* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••• | 65.10 |
2003 | ••••••••••• | 44.49 |
2004 | •••••••••••• | 49.86 |
2005 | •••••••••••••• | 56.68 |
2006 | •••••••••••••••••• | 73.88 |
2007 | •••••••••••• | 48.63 |
2008 | ••••••••••• | 43.12 |
2009 | ••••••••••••• | 52.15 |
2010 | ••••••••••••••• | 62.00 |
2011 | •••••••••••••• | 56.02 |
2012 | •••••••••••••••• | 65.91 |
2013 | •••••••••••••••••• | 75.42 |
2014 | •••••••••••••••••••• | 86.15 |
2015 | ••••••••••••••• | 63.45 |
2016 | ••••••••••••• | 54.14 |
2017 | ••••••••••• | 46.01 |
2018 | ••••••••••• | 47.19 |
2019 | •••••••••••• | 51.32 |
2020 | •••••••••• | 41.51 |
1 sif. [fars.] 1. Uzun müddət işlənməkdən dağılmış, xarab olmuş, yıpranmış, köhnəlmiş; nimdaş (yeni ziddi). Köhnə ayaqqabı. Köhnə palto. Köhnə araba. Köhnə stul. – Pişxidmətlər şüru etdilər Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələtişahanəni ona geydirməyə. M.F.Axundzadə. Üstünə köhnə bir cecim atılıb; Çarvadarlar gün altda yatmışdır. A.Səhhət. Ələsgər dayı özü ilə Kürdüstandan kim bilir hansı zamandan qalmış köhnə bir saz gətirmişdi. İ.Əfəndiyev. // Çoxdan qalan (saxlanan). Köhnə çaxır. Köhnə sirkə. 2. Bundan öncə olan, əvvəlki, sabiq, keçmiş (təzə ziddi). Köhnə direktor. Köhnə rəis. Köhnə sədr. – [Miraxur:] Sən Allah, Mirzə Həbib, de görüm xalq bizim köhnə padşahımızın haqqında nə danışır? M.F.Axundzadə. Bir bax gör köhnə briqadir yerində nə qurdalanır? Q.İlkin. 3. Çoxdan qalma, keçmiş, çoxdan işlənən, indiyədək davam edən, keçmişə aid olan, vaxtı keçmiş. Köhnə üsul. Köhnə qayda. – Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar. C.Məmmədquluzadə. Köhnə istibdad düşdü, parladı tərzicədid. Ə.Qəmküsar. Gənclərimizin köhnə adət və etiqadların təsirinə düşmələrinə dözmək olmaz. Ə.Sadıq. 4. Qədim, keçmiş dövrə aid, əski. Köhnə şəhər divarları. Köhnə bina. Köhnə abidələr. – Köhnə Azərbaycanın uzaq bir bucağında; Qoca Həsən dayının alçaq koması vardı. R.Rza. Cavad kəndin qabağındakı köhnə qala yerlərini nəzərdən keçirtdi. Ə.Vəliyev. Səngərdir başdan-başa o köhnə Mədinənin; Hər küçəsi, hər tini. B.Vahabzadə. 5. Təcrübəli, qocaman, stajlı, dünyagörmüş, bir işdə çox işləyib bişmiş; bişkin. Köhnə müəllim. Köhnə xanəndə. Köhnə usta. – Düzdür, Bayram kişi özü köhnə ovçu idi. M.Rzaquluzadə. // Yaşlı, qoca, yaşca daha böyük. Köhnə kişi. Köhnə qadın. – Bəzi köhnə yaşlı kişilər və bir para Allah bəndələrindən başqa onu sayan, ona həmişəki ehtiramı edən yox idi. Qantəmir. [Sultan:] Axırda, cavanlarımıza yumruq dəyəndə də … barbar bağırdılar ki, bəs ay nə bilim, köhnə kadrlar bizim qabağımızı kəsirlər, bizə post vermirlər!… İ.Hüseynov. // İs. mənasında (əsasən cəmdə işlədilir). Köhnələrin fikri. – O köhnələrdən əcəb kim, utanmayıb da, deyirlər; Gərək bu əsrə görə böylə, böylə adət olaydı! M.Ə.Sabir. 6. Çoxdankı, lap əvvəlindən, əski. Köhnə şəhərli. Köhnə tanış. – Yox yeni bir dinə yəqinim mənim; Köhnə müsəlmanəm, a şirvanlılar! M.Ə.Sabir. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şaban daxil oldu. Ə.Haqverdiyev. Sən mənə tanışsan, mən sənə tanış; Bu köhnə dostunu tanı, bənövşə! M.Dilbazi. 7. Mürtəce, vaxtı keçmiş, indiki dövrə uyğun gəlməyən (yeni ziddi). Köhnə fikir. Köhnə əqidə. – “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz, üfunət saçan həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov. ◊ Köhnə hamam, köhnə tas – bax əski hamam, əski tas (“əski1”də). Köhnədən vurub təzədən çıxmaq – həm köhnədən, həm təzədən, hər şey haqqında danışmaq. …Mürşüdoğlu nağıla başlayıb köhnədən vurub təzədən çıxdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / köhnə3 1. KÖHNƏ (müxtəlif mənalarda) Yalnız mənim sevgilimin mahnısını dinləyir; Bu yerlərdə köhnə həyat can çəkişir, inləyir (A.İldırım); ƏSKİ [Uşaqlar:] Hey sən, hey əski dünya, təslim ol! Sənə qarşı yürüş var (M.Müşfiq); QƏDİM (məc.) Hacı Murad: Məhərrəm bəy, ..qədim dostunuzu yadınıza saldınız (S.S.Axundov); QƏDİMİ Davud: Xarab olan qədimi saatımı dükana düzəltməyə gətirmişəm (H.Abbaszadə). 2. köhnə bax nimdaş 3. köhnə bax sabiq 4. köhnə bax arxaik 5. köhnə bax boyat
