dola sözü azərbaycan dilində

dola

Yazılış

  • dola • 70.2703%
  • Dola • 29.7297%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dola mənə qolunu (mahnı)
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Bulbophyllum dolabriforme
Bulbophyllum dolabriforme (lat. Bulbophyllum dolabriforme) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dolabriforme növü Nigeriyanın şimal-qərbi üçün endemik növdür.
Dayna dolabı
Dayna dolabı (latış. Dainu skapis‎) — dayna adlı Latviya xalq mahnılarının kartotekası olan dolab, onu Latviya folklorşünası Krişyanis Baron toplamışdır. Hündürlüyü 160 sm, eni - 66 sm, dərinliyi - 42 sm. 1880-ci ildə Moskvada Baronun çertyojlarına əsasən düzəldilmişdir. Dolabın hazırlanmasının səbəbi o idi ki, Baron artıq kolleksiyanı papiros kağızı qutusunda saxlaya bilmirdi. Dolab iki hissədən ibarətdir. Hər ikisində 35 qutu var, hansının ki hər birində 20 bölmə var, bölmələr isə hər biri 3 × 11 sm ölçüdə olmaqla 150-200 kağız vərəqdən ibarətdir. Dolabın alt hissəsində arxiv materialları (məktublar, adlar cədvəli) olan üç iri qutu var. Dolabda ümumilikdə 268 815 vərəq saxlanılır ki, onların üstündə 4-8 sətirli daynalar və həmçinin digər mətnlər (tapmacalar, atalar sözü) yazılıb. Krişyanis Baron vəfat etdikdən sonra dolab onun Riqadaki qohumlarının evində saxlanılırdı, 1941-ci ildə onu Latviya folklor əsərlərinin saxlanılan yerə köçürtdülər, 1946-cı ildə Latviya SSR Elmlər Akademiyasının Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna apardılar, 1998-ci ildə Latviya Universitetinin Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna köçürüldü, 2014-cü ildə Latviya Milli Kitabxanasının yeni binasında yerləşdirildi.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Dolab-i Kəranlı (Xudafərin)
Dolab-i Kəranlı (fars. دولاب كرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (40 ailə).
Dolab (Xudabəndə)
Dolab (fars. دولاب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (19 ailə).
Dolabda skelet
Dolabda skelet - Şəxs haqda gün üzünə çıxması problemlər yarada biləcək faktları ifadə edən idiom. Məsələn, evdə gizli saxladığınız cəsəd o qədər müddət çürüməyə məruz qalıb ki artıq dolabı açdıqda onun sadəcə sümükləri ilə qarşılaşırsınız. Dolabda skelet ifadəsi ilk dəfə 1816-cı ildə aylıq olaraq nəşr edilən the eclectic review jurnalında işlədilmişdir.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).
Dolan (Kəleybər)
Dolan (fars. دولان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (16 ailə).
Dolanan dağı
Dolanan – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Şahbulaq kəndindən 3 km şimalda dağ (hünd. 1660,3 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının nüvə hissəsində yerləşir. Zirvəsindən submeridional istiqamətli fay qırılması keçir. Yamaclarında şimal-şərq və şimal-qərbə uzanan qırılmalar müşahidə olunur. Yerli əhali bəzən dağı Dolanay dağı adlandırır.
Dolanlar
Dolanlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dolanlar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 23 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dolanlar kəndi 23 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Arqyuneş (Arguneş) olmuşdur. Kənd 1828-ci ildən sonra Şimali Farsdan köçmüş erməni ailələri tərəfindən yaradılmışdır. Arqyuneş ərazidəki dağın adıdır. Dolanar XIII əsrdə monqol basqınlarında iştirak etmiş dolan tayfasının adını əks etdirən eyniadlı soyaddır. Bu tayfanın adı qırğız və özbəklər arasında da geniş yayılmışdır [3]. == Tarixi == === Tarixi abidələri === Dolanlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == İcma dağlıqdır, sahəsi 3085,1 ha, bunun 739,54 ha kənd təsərrüfatı, 2261,29 ha meşə torpaqlarıdır. == Əhalisi == == Tarix və mədəniyyət abidələri == Tarix-mədəniyyət abidələri: "Hənqət Eğtsi" kilsəsi (IX–X əsrlər), qəbiristanlıq (IX–X əsrlər), xaçkar (XII–XIII əsrlər).
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. == Haqqında == Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.
Dolaşa
