Səd ibn Əbu Vəqqas
Səd ibn Əbu Vəqqas (ərəb. سعد بن أبي وقاص; 595, Məkkə – təq. 674 və ya 675, Mədinə) — Məhəmməd peyğəmbərin səhabəsi, ilk iman gətirənlərdən biri.
İlk mühacirlədən olmuş və Bədr müharibəsində iştirak etmişdir. Ömər ibni Xəttabın xilafət üçün təyin etdiyi altı namizəddən biridir. Əhli-sünnətin nəzərinə görə, Behişt müjdəsi verilən on nəfərdən biridir.
Ömər ibni Xəttabın Qadisiyyə müharibəsinin qəhrəmanlarından olmuşdur. Deyilənə görə, bəzi səhabələr onun əsl-nəsəbində şəkk etmiş, yadına salaraq ona əziyyət edirlərmiş. Rəvayətə görə Peyğəmbər onun nəsəbini sabit etmişdir və o, Bəni Zöhrə qəbiləsindəndir.
İbni Qüteybə “Əl-imamətu vəs-siyasət” kitabında qeyd etmişdir ki, Bəni Zöhrə Peyğəmbər (s) dünyadan getdikdən sonra Səd ibni Əbi Vəqqas və Əbdürrəhman ibni Ovfun ətrafına yığıldılar.