dolay sözü azərbaycan dilində

dolay

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dolay • 72.2222%
  • Dolay • 22.2222%
  • DOLAY • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.

dolay sözünün leksik mənası və izahı

  • 1 is. Dağın, təpənin döşündən gedən köndələn və əyri-üyrü, dolama yol; cığır. Qardaşım! Görürəm dağlardan keçən; Yaşıl dolaylarda ayaq izini. S.Vurğun. Uzaq yollardan keçib dolaylardan qalxırıq. N.Rəfibəyli. // Dolama, döngə. Şose yolunun dolayları da ən uzaqdan görsənir. C.Məmmədquluzadə. Xınalıq kəndinə düz yol olsa, Qubadan 30-35 kilometr məsafədir. Biz əyri dolaylarında maşın yolölçəninin aciz qaldığı bu məsafəni yeddi saatdan artığa gəldik. R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / dolay

dolay sözünün sinonimləri (yaxın mənalı sözlər)

dolay sözünün rus dilinə tərcüməsi

dolay sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гагьадна (къекъвез-къекъвез, элкъвез-элкъвез) фидай рехъ (мес. дагъдин); чӀигъир, жигъир, руьшт; 2. элкъведай чка, къекъуьн, кьуьнт (мес. рекьин).

    Azərbaycanca-ləzgicə lüğəti / dolay

"dolay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dolay nədir? #dolay sözünün mənası #dolay nə deməkdir? #dolay sözünün izahı #dolay sözünün yazılışı #dolay necə yazılır? #dolay sözünün düzgün yazılışı #dolay leksik mənası #dolay sözünün sinonimi #dolay sözünün yaxın mənalı sözlər #dolay sözünün əks mənası #dolay sözünün etimologiyası #dolay sözünün orfoqrafiyası #dolay rusca #dolay inglisça #dolay fransızca #dolay sözünün istifadəsi #sözlük