* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2005 | •••••••••••••••••••• | 1.35 |
2015 | ••• | 0.17 |
1 sif. 1. Asan, zəhmətsiz, yüngül. Mənim sənətim bildiyin qədər də qolay deyildir. A.Şaiq. Boz şinel isə soyuq keçməyən bir qalaydı; Bu geyimlə dağlarda gəzmək ona qolaydı. S.Rüstəm. Sən bu canlara sataşmağı sanırsanmış qolay; Öylə bir fikirdəsənsə, yanılırsan, hay, hay! Ə.Nəzmi. 2. Münasib, uyğun, rahat. Bu yer mənə qolay deyildir. 3. Bikara, yüngül. Əfruz bacı aldığı toyuqların seçməsini damazlıq üçün saxlayır, qolayını isə kəsdirirdi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti1 “Səmt, asan, yüngül” anlamlarında işlədilir. Qol sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti1 asan — yüngül
Azərbaycan dilinin sinonimlər lüğəti2 bikar — yüngül
Azərbaycan dilinin sinonimlər lüğəti3 münasib — uyğun — rahat
Azərbaycan dilinin sinonimlər lüğəti4 qolay bax asan
Azərbaycan dilinin sinonimlər lüğəti1 легкий, удобный
Azərbaycanca-rusca lüğət2 1 прил. 1. нетрудный, лёгкий 2. удобный, подходящий 2 сущ. диал. сторона, направление
Azərbaycanca-rusca lüğət1 прил. 1. къулай, асант, зегьмет алачир, кьезил; 2. кутугай, регьят; 3. бакара текъвер, виже текъвер, кьезил.
Azərbaycanca-ləzgicə lüğətiI (Biləsuvar, Kəlbəcər, Naxçıvan, Ordubad, Salyan, Yardımlı, Zaqatala, Zəngilan) pis. – Bu yeri qolay suvarmısan (Naxçıvan); – Qəhrəman qolay adam olub (Biləsuvar); – Donumu illaf qolay tikiflər (Kəlbəcər) II (Əli Bayramlı, Şahbuz, Şəmkir, Zaqatala) yön, səmt. – Qolayım olmadığıyçın yaxın tüşə bilmədim (Əli Bayramlı); – Sağ tərəf mənə qolay döyi (Şahbuz); – Qolayıma tüşdü, o:nuçun yaxşı atdım (Şəmkir) III (Başkeçid, Qax, Qazax, Zəngibasar, Şərur, Zəngilan) asan, rahat; yaxşı. – Bu laf qolay şeydi kin! (Qazax); – Ma:licə bir az qolay eliyir (Şərur); – Qoluma qolaydı (Zəngilan)
Azərbaycan dilinin dialektoloji lüğəti.