dolamaq sözü azərbaycan dilində

dolamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dolamaq • 89.7059%
  • Dolamaq • 5.8824%
  • DOLAMAQ • 4.4118%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2011 ••••••••••• 0.09
2019 •••••••••••••••••• 0.14

dolamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Sarımaq, sarıqlamaq. Dolağı ayağına doladı, çəkməsini geydi. – [Durna:] Çay başından gəlirkən saçlarımı əllərinə doladı, kəndin içindən sürüdü. C.Cabbarlı. 2. məc. dan. Tapşırmaq, üzərinə yükləmək, həvalə etmək, öhdəsinə qoymaq. Bu işi hər adama dolamaq olmaz. 3. Basmaq, vurmaq mənasında. Kənd içərisində Nəbigili gülləyə doladılar. Nəbinin dəstəsi qaçıb evlərin dəhlizlərinə doldular. “Qaçaq Nəbi”. Baxış bəy Camalın baş-gözünü şallağa doladı. Ə.Abasov. 4. məc. dan. Lağa qoymaq, ələ salmaq, sarımaq, masqara etmək (bəzən “ələ”, “əlinə”, “dilinə”, “barmağına” sözləri ilə). [Sərdar:] Bu nə sözdür, Yusif şah! …Atamın ərvahı üçün, səni dolamırıq. A.Şaiq. Qara oğlan isə gələn qadını açıqdan-açığa dolamağa çalışırdı. M.Hüseyn. Bilmirəm, doğrudanmı bu fikirdəsən, ya bizi dolayırsan. Ə.Sadıq.

    Azərbaycan dilinin izahlı lüğəti / dolamaq

dolamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 1. DOLAMAQ Qara oğlan isə gələn qadını açıqdan-açığa dolamağa çalışırdı (M.Hüseyn); ƏLƏ SALMAQ [Məsumə:] Sen məni ələ salma Firəngiz, intiqam almaq üçün göstərdiyin cidd-cəhd əbəsdir (B.Bayramov); LAĞ ELƏMƏK (ETMƏK) Sayalı o zaman .. tənəffüslərdə oğlanların papağını qoyar, kağızdan özünə bığ düzəldər, ona-buna lağ edərdi (İ.Şıxlı); SARIMAQ Fərəc: Ay, sizi, İbiş müəllim. Mən özüm camaatı dolayıram, siz də indi məni sarıyırsınız, qoy oturmuşuq (Anar). 2. DOLAMAQ [Duma:] Çay başından gəlirkən saçlarımı ellərinə doladı, kəndin içindən sürüdü (C.Cabbarlı); SARIMAQ O ellər.. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub.. (Ə.Əbülhəsən).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dolamaq

dolamaq sözünün antonimləri (əks mənalı sözlər)

dolamaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DOLAMAQ I f. Sarılmaq, qucaqlamaq. Sevgilim! Qolunu dola boynuma; Kəlmələr od kimi düşsün dilindən (S.Vurğun). DOLAMAQ II f. Ələ salmaq, sarımaq. Dəcəlin biridir, qabağına çıxanı dolayır (İ.Şıxlı).

    Azərbaycan dilinin omonimlər lüğəti / dolamaq

dolamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. обматывать, наматывать, обвивать, обернуть; 2. перен. морочить, дурачить, глумиться;

    Azərbaycanca-rusca lüğət / dolamaq
  • 2 глаг. 1. nəyi обматывать, обмотать, обвивать, обвить, наматывать, намотать что 2. перен. kimi издеваться, насмехаться над кем ◊ barmağına dolamaq kimi обводить, обвести вокруг пальца кого

    Azərbaycanca-rusca lüğət / dolamaq

dolamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to wind* (d. about); to twine (d. about); to spin (d.); sapı ~ to spin thread; sapı tağalağa ~ to wind* thread on a reel; qollarını boynuna ~ to twine one’s arms round / about smb.’s neck; Sarmaşıq ağaca dolandı The ivy twined round the tree; dəsmalı boynuna ~ to wind* a towel round one’s neck; 2. məc. to fool (d.); bir kəsi ~ to fool smb., to pull smb.’s leg; ◊ barmağına ~ to twist / to wind* smb. round one’s little finger, to deceive (d.), to take* in (d.), to cheat (d.)

    Azərbaycanca-ingiliscə lüğət / dolamaq

dolamaq sözünün fransız dilinə tərcüməsi

dolamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. алчукун, арушун (мес. кӀвачерал дулахар); 2. пер. рах. тапшурмишун, ихтибарун, хиве ттун, (хивез) вегьин, гилигун; 3. ягъун; хура ттун (мес. гуьлледин); 4. пер. рах. тупӀал элкъуьрун, рахшанд авун, айгьанатун, хъуьруьнар авун; квягъун, хъачун.

    Azərbaycanca-ləzgicə lüğəti / dolamaq

dolamaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#dolamaq nədir? #dolamaq sözünün mənası #dolamaq nə deməkdir? #dolamaq sözünün izahı #dolamaq sözünün yazılışı #dolamaq necə yazılır? #dolamaq sözünün düzgün yazılışı #dolamaq leksik mənası #dolamaq sözünün sinonimi #dolamaq sözünün yaxın mənalı sözlər #dolamaq sözünün əks mənası #dolamaq sözünün etimologiyası #dolamaq sözünün orfoqrafiyası #dolamaq rusca #dolamaq inglisça #dolamaq fransızca #dolamaq sözünün istifadəsi #sözlük