Vərqa sözü azərbaycan dilində

Vərqa

Yazılış

  • Vərqa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vərqa və Gülşa
Vərqa və Gülşa (az-əbcəd. ورقا و گولشا‎) - XVII əsr Azərbaycan şairi Məsihi tərəfindən yazılmış liro-epik poemadır (məsnəvi). Poema 1628-1629-cu illərdə Azərbaycan dilində yazılmışdır. Əsər Yaxın Şərq xalqları arasında məşhur olan qədim əfsanənin süjeti əsasında yazılmışdır. Əsər Səfəvi şahı I Abbasın ölüm ilində tamamlanmışdır. Şah Abbasın mədhi ilə başlayan poema, Şah I Səfiyə həsr edilmiş qəsidələr və şairin oğluna vəsiyyəti ilə tamamlanır. "Vərqa və Gülşa" poeması orta əsrlərdə azərbaycandilli ədəbiyyatın ən yaxşı romantik poema nümunələrindən biri hesab edilir. Poemada Vərqa və Gülşa adlı baş qəhrəmanların sevgisindən və onların birlikdə keçməli olduqları ağır sınaqlardan bəhs edilir. Əsərdə çoxlu döyüş səhnələri, döyüşçüləri, onların quldurlarla toqquşmalarını təsvir edən hissələr mövcuddur. Vərqa şairin ideal insan obrazının təcəssümü olmaqla ədalət uğrunda mübarizə aparır.
Vərqa Və Gülşa (Yusif Məddah)
Vərqa və Gülşa — XIV əsrdə yaşamış Azərbaycan şairi Yusif Məddah tərəfindən qələmə alınmış əsər. Ərəb əfsanəsi olan, buna baxmayaraq ilk dəfə İran ədəbiyyatında məsnəvi kimi görünən Vərqa və Gülşa hekayəsi Qəznəvilər dövründə Əyyuqi adlı bir şair tərəfindən qələmə alınıb. Bu mövzu İran ədəbiyyatının digər məsnəvi mövzuları kimi geniş yayılmayıb. Vərqa və Gülşa mövzusu türk ədəbiyyatında ilk dəfə 1368–1369-cu ildə Yusif Məddah tərəfindən işlənilib. Yusif Məddahın həyatı haqqında çox məlumat yoxdur. XIV əsrdə yaşadığı məlumdur. Lakin onun doğum və ölüm tarixi məlum deyil. Onun adı sadəcə Şeyxoğlunun "Kənzül Kübəra və Məhəkkül-Uləma" adlı əsərində çəkilir. Müəllif həmçinin əsərinə Vərqa və Gülşa məsnəvisindən aşağıdakı beyti daxil edib: "Sənligün gedər hicab olmuş sənəSən onun üzünə onsuz baxsana" İ. Hikmət şairi daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərviş hesab edir. Bu mülahizəni söyləyərkən о, əsasən, Yusif Məddahın fars dilində yazdığı ''Xamuşnamə'' məsnəvisindəki fikirlərə əsaslanır.

Oxşar sözlər

#vərqa nədir? #vərqa sözünün mənası #vərqa nə deməkdir? #vərqa sözünün izahı #vərqa sözünün yazılışı #vərqa necə yazılır? #vərqa sözünün düzgün yazılışı #vərqa leksik mənası #vərqa sözünün sinonimi #vərqa sözünün yaxın mənalı sözlər #vərqa sözünün əks mənası #vərqa sözünün etimologiyası #vərqa sözünün orfoqrafiyası #vərqa rusca #vərqa inglisça #vərqa fransızca #vərqa sözünün istifadəsi #sözlük