yazmaq sözü azərbaycan dilində

yazmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yazmaq • 98.8014%
  • Yazmaq • 0.8562%
  • YAZMAQ • 0.3425%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yumurta yazmaq
Yumurta yazmaq Azərbaycan folklorunda bir dəb dir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazma dir. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. == Yazılmış yumurtalardan örnəklər == Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. == Həmçinin bax == Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.87 dəfə / 1 mln.
2002 ••••••••••••• 10.28
2003 •••••••••• 7.48
2004 ••••• 3.71
2005 •••••• 4.72
2006 •••••••• 6.08
2007 ••••••• 5.07
2008 ••••• 3.65
2009 •••••••••••• 9.12
2010 •••••••••••• 9.26
2011 ••••••••• 6.95
2012 ••••••••••• 8.52
2013 •••••••••••••••••••• 16.19
2014 •••••••••• 7.38
2015 •••••••••••• 9.70
2016 ••••••••••• 8.16
2017 •••••••••• 7.80
2018 •••••••• 5.69
2019 ••••••• 5.29
2020 ••••••••••• 8.22

yazmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızmaq. Hərflər yazmaq. Not yazmaq. Mürəkkəblə yazmaq. Karandaşla yazmaq. Təbaşirlə lövhədə yazmaq. – …Bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. C.Məmmədquluzadə. Bütün kənd Novruza müştərək kağız yazıb göndərdi. S.Rəhman. // Yazı işi ilə məşğul olmaq. Ər oxurmuş da, yazarmış da, anam! Ər deyil, mühlik azarmış da, anam! M.Ə.Sabir. // Hərfləri, sözləri və s.-ni cızmağı bacarmaq. Uşaq artıq adını yazır. // Yazı üçün yaramaq. Karandaş yaxşı yazır. Qələm pis yazır. 2. Bir şeyin yazılı mətnini hazırlamaq. Məktub yazmaq. Təliqə yazmaq. Ərizə yazmaq. 3. Bir şey haqqında yazılı məlumat vermək; fikrini yazılı və ya mətbu şəkildə bildirmək, söyləmək, ifadə etmək. Bu xüsusda məqaləmdə yazmışam. Ona yazın ki, tez gəlsin. O xüsusda qəzetdə yazmaq lazımdır. – Oxucularımızdan təvəqqe edirəm ki, müxbirimizin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Məmmədquluzadə. [Rza bəy:] Həzərat, vallah, sabah bunu mən qəzetəmdə yazaram. Ü.Hacıbəyov. // Məktub vasitəsilə müraciət etmək, bildirmək, məktub göndərmək. Çoxdandır bizə yazmırsan. Yoldaşları müntəzəm surətdə yazırlar. – [Mərcan bəy:] Ay kişi, kağızda da yazıbdır ki, sabah altıda gələcəyəm. Ü.Hacıbəyov. 4. Ədəbi-bədii, elmi, musiqi və s. əsərlər yaratmaq, təlif etmək. Hekayə yazmaq. Poema yazmaq. Dissertasiya yazmaq. Kantata yazmaq. Opera yazmaq. Balet yazmaq. – Bu qədri şeirdə olmaz nəmək, vəli; Seyyid, ləbin havası ilə yazdı bir kitabi-ləziz. S.Ə.Şirvani. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq. Ellərə güvənib yazsa sənətkar; İlham xəzinəsi tükənməz olar. S.Vurğun. // Mətbuatda iştirak (çıxış) etmək, öz əsərlərini hər hansı bir mətbuatda dərc etdirmək. O, qəzetə yazır. O, aktyorluqla bərabər arabir yazır. 5. Bir təşkilata və s.-yə qəbul edib adını dəftərə qeyd etmək. // Siyahıya almaq, qeyd etmək, qeydə almaq. On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə. 6. dan. Müsadirə etmək üçün siyahıya almaq, başını bağlamaq. Cinayətkarın əmlakını yazdılar.

