naqqal sözü azərbaycan dilində

naqqal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • naqqal • 87.3239%
  • Naqqal • 11.2676%
  • NAQQAL • 1.4085%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

naqqal sözünün leksik mənası və izahı

  • 1 sif. Çox, boş-boş danışmağı sevən; lağlağı, boşboğaz, gəvəzə, çərənçi. Naqqal adam. – Bu şəhərin arvadları çox dilli-ağızlı, özləri də çox naqqaldırlar. “Mol. Nəsr.”. // İs. mənasında. Nəfs deyir: baxma naqqal sözünə; Xeyrin gələn yerə ar eyləməynən. Aşıq Ələsgər. İndi də daş kimi dilsiz oturan adam danışdı: – Bu naqqal haradan gəlib çıxdı, baş-qulağımızı apardı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / naqqal

naqqal sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 boşboğaz — çərənçi — ağzıboş — çənəsiboş

    Azərbaycan dilinin sinonimlər lüğəti / naqqal
  • 2 NAQQAL [Attal:] Susdur bu naqqalı (A.Şaiq); AĞZIGÖYÇƏK (dan.) İldırım: Hansı ağzıgöyçəklər döl vaxtı mənim yanımda olub ki? (Ə.Vəliyev); AĞZIQƏŞƏNG (dan.) Bir para ağzıqəşənglər başlayıblar qəzetlərində yazmağa ki, gərək övrətlər oxusunlar, tərbiyə tapsınlar... cəmiyyət tərtib eləsinlər (C.Məmmədquluzadə); BOŞBOĞAZ Səlim bəy: Də kimlər gizlədir o boşboğazı (S.Rüstəm); ÇƏRƏNÇİ Gülcamal: Doğrudan da nə pis olurmuş arvadın çərənçisi (M.İbrahimov); ÇOXDANIŞAN Rüstəm: Ə, bu arvad nə çoxdanışandır! (Ə.Vəliyev); DANIŞQAN Zəhra: Kişinin danışqanı ilə xırdaçısı arvadını tez vərəmlədib öldürər... (Ə.Vəliyev); FÜZUL Sən qulaq as, əzizim, olma füzul (S.Ə.Şirvani); GƏVƏZƏ Sən demə bu yanşaq gəvəzənin biri imiş (“Koroğlu”); HƏRZƏ Kapitan hərzə adamlara məxsus bir əda ilə gülümsədi (A.Makulu); HƏRZƏGU Vaxta firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların (Q.Zakir); HƏRZƏKAR Gecələr şairlə fəxr eləyir; Hərzəkarın birilə fəxr eləyir (S.Rüstəm); NAĞILÇI Məşədi Rüstəm: Sən nə nağılçı kişisən (R.Əfəndiyev); UZUNÇU Nəsirov: Canım, sən uzunçu adamsan? (S.Rəhman); YANŞAQ (dan.) Bənövşə: Yadında saxla, sənin kimi ağzını boşuna qoyan adamlara yanşaq deyərlər (M.İbrahimov); ZƏVZƏK Bütün dəlləklər kimi, bu dəllək də çox zəvzək idi, lakin hələ danışmırdı, söz torbasını açmağa bir bəhanə axtarırdı (Çəmənzəminli); AĞZIBOŞ, ƏNGİBOŞ (dan.), HƏRZƏÇƏNƏ, OZAN (məc.), UZUNDANIŞAN.

    Azərbaycan dilinin sinonimlər lüğəti / naqqal

naqqal sözünün rus dilinə tərcüməsi

  • 1 1. говорливый, болтливый; 2. говорун, болтун, пустослов, пустомеля, краснобай;

    Azərbaycanca-rusca lüğət / naqqal
  • 2 I прил. болтливый (чрезмерно говорливый) II сущ. болтун, болтунья, пустослов, пустомеля, пустобрех

    Azərbaycanca-rusca lüğət / naqqal

naqqal sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. talker, chatterer, gas-bag, windbag; chatter-box II. s. garrulous, talkative; (sirr saxlaya bilməyən) indiscreet; d.d. blabbing; ~ adam a garrulous / talkative person

    Azərbaycanca-ingiliscə lüğət / naqqal

naqqal sözünün fransız dilinə tərcüməsi

naqqal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил., сущ. гзаф рахадай, буш-буш рахадай; къаркъар, кьитӀкьитӀчи, лагълагъчи (кас).

    Azərbaycanca-ləzgicə lüğəti / naqqal

naqqal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Qazax, Quba, Naxçıvan, Salyan, Şərur) çoxdanışan, uzunçu. – Hasan çox naqqal adamdı (Qazax) II (Cəlilabad, Saatlı, Sabirabad, Yardımlı) lovğa, özünü öyən. – Mənim naqqal adamnan xoşum gəlmir (Yardımlı) III (Gədəbəy, Tovuz) tərs, höcət. – Məhəmmət yaman naqqaldı, onnan danışmağ olmor (Gədəbəy) IV (Ucar) həddindən artıq xəsis. – Səfər kişi çox naqqal adamdı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"naqqal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#naqqal nədir? #naqqal sözünün mənası #naqqal nə deməkdir? #naqqal sözünün izahı #naqqal sözünün yazılışı #naqqal necə yazılır? #naqqal sözünün düzgün yazılışı #naqqal leksik mənası #naqqal sözünün sinonimi #naqqal sözünün yaxın mənalı sözlər #naqqal sözünün əks mənası #naqqal sözünün etimologiyası #naqqal sözünün orfoqrafiyası #naqqal rusca #naqqal inglisça #naqqal fransızca #naqqal sözünün istifadəsi #sözlük