qolu sözü azərbaycan dilində

qolu

Yazılış

  • qolu • 97.7574%
  • Qolu • 2.2426%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Persea qolu
Persey qolu — Südyolunun iki böyük spiral qolundan biridir. Digər böyük spiral qol qalxan-sentavr qoludur. Persey qolu, uzun Südyolu çubuğunun mərkəzdən uzaq olan son qismindən kənara doğru uzanır. Südyolu iki böyük və çoxlu sayıda kiçik qoldan meydana gəlmiş çubuqlu sipral qalaktikadır. Persey qolunun diametri təxminən 10,700 parsekdir və kiçik qu-quşu və oxatan qolu arasında yerləşir. Persey bürcünə olan yaxınlığından dolayı bu formada adlandırılır.
Persey qolu
Persey qolu — Südyolunun iki böyük spiral qolundan biridir. Digər böyük spiral qol qalxan-sentavr qoludur. Persey qolu, uzun Südyolu çubuğunun mərkəzdən uzaq olan son qismindən kənara doğru uzanır. Südyolu iki böyük və çoxlu sayıda kiçik qoldan meydana gəlmiş çubuqlu sipral qalaktikadır. Persey qolunun diametri təxminən 10,700 parsekdir və kiçik qu-quşu və oxatan qolu arasında yerləşir. Persey bürcünə olan yaxınlığından dolayı bu formada adlandırılır.
Sürgü qolu
Sürgü qolu müstəvi mexanizminin üzvü olub, hərəkətli üzvlərlə fırlanma kinematik cütləri vasitələri ilə əlaqələndirilərək mürəkkəb hərəkət icra edir. Sürgü qolu porşenin irəli-geri hərəkətini çarxqolunun fırlanma hərəkətinə çevirən çarxqollu-sürüngəc mexanizminin əsas bəndi hesab edilir. Porşenli mühərriklərdə, kompressorlarda və nasoslarda sürgü qolunun içliyi iki tavrlı en kəsiyinə malik olur. Sürgü qolunun porşenlə birləşən hissəsi bütöv, valla birləşən hissəsi isə yağlamanı mümkün etmək üçün söküləbiləndir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Çarx qolu
Çarxqolu fırlanma oxu ətrafında tam dövrdə tsiklik hərkət edən çarxqollu-sürgüqollu mexanizmin bəndidir. İrəli geri hərəkətin fırlanmaya v əksinə çevrilməsinə xidmət edir. Əsasən lingli və dişli-lingli mexanzimlərdə aparıcı rola malikdir. == İstinad == Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004. - 688 s.
Donanma Hava Qolu
Donanma Hava Qolu (İngilis dili: Fleet Air Arm (FAA)) - Kral Dəniz Qüvvələrinin aviasiya qoludur. 13 aprel 1912-ci ildə Krallıq Donanmasının Hava Xidməti adı ilə quruldu və 1937-ci ildə müasir adı ilə dəyişdirildi.
Fransada ilin qolu
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin qolu siyahısıdır. Fransada əksər futbol mükafatlarından fərqli olaraq bu mükafatın sahibi cəmiyyət arasında aparılan sorğu nəticəsində müəyyən edilir. İlk qalib isə "Lans" klubunun oyunçusu olmuş Antuan Siberski olmuşdur.
Nəhənglərin Asimptotik qolu
Nəhənglərin Asimptotik qolu — Nəhənglərin asimptotik qolu AGB H-R diaqramında inkşafda olan kiçik və orta kütləli ulduzların yerləşdiyi hissədir. Nəhənglərin asimptotik qolunun tipik nümayəndəsi qırmızı nəhəngdir. Belə ulduzun karbon və oksigendən ibarət nüvəsi, nüvənin ətrafında isə iki təbəqə vardır. Birinci təbəqədə helium yanaraq karbona çevrilir, ikinci təbəqədə isə hidrogen yanaraq heliuma çevrilir. Nüvə oksigen və karbondan ibarətdir və burada heç nüvə reaksiyası getmir.AGB mərhələsi – bu mərhələdə iki hissəyə bölünür: Erken AGB və döyünən temperaturlu AGB. Erkən AGB mərhələsində karbon və oksigendən ibarət nüvənin ətrafındakı nazik təbəqədə heliumun yanması əsas enerji mənbəyidir. İnkşafının bu dövründə ulduz ölçülərini çox böyüdərək qırmızı nəhəngə çevrilir. Onun ölçüsü 1 a.v çata bilər. Təbəqə daxilindəki helium bütünlüklə sərf olunduqdan sonra temperatur döyünməsi mərhələsi başlayır (pulsasiya). Bu zaman ulduz əsas enerjini nazik təbəqədəki hidrogenin yanması hesabına verir. Bir neçə min il davam edən bu döyüntülər zamanı nüvədəki maddə xarici təbəqələrdəki maddələr ilə qarışır və ulduzun müxtəlif hissələrindəki elementərin miqdarı əvvəlkinə nəzərən dəyişir.AGB ulduzlar adətən böyük müddətli dəyişən ulduzlara aiddir.
