Volqa-Baltik su yolu
Volqa-Baltik su yolu (1810-1963-cü illər - Mariin su sistemi) — Rusiya Federasiyasının şimal-qərbində Xəzər və Baltik dəniz hövzələrini birləşdirən göl, çay və kanallar sistemi. Uzunluğu 1100 km, Aşağı Şeksna və Şeksna (Çerepovetskoye) su anbarından, Kovja çayı və Ağ göl, Vıteqra çayı və suayrıcı kanaldan keçən su yolu.
Rıbinski su anbarı, Çerepovets şəhəri, Şeksna çayı, Ağ gölü, Kovja çayı, Mariin kanalı, Vıteqra çayı, Oneqa kanalı, Oneqa gölü, Svir çayı, Ladoqa gölü və Neva çayından keçir. Mariin su sistemi 1799-1810-cu illərdə tikilib, 1890-1896-cı illərdə yenidən qurulub, 1964-cü ildə əsaslı rekonstruksiyadan sonra indiki adını almışdır. Uzunluğu təxminən 1100 km, gəmiçilik üçün sərbəst keçid dərinliyi 3-4 metrdən az deyil. Bu da öz növbəsində 5000 tona qədər su tutumu olan gəmilərin keçidini təmin etməyə imkan verir. Volqa-Baltik yolunun davamı Oneqa gölü ilə Ağ dənizi birləşdirən Ağdəniz-Baltik kanalı hesab edilir.
Volqa-Baltik kanalının xüsusiliyi ondadır ki, Baltik hissəsinin bütün şlyuzları Paxomov hisəsi istisna olmaqla 13, 5 metr hündürlüyə malikdir. Bu da öz növbəsində kanalın tikintisində standart konstruksiyalardan istifadə edilməsinə imkan verib. Kanalda cəmi 7 şlyuz var, onlardan yanlız biri - Paxomov şlyuzu ikitərəflidir.