* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••• | 10.28 |
2003 | ••••••••• | 21.26 |
2004 | •• | 4.04 |
2005 | ••••• | 10.12 |
2006 | •• | 4.28 |
2007 | •• | 3.38 |
2008 | ••• | 4.87 |
2009 | •••• | 8.00 |
2010 | ••• | 7.08 |
2011 | ••• | 6.69 |
2012 | •••• | 7.23 |
2013 | ••••••• | 14.59 |
2014 | •••••• | 12.87 |
2015 | •••••••••• | 23.82 |
2016 | •••• | 8.68 |
2017 | ••••• | 11.22 |
2018 | ••••••• | 16.03 |
2019 | •••••••••••••••• | 37.97 |
2020 | •••••••••••••••••••• | 47.74 |
1 is. 1. Qarşı tərəfdən işıq düşən hər hansı bir şeyin qara əksi. Binanın kölgəsi. Kölgəsi yerə düşmək. – …Kəndlilər gəlib çömbəliblər tayanın kölgəsində. C.Məmmədquluzadə. Bizim bağa su axıdır açdığın bərə; Bizim tutdan sizin bağa kölgə düşəcək. M.Araz. □ Kölgə salmaq – bax kölgələmək. Ağac kölgə salmışdı. – Az qala başım yetişə göylərə; Şax-budağım kölgə salıb hər yerə. M.Ə.Sabir. …Ərik və tut ağacları başbaşa verərək, günün qabağını çətir kimi tutur, yaşıl otların, tər yoncaların üzərinə sərin kölgə salırdı. İ.Əfəndiyev. // məc. İnsanın daxili hiss və həyəcanının üzündə, gözündə ifadəsi, təcəssümü. Qəm kölgəsi üzünü bürüdü. – Yorğunluğun kölgəsi; Sıralanmış alnının; Qırışıq izlərində. R.Rza. Balaca Nərgizin üzündən bir kölgə keçdi. Ə.Məmmədxanlı. // İşıq şüalarının bilavasitə düşmədiyi yer, sahə: kölgə yer, kölgəlik. Kölgədə oturmaq. Kölgə tərəfə keçmək. – Divar dibində kölgədə xoruz, toyuqlar uyqular… A.Səhhət. [Alış nazirə:] Gəlin, barı gedək, bir kölgədə dincəlin. B.Bayramov. 2. Rəsmdə və ya şəkildə təsvir edilən hər hansı bir şeyin az işıq düşən hissəsi. 3. Qaranlıqda, dumanda aydın görünməyən şey; qaraltı. Kölgə kimi seçilmək. – Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn. Yağışdan qorxmadı, boran bilmədi; Onu sarsıtmadı hənirti, kölgə. M.Rahim. Qayınana ilə gəlin şirin danışdıqları zaman qapıda bir kölgə göründü. Ə.Vəliyev. 4. Əks, şəkil mənasında. Suda öz kölgəsini görüb o zaman; Sandı bir özgə itdir ol heyvan. A.Səhhət. 5. məc. Kölgənizdə, kölgəsində şəklində məc. – köməyinizlə (köməyi ilə), himayənizdə (himayəsində), sayənizdə (sayəsində). [Uşaqlar] ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Ə.Haqverdiyev. [Allahqulu:] Allah onlara kömək eləsin, onların kölgəsində gəlib çıxdım. Çəmənzəminli. ◊ Kölgədə qalmaq – gözə görünməmək, üzə çıxmamaq, tanınmamaq, özünə diqqəti cəlb etməmək. [Sərətan:] Bir odur təhlükə mənə ölkədə; Önündə şöhrətim qalır kölgədə. M.Rahim. …kölgədə qoymaq (buraxmaq) – 1) …ikinci yerdə buraxmaq, …daha irəliyə keçmək, birinci olmaq, diqqət mərkəzində olmaq; 2) fikir verməmək, diqqətsiz buraxmaq, laqeyd baxmaq. Kölgə kimi – yanından əl çəkmədən, daim izləyərək, ayrılmadan. Kölgə kimi izləmək. Kölgə kimi əl çəkməmək. – [Xavər Arifə:] Kölgən kimi həp pəsincə qoşdum; Eşqinlə qanadlanıb da uçdum. H.Cavid. Səltənət evdən çıxanda Cəlil onu kölgə kimi təqib edir, bir an belə gözdən qoymurdu. Ə.Vəliyev. Cuma … kölgə kimi ondan üzülməyən qadına … qapını bağlamaq işarəsini verdi… Ə.