Qoyun qolu dolması
== Lazım olan ərzaqlar == Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə == Hazırlanma qaydası == Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.
Sunja (Terekin qolu)
Sunja (rus. Sunja,inquş. Шолжа , çeçen. Соьлжа , Qumuq. Сююнч ) çayı- Şimali Qafqazın şərq hissəsində yerləşir. Terek çayının sağ qoludur. Uzunluğu - 278 km, hövzə sahəsi - 12 000 km². Mənbə Böyük Qafqaz dağ silsiləsinin şimal yamacında, 1200 m yüksəklikdədir, orta bulanıqlıq 3800 q / m³: çay ildə 12,2 milyon ton çöküntü daşıyır. Suvarma üçün istifadə olunur. == Axın == Sunja çayı, Uşkort dağ silsiləsindəki buzlaqlardan qaynaqlanır, Üçxut dağ silsilələrini keçərək Suqulta və Sunji-kort dağları arasındakı dərəyə girir.
Bık (Samara çayının qolu)
Bık — Ukraynada çay, Samara çayının sol qolu == Haqqında == Bık çayı - Donetsk vilayərinin şimal-qərbindən və Dnepropetrovsk vilayətinin şərqindən axır. Bık çayı şəhər tipli qəsəbə olan Petpopavlovka yaxınlığında Samara çayına tökülür. Çayın uzunluğu 108 km, hövzəsi 1430 kv. km.-dir. Bık çayı Samara-Dnepr-Qara dəniz su sisteminə daxildir. Çayın cənubunda və onun yuxarı hissəsində Dobropolye şəhəri yerləşir. Şəhər tipli qəsəbələr olan Svyatoqorovka, Petropavlovka qəsəbələri, Qanevka, Krivorojye, Slavyanka, Troitsa kəndləri Bık çayının sahillərində yerləşir.
Morava (Dunayın sol qolu)
Morava (alm. March‎, mac. Morva, pol. Morawa) — Mərkəzi Avropada çay. Dunayın sol qoludur. == Coğrafiya == Uzunluğu 388 kilometr, hövzəsinin sahəsi isə 26,6 min km2-dir. Avstriya, Çexiya və Slovakiya ərazisindən keçir. Sudet diyarından başlanır, Çexiya-Moraviya yüksəkliyi və Qərbi Karpat dağları arasında axır. Payızda daşır. == İqtisadiyyat == Qodonin şəhərinədək gəmiçiliyə yararlıdır.
Pronya çayı (Okanın qolu)
Pronya — Rusiya Federasiyasının Ryazan və Tula vilayətlərində çay. Oka çayının sağ qolu. Uzunluğu 336 km, hövzəsinin sahəsi 10.2 min km²-dir. Orta Rusiya yüksəkliyinin şimal-şərq yamaclarında başlanır. Əsasən qar suları ilə qidalanır. Noyabrdan mayadək donmuş olur. Aşağı axınında gəmiçiliyə yararlıdır. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Seria A ilin qolu
Seria A ilin qolu mükafatı İtaliya A seriyasında mövsüm ərzində vurulmuş ən baxımlı qolun sahibinə təqdim edilən mükafatdır. Mükafatın ilk sahibi isə 2004-cü ildə Andrey Şevçenko olmuşdur.
