dolu sözü azərbaycan dilində

dolu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dolu • 94.1089%
  • Dolu • 5.8095%
  • DOLU • 0.0816%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolu (Astara)
Dolu — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Dolu Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin dilində Dələv adlanır. Tədqiqatçılar oykonimi "zəminin Hündürlüyüdur yerindən su axıtmaq üçün açılan yer" kimi izah edirlər, doliv sözü ilə əlaqələndirərək "ağac yarpağı" mənasında izah edənlər də var. == Etimologiyası == Dolu Dəlov adından təhrifdir. Talış dilində dəlöv zəminin hündür yerindən su axıtmaq üçün qazılan çökək yer mənasındadır. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Dolu (dəqiqləşdirmə)
Dolu — atmosfer yağıntısı. Dolu (Astara) — Azərbaycanın Astara rayonunda kənd. Dolu bələdiyyəsi — Azərbaycanın Astara rayonunda bələdiyyə. Dolu (film, 2012) —Aqil Abbasın eyniadlı romanının motivləri əsasında Qarabağ müharibəsi mövzusunda çəkilmiş film.
Dolu (yağıntı)
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolu bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dolu (film, 2012)
Dolu — tammetrajlı bədii müharibə filmi rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər. == Məzmun == Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. == Film haqqında == Film aktyor Mayak Kərimovun kinoda son işidir. Filmdəki trük səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak etmişdir. Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib. Filmin premyerası 2 avqust 2012-ci ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Amontiladon dolu çəllək (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.
Paranormal hadisələrlə dolu ev
Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir. Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir. 2005-ci ildə üç ölkədə – ABŞ, Kanada və Böyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır. "Haunted Houses: The Film Genre That Won't Die". CNN. "Hong Kong's Hot Market in "Haunted" Houses".
Dolu Kadehi Ters Tut
Dolu Kadehi Ters Tut (hərf. Dolu qədəhi tərs tut) qısaca DKTT — 2014-cü ildə vokalist Uğurhan Özay və gitarist Mürsel Oğulcan Ava tərəfindən qurulan və bu 2 nəfərdən ibarət pop-rok və alternativ rok qrupu. == Tarixçəsi == == Diskoqrafiya == Qrupun işlərinə hazırda 5 studya albomu, 5 mini-albom, 25 sinql, 16 videoklip daxildir.
Günəşlə dolu dünya (film, 1973)
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
Dolun Xan
Dolun Xan - türk və altay mifologiyasında məhsuldarlıq ilahı. Tolun Xan da deyilir. Heyvanların və əkinlərin məhsuldar olmalarını, çoğalmalarını təmin edər. Yer üzünə bərəkət verər. "Dolunay" (bütöv ay) ilə əlaqəli olma ehtimalı yüksəkdir. Çünki bütöv ay bərəkətin, tamlığın və gözəlliyin simvoludur. Nağıllarda, türkülərdə gözəl qızlar həmişə dolunaya bənzədilir. == Etimologiya == (Dol/Tol) kökündən törəmişdir. Doluluq, bolluq mənasını verər. Dolunay da ayın ən görkəmli halıdır və doluluq və çoxluq, bütünlük ifadə edər.
Dolunay Soysərt
Dolunay Soysərt — Türkiyə teatr, TV serial və kino aktrisası. == Həyatı == 25 mart, 1973-cü ildə Adanada anadan olub. == Maraqlı faktlar == Boyu: 164 sm Çəkisi: 65 kq == Karyerası == === Bədii filmləri === === TV serialları === === Teatr tamaşaları === == Mənbə == "Dolunay Soysert" (az.). Sinema Türk. Archived from the original on 2016-01-19. İstifadə tarixi: 2015-10-22..

