* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bir şeyin ətrafında fırlanmaq, hərlənmək, dövr eləmək, aylanmaq; dövrə vurmaq. Bu binanın ətrafını on dəqiqəyə dolanmaq olar. – Hüseynağa şeylərin daşınmasını gözləmədən yuxarı çıxıb buruğu dolandı. M.İbrahimov. Dörd tərəfimdəki mərzlərlə zəminin dövrəsini dolanırdım. Ə.Sadıq. 2. məc. Dövr etmək. Rəyimcə dolanmadı bu dövran; Bilməm ki, nədəndurur bəlası. Əmani. Bu nə keyfiyyətdir, bu nə macəra; Rəyimcə dolanmaz təqdiri-qəza. Q.Zakir. // Gəlib keçmək, ötüb keçmək. Dolandı qış, gəldi bahar; Göllərdə ördək, qaz gördüm. “Koroğlu”. Saqiya, belə ah-uf etmə; Dolanar bu zəmanə, inşallah. M.Möcüz. 3. Gəzmək, dolaşmaq. Gedək bir az dolanaq, qayıdaq. – Bir ay ramazanı mömin müsəlmanlar səhərdən axşamadək kefli kimi dolanırlar. C.Məmmədquluzadə. [Tapdıq:] Sitarə, mən on il gəzdim, dolandım iştiyaqında. C.Cabbarlı. 4. Yaxın gəlmək, bir yerə gəlmək; bir şeyin ətrafında, yaxınlığında gəzmək, görünmək. [Məşədi Əhməd:] Heç kəs mənim qapıma dolana bilməz. Ə.Haqverdiyev. [Tağıyev] çətin günlərdə daima gizlənər və qərargaha dolanmazdı. M.S.Ordubadi. 5. məc. Canlanmaq, daima xatirində, təsəvvüründə olmaq. Tahirin gözləri dənizə baxır, amma təsəvvüründə yalnız və yalnız Lətifə dolanırdı. M.Hüseyn. Gülnaz heç şey görmürdü, bütün üzlər və gözlər, dumanlı bir pərdənin dalında bir-birinə qarışmış kimi gözlərində dolanırdı. M.İbrahimov. 6. Tədavüldə olmaq. [Məşədi Allahverənin] hələ bir az bankda, bir az da əllərdə prosent ilə pulları dolanır idi. N.Nərimanov. 7. Sarılmaq. Misri qılınc gəlmələri kəsəndə; Bağırsaqlar cəmdəklərə dolana. “Koroğlu”. İşin şirin yerində çayın suyundan daha soyuq bir şey Eyvaz kişinin sol qoluna dolandı. Ə.Vəliyev. 8. İlişmək, dolaşmaq. Yeriyəndə ayaqları bir-birinə dolanır. 9. Dönmək, çevrilmək, dəyişmək. İndi bütün iş dolanıb lağ-lağa; Dərs oxudur hər başı fəsli çağa. M.Ə.Sabir. Az vəqtdə fikri dəyişib rəyi dolandı. Ə.Nəzmi. 10. Hərəkət etmək, davranmaq, özünü hər hansı bir tərzdə aparmaq. Pərviz xan fırıldaq kəlməsindən dilxor olmuşdu. Lakin öz etiqadını pozmayaraq ədəb dairəsində dolanırdı. M.S.Ordubadi. Qoca arvad yenə Laçının üzündən öpdü, ehtiyatlı dolanmağı məsləhət görüb getdi. M.Hüseyn. 11. Yola getmək, yoldaşlıq etmək, keçinmək. Onlar bir yerdə dolana bilmirlər.