    Azərbaycan dilinin izahlı lüğəti / yazmaq

yazmaq sözünün etimologiyası

  • 1 Tuva dilində yazı əvəzinə, cazı işlədilir. Cızmaq feili ilə bağlıdır. Azər­baycan dilində filankəsin üzünü ülgüclə yazıblar tipli cümlələr işlədilir. Buradakı yazmaq kəlməsi cızmaq sözünün dəyişmiş formasıdır. Yaz və cız fleksiya əla­mətidir. Professor Dəmirçizadə yazırdı: “Aturbaktanların (Cənubi Azərbaycan) və Arranların (Şimali Azərbaycan) dillərinin çoxdan iltisaqilik məc­rasına düş­mə­si...” Deməli, iltisaqilik bizdə həmişə olmayıb. Yazmaq sözü cızmaq sözündən tö­rə­mədir. Cizgi, cığır (əsli: izğır olub), cızmaq, yazmaq sözləri qo­hum­dur. Ümu­mi rəy belədir ki, dillər amorfluqdan iltisaqiliyə, oradan da flektivliyə doğru inkişaf edir. Bu, həqiqətdirsə, türk dilləri hələlik inkişafın ikinci pilləsindədir. Müba­hi­səlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) “Səhv etmək” deməkdir. Ondan yazıq sifəti (səhv etmiş) əmələ gəlib. İndi məna dəyişib. Azmaq variantı da var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yazmaq

yazmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 bildirmək — söyləmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / yazmaq
  • 3 YAZMAQ Şairəm, çünki vəzifəm budur əşar yazım; Gördüyüm nikü bədi eyləyim izhar, yazım (M.Ə.Sabir); QƏLƏM ÇALMAQ İyirmi ildir ki, qələm çalırsan; Yerdən də, göydən də ilham alırsan (S.Vurğun); QEYD ELƏMƏK/ETMƏK [Səslər:] Ağa, cəddinə qurban olum, məni də o kağıza qeyd elə (M.S.Ordubadi); RƏQƏM QILMAQ Sən əgər söz verəsən: “Qorxma, qıl əhvali rəqəm”; Vəzi-halın yazılarsa zili-zilü bəmi bəm (M.Ə.Sabir); TUTMAQ (məc.) Əfruz nə məruzə üçün tezis tutmağa, nə də çıxış üçün qeyd eləməyə qabil deyil (M.Cəfər).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yazmaq

yazmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 YAZMAQ – POZMAQ Önümdəki dəftərə bir çox şey yazdım, pozdum (S.Rüstəm). YAZMAQ – SİLMƏK Qaz lələyi qanun yazar (Ata. sözü); Zaman silər ürəklərdən naləni (S.Rüstəm).