İj (Kama çayının qolu)
İj çayı — Kama çayının sağ qolu olub, Tatarıstan və Udmurtiya respublikalarının ərazisindən keçir. 1978-ci ildən təbii abidə kimi qorunur. == Axımı == İj çayı Böyük və Kiçik İj çaylarının birləşməsi ilə formalaşır. Çay öz mənbəyini Udmur respublikasının İqrin və Yaşkur-Bodin rayonlarının sərhəddində yerləşən Kiçik Ovşor kəndindən götürür. Çay Tatarıstan və Udmur respublikaları ərazisində şimaldan cənuba doğru istiqamətdə axır (Udmur respublikasında çayın uzunluğu 97 km-dir) və 124 km sonra Kama çayına tökülür. İj çayının mənsəbində Nijnekamı su anbarı yerləşir. Çayın uzunluğu 237 km-dir. (Böyük İj çayıda daxil edilərsə 259 km). Çayın hövzəsi 8510 km², həmçinin İj gölməçəsindən 1640 km² çoxdur. Su hövzəsi yüksək düzənlikdə yerləşir ki, onun da relyefi Sarapul (hipsometrik hündürlüyü 100–150 m) və Mojqin (hipsometrik hündürlüyü 200–250 m) düzənliklərinə ayrılır.
Anna Qolubkina
Anna Semyonovna Qolubkina (rus. Анна Семёновна Голубкина; 28 yanvar 1864, Zaraysk, Ryazan quberniyası - 7 sentyabr 1927, Zaraysk, Moskva vilayəti) — rus heykəltaraş. Şərəfinə Venerada krater adlandırılıb. == Həyatı == Anna Qolubkina 1864-cü ildə Ryazan quberniyasının (hazırda Moskva vilayəti) Zaraysk şəhərində anadan olmuşdur. 25 yaşında ikən Moskvaya getmiş və Anatoli Qunst tərəfindən təşkil edilmiş Qunst İncəsənət Məktəbinə (1889—1890-cı illər) daxil olmuşdur. Həmin məktəbdə Qolubkinanın bacarığını məşhur heykəltaraş və pedaqoq Sergey Volnuxin kəşf edir. Bir neçə il Moskva rəssamlıq, heykəltaraşlıq və memarlıq məktəbində təhsil alır. Ardınca Peterburqa köçür və 1894-1895-ci tədris ilində həvəskar dinləyici kimi Rəssamlıq Akademiyasında Vladimir Beklemişevin sinfində iştirak edir. 1895-ci ilin yayında Parisə gedərək, özəl Kolarossi Akademiyasında olur. 1897-ci ildə Rusiyaya qısamüddətli qayıdışından sonra Kamilla Klodelin yerinə keçərək, Ogüst Rodenin assistenti olur və onun əsərlərinin əl və ayaqları üzərində çalışır.
Bir qolun tarixçəsi
Bir qolun tarixçəsi — idman yazarı, "Ballon d'Or" ("Qızıl top"), "The Best FIFA Football Awards", "Golden Foot" ("Qızıl Ayaq") və "World Soccer Awards" kimi nüfuzlu beynəlxalq mükafatların jüri üzvü Rasim Mövsümovun (Mövsümzadə) araşdırma mövzusunda yazdığı kitab. == Haqqında == Kitab 2013-cü ildə AFFA-nın dəstəyilə nəşr olunub. Bu araşdırma kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında SSRİ yığmasının heyətində Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.Kitabda Anatoli Banişevskinin SSRİ yığmasının heyətində rəsmi və qeyri-rəsmi oyunlarda vurduğu qolların siyahısı, həmçinin 1966 FİFA Dünya Kubokunun qrupları, keçirilmiş bütün oyunların nəticələri təqdim olunub. Bundan başqa, kitabda mundialın rəsmi afişası, turnirdən və sözügedən oyundan çəkilmiş fotoşəkillər yer alıb. == Mükafatları == "Bir qolun tarixçəsi" kitabı Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2013-cü ilin idman üzrə ən yaxşı kitabi seçilib.Bundan başqa, müəllif Rasim Mövsümov (Mövsümzadə) həmin 2013-cü ildə Türkiyədə "Yılın Yabancı Spor Yazarı" ("İlin ən yaxşı əcnəbi idman yazarı") nominasiyasında "Futbol Oscarı" mükafatına layiq görülüb. == Kitabxanalarda == "Bir qolun tarixçəsi" kitabı Azərbaycan Milli Kitabxanasında, İsveçrədə FIFA Dünya Futbol Muzeyi və Paraqvayda CONMEBOL Cənubi Amerika Futbol Muzeyinin kitabxanalarında, ABŞ-nin Texas ştatındakı Milli Futbol Şöhrət Zalının arxivində, həmçinin Londonda dünyanın ən böyük kitabxanası hesab edilən Britaniya Milli Kitabxanasında və Kiyevdə V. İ. Vernadski adına Ukrayna Milli Kitabxanasında saxlanılır. == "Anatoli Banişevski 60" == Rasim Mövsümov (Mövsümzadə) həmçinin 2006-cı ildə nəşr olunan "Anatoli Banişevski-60" kitabçasının müəllifidir.