Azərbaycan dilinin izahlı lüğəti / dolanmaq2 f. Öz həyatını, dolanacağını bir vasitə ilə təmin etmək, keçinmək, yaşamaq, güzəran etmək. O indi çox yaxşı dolanır. // Ümumiyyətlə, yaşamaq, güzəran keçirmək, həyat sürmək. Bir növ dolanırdıq, mən palaz toxuyub satardım, o da öz işinə məşğul idi. N.Vəzirov. İndi səkkiz il idi ki, muzdur Məşədi Əsgər Qanlıtəpədə bir arvadı və üç baş xırdaca uşaqları ilə ayda iyirmicə manat məvacibə qənaət edib dolanırdı. S.M.Qənizadə. Fərhad və Züleyxa balaca Aslanın zəhməti sayəsində dolanırdı. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / dolanmaq8 dolanmaq bax 1. fırlanmaq; 2. gəzmək 1; 3. yaşamaq
Azərbaycan dilinin sinonimlər lüğəti / dolanmaq1 DOLANMAQ I f. Gəzmək, fırlanmaq. Quzeydəki qara da; Göydə quşlar dolanır (B.Azəroğlu). DOLANMAQ II f. Yaşamaq, gün keçirmək. Ayıq-sayıq dolanaq biz; Uzaq görsün gözlərimiz (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / dolanmaq1 1. вертеться, вращаться; 2. ходить вокруг, обхаживать, объезжать; 3. прохаживаться, прогуливаться; 4. жить, поживать, уживаться; 5. обходиться, обойтись;
Azərbaycanca-rusca lüğət / dolanmaq2 1 глаг. 1. кружиться, вертеться: 1) находиться в круговом движении. Binanın ətrafına dolanmaq кружиться вокруг здания; разг. öz oxu ətrafında dolanmaq (fırlanmaq) вращаться вокруг своей оси, Günəşin ətrafına dolanmaq (fırlanmaq) вращаться вокруг Солнца, göydə dolanmaq (fırlanmaq) кружиться в небе 2) разг. назойливо появляться, находиться где-л. Bütün günü ətrafına dolanmaq nəyin весь день вертеться около чего 2. обращаться: 1) циркулировать (совершать круговое движение) 2) делать оборот (о деньгах, капитале) 3. обматываться, обмотаться, обвиваться, обвиться. Boynuna dolanmaq обвиваться вокруг шеи, qoluna dolanmaq обвиваться вокруг руки 4. вертеться (неотступно приходить – в голову, на ум). Dilimin ucunda dolanır вертится на языке, başımda dolanır вертится в голове 5. обходить, обойти, объезжать, объехать: 1) ездя, побывать во многих местах. Bütün şəhəri dolanmaq обойти весь город, bütün ölkəni gəzib dolanmaq объехать всю страну, bütün meşəni dolanmaq обойти весь лес 2) проходить, пройти, проехать, проезжать стороной, минуя что-л. Əkini dolanmaq обойти посев 6. прохаживаться, пройтись, ходить, бродить, брести. Tək-tənha dolanmaq одиноко бродить, küçələri dolanmaq бродить по улицам 7. проходить, пройти, пролететь (о времени, событиях и т.п.). İl dolandı прошел год, həftələr dolandı прошли недели 8. облетать, облететь (быстро распространиться – о слухе, известии и т.п.). Bu xəbər bütün şəhəri dolandı это весть облетела весь город ◊ başına dolanmaq kimin виться вьюном вокруг кого; başına dolanım! умоляю тебя! 2 глаг. 1. жить, поживать: 1) находиться в каких-л. отношениях (деловых, дружеских). Mehriban dolanmaq дружно жить 2) содержать себя, добывать средства к жизни. Öz qazancı ilə dolanmaq жить на свои заработки, başqasının hesabına dolanmaq жить на чужой счет, öz əməyi ilə dolanmaq жить своим трудом 2. уживаться, ужиться (наладить мирную и согласную жизнь с кем-л.). Yaxşı dolanmaq kimlə уживаться хорошо с кем; dolana bilməmək kimlə не уживаться, не ужиться с кем 3. вести, повести себя (держать себя, поступать каким-л. образом). Ehtiyatlı dolanmaq вести себя осторожно
Azərbaycanca-rusca lüğət / dolanmaq1 f. 1. to turn, to revolve, to rotate; öz oxu ətrafına ~ to revolve on its axis; 2. to go* round; to walk along; 3. to live; birtəhər ~ to live in a small way / somehow; yaxşı ~ to live a well-to-do life; 4. (yola getmək) to get* on (with); to get* along together (with)
Azərbaycanca-ingiliscə lüğət / dolanmaq1 f. tourner vi, tournoyer vi, tourner en cercle ; tourbillonner ; öz oxu ətrafına ~ tourner autour de son axe ; vivre vi ; yaxşı ~ vivre chichement ; ~ üçün işləmək travailler pour vivre
Azərbaycanca-fransızca lüğət / dolanmaq1 гл. 1. элкъуьн; чарх ягъун, элкъвена кьил-кьиле ягъун, цӀар илитӀун (мес. кӀвалелай); 2. пер. элкъуьн, кьил-кьилел хтун; къвез фин, алатиз фин (мес. кьуьд, гад); 3. къекъуьн, экъуьн; 4. са чкадин мукьув атун, мукьув агатун; са куьнин мукьув, къерехда къекъуьн, акун; 5. пер. вилерикай карагун, гуьжуькьун; гьамиша хиялда аваз хьун; 6. къекъуьн (оборотда пулар); 7. алчук хьун, аруш хьун; 8. галкӀун, сад-садал аруш хьун (мес. къекъведамаз кӀвачер); 9. элкъуьн, къекъуьн, дегиш хьун; 10. вичи-вич тухун, рафтар авун; 11. рекье фин, кьиле фин.
Azərbaycanca-ləzgicə lüğəti / dolanmaq