Azərbaycan dilinin sinonimlər lüğəti / köhnə1 KÖHNƏ – TƏZƏ Təzə qoltuqlarda köhnə falçılar; Nə qədər baş-başa gəlməliyik biz (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / köhnə2 I прил. 1. старый: 1) давно созданный, существующий долгое время. Köhnə bina старое здание, köhnə şəhər старый город, köhnə park старый парк, köhnə ənənə старая традиция, köhnə mahnı старая песня, köhnə film старый фильм, köhnə (qədim) abidələr старые (старинные) памятники 2) давно занимающийся какой-л. деятельностью, опытный, бывалый. Köhnə işçi старый работник, köhnə müəllim старый учитель 3) давно известный. Köhnə ideya старая идея, köhnə lətifə старый анекдот 4) многолетний, выдержанный. Köhnə şərab старое вино, köhnə sirkə старый уксус 5) изношенный, давно сделанный, ставший ветхим, негодным от времени, от долгого употребления. Köhnə kostyum старый костюм, köhnə ayaqqabı старая обувь, köhnə maşın старая машина 6) ветхий, обветшалый, пришедший в негодность. Köhnə ev старый дом, köhnə dəyirman старая мельница 7) утративший свои качества, ставший не свежим от длительного хранения (о продуктах питания). Köhnə yağ старое масло, köhnə xörək старый обед 8) негодный, недействительный, использованный до определенного срока. Köhnə vəsiqə старое удостоверение, köhnə təqvim старый календарь, köhnə buraxılış (icazə) vərəqəsi старый пропуск, köhnə əlifba старый алфавит, köhnə pul старые деньги (вышедшие из обращения) 9) устарелый, устаревший, несовременный. Köhnə dəb старая мода, köhnə üsul старый метод 10) давний, давнишний. Köhnə vərdiş старая привычка, köhnə xasiyyət старый характер, köhnə xatirələr старые воспоминания, köhnə qonşular старые соседи, köhnə dost старый (старинный) друг, köhnə tanışlıq старое знакомство 11) предшествующий теперешнему, прежний, бывший. Mətnin köhnə çapı старое издание текста, köhnə ünvan старый адрес, köhnə mənzil старая квартира 12) не свежий (о периодических изданиях, письмах и т.п. прошедших дней, лет). Köhnə qəzet старая газета, köhnə jurnal nömrəsi старый номер журнала, köhnə məktublar старые письма 13) относящийся к урожаю или запасам предшествующего года. Köhnə taxıl старое зерно, köhnə məhsul старый урожай 14) относящийся к прежнему, отжившему строю, режиму. Köhnə dövlət aparatı старый государственный аппарат, köhnə dünya старый мир 2. старинный: 1) существующий с давних времен. Köhnə (qədim) kitablar старинные книги, köhnə (qədim) əşyalar старинные предметы 2) давний, старый. Köhnə tanışlıq старинное знакомство 3. устарелый (вышедший из употребления, не отвечающий современным требованиям). Köhnə baxışlar устарелые взгляды, köhnə (köhnəlmiş) sözlər устарелые слова II сущ. старое (то, что было прежде). Köhnəni unutmamaq не забывать старого, köhnəni yenisi ilə əvəz etmək старое заменить новым; köhnə vaxtlarda (zamanlarda) в старые времена (в старину), köhnə qayda üzrə по-старинке; köhnə şeylər старье (старые, негодные вещи, барахло); köhnə şeylər (paltar) satan старьевщик, старьевщица (торговец старыми, подержанными вещами), köhnə şey alverçisi барахольщик, барахольщица ◊ köhnə düşmən dost olmaz старый враг другом не станет; hər şeyin