Zemlya i volya
Zemlya i volya (rus. Земля и воля; azərb. Torpaq və azadlıq) — 1876-cı ilin payızında xaqlçıların Peterburqda yaratdığı gizli inqilabi təşkilat.
== Haqqında ==
Əvvəllər "Şimali inqilabi xalqçı qrupu", "Xalqçılar cəmiyyəti" adlanmışdır. "Zemlya i volya" adı 1978–1979-cu illərdə nəşr olunmuş eyniadlı qəzetdən götürülmüşdür. Körkəmli nümayəndləri; Mark Natanson, O.Natanson, Georgi Plexanov, V.Osinski, A.Oboleşev, Nikolay Morozov və başqaları idi. Ümumilikdə 150-dən çox üzvü var idi. Təşkilat Kiyev, Xarkov və Odessa inqilabçıları ilə sıx əlaqə saxlayırdı. "Zemlya i volya" mərkəziyyət prinsipi əsasında qurulmuşdu. Təşkilatın proqramında torpağın "kənd fəhlə təbəqəsinə" verilməsi, onun bərabər bölüşdürülməsi irəli sürülür və bunun "yalnız zorakı çevriliş yolu ilə" həyata keçiriləcəyi göstərilirdi.