуьрун; 3. галукьун, акьун, хкӀун; ** gözü sataşmaq кил. göz.

    Azərbaycanca-ləzgicə lüğəti / sataşmaq

sataşmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#sataşmaq nədir? #sataşmaq sözünün mənası #sataşmaq nə deməkdir? #sataşmaq sözünün izahı #sataşmaq sözünün yazılışı #sataşmaq necə yazılır? #sataşmaq sözünün düzgün yazılışı #sataşmaq leksik mənası #sataşmaq sözünün sinonimi #sataşmaq sözünün yaxın mənalı sözlər #sataşmaq sözünün əks mənası #sataşmaq sözünün etimologiyası #sataşmaq sözünün orfoqrafiyası #sataşmaq rusca #sataşmaq inglisça #sataşmaq fransızca #sataşmaq sözünün istifadəsi #sözlük