* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Başını, boynunu uzadıb baxmaq, başını çıxarıb baxmaq. Pəncərədən boylanıb baxmaq. – Rza Qəhrəmani həyəcanla işi buraxıb, deponun qapısına çıxdı və vağzala tərəf boylandı. M.İbrahimov. Pəncərədən boylananları salamlayan musiqi və alqış səsləri bir-birinə qarışdı. Mir Cəlal. Ayaz … qızın çiyni üzərindən küçəyə boylandı. Ə.Məmmədxanlı. // Ümumiyyətlə, müşahidə aparmaq, qabağa-dala, sağa-sola baxmaq. Laçın dörd yanına boylandı. M.Hüseyn. Nəriman ha boylanır, heç yerdə həyat izi görməyirdi. Mir Cəlal. // Məc. mənada. Boylanır qabağımda böyük bir əməl; Ucalır başım. M.Müşfiq. Dumanlar içində … əli göz üstə; Qoca Şərq boylanır dalınca sənin. S.Vurğun. 2. məc. Görünmək, özünü göstərmək, baxmaq. Günəş uca dağların arxasından yenicə boylanmışdır. – Dan ulduzu Nargin adasının dalından boylanır, Susannanın pəncərəsinə baxırdı. M.S.Ordubadi. Sanki buludlar arasından boylanmış Ay, işıqlarını otağa yaydı və çəkildi. M.İbrahimov. Səhər üfüqlərindən gün boylanırdı. M.Seyidzadə. 3. məc. Yüksəlmək, qalxmaq, ucalmaq, görünmək (hündür şey haqqında). Yaşıllıqlar arasından boylanan evlərin qırmızı damları görünür. – Yüksəklərə, mavi göylərə doğru boylanan bacalar Qara şəhərin zirzəmilərində vərəmləyən fəhlələrin dastanını oxuyurdu. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / boylanmaq1 Boyun və boylan eyni kökə malikdir. Kökü boy sözüdür, ad – feil omonimi olub (boyun feildən, boylan isə isimdən yaranıb). Etimonu bu (bur) sözüdür: “o tərəfə, bu tərəfə burula bilən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / boylanmaq1 1. высовываться, высунуться, выглядывать; 2. смотреть куда-то с вытянутой шеей, смотреть, вытягиваясь; 3. вырасти, стать выше ростом;
Azərbaycanca-rusca lüğət / boylanmaq2 1 глаг. 1. смотреть куда-л., вытянув шею 2. выглядывать, высовываясь 3. оборачиваться, обернуться. Səs gələn tərəfə boylanmaq обернуться на голос 5. перен. виднеться, показываться из-за чего-л.; выглядывать, выглянуть. Buludların arxasından günəş boylandı из-за туч выглянуло солнце 2 глаг. расти, становиться выше ростом
Azərbaycanca-rusca lüğət / boylanmaq1 f. 1. to look round, to look out; pəncərədən ~ to look out of the window; ətrafa ~ to look round; 2. to turn round; bir kəsin səsinə ~ to turn round at smb.’s voice; 3. məc. to emerge, to peep out; bir şeyin arxasından / dalından ~ to emerge from behind smth.; Günəş buludların arxasından boylandı The Sun emerged from behind the clouds; Bənövşələr göy otların arasından boylanırdı Violets were peeping from the grass
Azərbaycanca-ingiliscə lüğət / boylanmaq1 f. regarder en allongeant le cou ; regarder dehors ; pəncərədən ~ regarder par la fenêtre, mettre le nez à la fenêtre ; ətrafa ~ regarder tout autour ; bir kəsin səsinə ~ retourner (se) à la voix de qn ; məc. paraître vi ; émerger vi ; ay buludların arxasından boylanır la lune émerge des nuages
Azərbaycanca-fransızca lüğət / boylanmaq1 гл. 1. кьил (гардан) яргъи авуна килигун, кьил акъудна (экъисна) килигун; кьил акъудун, кьил экъисун (мес. дакӀардай); 2. элкъуьн, килигун (вилик-кьулухъ, инихъ-анихъ); 3. пер. вичи-вич къалурун, килигун (мес. ракъини дагъдин кьулухъай); 4. пер. хкаж хьун, хкатна акун (кьакьанвал авай затӀунин гьакъинда).
Azərbaycanca-ləzgicə lüğəti / boylanmaq