Əbülhəsən. Kölgə salmaq məc. – bürümək, əhatə etmək. Əcəl başımıza kölgə salmamış; Sizdən “can” eşidim, sizə “can” deyim. B.Vahabzadə. Lakin son həftələr Ulduzun gözlərinə böyük bir nigarançılıq kölgə salmışdı. Ə.Məmmədxanlı. Kölgəsindən qorxmaq (ürkmək) – çox qorxaq, ürəksiz adam haqqında. Kölgəsindən ürkən Məşədi Qulam Ceyranoğlunu titrətmə götürdü. S.Rəhimov. Kölgəsini qılınclamaq – hədələyərək dalınca danışmaq, düşmənçilik etmək. [Balaxanım Dadaşa:] Sən yüz də o Şiraslanın kölgəsini qılınclayasan, … heç bir şey apara bilməyəcəksən. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / kölgə1 Mənbələrdə kölə rus dilində “давать тень” kimi tərcümə olunub. Həmin feildən də köləgə (indi kölgə) sözü əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kölgə1 1. KÖLGƏ Yenə o bağ olaydı sevdalar ölkəsində; O söyüd kölgəsində; İnci qumlar üstündə yenə verib baş-başa; Yayı vurardıq başa (M.Müşfiq); KÖLGƏLİK Bu arxları atan mən; Suyu suya qatan mən; Kölgəlik yada qaldı; Gün altında yatan mən (Bayatı); SAYƏ (kl.əd.) Gün tülu etmiş üfüqdən, arizi çün ayə, bax; Çətri-mişkini salıb xurşid üzrə sayə (Heyran xanım). 2. kölgə bax kabus, xəyal I
Azərbaycan dilinin sinonimlər lüğəti / kölgə2 I сущ. 1. тень: 1) пространство, защищенное чём-л. от лучей солнца. Gündə və kölgədə на солнце и в тени, zəif kölgə слабая тень, bütöv kölgə сплошная тень, kölgədəki hərarət температура в тени, kölgədə dincəlmək отдыхать в тени, kölgədə oturmaq сидеть в тени 2) темное отражение на чем-л., отбрасываемое предметом, освещенным с противоположной стороны. Kölgə düşür nəyə, haraya тень падает на что, куда; kölgə salmaq бросать тень, ağacın kölgəsi тень дерева 3) места на рисунке, картине (пятна, штрихи и т.п.), изображающие наименее освещенные участки чего-л. Şəkildə işıq və kölgə təzadı контраст света и тени на картине 4) неясные в темноте очертания фигуры человека, животного или предмета; силуэт. Qaranlıqda bir kölgə göründü в темноте показалась какая-то тень 5) отражение какого-л. внутреннего состояния на лице, в глазах человека (обычно печального и тревожного). Üzündə yorğunluq kölgəsi var idi тень усталости лежала на его лице, təşviş kölgəsi тень беспокойства 2. мед. затенение (затенённое место, потемнение, обнаруживаемое при рентгене) II прил. теневой: 1. относящийся к тени. Kölgə zonası физ. теневая зона 2. находящийся в тени. Evin kölgə tərəfi теневая сторона дома, dağın kölgə yamacı теневой склон горы 3. представляющий тень (на картине). Peyzajın kölgə yerləri теневые места пейзажа 4) разг. действующий, существующий незаконно; уклоняющийся от налогов. Kölgə biznesi теневой бизнес, kölgə iqtisadiyyatı теневая экономика ◊ qara kölgələr черные тени; ölüm kölgəsi тень смерти; kölgə kimi sürünmək ползти неотступно как тень, kölgə kimi izləmək преследовать как тень; öz kölgəsindən