goru sözü azərbaycan dilində

goru

Yazılış

  • goru • 84.6154%
  • Goru • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağbulaq (Gorus)
Ağbulaq (erm. Աղբուլլաղ) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. == Tarixi == Kəndin 1830-cu ildən sonra salındığı güman edilir. Ağbulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir. 1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmüş, uzun müddət öz kəndlərini tərk etməmişlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmağa məcbur olmuş və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıtmış (40-a yaxın ev) və Ağbulaq kəndini yenidən bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında ağbulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. == Mədəniyyəti == Kənddə 1931-ci ildə məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur.
Ballıqaya (Gorus)
Balliqaya — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. == Toponim == Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. == Əhalisi == 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Həmçinin bax == Ballıqaya (Qubadlı) Ballıqaya (Ağdam) == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Bayandur (Gorus)
Bayandur — İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 37 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm də I Bayandur, II Bayandur formalarında qeyd edilir. Toponim bayandur türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7.V.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vağatur qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 101 nəfər, 1873-cü ildə 514 nəfər, 1886-cı ildə 869 nəfər, 1897-ci ildə 363 nəfər, 1904-cü ildə 830 nəfər, 1914-cü ildə 409 nəfər azərbaycanlı yaşamışdır.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Gorus (dəqiqləşdirmə)
Gorus — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd. İndi Gorus rayonunda şəhər və rayon mərkəzi. Gorus rayonu — indi Ermənistan adlanan respublikada rayon. Gorus çayı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda çay. Gorus Hava Limanı — Ermənistan Respublikasında Sünik mərzinin Gorus şəhəri Şinuyar kəndi yaxınlığında yerləşən fəaliyyətsiz mülki hava limanı.
Gorus (şəhər)
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Gorus Hava Limanı
Gorus Hava Limanı — (erm. Կապան օդանավակայան), və ya yaxud Şinuyar Hava Limanı — Ermənistan Respublikasında Sünik mərzinin Gorus şəhəri Şinuyar kəndi yaxınlığında yerləşən fəaliyyətsiz mülki hava limanı. Aeroport SSRİ-nin dağılması ilə eyni zamanda, 1991-ci ildə fəaliyyətini dayandırıb. Lakin Ermənistan hökuməti hava limanının yenidən qurularaq 2016-cı ildə yenidən fəaliyyətə başlayacağını nəzərdə tutub. 2,011x28 m ölçülərində asfalt səthə malik olan hava limanının uçuş zolaqları 08/26 istiqamətindədir.
Gorus rayonu
Gorus rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Gorus şəhəridir. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistan SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır. Rayonun ərazisi 752 km²-dir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 250 km-dir. 1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Şurnuxu, Ağbulaq, Şamsız, Qurdqulaq, Şahverdilər, Gorus. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Tarixi == Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu Gorusdan keçib gedərmiş. Qarabağ xanları Gorus ermənilərinə qarşı həmişə xoş münasibət bəsləmişlər.
Goruslar
Goruslar — qədim türk tayfası. "Alban tarixi"ndə VIII əsr hadisələri ilə əlaqədar olaraq Qafqaz Albaniyasında Qoroz qalasının adı çəkilir. Bu qalanın adı indiyədək Ermənistanda Qoris (əslində Gorus) formasında qalmışdır. Qoroz toponimi Koros (orta əsrlərdə Gorus) adının ermənicə yazılışıdır, çünki "Alban tarixi" bizə qədim erməni dilində gəlib çatıb. Tədqiqat göstərir ki, Qoroz toponimi təhrifə uğramış şəkildə Xurs və Xoruz kimi də mövcuddur. Naxçıvandakı Xurs və Tərtər rayonundakı Xoruzlu kəndlərinin adları ilə Gorus toponimi eyni mənşəlidir. "VII əsr erməni coğrafiyası"nda Albaniyanın şimal-şərqində Xorsvem ("Xors qayası") toponimi qeyd olunur. Ərəb mənbələrində isə həmin yer Xursan qalası adlandırılır. Bu qala indiki məşhur Çıraqqaladır (Dəvəçi rayonu). Həmin Xursan toponimi də mənşəcə yuxarıda göstərdiyimiz Qoroz (Gorus), Xurs və Xoruz adları ilə eyni mənşəlidir.