    Azərbaycan dilinin antonimlər lüğəti / yazmaq

yazmaq sözünün rus dilinə tərcüməsi

  • 1 писать, написать, записать

    Azərbaycanca-rusca lüğət / yazmaq
  • 2 глаг. 1. писать, написать: 1) изображать какие-л. графические знаки на чём-л. Mürəkkəblə yazmaq писать чернилами, aydın (açıq) yazmaq писать разборчиво, rusca yazmaq писать по-русски, ana dilində yazmaq писать на родном языке, mexaniki yazmaq писать механически 2) сочинять. Müasir mövzuda yazmaq писать на современную тему, müharibə mövzusunda yazmaq писать на военную тему, opera yazmaq писать оперу, libretto yazmaq писать либретто, nəzmlə yazmaq писать стихами, nəsrlə yazmaq писать прозой 3) составлять какой-л. текст, написать; Akt yazmaq писать (составлять) акт, qərar yazmaq писать решение, elan yazmaq писать объявление, ərizə yazmaq писать заявление, izahat yazmaq писать объяснение, gündəlik yazmaq писать (вести) дневник, məlumat yazmaq писать докладную, protokol yazmaq писать (вести) протокол, raport yazmaq писать рапорт, rəy yazmaq писать рецензию (отзыв), öz tərcümeyi-halını yazmaq писать автобиографию, cavab yazmaq писать ответ, şikayət yazmaq писать жалобу 4) к ому, ч ему обращаться к кому-л. письменно, посылать письма. Bizə yazırlar нам пишут; o, mənə çoxdandır ki yazmırdı он мне давно не писал 2. записывать, записать: 1) отметить письменно для памяти. Mühazirə yazmaq записывать лекцию, bloknota yazmaq записать в блокнот, kitabçaya yazmaq записать в книжку 2) нанести на плёнку при помощи специального аппарата. Söhbəti yazmaq записать беседу 3) внести в список, включить в состав чего-л. Məktəbə yazmaq записать в школу, həkimin qəbuluna yazmaq записать на приём к врачу, dərnəyə yazmaq записать в кружок 3. подписывать, подписать (включить в число подписчиков). Qəzetə abunə yazmaq подписать на газету 4. выписывать, выписать (написать для выдачи чего-л к ому-л.). Resept yazmaq выписать рецепт, dərman yazmaq выписать лекарство, order yazmaq выписать ордер 5. письменно сообщать, сообщить, заявлять, заявить. Bizə yazırlar ki, … нам сообщают, что …, məkələdə yazmaq заявлять в статье 6. вписывать, вписать. Azərbaycan alimləri Vətənimizin tarixinə çoxlu parlaq səhifələr yazmışlar азербайджанские учённые вписали много ярких страниц в историю нашей Родины; ələvə yazmaq приписывать, приписать (написать в добавление к чему-л.); yazıb qurtarmaq: 1. исписывать, исписать (израсходовать на писание). Dəftəri yazıb qurtarmaq исписать всю тетрадь; 2. дописывать, дописать (закончить писать что-л.). Məktubu yazıb qurtarmaq дописать письмо; təzədən yazmaq переписывать, переписать (написать заново); üstünü yazmaq (üstünə, üstündən) yazmaq надписывать, надписать (написать сверху или на внешней стороне чего-л.) ◊ ayağına yazmaq kimin приписывать, приписать к ому (счесть исходящим от кого-л., чего-л.); səkkiz yazmaq писать, выписывать, выделывать кренделя (вензеля), идти заплетающейся походкой

    Azərbaycanca-rusca lüğət / yazmaq

yazmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to write* (d.); qələmlə ~ to write* with a pen; mürəkkəblə ~ to write* in ink; karandaşla ~ to write* in pencil; xırda ~ to write* small; iri ~ to write* large; aydın ~ to write* plain, to write* a good hand; pis (oxunması çətin) ~ to write illegibly, to write* a bad hand; hekayə / roman / məktub və s. ~ to write* a story / a novel / a letter, etc.; 2. to write* down (d.), to put* down (d.), to take* down (d.), to note (d.); mühazirə ~ to make* / to take* notes at a lecture; bir kəsin hesabına ~ to put* down to smb.’s account (d.); protokola ~ to enter / to put* down / to record (d.) in the minutes; lentə ~ to record (d.); 3. (abunə) to subscribe (d.for); bir kəsi qəzetə ~ to subscribe smb. for a newspaper, to take smb.’s subscription to a newspaper

    Azərbaycanca-ingiliscə lüğət / yazmaq

yazmaq sözünün fransız dilinə tərcüməsi

yazmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кхьин; məktub yazmaq ччар кхьин; ərizə yazmaq арза кхьин; 2. кхьин (мес. диссертация), туькӀуьрун, теснифун (мес. контата, шиир); 3. къейд авун; сиягьдиз къачун.

    Azərbaycanca-ləzgicə lüğəti / yazmaq

yazmaq sözünün türk dilinə tərcüməsi

"yazmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yazmaq nədir? #yazmaq sözünün mənası #yazmaq nə deməkdir? #yazmaq sözünün izahı #yazmaq sözünün yazılışı #yazmaq necə yazılır? #yazmaq sözünün düzgün yazılışı #yazmaq leksik mənası #yazmaq sözünün sinonimi #yazmaq sözünün yaxın mənalı sözlər #yazmaq sözünün əks mənası #yazmaq sözünün etimologiyası #yazmaq sözünün orfoqrafiyası #yazmaq rusca #yazmaq inglisça #yazmaq fransızca #yazmaq sözünün istifadəsi #sözlük