təzəsi, dostun köhnəsi старый друг лучше двух новых, köhnə adət üzrə по старой привычке, köhnə bazara təzə nırx qoymaq в чужой монастырь со своим уставом идти, устанавливать, установить свои (новые) порядки (правила); köhnə bayatını çağırmaq затягивать старую песню, köhnə qurd старый волк, köhnə iy burnunda qalıb не может забыть о чём-л. прошедшем, köhnə yaranı təzələmək задеть за живое, бередить рану; köhnə kəndə təzə dəb salmaq см. köhnə bazara təzə nırx qoymaq; köhnə küllükləri eşələmək см. köhnə palan içi sökmək (açmaq); köhnə məsələ старый вопрос, köhnə nağıl старая история, köhnə palan içi sökmək (açmaq) ворошить старое, köhnə haqq-hesabı üzmək (çürütmək) kimlə свести старые счеты с кем; köhnə hamam, köhnə tas а воз и ныне там, ничего не изменилось, всё остаётся по-старому; köhnə şey kimi (atmaq) как старый хлам (выбросить), köhnə qayda ilə işləmək работать по старинке
Azərbaycanca-rusca lüğət / köhnə1 s. 1. old; (nimdaş) worn-out, threadbare, shabby; frayed; ~ paltarlar old / threadbare / shabby clothes; ~ çəkmələr worn-out / old shoes; ~ palto worn-out coat; ~ şlyapa shabby hat; ~ kitab frayed book; 2. (istifadə olunmuş mebel, kitab və s. haq.) second-hand; ~ mebel secondhand furniture; ~ kitablar second-hand books; 3. (boyat) stale, not fresh; ~ çörək / pivə və s. stale bread / beer, etc.; ~ xəbər stale news; ~ zarafat stale joke; 4. (istifadədən çıxmış) obsolete; ~ sözlər obsolete words; ~ avtomobillər obsolete automobiles; 5. (qədim) old, old-time, age-old, time-honoured, antique; ~ abidələr old monuments; ~ adamlar men of old; ~ adətlər old / age-old / time-honoured customs; 6. (əski, vaxtı keçmiş) old, outof-date, outdated, fogy, antiquated; (dəbdən düşmüş) old-fashioned, out of fashion; ~ quruluş old regime; ~ ənənələr antiquated / old-fashioned traditions; ~ üsul old method; ~ fikirli adam antiquated person; a fogy; a person having old-fashioned / fogy ideas; ~ ideyalar out-of-date / fogy ideas; 7. (çoxdankı) old; ~ dost old friend; ~ sakin old resident, amer. oldtimer; ~ şərab old wine; ◊ hər şeyin təzəsi, dostun köhnəsi (yaxşıdır) at. söz., ≅ Old friends and old wine are best; 8. (keçmiş, əvvəlki) old, former; ~ qayda üzrə / ilə in / after old way / manner; ~ direktor former director; ◊ Köhnə hamam, köhnə tas zərb.məs. ≅ No changes; Nothing has changed; The things are the same as they were before
Azərbaycanca-ingiliscə lüğət / köhnə1 sif. 1) vieux (sait qarşısında vieil), (f vieille) ; ~ paltarlar vêtements m pl portés ; ~ çəkmələr vieux souliers m pl ; 2) usagé, -e ; usé, -e ; 3)(boyat) défraîchi, -e ; ~ çörək pain m rassis ; ~ zarafat plaisanterie f usée ; ~ adətlər traditions f pl anciennes
Azərbaycanca-fransızca lüğət / köhnə1 [fars.] прил. куьгьне (1. иски, цӀуру, куьгьне хьайи, кукӀвар хьайи (мес. ппек, араба); 2. фадлай амай (хвенвай, тунвай, мес. чехир); 3. идлай вилик хьайи, эвелан, алатай, акъатай (мес. директор); 4. алатай девирдиз талукь тир, къадим; виликан, виликдай амай, гилалди амай (мес. адет, къайда, кӀвал, гуьмбетар); 5. гзаф тежриба авай, стаж авай, дуьнья акунвай, са кардал гзаф кӀвалахна чранвай, лигим хьанвай (мес. устӀар, гъуьрчехъан); 6. кьуьзуь, яшдиз чӀехи, яшлу (мес. кас, дишегьли, ттар); 7. лап фаданлай авай (мес. дуст, хванаха); 8. вахт алатнавай, гилан девирдиз кутуг тавур, мес. фикир); ** köhnə hamam, köhnə tas кил. əski (əski hamam, əski tas); köhnədən vurub təzədən çıxmaq куьгьнедакай экечӀна цӀийидакай хкечӀун (гьам куьгьнедакай, гьам цӀийидакай, виридакай рахун).
Azərbaycanca-ləzgicə lüğəti / köhnəf. bax kühən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti