nəqqaş sözü azərbaycan dilində

nəqqaş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nəqqaş • 80.0000%
  • Nəqqaş • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəqqaş Mustafa Paşa
Nəqqaş Mustafa Paşa (v. 1653, Krit, Osmanlı imperiyası) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra, sarayda bostançıbaşı olaraq xidmət etdi. Bu vəzifədə ikən 4 avqust 1640-cı ildə Misir bəylərbəyi olaraq təyin edildi. Ancaq 2 il sonra - 3 oktyabr 1642-ci ildə vəzifədən alındı və bütün mal-mülkü müsadirə edildi. Daha sonra bağışlanaraq divan vəziri oldu. Bu vəzifədə ikən 1643-cü ildə Sultan Əhmədin qızlarından Xanzadə Sultanla nigahlandı. Ardından 1645–1647-ci illərdə Budin bəylərbəyi olaraq xidmət etdi. 1649-cu ildə Gürcü Nəbi adlı üsyançının aradan qaldırılması ilə vəzifələndirildi.
Usta Zeynal Nəqqaş
Usta Zeynal Nəqqaş (Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə; 1839, Ordubad – 1904, Ordubad, Naxçıvan qəzası) — xəttat nəqqaş və şair. == Həyatı == Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərir. Ordubadda sonra isə Təbrizdə mədrəsə almış, nəqqaşlıq sənəti ilə yanaşı, ərəb-fars dillərini və klassik Şərq şerini mükəmməl öyrənmişdir. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olmuşdur. Ədəbi irsindən çox az nümunələr dövrümüzədək gəlib çatmışdır. Əlyazma divani itdiyindən yaradıcılığı haqqında ətraflı danışmaq mümkün deyil. Lakin əldə olan nümunələr göstərir ki, Usta Zeynal Nəqqaş həm klassik, həm də tənqidi-realist üslubda şeirlər yazmışdır. == Fəaliyyəti == === Şeirləri === Şeirləri bədii sənətkarlıq xüsusiyyətləri, orijinal obrazları, cinas qafiyələri ilə diqqət cəlb edir. "Nə bilim" adlı satirik şeirindən misralar: === İctimai məzmunlu şeirləri === İctimai məzmunlu şeirlərində dövrün sosial ziddiyyətləri, yoxsul camaatı iqtisadi və mənəvi əsarətdə saxlayan hakim təbəqələr tənqid olunur. Azərbaycanın digər şəhərlərində fəaliyyət göstərən ədəbi məclislərin üzvləri ilə əlaqəsi saxlamış, onlarla şerlənmiş, məktublaşmışdır.
Əli Əşrəf Nəqqaş Avşar
Əli Əşrəf Nəqqaş Avşar (d. 1708-?) Qacar dövrünün rəssam və xəttatlarından və qələmdan üstündə rəssamlıqın görkəmli ustalarından idi.O, Məhəmməd Zamanın şagirdlərindən idi.O, Urmiyanın Avşar elindən idi və Allahverdi Naqqaşın böyük qardaşı idi == Əsərləri == Onun əsərlərindən bir çoxu muzeylər və incəsənət kolleksiyalarda mövcuddur ki, o cümlədən Şeyx Sənan və Xristian Qız qələmdanı, Gül və Quş qələmdanı və Gül və Quş güzgü çərçivəsinə işarə etmək olar. == Şagirdlərı == Ağa Sadıq Ağa Zaman Sani Ağa Bağır == İstinadlar == == Qaynaqlar == اسدی زاده، پرویز، و دیگران. دائ‍ره‌الم‍عارف یا فرهن‍گ دانش و هن‍ر شامل‌: اطلاعات عم‍ومی.
Ağa Əbülhəsən Nəqqaşbaşı Avşar
Ağa Əbülhəsən Allahverdi oğlu Nəqqaşbaşı Avşar(Urmiya – 1888) — Azərbaycan rəssamı. == Həyatı == Əbülhəsən Allahverdi oğlu Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" kitabında yazır: "Onun rəssamlıq əsərləri və rəngli peyzajlarını əmisi, məşhur rəssam Əliəşrəf Avşarın qələmdan və kitab üzərində çəkdiyi miniatur və rəsmlərindən ayırd etmək mümkün deyildir. Əziz xan Sərdar onun əsərlərini töhfə kimi Tehrandakı əyanlara göndərərdi. Onun qələmdan üzərində çəkdiyi rəsmlər hələ sağlığında əlli tümənə satılırdı. Əbülhəsən hicri qəməri 1306 (1888)-cı ildə vəfat etmişdir. ("Əl-məsair vəl-asar"-"Hünərlər və əsərlər") == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh.
Nəqqaşlıq sənəti
Nəqqaşlıq — hansısa şəklin və ya yazının kəsici alətlə müxtəlif materialın üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ-tətbiqi sənət növü kimi qəbul edilir. Müasir dövrdə əsasən məişət əşyalarının bəzək işlərində tətbiq edilir. Texniki xüsusiyyətlərinin çətinliyi ucbatından uzun illər bu işlə yalnız mahir sənətkarlar məşğul olublar və bu sənət əsrlər boyu yüksək qiymətləndirilib. Nəqqaşlıqla məşğul olan kəslərə nəqqaşlar deyilir. Nəqqaşlar ya mexaniki üsulla, ya da əl ilə işləyirlər. Bu zaman onlar metal, daş, taxta, şüşə üzərinə müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürlər. Adətən nəqqaşlar həm də rəssam və xəttat olurlar. Hələ qədim dövrlərdən insanlar müxtəlif növ metallar üzərinə sözlər, təsvirlər həkk etməyi öyrəniblər. Keçmişdə materialı əsasən kəsmə və döymə üsulu ilə onların üzərinə təsvirləri həkk ediblər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2004 ••••••••••••••••••• 0.34
2010 •••••••••••••••••••• 0.36
2015 •••••••••• 0.17
2018 ••••••••• 0.15
2019 •••••••••••••••• 0.28
2020 ••••••••••••••• 0.27

nəqqaş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bax nəqşbənd; 2) Allah, tanrı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"nəqqaş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəqqaş nədir? #nəqqaş sözünün mənası #nəqqaş nə deməkdir? #nəqqaş sözünün izahı #nəqqaş sözünün yazılışı #nəqqaş necə yazılır? #nəqqaş sözünün düzgün yazılışı #nəqqaş leksik mənası #nəqqaş sözünün sinonimi #nəqqaş sözünün yaxın mənalı sözlər #nəqqaş sözünün əks mənası #nəqqaş sözünün etimologiyası #nəqqaş sözünün orfoqrafiyası #nəqqaş rusca #nəqqaş inglisça #nəqqaş fransızca #nəqqaş sözünün istifadəsi #sözlük