Dolaşa (lat. Coloeus monedula) (syn. lat. Corvus monedula) — qarğalar fəsiləsinin dolaşa cinsinə aid quş növü. Ənənəvi olaraq bu növü qarğa (Corvus) cinsinə aid etsələr də, müasir tədqiqatçılar dolaşanı dolaşa cinsinə aid edirlər. == Yarımnövləri == Corvus monedula monedula Linnaeus, 1758, Skandinaviyada yaşayır.. Corvus monedula spermologus (Vieillot, 1817). Qərbi və Mərkəzi Avropada yaşayır. Corvus monedula soemmerringii (Fischer, 1811). Şərqi Avropa, Ön və Mərkəzi Asiya.
Dolaşalar qayıdıb
Dolaşalar qayıdıb (rus. Грачи прилетели) - Rus rəssamı Aleksey Savrasovun lirik mənəzrə üslubunda 1871-ci ildə çəkdiyi rəsm əsəri. Bu şəklin etüdləri Kostroma quberniyasının Molitvino kəndində çəkilmişdir. Şəkildə zəmanəmizə qədər qalmaqda olan Voskresenskaya kilsəsi təsvir olunub. İşin tamamlanması rəssamın Moskvadakı emalatxanasında aparılıb. 1871-ci ilin axırlarında Dolaşalar qayıdıb əsəri ilk dəfə kütlə qarşısında Səyyar Rəsm Sərgiləri Birliyinin ilk sərgisində nümayiş etdirilib.
Dolaşıq qatıqotu
Dolaşıq qatıqotu (lat. Galium humifusum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Dolaşıq çətiryarpaq
Ksavye Dolan
Xavier Dolan (Xavier Dolan-Tadros) (20 mart 1989 Monreal, Kvebek) - Kanada əsilli fransız aktyor və kinorejissor. == Həyatı == Aktyor və müğənni olan Geneviève Dolan ilə Manuel Tadrosun oğludur. "J'ai tué ma mère" Dolanın ilk filmidir. Film avtobioqrafikdir. Bu film 2009 Kann Film Festivalında 3 mükafat aldı. "Les Amours Imaginaires" ikinci filmidi.
Leuciscus dolabratus
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Rayan Dolan
Rayan Dolan — Şimali İrlandiyadan olan 27 yaşlı pop musiqiçisi. Rayan Dolan 2013 Avroviziya Mahnı Müsabiqəsində İrlandiyanı "Only Love Survives" mahnısı ilə təmsil edib.
İctimai kitab dolabı
İctimai kitab dolabı — ictimai yerlərdə kitabları saxlamaq üçün yer. Məqsədi — istəyən hər kəsə bir və ya bir neçə kitabı pulsuz və ya əvəzinə öz kitabını verib almağa imkan vermək. Belə bir praktika BookCrossing-a oxşayır, amma ictimai kitab dolablardakı kitabların dalınca BookCrossing-də kimi İnternetdə təqdib yoxdur.
Thujopsis dolabrata
Sallaq tuyevik (lat. Thujopsis dolabrata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuyevik cinsinə aid bitki növü. Vətəni Yaponiyadır; mədəni şəraitdə çox vaxt kol formasında becərilir. Piramidal formalı çətirli və topabudaqlı ağacdır. Vətənində əlverişli şəraitdə hündürlüyü 35-40 m-ə, diametri isə 1 m-ə çatır. Qabığı qırmızı-qonur, nazik, lifli olmaqla, uzun qabıqlarla çıxır. Zoğları iki cərgəlidir və bir sahədə yerləşir. Budaqlarının ucları aşağıya sallanır. İynəyarpaqları xaçvarı-qarşılıqlı, qabıqşəkilli, alt tərəfi iri, ağ zolaqlı və xallıdır. Sahədə iynəyarpaqları ətli, parlaq, tünd-yaşıl, zoğa sıx bitişikdir, uzunluğu 4–6 mm, alt tərəfi 2, enli ağ zolaqlıdır.
Labirintdə dolaşan (film)
Labirintdə dolaşan (ing. The Maze Runner) — Ceyms Daşnerin 2009-cu ildə yazdığı eyniadlı romanı əsasında rejissor Ues Balın 2014-cü ildə çəkdiyi elmi fantastika, distopiya, döyüş və triller janrlarındakı ABŞ filmidir. Baş rollarda Dylan O'Brien, Aml Ameen, Kaya Scodelario, Thomas Brodie-Sangster, Will Poulter və Ki Hong Lee oynamışdırlar. 18 sentyabr 2015-ci ildə onun davamı olan Labirintdə qaçış: Alovlu sınaq filmi buraxılmışdır. == Süjet xətti == Qleyd daş divarlarla əhatə olunmuş geniş ərazidir. Tomas qleydə buraxılanda digər oğlanlar kimi adından başqa heç nəyi xatırlamırdı. Qleyddəki Tomasdan başqa hamı oradan çıxmağın mümkün olmadığını düşünür. Tomas çıxış yolunu tapa biləcəyini düşünür; lakin bunun üçün beyninin dərinliklərindəki sirləri həll etməlidir.
Dolabrifolia
Anqrekum (lat. Angraecum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.

dola sözünün leksik mənası və izahı

dola sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Gəncə, Mingəçevir) kəklik tutmaq üçün tələ. – O:çular do:laynan kəklik o:luyullar (Gəncə)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dola" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dola nədir? #dola sözünün mənası #dola nə deməkdir? #dola sözünün izahı #dola sözünün yazılışı #dola necə yazılır? #dola sözünün düzgün yazılışı #dola leksik mənası #dola sözünün sinonimi #dola sözünün yaxın mənalı sözlər #dola sözünün əks mənası #dola sözünün etimologiyası #dola sözünün orfoqrafiyası #dola rusca #dola inglisça #dola fransızca #dola sözünün istifadəsi #sözlük