Dola mənə qolunu (mahnı)
Dola mənə qolunu — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Cəlal Qurbanova, musiqisi Faiq Sücəddinova aiddir. Aygün Kazımova ilk dəfə olaraq Xəzər TVdə yayımlanan Nəsib Nurun aparacılıq etdiyi "Nəsib olsa" proqramında təqdim etmişdir. 14 fevral 2019-cu ildə "Dola mənə qolunu" mahnısını gənc müğənni Rəsul Əfəndiyev ilə birlikdə duet şəklində təqdim etmişdir. Duet şəklində ifa olunan mahnı ilk olaraq, Türkiyənin məşhur KRAL FM-ində təqdim olunmuşdur.
Mira Qoluboviç
Mira Qoluboviç (15 oktyabr 1976, Mеtkоviç, Dubrovnik-Neretva jupaniyası[d]) — Serbiya voleybolçusu.
Qolub-Tyoryur-Arıta
Qolub-Tyoryur-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi və Oqonnyor-Kubata körfəzləri arasında yerləşən qumdan ibarət olan ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Qonşu adalar: İlin-Qolub-Tyoryur-Arıta və Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 3 metrdir.
Qolubıe Dali (Soçi)
Qolubıye Dali — Rusiyada, Krasnodar diyarıının Soçi şəhərində mikrorayon. Mikrorayon Adler rayonu ərazisindədir. Mikroroayon Qara dənizə enən dağ yamacında, Xerota və İzvestinski çaylarının su ayrıcında yerləşir. Herota çayının və Qara dənizə enən İzvestinski çayının kiçik bir yamacında yerləşir. Sahildən mikrorayonu Adler stansiyası və Adler vaqon deposu olan dəmir yolu xətti ilə ayrılır. == Tarixi == Bu adın mikrorayona verilməsinin səbəbləri ilə bağlı bir neçə fərziyyə var: Mikrorayonun əsas küçəsi dənizə baxan təpədə yerləşir. Mikrorayon ərazisində yarpaqları mavi rəngə boyanmış və vizual olaraq "mavi məsafə" yaradan mimoza plantasiyaları var idi. Adi insanlarda küçə sadəcə Dal adlanırdı. Mikrorayonda kütləvi inkişaf 1970-ci illərin əvvəllərində başlamış və bu günə qədər davam edir. İlk tikilən ev 18 nömrəli ev olub.
Qolubıye Dali (Soçi)
Qolubıye Dali — Rusiyada, Krasnodar diyarıının Soçi şəhərində mikrorayon. Mikrorayon Adler rayonu ərazisindədir. Mikroroayon Qara dənizə enən dağ yamacında, Xerota və İzvestinski çaylarının su ayrıcında yerləşir. Herota çayının və Qara dənizə enən İzvestinski çayının kiçik bir yamacında yerləşir. Sahildən mikrorayonu Adler stansiyası və Adler vaqon deposu olan dəmir yolu xətti ilə ayrılır. == Tarixi == Bu adın mikrorayona verilməsinin səbəbləri ilə bağlı bir neçə fərziyyə var: Mikrorayonun əsas küçəsi dənizə baxan təpədə yerləşir. Mikrorayon ərazisində yarpaqları mavi rəngə boyanmış və vizual olaraq "mavi məsafə" yaradan mimoza plantasiyaları var idi. Adi insanlarda küçə sadəcə Dal adlanırdı. Mikrorayonda kütləvi inkişaf 1970-ci illərin əvvəllərində başlamış və bu günə qədər davam edir. İlk tikilən ev 18 nömrəli ev olub.
Yuri Qolub
Yuri Aleksandroviç Qolub (belar. Юрый Голуб; doğulub 16 aprel 1996-cı il, Qlusk, Mogilyov vilayəti, Belarus) — Belaruslu paralimpiyaçı, biatlonçu və xizək sürən. Phençhan 2018 Paralimpiya oyunlarının dörd qat mükafatçısı, dünya çempionatının bürünc mükafatçısı (2017). Yuri Qolubun görmə qabiliyyəti yoxdur. == Bioqrafiyası == Altı yaşından xizək sürməyə başlamış. 2016-cı ildə Vuokattidə xizək sürmə üzrə Dünya Kubokunda çıxış edərək Belarus milli komandasında debüt etdi.2017-ci ildən əlilliyi olan insanların xizək sürmək üzrə dünya çempionatlarına start verildi. Finsterauda keçirilən çempionat zamanı 10 km sərbəst xizək sürmə yarışında bürünc medal qazandı. O, həmçinin klassik üslubda 20 km yarışda dördüncü, estafet yarışında beşinci, sərbəst stil sprintində yeddinci və 7.5 km biatlon yarışında səkkizinci oldu.2018-ci ilin mart ayında Cənubi Koreyanın Phençhanda şəhərində Paralimpiya Oyunlarında çıxış edərək debüt etdi. Yuri görmə qabiliyyəti olmayan biatlonçularda və xizək yarışlarında çıxış edirdi. Biatlonda iki medal qazandı - 12,5 km məsafəyə qaçışda qızıl və 7,5 km məsafəyə qaçışda gümüş.
İlin-Qolub-Tyoryur-Arıta
İlin-Qolub-Tyoryur-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi və Oqonnyor-Kubata körfəzləri arasında yerləşən qumdan ibarət olan ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Qonşu adalar: Qolub-Tyoryur-Arıta və Şved-Mayaktax-Arıta. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir.
Yelena Qolub
Yelena Yevgenyevna Qolub (ukr. Олена Євгенівна Голуб; 25 dekabr 1951, Kiyev) — Ukrayna müasir incəsənət rəssamı, elektroqrafiki və sənətşünası. O, Ukrayna Milli Rəssamlar İttifaqının (2003-cü ildən), Macarıstan Elektroqrafik Rəssamlar Assosiasiyasının (2019-cu ildən) üzvüdür. Qolub Yeni Ukrayna dalğasının nümayəndəsidir. Müasir incəsənətə dair 100-dən çox nəşrin müəllifidir. O, vizual incəsənətdə ekspressivliyin ifadəli və qrotesk formalarına, zehni konstruksiyaların bir növü olan kompozisiyalarda obyektlərin paradoksal qarşı-qarşıya qoyulmasına meyil edir. Bir çox milli və beynəlxalq incəsənət layihələrinin kuratoru və iştirakçısıdır. Onun əsərləri Almaniya, Niderland, Belçika, Cənubi Koreya, Polşa, Avstriya, Macarıstan və s. ölkələrdə nümayiş etdirilmişdir. Onun sənət əsərləri ilə muzeylərə Ukrayna Milli İncəsənət Muzeyi və Macarıstandakı Pannonhalma Arçabbi Muzeyi daxildir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.93 dəfə / 1 mln.
2002 ••• 3.43
2003 1.57
2004 ••• 4.04
2005 •••• 5.40
2006 •••• 6.76
2007 ••• 4.02
2008 ••••• 6.82
2009 •••••••••• 16.16
2010 ••••••••••••••••••• 31.23
2011 ••••••••••••••••• 28.74
2012 ••••••••••••••• 24.95
2013 •••••••••••••••••••• 33.99
2014 ••••••••••••• 21.45
2015 •••••• 8.68
2016 ••••••• 10.93
2017 •••••• 9.59
2018 •••••••• 12.44
2019 •••••• 9.46
2020 ••••• 7.82

"qolu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qolu nədir? #qolu sözünün mənası #qolu nə deməkdir? #qolu sözünün izahı #qolu sözünün yazılışı #qolu necə yazılır? #qolu sözünün düzgün yazılışı #qolu leksik mənası #qolu sözünün sinonimi #qolu sözünün yaxın mənalı sözlər #qolu sözünün əks mənası #qolu sözünün etimologiyası #qolu sözünün orfoqrafiyası #qolu rusca #qolu inglisça #qolu fransızca #qolu sözünün istifadəsi #sözlük