Qaladərəsi (Gorus)
Qaladərəsi, Halidzor, Qalidzor, Alidzor — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonundakı kənd. Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində «möhkəmləndirilmiş yer, şəhər» mənasında işlənən qala sözü ilə Azərbaycan dilində «iki dağ və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur» mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib «dərədə yerləşən qala yanında olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Qalidzor (Qala dərəsi) qoyulmuşdur.
Qurdqulaq (Gorus)
Qurdqulaq (erm. Վանանդ — Vənənd) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. Kəndin 1865-ci ildə Qubadlı rayonunun Hacılar kəndindən köçən adamlar tərəfindən salındığı güman olunur. Qurdqulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir. 1918-ci ildə Qurdqalaq kəndi ermənilər tərəfindən dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə (təxminən 70-80 ailə) Qubadlı və Cəbrayıl rayonlarına qaçmışlar. Sovet hökuməti qurulduqdan sonra Qurdqalaq camaatından 35-40 ailə yenidən Gorusa qayıdaraq, öz kəndlərini bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında qurdqulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. Kənddə 1934-cü ildə ibtidai məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Kəndin klubu, məktəbi, kitabxanası, tibb məntəqəsi, mağazası, su dəyirmanı, idarə binası və s.
Xınzırək (Gorus)
Xınzırək — Ermənistanın Sünik mərzinin Gorus bələdiyyəsində yerləşən kənd. Kəndin ilkin tarixi adı "Xanzirək"dir. Ermənilər çox vaxt "a" səsini "ı" kimi tələffüz etdiklərindən "Dağ" kəndini "Dığ" adlandırdıqları kimi "Xanzirək" kəndini də əvvəlcə "Xınzirək", sonra isə "Xnzoresk" adlandırmışlar. Bu kənd Orta çağda Sünik bölgəsinə bağlı idi. XIII əsr tarixçisi Stepanos Orbelinin əsərlərində adı çəkilir. Qarabağ xanlığı dönəmində Tatev mahalının ərazisində qərar tuturdu.
Yaycı (Gorus)
Yaycı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim yaycı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur.
Zəngəzur Gorus FK
Zəngəzur Gorus Futbol Klubu (erm. Ֆուտբոլային Ակումբ „Զանգեզուր“ Գորիս) — Ermənistanda Gorus şəhərini təmsil etmiş futbol klubu. 1982-1997-ci illər aralığında fəaliyyət göstərib. Zəngəzur Gorus FK 1982-ci ildə Ermənistan Respublikasının Gorus şəhərində yaradılıb. Klub ilk dəfə 1993-cü ildə Ermənistan Çempionatının Birinci Liqasında çıxış edərək birinci yeri tutmuş və yüksək liqaya vəsiqə qazanmışdır. Yüksək liqada ard-arda 4 mövsüm çıxış etsə də 1996/97 mövsümündə axırdan ikinci - 11-ci yeri tutaraq aşağı liqaya yuvarlanmış, bununla da klub faəliyyətini 1997-ci ildən bəri dayandırmışdır. Ermənistan Çempionatının bürünc mükafatçısı 1995 A. Arakelyan (1991) Vrej Davatyan (1994) Serj Petrosyan (1995 - 1996) Feliks Veranyan (?
Şahverdilər (Gorus)
Şahverdilər (erm. Որոտան; Vorotan) — Ermənstanın Gorus rayonunun Sünik mərzində kənd. Şahverdilər kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına bağlı olmuşdur. Andronikin və Nijdehin quldur dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında kəndə basqın edib dağıtmış, kənd camaatını qətlə yetirmişlər. Sağ qalan əhali kəndi tərk etmək məcburiyyəti qarşısında qalmışdır. SSRİ dövründə bəzi kənd sakinləri geri dönmüş və kənddə yaşamağa başlamışlar. 1961-ci ildə Tatev su-elektrik stansiyası tikilərkən kəndin adı dəyişdirilərək, "Vorotan" qəsəbəsi adlandırılmışdır. 1988-ci ildə kənddə yaşayan azərbaycanlılar Ermənistan SSR-də yaşayan digər soydaşları kimi deportasiyaya məruz qalmışlar və öz yurd-yuvalarını tərk etmişlər. 1933-cü ildə kənddə kolxoz qurulmuş, 1935-ci ildə isə ibtidai məktəb açılmışdır. Şahverdilərdə 8 illik məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt binası, mağaza fəaliyət göstərirdi.

"goru" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#goru nədir? #goru sözünün mənası #goru nə deməkdir? #goru sözünün izahı #goru sözünün yazılışı #goru necə yazılır? #goru sözünün düzgün yazılışı #goru leksik mənası #goru sözünün sinonimi #goru sözünün yaxın mənalı sözlər #goru sözünün əks mənası #goru sözünün etimologiyası #goru sözünün orfoqrafiyası #goru rusca #goru inglisça #goru fransızca #goru sözünün istifadəsi #sözlük