baştağ sözü azərbaycan dilində

baştağ

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • baştağ • 60.0000%
  • Baştağ • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baştağ
Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi. Çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. == Azərbaycan memarlığında baştağlar == Azərbaycan memarlığında haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur. === Həcm-məkan baştağlar === Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.
Qoşa minarəli baştağ
Qoşa minarəli baştağ — XII əsrdə Möminə xatın türbəsinin qarşısında Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən və Atabəylər memarlıq kompleksinə giriş rolunu oynayan qoşa minarəli baştağ. == Kitabələri == XIX əsrin sonlarınadək qalan (1882-ci ildə sökdürülmüşdür) abidənin üstündə çoxlu kitabələr olmuşdur. Bu kitabələri X.M.Fren və N.V.Xanıkov tədqiq etmişdir. Ancaq bu kitabələr bizədək gəlib çatmamışdır. Ona görə də X.Frenin və N.Xanıkovun həmin kitabələr haqqında tədqiqatı onlar haqqında məlumat verən yeganə mənbələr kimi çox qiymətlidirlər. N.V.Xanıkovun məlumatından aydın olur ki, qoşa minarəli baştağn inşası 1187-ci ildə, Möminə xatın türbəsinin inşasından 1 il sonra başa çatmışdır. Abidənin portalının yuxarı hissəsində belə bir kitabə olmuşdur: “Böyük, adil, alim, hökmdar Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz – Allah onun qəbrini nurlandırsın” . Bu kitabədə Atabəy Məhəmməd Cahan Pəhləvanın ölümü haqqında konkret söz deyilməsə də, orada yazılan “Allah onun qəbrini nurlandırsın” fikrinə əsasən Atabəy Məhəmməd Cahan Pəhləvanın qoşa minarəli baştağın inşası başa çatarkən öldüyü bəlli olur. Məhz buna görə də Ə.Ələsgərzadə qoşa minarəli baştağın kitabələrini təhlil edərkən onun özünün də Möminə xatın türbəsinin sərdabəsində dəfn edilməsi fikrinə gəlmişdir . Möminə xatın türbəsinin qarşısında olan qoşa minarəli baştağ Atabəy Məhəmməd Cahan Pəhləvanın əmri ilə onun mütəvəllisi Nurəddin tərəfindən inşa etdirilmişdir.
Azərbaycan memarlığında baştağlar (kitab)
== Mövzusu == Baştağlar hələ qədim zamanlardan dünyəvi, dini, həm də müdafiə tikililərinin fasad həllində işlənib. Hazırda bu ənənə dini tikililərdə, inzibati dünyəvi tikililər silsiləsindən binalarda qorunub, az-çox istifadə olunsa da, şəhərsalmada əsas yer tutan ictimai, yaşayış, məişət və infrastruktur binalarının layihələndirilməsində demək olar ki, özünü göstərmir. Əslində, ta qədimdən (ən azı tikilinin giriş hissəsinin təşkilində) milli memarlıq kompozisiyasına, onların arasında baştağlara geniş yer verirdilər. O çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə xanım Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. Haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2016 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#baştağ nədir? #baştağ sözünün mənası #baştağ nə deməkdir? #baştağ sözünün izahı #baştağ sözünün yazılışı #baştağ necə yazılır? #baştağ sözünün düzgün yazılışı #baştağ leksik mənası #baştağ sözünün sinonimi #baştağ sözünün yaxın mənalı sözlər #baştağ sözünün əks mənası #baştağ sözünün etimologiyası #baştağ sözünün orfoqrafiyası #baştağ rusca #baştağ inglisça #baştağ fransızca #baştağ sözünün istifadəsi #sözlük