* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. köhn. Üzüörtülü, daban tərəfi və pəncənin yarısı açıq, nallı kişi və qadın ayaqqabısı. [Sona:] Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı. M.F.Axundzadə. [Şeyx Şəban] yağış yağanda sel gətirən köhnə başmaqları, çustları … yığıb, qəlibə vurub, yamayıb ucuz qiymətlə … satırdı. Ə.Haqverdiyev. [Kor kişinin] əyninə geydiyi ləzgi şalından büzməli çuxası, ayağındakı dikdaban başmağı köhnə bir adam olduğunu bildirirdi. S.Hüseyn. // Ümumiyyətlə, ayaqqabı. …Mirzə Məmmədəli girir içəri, salam verib başmaqlarını çıxardır və keçib oturur öz yerində. C.Məmmədquluzadə. …Xasay başmaqların taqqıltısından hiss etdi ki, Məsmə qarı qapıya tərəf gəlir. M.Hüseyn. 2. xüs. Müxtəlif maşın və mexanizmlərdə: dayaq, qəlib, qoruyucu və s. vəzifəsini görən cürbəcür hissələrin adı. Başmaq qalınlığı 15-19 mm və uzunluğu 30-40 sm olan polad halqadan ibarətdir ki, bu da qoruyucu kəmərin aşağı ucuna bağlanır. Quliyev. ◊ Başmaqları da razı olmaq – ürəkdən, tamamilə razı olmaq. Məsmənin Hacı Seyid kişiyə getməsinə Pərzadın başmaqları da razı idi. Mir Cəlal. Başmaqlarını cütləmək, başmaqlarını cütləyib qabağına qoymaq məc. – qovmaq, rədd etmək, çıxıb getməsini tələb etmək. O oldu ki, Həsənovun başmaqlarını cütlədilər qabağına… Mir Cəlal. İki ayağını bir başmağa dirəmək (qoymaq, soxmaq) – inad etmək, tərslik etmək, dediyindən inadla əl çəkməmək. Qədim dayı Tükəz xalanın öyüd-nəsihətinə baxmadı, o, iki ayağını bir başmağa qoydu və inad elədi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / başmaq1 “Ayaqqabı” mənasını verən bu söz, ehtimal ki, basmaq feili zəminində əmələ gəlib. İkinci fərziyyəyə görə, başmaq sözü “dəri” mənasını da əks etdirir. Həmin dəridən hazırlanan ayaqqabıya “başmaq” deyilib. Xan Çoban Saraya həsr etdiyi şeirində deyir: Sağrı başmaq suda üzər, / Apardı sellər Saramı... Birinci misradakı sağrı sözü də “dəri” anlamında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / başmaq1 BAŞMAQ I is. köhn. Üstü yarıörtülü, dabanı açıq kişi və qadın ayaqqabısı. Mərcan xala bu dəfə də bir söz deməyib, başmağının üstündən geydiyi corablara baxaraq gülümsədi (Ə.Əylisli). BAŞMAQ II is. xüs. Müxtəlif maşın və mexanizmlərdə: dayaq, qoruyucu və s. vəzifəsini görən cürbəcür hissələrin adı. Başmaq qalınlığı 15-19 mm və uzunluğu 30-40 sm olan polad halqadan ibarətdir... (Quliyev).
Azərbaycan dilinin omonimlər lüğəti / başmaq2 I сущ. башмак: 1. ботинок или полуботинок. Başmaq geymək носить башмаки 2. тех. металлическая накладка, надеваемая на конец сваи. Başmaqdan çıxış выход из башмака, jelonka başmağı желоночный башмак 3. ж.-д. приспособление, служащее для торможения колёс II прил. тех. башмачный. Başmaq borusu башмачная труба, başmaq ucluğu башмачная насадка; başmaq sementləmə строит. башмачная заливка цементом ◊ başmaqları da razı olmaq быть полностью согласным; başmaqlarını cütləmək, başmaqlarını cütləyib qabağına qoymaq указать на дверь к ому; iki ayağını bir başmağa dirəmək (qoymaq, soxmaq) заупрямиться, упорствовать
Azərbaycanca-rusca lüğət / başmaq1 I. i. shoe; ağac ~ clog; ◊ iki ayağını bir maşmağa dirəmək (qoymaq) to persist (in); (tamamlıqsız) to be* stubborn / obstinate ◊ ~ları da razı olmaq to agree (with) completely / entirely II. i. tex. shoe
Azərbaycanca-ingiliscə lüğət / başmaq1 is. soulier m ; chaussure f ; ~ istehsalı cordonnerie f ; rezin ~ galoche f
Azərbaycanca-fransızca lüğət / başmaq1 сущ. 1. куьгьн. башмакь; // кӀвачинкъапар; шаталар, чапатӀар, чустар; 2. хуьс. башмак (машинра, механизмра); ** iki ayağını bir başmağa dirəmək (qoymaq, soxmaq) кьве кӀвач са чапӀатда ттун, терсвал авун, вичиз чидайди ахъай тавун.
Azərbaycanca-ləzgicə lüğəti / başmaq