dalaşmaq sözü azərbaycan dilində

dalaşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dalaşmaq • 89.1892%
  • Dalaşmaq • 9.0090%
  • DALAŞMAQ • 1.8018%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dalaşmaq sözünün leksik mənası və izahı

  • 1 qarş. Savaşmaq, vuruşmaq, dava eləmək. Uşaqlar dalaşırlar. // Küsüşmək, sözləşmək, söyüşmək, bir-birinə ağır sözlər demək. [Nurəddin:] Baba, daha Gülpəri ilə dalaşma, mən razıyam. S.S.Axundov. [Müdir:] Adam evdə əsəbiləşə bilər, … bəlkə dalaşar da, fəqət dörd-beş illik bir ailə həyatını pozmaz. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / dalaşmaq

dalaşmaq sözünün etimologiyası

  • 1 Feilin qarşılıq növündə olan sözdür, ”bir-birini dalamaq” deməkdir. Dala­maq isə “dişləmək, qıcıqlandırmaq” mənasını verən sözdür. Gicitkanın da­laması da onun adının belə olmasına (gicitkan, “qıcıq törədən” deməkdir) gətirib çıxarmışdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dalaşmaq

dalaşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 vuruşmaq — savaşmaq — döyüşmək — sözləşmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / dalaşmaq
  • 2 DALAŞMAQ Bir gün Əşrəf məhəllə uşaqlarından biri ilə dalaşarkən, ağır bir əl qollarından yapışdı (A.Şaiq); BURUNLAMAQ (dan.) [Əbülhəsən bəy:] Bu sözdən sonra qarı bizdən uzaqlaşdı, bir çoxları ilə burunlaşdı (M.S.Ordubadi); ÇARPIŞMAQ Əbülhəsən bəy: Bunların çarpışması nəticəsində ikisindən birisi tələf olacaq... (M.S.Ordubadi); DAVA ETMƏK (ELƏMƏ) İsmayıl bəy: Men burada dava eləməyə gəlməmişəm (N.Vəzirov); DİDİŞMƏK İki qartal dağın təpəsində... qəzəblə didişirdi (Ə.Sadıq); DÖYÜŞMƏK, BOĞUŞMAQ (məc.) Kişi: Tərbiyəsizlər! Nə üçün boğuşursunuz? (A.Şaiq); SAVAŞMAQ Xan: Yox, Novruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi; necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın (C.Məmmədquluzadə); VURUŞMAQ ...ortalıqda iki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir bunları aralaşdıra bilməyir (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dalaşmaq

dalaşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 драться, грызться, ссориться, браниться

    Azərbaycanca-rusca lüğət / dalaşmaq
  • 2 глаг. 1. драться, подраться, бить друг друга, наносить побои друг другу 2. ссориться, поссориться, перессориться 3. поругаться, побраниться, повздорить

    Azərbaycanca-rusca lüğət / dalaşmaq

dalaşmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to fight (d. with); Uşaqlar dalaşırlar The children are fighting; 2. (mübahisə etmək) to quarrel (with), to fall* out (with); (söyüşmək) to swear*

    Azərbaycanca-ingiliscə lüğət / dalaşmaq

dalaşmaq sözünün fransız dilinə tərcüməsi

dalaşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 qarş. кукӀун, дяве авун (сад-садахъ галаз); uşaqlar dalaşırlar аялар кикӀизва; // элуькьун; гафарал фин, экъуьгъунар авун, сада-садаз залан гафар лугьун, (сад-садав) хъел хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / dalaşmaq

dalaşmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#dalaşmaq nədir? #dalaşmaq sözünün mənası #dalaşmaq nə deməkdir? #dalaşmaq sözünün izahı #dalaşmaq sözünün yazılışı #dalaşmaq necə yazılır? #dalaşmaq sözünün düzgün yazılışı #dalaşmaq leksik mənası #dalaşmaq sözünün sinonimi #dalaşmaq sözünün yaxın mənalı sözlər #dalaşmaq sözünün əks mənası #dalaşmaq sözünün etimologiyası #dalaşmaq sözünün orfoqrafiyası #dalaşmaq rusca #dalaşmaq inglisça #dalaşmaq fransızca #dalaşmaq sözünün istifadəsi #sözlük