qorxmaq (hürkmək) бояться своей тени; kölgə salmaq бросать тень на кого, на что; kölgəsində dolanmaq (yaşamaq) kimin жить под чьим покровительством; gözlərimə kölgə çökdü потемнело в глазах (в глазах стало темно); qorxu kölgəsi тень страха; sizin kölgənizdə под вашим покровительством; kölgəsi də görünməyib kimin, nəyin не показывался где; kölgədə qoymaq kimi оставить в тени (опередить, оставить позади; превзойти по значимости, по качеству) кого, что; kölgədə qalmaq оставаться в тени; kölgəsini qamçılamaq (qılınclamaq) kimin постоянно хулить, поносить, бранить кого
Azərbaycanca-rusca lüğət / kölgə1 I. i. 1. shade; shadow; işıq və ~ light and shade; ağac(ın) ~si the shadow of a tree; ~ axtarmaq to look for the shade / a shady place; ~də oturmaq to sit* in the shade; ağacın ~sində uzanmaq to lie* in the shadow of the tree; ~də qalmaq 1) to stay in the shade; 2) məc. to remain in the shadow, to keep* in the background; to take* a back seat; ~ vermək (rəsmə) to shade (d.); ~ salmaq to cast* a shadow; ~yə çəkilmək məc. to efface oneself; ~ kimi izləmək to shadow (d.), to follow / to accompany like a shadow (d.); ~ kimi çəkilib getmək to shade away / off; öz ~ sindən qorxmaq / hürkmək to be* afraid of one’s own shadow; Kölgə düşür Shadow falls; ◊ bir kəsin ~sində under smb’s care, due to smb’s care, with smb’s help; Kölgən qalın olsun! ≅ You are so generous! Köpək qaya kölgəsində yatıb, elə bilir ki, öz kölgəsidir at. söz. ≅ One mustn’t consider the blessing granted to him to be the result of his own efforts; 2. (aydın görünməyən şey, qaraltı) shadow; Qaranlıqda bir kölgə evə tərəf yaxınlaşırdı In the dark a shadow was approaching the house II. s. shady; shadowy; ~ yer shady place; ~ teatrı shadowy pantomime, galanty show
Azərbaycanca-ingiliscə lüğət / kölgə1 is. ombre f ; ombrage m ; ~də olmaq 1) rester vi (ê) à l’ombre ; 2) məc. effacer (s’)
Azərbaycanca-fransızca lüğət / kölgə1 сущ. 1. хъен; эхъен; хъен квай чка, серин чка; böyük ağacın kölgəsi böyük olar. Ata. sözü чӀехи тарцихъ чӀехи хъенни жеда; // kölgə salmaq кил. kölgələmək; 2. пер. инсандин къенепатан гьиссер-рикӀин къалабулух, юргъунвал ва мс. вилерай ва я чинай акун; 3. шикилда къалурнавай затӀунин экв тӀимил аватзавай, хъен квай чка (пай); 4. мичӀи чкадай, цифедикай ва мс. чӀулав хъен хьиз аквадай затӀ; 5. шикил (цяй, гуьзгуьдай ва мс. аквадай); 6. kölgənizdə, kölgəsində куь (адан, абурун) эхъендик кваз, куь (адан, абурун) куьмекдалди, куь (адан, абурун) экуьник акатна; ** kölgədə qalmaq хъендик кумукьун, винел акъат тавун, дуьздал акъат тавун, чир тахьун; kölgəsindən qorxmaq (ürkmək) вичин хъендикайни кичӀе хьун, кхунун (рикӀ-жигар авачир, гзаф кичӀе касдикай рахадамаз); qorxaq kölgəsindən ürkər. Ata. sözü кичlедаз вичин хъендикайни кичlе жеда; kölgəsini qılınclamaq хъен турунив ягъун, гьелягъар кьаз кьулухъай рахун, душманвал авун.
Azərbaycanca-ləzgicə lüğəti / kölgə