toru sözü azərbaycan dilində

toru

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • toru • 85.8667%
  • Toru • 14.1333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Toru Sano
Toru Sano (d. 15 noyabr 1963) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Toru Takemitsu
Toru Takemitsu (yap. 武満徹; 8 oktyabr 1930[…], Tokio şəhəri[d], Yaponiya imperiyası – 20 fevral 1996[…], Minato) — Yaponiyalı bəstəkar və yazıçı. Takemitsu instrumental və orkestr tembrinin idarə edilməsində yüksək ustalığa malik idi.
Toru Yoşikava
Toru Yoşikava (d. 13 dekabr 1961) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şarlottanın toru
"Şarlottanın toru" (ing. Charlotte's Web) — ABŞ yazıçısı Elvin Bruks Uaytın uşaqlar üçün yazdığı və ilk dəfə 1952-ci ildə işıq üzü görən kitab. Kitabı qəhrəmanı Fern adlı qızın ölümdən xilas etdiyi Uilbur adlı xotuxdur. Xotux bir tövləyə düşür və buradakı heyvanlar ona ömrünün sonuna az qaldığını söyləyirlər. Amma Şarlotta adlı hörümçək öz toruna sözlər hörür və bu sözlərlə fermeri xotuxun yaşamaq haqqı qazandığına inandırmağa çalışır. "Şarlottanın toru" tənqidçilər tərəfindən rəğbətlə qarşılanmışdır. Xüsusilə kitaba New York Times-da resenziya yazan Yudora Uelti bunları qeyd edirdi: "Bu əsər ideal hazırlanıb və bu az qala sehirli bir yolla edilib". Əsərin motivləri əsasında aşağıdakı bədii və cizgi filmləri çəkilib: Şarlottanın toru (1973) Şarlottanın toru 2: Uilburun möhtəşəm sərgüzəşti (2003) Şarlottanın toru (2006) Hörümçək Şarlottanın tam adı Şarlotta A.-dır. Bu ad ABŞ-də geniş yayılan və layınca adı Araneus cavaticus olan, eləcə də "dərz hörümçəyi" adlandırılan hörümçəyin adından götürülüb.
Ümumdünya hörümçək toru
Ümumdünya hörümçək toru və ya Ümumdünya Şəbəkəsi (ing. World Wide Web, qısaca: WWW və ya veb) — internet üzərindən məlumat mübadiləsini təmin edən informasiya sistemi. Bu, İT mütəxəssisləri və həvəskarlarından başqa istifadəçilərə də müraciət etməsi üçün nəzərdə tutulmuşdur. Ümumdünya hörümçək toru sənədlərə və digər veb-resurslara "Hypertext Transfer Protocol" (HTTP) xüsusi qaydalarına uyğun olaraq internet üzərindən daxil olmaq imkanı verir. Sənədlər və endirilə bilən media veb-serverlər vasitəsilə şəbəkəyə təqdim edilir və onları veb-brauzerlər kimi proqramlar vasitəsilə əldə etmək mümkündür. Ümumdünya internetdəki serverlər və resurslar vahid resurs lokatorları (URL) adlanan simvol sətirləri vasitəsilə müəyyən edilir və yerləşdirilir. Orijinal və hələ də çox yayılmış sənəd növü "Hypertext Markup Language" (HTML) ilə formatlanmış veb-səhifədir. Bu işarələmə dili sadə mətni, şəkilləri, quraşdırılmış video və audio məzmunu, mürəkkəb istifadəçi qarşılıqlı əlaqəsini həyata keçirən skriptləri (qısa proqramları) dəstəkləyir. HTML dili həmçinin digər veb resurslarına dərhal çıxışı təmin edən hiperlinkləri (yerləşdirilmiş URL-lər) dəstəkləyir. Veb naviqasiyası və ya veb-sörfinq bir çox veb-saytlarda bu cür hiperlinkləri izləmək üçün istifadə olunan ümumi təcrübədir.
