* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Zəhmət, xidmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən tanınma; məşhur olma, şərəfli ad qazanma, məşhurluq, ad-san. Əmək şöhrəti. Artistin şöhrəti. Alimin şöhrəti dünyaya yayılmışdır. – [Ağa Mərdan:] Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşifələyə çıxacaq. M.F.Axundzadə. Hüseynin [Ərəblinskinin] şöhrəti də, təcrübəsi də getgedə artırdı. S.Rəhman. // Adı çıxma, ad qazanma. C.Məmmədquluzadəni ədəbiyyata gətirən nə pul qazanmaq, nə də şöhrət həvəsi idi. M.İbrahimov. □ Şöhrət etmək – məşhur olmaq, tanınmaq, ad çıxartmaq. [Hacı Nuru şair:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis həkimləri kimi, istədin ki, həkimlikdə dəxi şöhrət edəsən. M.F.Axundzadə. Şöhrət qazanmaq (tapmaq) – məşhur olmaq, hamı tərəfindən tanınmaq, məşhurlaşmaq. …Qeyrətimə sığışdıra bilmirəm ki, mən dura-dura və mən olan yerdə məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın, gəlib Tiflisdə şöhrət qazansın. C.Məmmədquluzadə. Tapdıq qazmaçılar arasında öz mehribanlığı ilə şöhrət qazanmış (f.sif.) mahir bir usta idi. M.Hüseyn. 2. Şöhrətbazlıq, şöhrət düşkünlüyü. Teymurbəyi … sövq edən yeganə amil şöhrət və heysiyyət məsələsi idi. Çəmənzəminli. 3. Şan, şərəf, iftixar. Əmək ölkəmizdə şərəf işinə çevrilmişdir. – Hər kəndə, hər şəhərə zinətdir bayrağımız; Alnıaçıq hər kəsə şöhrətdir bayrağımız. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / şöhrət3 ŞÖHRƏ(T) ə. məşhur olma, ad-san.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şöhrət2 сущ. 1. слава (почетная известность как свидетельство всеобщего признания заслуг, таланта и т.п.); знаменитость. Alimin şöhrəti слава учёного, qəhrəmanın şöhrəti слава героя, müğənninin şöhrəti слава певца, döyüş şöhrəti боевая слава, əmək şöhrəti трудовая слава, dünya şöhrəti мировая слава, şöhrət rəmzi символ славы; şöhrəti artır kimin растет слава чья 2. тщеславие, честолюбие (жажда известности, почестей, стремление к почётному положению). Onu bu hərəkətə vadar edən yeganə amil şöhrət və heysiyyət məsələsi idi единственный фактор, который толкнул его на такой поступок – это честолюбие и чувство самолюбия 3. честь, слава, гордость. Üçrəngli bayrağımız bizim şöhrətimizdir наш трехцветный флаг – это наша гордость; şöhrət qazanmaq (tapmaq) завоевать (заслужить, приобрести) славу; özünə əbədi şöhrət qazanmaq покрыть себя неувядаемой (вечной) славой, şöhrət qazandırmaq (şöhrət gətirmək) kimə, nəyə прославить кого, что (принести славу); кому, чему şöhrəti dünyaya yayılıb (yayıldı) kimin, nəyin завоевал(о) мировую славу кто, что, славится, прославился (-ось) на весь мир кто, что, слава чья гремит по всему миру; şöhrətdən düşmək обесславиться (лишиться доброго имени; опозориться); şöhrətdən salmaq kimi обесславить кого (лишить доброго имени; опозорить); şöhrəti naminə kimin, nəyin во славу кого, чего (для прославления кого-л., чего-л.). Vətənimizin şöhrəti naminə yorulmadan çalışmalıyıq мы должны неустанно трудиться во славу нашей Родины (нашего Отечества); şöhrət xatirinə ради славы. Şöhrət xatirinə etməmək nəyi делать что не ради славы; şöhrət yükü бремя славы; şöhrət zirvəsində olmaq быть (находиться) в зените (на вершине) славы; Şöhrət ordeni орден Славы (высшая государственная награда в Азербайджанской Республике)
Azərbaycanca-rusca lüğət / şöhrət1 i. reputation, fame, popularity, glory; ~ qazanmaq to gain reputation / fame / glory / popularity; to achieve / to win fame; böyük şöhrətə malik olmaq to be* farfamed; Dünya onun şöhrətindən lərziyə gəlir The world rings with his fame
Azərbaycanca-ingiliscə lüğət / şöhrət1 is. gloire f ; renommée f ; renom m, réputation f, popularité f, böyük ~ə malik olmaq jouir d’une grande renommée
Azərbaycanca-fransızca lüğət / şöhrət1 [ər.] сущ. 1. тӀвар-ван, тӀвар, машгьур хьунухь, машгьурвал (гьиринвал, ширавал, сейливал); тӀвар акъатун, тӀвар къазанмишун; şöhrət etmək тӀвар акъудун, машгьур хьун, виридаз чир хьун; şöhrət qazanmaq (tapmaq) тӀвар-къазанмишун, машгьур хьун, виридаз чир хьун; 2. тӀварпересвал, вич машгьур хьунал, вичин тӀвар-ван акъатунал гзаф рикӀ хьунухь, тӀвар-ван патал галтугун; 3. шереф, дамах.
Azərbaycanca-ləzgicə lüğəti / şöhrət