möhnət sözü azərbaycan dilində

möhnət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • möhnət • 89.1892%
  • Möhnət • 9.4595%
  • MÖHNƏT • 1.3514%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azay Möhnətov
Azay Möhnətov (5 may, 1962) — Azərbaycanlı iş adamı və AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. "AF Hotel & Aqua Park " sahibi. Ailəlidir və iki övlad sahibidir. == UĞUR 97 == "Uğur-97" tikinti şirkəti 1997-ci ildə yaranmışdır. Fəaliyyətinin ilkin dövründə istehsal sexləri, ofis və mağazaların tikilməsi ilə məşğul olub. 1998-ci ildən başlayaraq, şirkət aktiv olaraq Bakı şəhərinin inşaat biznesinə qoşulur. Qısa müddət ərzində "Uğur-97" şirkəti tərəfindən şəhərimizə yaraşıq gətirən "lüks" dərəcəli yaşayış binaları tikilmişdir. R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 ev tikilmişdir. 2001-ci ildə isə Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli ev tikilmişdir.

möhnət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Zəhmət, əziyyət, qayğı, ağırlıq, dərdi-sər. Möhnəti artmaq. – Böyükxanım:] Qulamxan, bundan sonra belini bərk bağla! İndi iki evin möhnəti düşdü sənin belinə. M.S.Ordubadi. □ Möhnət çəkmək – əziyyət çəkmək, zəhmət içində olmaq; dərdi-sər çəkmək. 2. Dərd, qəm, qüssə, kədər. Aclıq bir il gedər, möhnət min il. (Ata. sözü). Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana. Füzuli. Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif. Əfsus, nə şadlıq, nə qəm və möhnət; Açmaz o gözləri dübarə heç vaxt. A.Səhhət. Dedim öz-özümə: – Heç kəs dünyada; Görməsin üzünü möhnətin, qəmin. H.Arif. □ Möhnətə salmaq – qəmə-qüssəyə, kədərə düçar etmək. Zəmanə saldı əcəb möhnətü məlalə məni. X.Natəvan. [Afət:] Baş hərəmlik məni saldı möhnətə; Həsrətəm atəşin bir məhəbbətə. M.Rahim. // Müsibət, bəla, afət. Mən aşıq mənə sarı; Baxgilən mənə sarı; Hər yerdə möhnət olsa; Üz verər mənə sarı. (Bayatı). Rövşən etməz, yüz min günəş bərq edə; Bu möhnətə qarələnmiş könlümü. M.V.Vidadi. Ölkələr fəth edən böyük qeysər; Çoxunu qurtarıb o möhnətdən. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / möhnət
  • 2 əziyyət, zəhmət, qayğı, kədər, qüssə; bəla, müsibət.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / möhnət
  • 3 ə. 1) zəhmət, əziyyət; 2) dərd, qəm, ələm; 3) müsibət, bəla; 4) əmək, iş; 5) yorğunluq, əzginlik.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / möhnət

möhnət sözünün sinonimləri (yaxın mənalı sözlər)

möhnət sözünün rus dilinə tərcüməsi

  • 1 1. мучение, страдание, горе; 2. труд, тягость; 3. беда, несчастье, бедствие;

    Azərbaycanca-rusca lüğət / möhnət
  • 2 сущ. 1. мука, мучение, страдание; горе. Möhnətə qatlaşmaq пережить, перенести муки, möhnətə düşmək терпеть муки, выдерживать, выдержать мучения, перенести горе, möhnətdən qurtarmaq (xilas olmaq) избавиться от мучений, страданий, möhnətə salmaq kimi подвергать мучениям кого, причинять, причинить горе кому, möhnət çəkmək мучиться, страдать, горевать, испытывать душевную боль 2. беда, несчастье, бедствие

    Azərbaycanca-rusca lüğət / möhnət

möhnət sözünün inglis dilinə tərcüməsi

möhnət sözünün fransız dilinə tərcüməsi

möhnət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. азият, зегьмет, къайгъу, заланвал, дерт-сер; möhnət çəkmək а) азият чӀугун, зегьметдик хьун, азабдик хьун; б) дерт чӀугун; 2. дерт, гъам; // мусибат, бала.

    Azərbaycanca-ləzgicə lüğəti / möhnət

"möhnət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#möhnət nədir? #möhnət sözünün mənası #möhnət nə deməkdir? #möhnət sözünün izahı #möhnət sözünün yazılışı #möhnət necə yazılır? #möhnət sözünün düzgün yazılışı #möhnət leksik mənası #möhnət sözünün sinonimi #möhnət sözünün yaxın mənalı sözlər #möhnət sözünün əks mənası #möhnət sözünün etimologiyası #möhnət sözünün orfoqrafiyası #möhnət rusca #möhnət inglisça #möhnət fransızca #möhnət sözünün istifadəsi #sözlük