Hörümçək toru (film, 2011)
== Məzmun ==
Hörümçək-adam: Kainatların toru
Hörümçək-adam: Kainatların toru (ing. Spider-Man: Across the Spider-Verse) — 2023-cü il ABŞ istehsalı kompüter animasiyası, superqəhrəman filmi. "Marvel Comics" qəhrəmanı Mayls Moralesin yer aldığı film "Columbia Pictures" və "Sony Pictures Animation" ilə "Marvel Entertainment"in birgə istehsalıdır. "Sony Pictures Releasing" şirkəti tərəfindən yayımlanan film "Hörümçək-adam: Hörümçək-kainatına doğru" animasiya filminin davamıdır. Filmin rejissoru Joaquim Dos Santos, Kemp Powers və Justin K. Thompson, ssenari müəllifləri Phil Lord, Christopher Miller və David Callaham-dır. Şamik Mur Mayls Moralesi, digər personajları Hayli Steynfald, Brayan Tayri Henri, Luna Loren Vekes, Ceyk Conson, Ceyson Şvarsman, İssa Rey, Karan Soni, Deniel Kaluya və Oskar Ayzek səsləndirib. Filmdə Mayls Morales, Hörümçək-qadın (Qven Steysi) ilə birlikdə macəra axtarışı üçün digər kainatlara səfər edir, burada o, Hörümçək-adam 2099-un (Miqel O-Hara) rəhbərlik etdiyi "Hörümçək cəmiyyəti" ilə tanış olur. Sony 2018-ci ildə ilk film buraxılmazdan əvvəl, rejissorlar və ssenaristlər ilə birlikdə "Kainatların toru" üzərində işləməyə başlamışdı. Onlar daha çox Mayls və Qvenin münasibətinə fokuslanmışdılar. Film ilk olaraq 2019-cu ilin noyabrında elan edildi, animasiya işləri 2020-ci ilin iyun ayında başladı.
Şarlottanın toru (film, 1973)
Şarlottanın toru (ing. Charlotte's Web) — 1973-ci ildə Hanna-Barbera studiyası tərəfindən istehsal olunmuş cizgi filmidir. İlk nümayişi 1 mart 1973-cü ildə təqdimatı olmuşdur. E. B. Uaytın eyniadlı romanının ekranlaşdırılmasıdır. Debbi Reynolds, Paul Linde, Henri Qibson, Aqnes Murxed, Marta Skott və Deyv Mėdden filmdə rol almışlar. 19 iyun 2001-ci ildə "Şarlottanın toru" DVD-də yenidən satışa çıxarılmışdır. 18 mart 2003-cı ildə Paramount studiyası filmin sikvelini – "Şarlottanın toru 2: Uilburun möhtəşəm sərgüzəşti" cizgi filmini təqdim etmişdir. 15 dekabr 2006-ci ildə istehsalı kompüter qrafikası ilə çəkilmiş bədii uşaq filmidir orijinal kitab. Şarlottanın toru — Internet Movie Database saytında.
Ümumdünya Hörümçək Toru Konsorsiumu
Ümumdünya Hörümçək Toru Konsorsiumu (ing. World Wide Web Consortium ya da qısaca W3C) — ümumdünya hörümçək toru üçün əsas beynəlxalq standartlar təşkilatı. 1994-cü ildə təsis edilmişdir və Tim Berners-Li tərəfindən idarə olunur. Konsorsium ümumdünya hörümçək toru üçün standartların işlənib hazırlanmasında birgə fəaliyyət göstərən tam ştatlı işçiləri təmin edən üzv təşkilatlardan ibarətdir. 5 mart 2023-cü il tarixinə olan məlumata görə, W3C-nin 462 üzvü var idi. W3C həmçinin, təhsil və təbliğatla məşğul olur, proqram təminatı hazırlayır və internet haqqında müzakirələr üçün açıq forum rolunu oynayır. "World Wide Web Consortium" (W3C) 1994-cü ildə Tim Berners-Li tərəfindən 1994-cü ilin oktyabrında Avropa Nüvə Tədqiqatları Təşkilatından (CERN) ayrıldıqdan sonra yaradılmışdır. Bu, Avropa Komissiyası və Müdafiə Təkmil Araşdırma Layihələri Agentliyinin (DARPA) dəstəyi ilə Massaçusets Texnologiya İnstitutunun (MIT) Kompüter Elmləri Laboratoriyasında yaradılmışdır.. DARPA internetin sələflərindən biri olan ARPANET-ə öncülük etmişdi. 2004-cü ilə qədər Texnologiya Meydanında yerləşirdi, sonra Stata Mərkəzinə köçmüşdü.