dolu sözünün leksik mənası və izahı

  • 1 is. Havada donub tökülən yağmur dənələri. Dolu yağmaq. – Gah dolu tökür, gah gurşad yağır, sel-su bir-birinə qarışır. S.Rəhimov. Əvvəl xırda, get-gedə iriləşən dolu yağdı. M.Rzaquluzadə. □ Dolu vurmaq, dolu döymək – dolunun zərbindən xarab olmaq, məhv olmaq. Əkinləri dolu vurdu. – [Qoca:] Bağ-bostanı vurdu dolu; Bağlanmışdır həyat yolu. A.Şaiq. Dolu kimi – 1) çox şiddətli və iri damcılarla yağan yağış haqqında; 2) məc. çoxluq, şiddət bildirir. Alnından dolu kimi tər axır. – …Zeynəb … o tərəf-bu tərəfə qaçıb qışqırırdı və dağlardan da rəhmsiz quldurların güllələri onun üstünə dolu kimi yağırdı. S.S.Axundov. …Almaz kimi parıldayan gözlərindən dolu kimi yaş tökülürdü. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / dolu
  • 2 sif. 1. İçərisi boş olmayan, ağzına qədər bir şeylə doldurulmuş, ya dolmuş. Dolu şüşə. Dolu qab. Dolu hovuz. – Günlərimiz keçəydi qızğın fərəhlər kimi; Dolu qədəhlər kimi. M.Müşfiq. Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı. Mir Cəlal. İri ocaqlar üstündə dolu qazanlar buğlanır… M.Rzaquluzadə. 2. Bir şeyin çoxluğunu, bolluğunu bildirir. Tamaşaçılarla dolu zal. Mağazalar malla doludur. Bazar meyvə ilə doludur. – Küçə ilə bir gün keçərkən mat və məəttəl qaldım: bir böyük imarət kəndli qadınları ilə ləbələb dolu idi. C.Məmmədquluzadə. Evi hər gün axşamadək onun yanına ziyarətə gələnlərlə dolu olur. Ə.Haqverdiyev. Barjın göyərtəsi yükdaşıyan adamlarla dolu idi. M.Rzaquluzadə. 3. məc. Bir şeyin güclü təzahürünü bildirir. Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq. Evi dərin bir maraq ilə dolu sükut bürümüşdü. H.Nəzərli. // Eyni mənada hissiyyat haqqında. [Qızının] hərgünkü bu təlaş dolu sualını oxumağa ana vərdiş etmişdi. Ə.Məmmədxanlı. 4. Dolğun, bir qədər kök, ətli-canlı. [Sadığın] boyu ucadır, mənim boyum alçaqdı, amma mən ondan doluyam. C.Məmmədquluzadə. [Ağca xanımın] dolu sifəti çəyirdək kimi qurumuşdu. Mir Cəlal. Gülara xanım qırxqırx iki yaşlarında, ağsifət, dolu bir qadın idi. S.Rəhman. 5. Barıt, güllə, patron və s. qoyulub atılmağa hazırlanmış. Dolu tüfəng. – Ayağa çəkilmiş dolu avtomatı boşaltmaq olmazdı. M.İbrahimov. [Mollayev] yatanda balışının altında həmişə dolu tapança saxlayırdı. M.Hüseyn. 6. Dənələri çoxlu, şirəli və sıx olan. Dolu sünbül. – Fazilov dolu və şüşə kimi şəffaf bir salxım götürüb … o yan-bu yana çevirdi. Mir Cəlal. 7. zərf Dərindən. [Tapdıq] dolu bir nəfəs alıb müəllimə tərəf baxdı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / dolu

dolu sözünün etimologiyası

  • 1 Bir neçə mülahizə söyləmək olar: 1. “Bərk olmaq” mənasını verən dolmaq feili ilə qohumdur, boş (yumşaq) sözünün antonimidir.  2. Donmaq feili ilə ilə bağlıdır, ha­vada donduğu üçün “donuq” adlandırılıb, sonra donu, nəhayət dolu formasına düşüb. Başqa dillərlə müqayisə 2-ci ehtimalın doğruluğuna əsas verir, litva dilində qruodas sözü var (qrad şəklində rus dilinə də keçib) və “donmuş” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dolu

dolu sözünün sinonimləri (yaxın mənalı sözlər)

dolu sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DOLU – ARIQ Dolu qadın onun sözünü təsdiq etdi (C.Əmirov); Arıq kişi bir az da ona tərəf çəkilib dilini işə saldı (S.Qədirzadə). DOLU – XALİ Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı (Mir Cəlal); Ancaq dünya xali deyil (S.Vurğun). DOLU – YARIMÇIQ Barjın göyərtəsi yükdaşıyan adamlarla dolu idi (M.Rzaquluzadə); Sözü yarımçıq qalmış arvad təsdiq etdi (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / dolu

dolu sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DOLU I is. coğr. İlin isti dövründə buz halına düşən yağıntı. Cıdır meydanına dolu yağanda; Bəxtinə yəhərsiz bir yabı düşər... (M.Araz). DOLU II sif. Boş olmayan. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular (İ.Şıxlı).

