başmaq-corab sözü azərbaycan dilində

başmaq-corab

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • başmaq-corab • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Corab
Corab, ayaqlara geyilən və tez-tez topuq və ya baldırın bir hissəsini örtən geyimdir. Ayaqqabı və ya çəkmələrin bəzi növləri adətən corabın üstündən geyilir. Qədim dövrlərdə corablar dəri və ya tutqun heyvan tükündən hazırlanırdı.
Başmaq (Həştrud)
Başmaq (fars. باشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (57 ailə).
Başmaq (Miyanə)
Başmaq (fars. اشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (214 ailə).
Marionet corab
Marionet corab — corabdan və ya başqa bənzər geyim əşyasından hazırlanmış marionet kukla. Kuklaçı corabı əlcək kimi əlinə keçirir və marionetin ağzı corabın dabanı ilə barmaqları arasındakı hissədən yaranır. Barmaqlar olan hissə ağzı əmələ gətirir və bəzən həmin hissəyə ortasına yapışqanla dil yapışdırılmış bərk keçə material bərkidilir. Corab o qədər dartılır ki, kuklaçının bilək və qolunu əhatə etmək üçün kifayət qədər uzansın. Adətən kuklaçı bir kürsünün arxasında gizlənir və əlini yuxarı qaldırır ki, üstdə yalnız kukla görünsün. Həmçinin, kuklaçılar açıq şəkildə marionetləri ilə göz önündə dayanıb marionetlər arasında söhbətləri dodaqlarını tərpətmədən (ventrologiya) yerinə yetirə bilər. == Kompozisiya == Marionet corab istənilən corabdan hazırlana bilər. Ancaq çox istifadə olunmuş corablar səhnədə dağıla bilər. Buna görə yeni corablar daha çox istifadə olunur. Coraba çox vaxt bir xarakter uydurub, ona görə göz və ağız qoyulur.
İylənmiş corab
İylənmiş corab və ya qoxumuş corab – uzun müddət istifadə olunduqdan sonra spesifik xoşagəlməz qoxuya malik corablar. Qoxuya səbəb ammonyak, yağ turşuları (xüsusilə, izovalerian turşusu) və süd turşusu qarışığıdır. İylənmiş corablar it və ağcaqanad kimi bəzi heyvanları özünə cəlb edir.İylənmiş corab qoxusunu tez-tez ayaqla əlaqələndirsələr də, insan ayağının süd məhsulları, pendir, sosiska, balıq kimi qidalarla təması nəticəsində yaranır, eləcə də, təbiətdə bəzi bitkilər də iylənmiş corab qoxusuna malikdir. Bəzən iylənmiş corab qoxusuna binaların və avtomobillərin hava təmizləmə sistemlərində də təsadüf olunur və bu hal "iylənmiş corab sindromu" adlanır. İylənmiş corab qoxusunu azaltmaq üçün corabın hazırlandığı parçalara xüsusi materiallar daxil etməyi təklif edən yeni texnologiyalar təklif olunmuşdur. == Analiz == Uzun müddət istifadə olunmuş corabdan gələn spesifik iyin bu birləşmələrdən qaynaqlandığı düşünülür: yağ turşusu (yağ iyisi verir) dimetil disulfid (soğan iyisi verir) dimetil trisulfid 2-heptanon (banan iyisi verir) 2-nonanon (meyvə, piy, çiçək iyisi verir) 2-oktanon (alma iyisi verir) == Tibb == İylənmiş corab qoxusu izovalerik asidoz xəstəliyinin əlamətlərindən biridir. 2-ci növ diabeti müalicə etmək üçün istifadə olunan metformin maddəsindən bənzər qoxu gəldiyi üçün pasiyentlər bu dərmandan imtina edirlər. Yaponiyada istifadə olunan qoxubilmə testlərinin biri "tərli corab" iyisini müəyyən etməyə əsaslanıb.Alkil nitritlər yeni olduqda meyvə qoxusu versə də, vaxt keçdikcə onlardan iylənmiş corab iyisi gəlir. == Mübarizə == İylənmiş corablardakı spesifik qoxu ilə mübarizə aparmaq üçün bir neçə həll yolu təklif edilmişdir. İngiltərənin Brayton şəhərindəki bir polis məntəqəsində həbs olunan şəxslərin corablarını saxlamaq üçün qoxukeçirməz şkaf quraşdırılıb.Corabların iylənməsinin qarşısını almaq üçün yeni növ texnoloji parçalar inkişaf etdirilib.
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.
Dəri corab (epopeya)
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper,sanki ona görə dünyaya gəlmişdi ki,hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri ,məhz, "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır. Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir.
Dəri Corab (romanlar silsiləsi)
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper,sanki ona görə dünyaya gəlmişdi ki,hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri ,məhz, "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır. Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir.

Oxşar sözlər

#başmaq-corab nədir? #başmaq-corab sözünün mənası #başmaq-corab nə deməkdir? #başmaq-corab sözünün izahı #başmaq-corab sözünün yazılışı #başmaq-corab necə yazılır? #başmaq-corab sözünün düzgün yazılışı #başmaq-corab leksik mənası #başmaq-corab sözünün sinonimi #başmaq-corab sözünün yaxın mənalı sözlər #başmaq-corab sözünün əks mənası #başmaq-corab sözünün etimologiyası #başmaq-corab sözünün orfoqrafiyası #başmaq-corab rusca #başmaq-corab inglisça #başmaq-corab fransızca #başmaq-corab sözünün istifadəsi #sözlük