Hörümçək toru qalası (film, 1957)
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. == Məzmun == Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
Hörümçək-adam: Kainatlar toru (film, 2023)
Hörümçək-adam: Kainatların toru (film, 2023)
Hörümçək-adam: Kainatların toru (ing. Spider-Man: Across the Spider-Verse) — 2023-cü il ABŞ istehsalı kompüter animasiyası, superqəhrəman filmi. "Marvel Comics" qəhrəmanı Mayls Moralesin yer aldığı film "Columbia Pictures" və "Sony Pictures Animation" ilə "Marvel Entertainment"in birgə istehsalıdır. "Sony Pictures Releasing" şirkəti tərəfindən yayımlanan film "Hörümçək-adam: Hörümçək-kainatına doğru" animasiya filminin davamıdır. Filmin rejissoru Joaquim Dos Santos, Kemp Powers və Justin K. Thompson, ssenari müəllifləri Phil Lord, Christopher Miller və David Callaham-dır. Şamik Mur Mayls Moralesi, digər personajları Hayli Steynfald, Brayan Tayri Henri, Luna Loren Vekes, Ceyk Conson, Ceyson Şvarsman, İssa Rey, Karan Soni, Deniel Kaluya və Oskar Ayzek səsləndirib. Filmdə Mayls Morales, Hörümçək-qadın (Qven Steysi) ilə birlikdə macəra axtarışı üçün digər kainatlara səfər edir, burada o, Hörümçək-adam 2099-un (Miqel O-Hara) rəhbərlik etdiyi "Hörümçək cəmiyyəti" ilə tanış olur. Sony 2018-ci ildə ilk film buraxılmazdan əvvəl, rejissorlar və ssenaristlər ilə birlikdə "Kainatların toru" üzərində işləməyə başlamışdı. Onlar daha çox Mayls və Qvenin münasibətinə fokuslanmışdılar. Film ilk olaraq 2019-cu ilin noyabrında elan edildi, animasiya işləri 2020-ci ilin iyun ayında başladı.
Şarlottanın toru 2: Vilburun böyük macərası
Şarlottanın toru 2: Vilburun böyük macərası (ing. Charlotte's Web 2: Wilbur's Great Adventure) — multiplikasiya filmi. Paramount Pictures tərəfindən 2003-cü ildə yaradılmış, 18 mart 2003-cü ildə təqdimatı olmuşdur. 1973-cü ildə yaradılmış Şarlottanın toru cizgi filminin davamıdır.
Şarlottanın toru (film, 2006)
Şarlottanın toru (ing. Charlotte's Web) — kompüter qrafikası ilə çəkilmiş bədii uşaq filmidir. İlk nümayişi 15 dekabr 2006-ci ildə baş tutmuşdur. E.B.Vaytın eyniadlı romanının ekranlaşdırmasıdır. Filmin şüarı belədir: "Kömək yuxarıdan gəlir". Dakota Faninq, Kevin Anderson, Byu Brices, Dominik Skot Key, Culiya Roberts, Stiv Buşemi, Con Kliz və Opra Uinfri filmdə rol almışlar. Donuz balası xudmani bir tövlədə digər heyvan yoldaşları ilə yaşayır. Lakin Milad bayramı yaxınlaşdıqca onun narahatçılığı da artır. Çünki o kolbasa və ya qızartma olmaq istəmir. Bəs nə etməli?
Şarlottanın toru (cizgi filmi, 1973)
Şarlottanın toru (ing. Charlotte's Web) — 1973-ci ildə Hanna-Barbera studiyası tərəfindən istehsal olunmuş cizgi filmidir. İlk nümayişi 1 mart 1973-cü ildə təqdimatı olmuşdur. E. B. Uaytın eyniadlı romanının ekranlaşdırılmasıdır. Debbi Reynolds, Paul Linde, Henri Qibson, Aqnes Murxed, Marta Skott və Deyv Mėdden filmdə rol almışlar. 19 iyun 2001-ci ildə "Şarlottanın toru" DVD-də yenidən satışa çıxarılmışdır. 18 mart 2003-cı ildə Paramount studiyası filmin sikvelini – "Şarlottanın toru 2: Uilburun möhtəşəm sərgüzəşti" cizgi filmini təqdim etmişdir. 15 dekabr 2006-ci ildə istehsalı kompüter qrafikası ilə çəkilmiş bədii uşaq filmidir orijinal kitab. Şarlottanın toru — Internet Movie Database saytında.
