* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Boş şeyi dolu etmək, bir şeyin içinə doluncaya qədər şey qoymaq (tökmək), dolu hala gətirmək. Kisəni unla doldurmaq. Vedrəni su ilə doldurmaq. Topu hava ilə doldurmaq. Anbarı odunla doldurmaq. – Qurban … küpəni götürüb endi həyətə, arxdan küpəni doldurub gətirdi, ləyənə su tökdü… C.Məmmədquluzadə. …İnəkləri sağıb üçqulplu qazanı doldurduq. A.Divanbəyoğlu. Diyar kişi çubuğuna tənbəki doldurmağa başladı. Ə.Məmmədxanlı. // Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil etmək. Məqaləsini sitatlarla doldurmuşdur. – [Şair Ərəstun:] …Bu başlıqların altını zəngin şeir misraları ilə doldurmaq lazımdır. S.Rəhimov. // Bir şeyi bir qabın və s.-nin içinə qoymaq, tökmək. Paltarları çamadana doldur. Bu almaları yerdən yığıb tabağa doldur. // Yükləmək, qoymaq. Dolu kisələri maşına doldurdular. Vaqonları yüklə doldurmaq. – Allaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. // Kütlə halında bir yerə yığmaq, toplamaq, bir yerdə cəmləşdirmək, bir yerə daxil etmək, salmaq. Qarovulçular adamları kameralara doldurdular. Mir Cəlal. // məc. Yayılmaq, tutmaq, çulğalamaq, bürümək; yayılaraq bürümək. Duman dərəni doldurmuşdur. Güllərin ətri otağı doldurmuşdur. – Ağlayan arvad-uşağın səsi küçəni doldurmuşdu. M.S.Ordubadi. …Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cür nəğmələr oxuyub meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. // Kütlə halında bir yerə daxil olmaq, doluşmaq, yerlərin hamısını tutmaq. Tamaşaçılar zalı doldurmuşdular. 2. Tamamilə yerinə yetirmək, həyata keçirmək, ödəmək. Planı doldurmaq. – Tahir trestlərinin hamıdan qabaqda getdiyini və bir neçə gün əvvəl illik planı doldurduqlarını söylədi. M.Hüseyn. 3. Anketin, blankın və s.-nin boş qoyulmuş yerlərinə lazım olan şeyləri yazmaq. Anket doldurmaq. Poçt blankını doldurmaq. 4. Tüfəng, tapança və b. odlu silahlara barıt, güllə və s. qoyub atılmağa hazırlamaq. Şirəli çiynindəki tüfəngi doldurdu… M.Hüseyn. İndi tüfəngini doldur, hazır qoy; Özün də diqqətli, ehtiyatlı ol. M.Rzaquluzadə. Həmzə ilə Qədir də … Çayqırağı tərəfi nişan alaraq atır, biri alman topçu tüfəngini, ikincisi isə mauzerini doldurur, boşaldırdılar. Ə.Əbülhəsən. 5. Dənizə, gölə, bataqlığa və s.-yə daş, torpaq və s. tökməklə quru hala gətirmək, qurutmaq. Bataqlıqları doldurmaq. Sahilin dayaz yerlərini doldurdular. // Çuxur bir yerə daş, torpaq və s. töküb onu düzləndirmək. Çalanı doldurmaq. Xəndəyi doldurmaq. Quyunu doldurmaq. 6. Əskik olan şeyi tamamlamaq, bir şeyin kəsirini tamam etmək. Qızın qohum-əqrəbaları hərə bir cürə pay gətirib, qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. R.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / doldurmaq1 1. наполнять, доливать; 2. набивать, набить, фаршировать; 3. заряжать, зарядить; 4. пломбировать (зубы); 5. выполнять, выполнить (план);
Azərbaycanca-rusca lüğət / doldurmaq2 глаг. 1. наполнять, наполнить: 1) накладывая, наливая, заполнять занимать что-л. до передела. Səbəti alma ilə doldurmaq наполнить корзину яблоками, kisəni buğda ilə doldurmaq наполнить мешок пшеницей, badələri doldurmaq наполнить бокалы, vedrəni su ilə doldurmaq наполнить ведро водой 2) заполнять целиком кем-л. Zalı doldurmaq наполнить зал 2. набивать, набить что чем-л. (вложить, втиснуть внутрь чего-л.). Qəlyanı tütünlə doldurmaq набивать, набить трубку табаком, zənbili ərzaqla doldurmaq набить корзину продуктами 3. засыпать, засыпать (заполнить чём-л. сыпучим, завалить). Qumla doldurmaq засыпать песком, zibillə doldurmaq засыпать мусором 4. заполнять, заполнить (покрыть записями страницу, листок). Anketi doldurmaq заполнить анкету, blankı doldurmaq заполнить бланк 5. заваливать, завалить (загромоздить). Otağı kitabla doldurmaq завалить комнату книгами 6. заряжать, зарядить: 1) вложить заряд или патрон в огнестрельное оружие. Tüfəngi doldurmaq зарядить винтовку 2) сообщить электрическую энергию какому-л. телу, прибору. Akkumulyatoru doldurmaq зарядить аккумулятор, batareyanı doldurmaq зарядить батарею 7. разг. выполнять, выполнить. Planı doldurmaq выполнить план 8. восполнять, восполнить (добавить то, чего не хватает). Əyər-əskiyini doldurmaq восполнить недостатки, çatışmazlığı (boşluğu) doldurmaq восполнить пробел; başını doldurmaq: 1. nəyin добавлять что-л., доливая, засыпая и т.п.; 2. başını doldurmaq kimin вбить в голову кому что; ciblərini doldurmaq набивать, набить карманы, наживаться, нажиться
Azərbaycanca-rusca lüğət / doldurmaq1 f. 1. to fill (d. with); vannanı su ilə ~ to fill the bath with water; Zəhmət olmasa, qəndqabını qəndlə doldurun Please, fill this sugar-basin with sugar; qəlyanı ~ to fill one’s pipe; 2. to stuff (d. with); toyuğu / balığı / ördəyi və s. ~ to stuff a chicken / fish / a duck, etc.; balınc ~ to stuff a pillow; başını lazımsız şeylərlə ~ to stuff one’s head with unnecessary things; Başa düşmədiyin şeylərlə başını doldurma Don’t stuff your head with things you don’t understand; 3. (silahı) to load (d.), to charge (d.); silahı ~ to load / to charge one’s gun; Əsgərlər silahlarını doldurdular The soldiers loaded / charged their guns; 4. (planı) to fulfil (d.), to carry out (d.); planı ~ to fulfil the plan
Azərbaycanca-ingiliscə lüğət / doldurmaq1 f. remplir vt, emplir vt, bourrer vt, charger vt ; qəlyanı ~ bourrer sa pipe
Azərbaycanca-fransızca lüğət / doldurmaq1 гл. 1. ацӀурун; quyunu doldurmaq фур ацӀурун (накьвадив, цив ва мс.); planı doldurmaq план ацӀурун; anket doldurmaq анкета ацӀурун; tüfəngi doldurmaq тфенг ацӀурун (патрум, барут ттуна); 2. пер. ацахьун, чукӀун; кьун (мес. камар цифеди); ** beynini doldurmaq кил. beyin; cibini doldurmaq кил. cib.
Azərbaycanca-ləzgicə lüğəti / doldurmaq