    Azərbaycan dilinin omonimlər lüğəti / dolu

dolu sözünün rus dilinə tərcüməsi

  • 1 1. полный, наполненный, набитый; 2. заряженный;

    Azərbaycanca-rusca lüğət / dolu
  • 2 1 прил. 1. полный: 1) наполненный доверху, до краёв чем-л. Dolu qab полная посуда, dolu səbət полная корзина, ağzına qədər dolu переполненный, наполненный до отказа (до краёв), su ilə dolu butulka бутылка, наполненная водой, yarıya qədər dolu заполненный наполовину 2) содержащий в себе, вместивший в себя много кого-л., чего-л. Dolu zal полный зал, dolu otaq полная комната, adamlarla dolu полный людьми 3) упитанный, плотный (о человеке). Dolu qadın полная женщина 4) целиком проникнутый, охваченный каким-л. чувством (тревогой, сомнениями и т.п.). Şübhələrlə dolu полный сомнений, sevinclə dolu полный радости, həyəcanla dolu полный тревоги 2. заряженный. Dolu avtomat заряженный автомат, dolu tapanca заряженный пистолет 3. налитой (сочный, созревший – о плодах и зерне). Dolu sünbül налитой колос; doludur полон (полно, полна, полны). Qəbul otağı dolu idi приемная была полна (посесителями), bazar meyvə ilə doludur базар полон фруктов 2 I сущ. град. Dolu yağır идёт град, doluya qarşı raketlər ракеты против града (противоградовые ракеты); dolu vurdu (dolu döydü) nəyi град побил что; побило (уничтожило, повредило) градом (посевы, деревья и т.п.). Taxılı dolu vurdu градом побило (град побил) хлеб; dolu kimi градом, как град. Güllə dolu kimi yağırdı пули сыпались градом

    Azərbaycanca-rusca lüğət / dolu

dolu sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. hail; ~ yağmaq to hail; Dolu yağır (adətən) It hails; (indi) It’s hailing II. s. 1. full (up), packed; crowded; ~ boşqab a full plate; ~ olmaq to be* full / packed / crowded; Avtobus dolu idi The bus was crowded; 2. (silah) loaded; ~ tüfəng a loaded gun; ağızbaağız ~ brimful, full to the brim; 3. (bədəncə) stout, portly; plump

    Azərbaycanca-ingiliscə lüğət / dolu

dolu sözünün fransız dilinə tərcüməsi

dolu sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. ацӀай (мес. къаб, тфенг); 2. са кьадар куьк, як-ччан алай, ацӀай (мес. дишегьли); 3. ттварар гзаф авай, ацӀай (мес. къуьлуьн кьил); 4. нареч. дериндай (мес. нефес къачун).

    Azərbaycanca-ləzgicə lüğəti / dolu
  • 2 сущ. хар; dolu yağmaq хар кьун; dolu vurmaq, dolu döymək хару ягъун, хару гатун, хару яна терг хьун (мес. никӀер); dolu kimi а) хар хьтин, хар хьиз (гзаф кӀевиз, ири стӀалар галаз къвазвай марфадин гьакъинда); б) хар хьиз къвазвай гуьллейрин гьакъинда; в) сел хьиз авахьзавай гьекьедин, вилин накъварин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / dolu

dolu sözünün türk dilinə tərcüməsi

"dolu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dolu nədir? #dolu sözünün mənası #dolu nə deməkdir? #dolu sözünün izahı #dolu sözünün yazılışı #dolu necə yazılır? #dolu sözünün düzgün yazılışı #dolu leksik mənası #dolu sözünün sinonimi #dolu sözünün yaxın mənalı sözlər #dolu sözünün əks mənası #dolu sözünün etimologiyası #dolu sözünün orfoqrafiyası #dolu rusca #dolu inglisça #dolu fransızca #dolu sözünün istifadəsi #sözlük