Kuzinellus torulosus
Kuzinellus torulosus (lat. Kuzinellus torulosus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Sinapis torulosa
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Torul
Torul — Qara dəniz regionunda Gümüşxanə ilinə bağlı ilçə və ilçə mərkəzi.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Toruni
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Torup adası
Torup adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşir. Ada daim buzla örtülü olmur. Burada 128 metr hündürlüyə malik qaya vardır. Ada 1,5 km uzunluğa, 500-600 metr enə malikdir. Ada norveçli fiziologiya professoru, bir çox Norveç ekpedisiyalarının təşkilatçılarından biri olan Sofus Torupun şərəfinə adlandırılmışdır.
İkinci Torun sülhü.
İkinci Torun sülhü - Prussiya konfederasiyasının səlibçilərə qarşı üsyanı nəticəsində başlanmış on üç illik müharibəni (1354-1466) yekunlaşdıran, 19 oktyabr 1466-cı ildə Tevton ordeni ilə Polşa krallığı arasında Torun şəhərində imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi 3 perqament vərəqindən təşkil olunmuş 12 səhifəlik 456x296 mm. olçüdə dəftərdən ibarətdir. Mətn latın dilindədir. Mətndə 55 möhür, Roma papasının rəsmi nümayəndəsi general Rudolf Ryudeshaymın və xalq notariusları Yan Evix de Attendornun və Stanislav Franko Redkoviçin imzaları vardır.. Hər iki tərəf Roma papası II Pavel və Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən təsdiq edilmiş sülh müqaviləsinin şərtləri ilə razılaşdılar, lakin Polşa tərəfi israr etdi (Tevton ordeni də bu tələblə razılaşmağa məcbur oldu) ki, bu cür təsdiq olmadan da sülh müqaviləsi hüquqi qüvvəyə malikdir. Torun sülh müqaviləsinə əsasən Tevton ordeninin qərb mülkləri - Qdanskın sahilboyu əraziləri, Xelmin, Mixailov, Malbork, Elblonq torpaqları və Varmiya yepiskopluğu (knyazlığı) Polşanın tərkibinə keçirdi. Sonralar Tevton ordeninin bu əraziləri Polşa və ya Prussiya krallığı adlandırılmışdır. Malbork (Marienburq) itirildikdən sonra özünü Polşa kralının vassalı elan edən Tevton ordeninin paytaxtı Könisberq şəhəri oldu. Górski K., Związek Pruski i poddanie się Prus Polsce.
Ümumdünya hörümçək torunun tarixi
Ümumdünya hörümçək toru ("WWW", "W3" və ya sadəcə olaraq "İnternet") — internetə qoşulmuş kompüterlər vasitəsilə ilə istifadəçilərin daxil ola biləcəyi qlobal informasiya mühiti. Termin tez-tez səhvən internetin sinonimi kimi istifadə olunur, lakin veb elektron poçt və Usenet kimi internet üzərindən fəaliyyət göstərən bir xidmətdir. İnternetin tarixi və hipermətn tarixi Ümumdünya hörümçək torundan daha qədimdir. 1989-cu ildə Tim Berners-Li CERN-də (fr. Conseil européen pour la recherche nucléaire; azərb. Avropa Nüvə Tədqiqatları Şurası‎) işləyərkən Ümumdünya hörümçək torunu yaratdı. O, müxtəlif konseptlər və texnologiyaları tətbiq edərək "universal əlaqəli məlumat sistemi"ni təklif etdi. Bu fikrin əsası isə məlumatlar arasındakı mövcud əlaqələr idi.Berners-Li, ilk veb-serveri, veb-brauzeri və HTML (ing. Hypertext Markup Language) sənəd formatlaşdırma protokolunu işləyib hazırlamışdır. 1991-ci ildə HTML-i istifadəyə verdikdən və 1993-cü ildə brauzerin mənbə kodunu ictimai istifadə üçün yayımladıqdan sonra, Mark Andrissenin Mosaic (sonralar Netscape Navigator) brauzeri vasitəsilə istifadəsi və quraşdırılması xüsusilə asan olan və tez-tez istifadə olunan bir çox veb brauzer yaradıldı.
