* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 qarş. Kütləvi halda bir yerə dolmaq, daxil olmaq, girmək, gəlib yığılmaq. Tamaşaçılar zala doluşdular. – Yaxındakı evlərdən qadınlar, çocuqlar Rizvanın həyətinə doluşmuşdu. S.Hüseyn. Məktəblilər dəstədəstə; Doluşdu dərs otağına. M.Dilbazi. // Yığışmaq, toplaşmaq, cəmləşmək. Qardaşlar, bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim. C.Məmmədquluzadə. Əksərən … cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər arabanın yan tərəfinə doluşmuş(du). M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / doluşmaq1 DOLUŞMAQ – ÇIXMAQ Məktəblilər dəstə-dəstə; Doluşdu dərs otağına (M.Dilbazi); Səhər tezdən durub yaxşı fikirlər, nəcib hisslərlə evdən çıxarsan (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / doluşmaq1 хлынуть, тесниться, влезать целой толпой, вваливаться гурьбой куда-нибудь
Azərbaycanca-rusca lüğət / doluşmaq2 глаг. хлынуть (стремительно, внезапно, всей массой войти куда-л. – о толпе, массе). Uşaqlar otağa doluşdular дети хлынули в комнату
Azərbaycanca-rusca lüğət / doluşmaq1 f. to pour, to come* pouring in; to rush / to get* in with groups
Azərbaycanca-ingiliscə lüğət / doluşmaq1 qarş. атана ацӀун, атана гьахьун, атана кӀватӀ хьун (гзафбур са чкадиз); кӀватӀ хьун (гзафбур санал).
Azərbaycanca-ləzgicə lüğəti / doluşmaq