dolaşdırmaq sözü azərbaycan dilində

dolaşdırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dolaşdırmaq • 93.0233%
  • Dolaşdırmaq • 6.9767%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2009 •••••••••• 0.16
2011 •••••• 0.09
2012 •••••• 0.09
2015 •••••••••••••••••••• 0.34

dolaşdırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Dolaşıq salmaq, qarışdırmaq; pırtlaşdırmaq. İpi (sapı) dolaşdırmaq. 2. Bağlamaq, düymək, dolamaq, bənd etmək, ilişdirmək. Atın noxtasını ağaca dolaşdırmaq. 3. məc. Hiylə qurub birini bədbəxt etmək, yaxud məsuliyyətə cəlb olunmaq üçün pis bir işə cəlb etmək, şər və böhtan ataraq təqsirləndirilməsinə səbəb olmaq. [İbrahim bəy:] Bir kərbəlayı Qulam var, əlləm-qəlləm, … hacını yaman dolaşdırıb. N.Vəzirov. [Namaz:] Əlavə, özün bilirsən ki, prokuror səni dolaşdırmağa mahna axtarır. Ə.Haqverdiyev. …Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum… Məni nahaq yerə dolaşdırdılar; durmadım, itkin düşdüm. A.Divanbəyoğlu. □ Özünü dolaşdırmaq – özü bilmədən, yaxud bilərəkdən nəticəsi bəlli olmayan bir işdə iştirak etmək. [Məşədi Həsən:] Bilsə idim, əslən özümü dolaşdırmaz idim. Ə.Haqverdiyev. 4. Çaşdırmaq, karıxdırmaq, düz yoldan sapdırmaq, sözü döndərib azdırmaq. Ortaya söz atıb bizi dolaşdırma. – Dolaşdırdı bizi ancaq kəc qəza; Gəldi başımıza böyük bir xəta. H.K.Sanılı. 5. Məntiqi əlaqəni itirərək, faktları qarışdıraraq söyləmək, mətləbi çaşbaş salmaq; karıxmaq. Sözünü dolaşdırmaq. // Qəsdən anlaşılmaz, dolaşıq hala salmaq. Cinayətdə vaxt uzatmaq başlıca şərtlərdən birisidir. Vaxt uzandıqca cani işləri dolaşdırar… S.Rəhimov. 6. Güllələri dalbadal, müntəzəm xəzinəyə verməmək, ilişdirmək. Bu tüfəng həmişə dolaşdırır. 7. Gəzdirmək. Məhəmmədhəsən ağa düşündü, təkrar Vaqifin üzünə baxdı. Lakin Vaqifin üzünü görmürdü, düşüncə və əndişələr onu başqa bir aləmdə dolaşdırırdı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / dolaşdırmaq

dolaşdırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. спутывать, запутывать, путать; 2. сбить с толку;

    Azərbaycanca-rusca lüğət / dolaşdırmaq
  • 2 1 глаг. путать, спутывать, спутать, запутывать, запутать: 1. nəyi привести в беспорядок, в спутанное состояние (нити, шерсть, волосы). Sapı dolaşdırmaq путать нити 2. nəyi нарушить порядок в расположении кого-л., чего-л., перекладывая, передвигая. Sayını dolaşdırmaq путать количество чего-л. 3. nəyi сказать, рассказать неточно. Sözünü dolaşdırmaq путать речь 4. kimi сбить кого-л. с толку, ввести в заблуждение кого-л. Şagirdi dolaşdırmaq путать ученика 5. kimi перен. вовлечь кого-л. в неприятное дело. Nahaq yerə bir işə dolaşdırmaq kimi напрасно путать кого в какое-л. дело 2 глаг. водить, вести долго где-л. кого-л.

    Azərbaycanca-rusca lüğət / dolaşdırmaq

dolaşdırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (ipi, sapı və s.) to entangle (d.), to tangle (d.), to mat (d.), to mix up (d.); sapı ~ to tangle threads; saçı ~ to tangle hair; 2. məc. to confuse (d.); bir kəsi ~ to confuse smb.; to put* out (d.); Mən sayırdım, siz məni dolaşdırdınız I was counting and you put me out; məsələləri ~ to complicate matters, to muddle a business, to make* a mess of a business, to get* things into a muddle

    Azərbaycanca-ingiliscə lüğət / dolaşdırmaq

dolaşdırmaq sözünün fransız dilinə tərcüməsi

dolaşdırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. акадарун, акахьай гьалдиз гъун (мес. еб); 2. элкъуьрун, алчукун, арушун, кутӀунун (мес. балкӀандин зарпанд тарал); 3. пер. галкӀурун, гьилледалди сад бедбахт авун, шер (буьгьтен) вегьена кьил баладик кутун; 4. акадарун, какадарун, ягъалмишарун; 5. гуьллеяр далбадал, сад-садан гуьгъуьналлаз тагун, акӀиз-акӀиз гун (тфенгди); 6. къекъуьрун, экъуьрун.

    Azərbaycanca-ləzgicə lüğəti / dolaşdırmaq

Oxşar sözlər

#dolaşdırmaq nədir? #dolaşdırmaq sözünün mənası #dolaşdırmaq nə deməkdir? #dolaşdırmaq sözünün izahı #dolaşdırmaq sözünün yazılışı #dolaşdırmaq necə yazılır? #dolaşdırmaq sözünün düzgün yazılışı #dolaşdırmaq leksik mənası #dolaşdırmaq sözünün sinonimi #dolaşdırmaq sözünün yaxın mənalı sözlər #dolaşdırmaq sözünün əks mənası #dolaşdırmaq sözünün etimologiyası #dolaşdırmaq sözünün orfoqrafiyası #dolaşdırmaq rusca #dolaşdırmaq inglisça #dolaşdırmaq fransızca #dolaşdırmaq sözünün istifadəsi #sözlük