Toruko-buro
Türk hamamı (トルコぶろ, toruko-buro) – Yaponiyada seks xidməti göstərən xüsusi hamamları bildirmək üçün istifadə olunmuş seks termini. Hazırda bu cür hamamları bildirmək üçün "soaplend" terminindən istifadə olunur. 1953-cü ildə Yaponiyada kişilər üçün seks xidmətləri təqdim edən özəl hamamlar ortaya çıxmışdır. Bu növ hamamlar 1984-cü ilə qədər "türk hamamı" (toruko-buro) və ya qısaca "türk" (toruko) adı ilə tanınmışdır. Yaponiyada adi türk hamamları ilə yanaşı "mantoru" (mənzillərdə fəaliyyət göstərən) və "hotetoru" (hotellərə masajist göndərən) kimi türk hamamı növləri mövcud olmuşdur. 1980-ci illərdə Yaponiyada 1700-dən çox türk hamamı fəaliyyət göstərirdi və bu hamamlarda 18.000-dən çox şəxs işləyirdi. Onlar əsasən Tokio, Yokohama və Osaka kimi şəhərlərin əyləncə bölgələrində fəaliyyət göstərirdi. Yaponiyada yaşayan və Yaponiyaya qonaq gələn türklər seks xidməti ilə məşğul olan belə məkanların "türk hamamı" adlandırılmasından narazı olmuş və buna etiraz bildirmişdirlər. Yaponiya türkləri Türkiyə səfirliyinin yerini öyrənmək istəyəndə səhv başa düşülürdülər. Türk hamamı xidmətindən yararlanmaq istəyən yaponlar bəzən səhvən Türkiyə səfirliyinə zəng edirdilər.
Toruko düyüsü
Toruko düyüsü (トルコライス, Toruko raysu, hərf. "Türk düyüsü") – Yaponiyanın Naqasaki prefekturasının mətbəxinə daxil olan xörək. Eyni boşqaba qoyulmuş plov, donuz əti kotleti, Naporitan spagettisinin üzərisinə demiqlas sousunun tökülməsi ilə hazırlanır. == Adı == Xörəyin adında "toruko" (トルコ, hərf. "türk") sözünün olmasına baxmayaraq, xörəyin Türkiyə mətbəxi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, islam ölkəsi olan Türkiyədə donuz əti yemək haram hesab olunur. Hətta Türkiyə aşpazları bu yeməyə "türk" adının verilməsinə mənfi yanaşırlar. Xörəyin adının dəqiq mənşəyi naməlumdur. Bir versiyaya görə xörəyin inqredientləri üçrəngli bayrağı xatırladır və yapon dilində "torikororu rançu" (トリコロールランチ) "üçrəngli qəlyanaltı" deməkdir. Xörəyin adı da bu ifadədən yaranmışdır. Başqa bir versiyaya görə düyünün vətəni Çin, spagettinin vətəni İtaliyadır, Türkiyə isə bu ölkələrin arasında yerləşdiyi üçün xörəyə bu ad verilmişdir. Digər bir versiya Yaponiyadakı "Bistro Bordeaux" restoranın qurucusunun atası İçiro Uehara ilə bağlıdır.
Toruko raysu

Torulinium
Topalaq (lat. Cyperus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Şarlottanın toru 2: Uilburun möhtəşəm sərgüzəşti (cizgi filmi, 2003)
Şarlottanın toru 2: Vilburun böyük macərası (ing. Charlotte's Web 2: Wilbur's Great Adventure) — multiplikasiya filmi. Paramount Pictures tərəfindən 2003-cü ildə yaradılmış, 18 mart 2003-cü ildə təqdimatı olmuşdur. 1973-cü ildə yaradılmış Şarlottanın toru cizgi filminin davamıdır.

"toru" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#toru nədir? #toru sözünün mənası #toru nə deməkdir? #toru sözünün izahı #toru sözünün yazılışı #toru necə yazılır? #toru sözünün düzgün yazılışı #toru leksik mənası #toru sözünün sinonimi #toru sözünün yaxın mənalı sözlər #toru sözünün əks mənası #toru sözünün etimologiyası #toru sözünün orfoqrafiyası #toru rusca #toru inglisça #toru fransızca #toru sözünün istifadəsi #sözlük