Soru sözü azərbaycan dilində

Soru

Yazılış

  • Soru • 76.4706%
  • soru • 11.7647%
  • SORU • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. == Əhalisi == Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Aminturşuların sorulması
Qida maddələrinin həzm orqanlarının selikli qişasını örtən bioloji membranlardan qana və ya limfaya keçməsi sorulma adlanır. Qida maddələrinin həzm sistemində sorulmasının mühüm bioloji əhəmiyyəti vardır. Mədənin selikli qişas- ında cüzi miqdarda duzlar, monosaxaridlər, spirt və su sorulur. Nazik bağırsaq yüksək soruculuq qabiliyyətinə malikdir. Orqanizm tərəfindən mənimsənilən qidanın 70–80% nazik bağırsağın selikli qişasında sorulur. Selikli qişadakı xovların səthi xeyli böyükdür. Məhz ona görə də nazik bağırsaqda sorulma mütənasib və sürətli gedir. Aminturşular nazik bağırsaqda sorulur. Aminturşuların zülala keçməsində bəzi maddələrin təsiri ilə öyrənilmişdir. Məsələn, üzvi maddələrdən 2,4- dinitrofenol aminturşuların nazik bağırsaqda sorulmasını zəiflədir.
Ağciyər sorucusu
Ağciyər sorucusu (lat. Paragonimus westermani) digenetik sorucular və ya trematodlar sinifinə daxil olan parazit qurdlardır. == Quruluşu == Ağciyər sorucusunun bədəni yumurta formasındadır, canlı halda qonur-qırmızı, ölmüş halda isə boz-qonur rəngdə olur. Bədənin uzunluğu 10-16, eni 4-8 mm-dir. Kutikula çoxlu miqdarda enli formada pulcuğaoxşar tikancıqlarla örtülmüşdür. Hər iki sormac eyni ölçüdə olur. Quruluşlarında əsas xarakter xüsusiyyət balalığın və yumurtalığın bədənin orta hissəsində - qarın sormacının yan tərəflərində yerləşməsidir. Sarılıqlar çox yaxşı inkişaf etmişdir. Bağırsağın şaxələri çox qıvrılmışdır. Qarın sormacının arxa və yan tərəflərində bir tərəfdən yumurtalıq, digər tərəfdən isə boruşəkilli balalıq yerləşir.
Digenetik sorucular
Sorucular (lat. Trematoda) sinfinin nümayəndələri tamamilə parazitlərdən ibarət olub, onurğasız və onurğalı heyvanların daxili orqanlarında yaşayırlar. Ən geniş yayılmış nümayəndəsi - qaraciyər sorucusudur (lat. Fasciola hepatica). == Ümumi xarakteristika == Trematodların 6000-ə yaxın növü vardır. Onların hamısı insan və ya heyvan orqanizmlərində parazitlik edir. Trematodlar üçün mürəkkəb inkişaf sikli xarakterikdir. Onların həyat sikli olduqca mürəkkəbdir və sahibin dəyişməsi ilə gedir. Bu sinfin bütün nümayəndələri biohelmintlərdir. Daimi sahibin orqanizmində maritalar (yetkin forma), aralıq sahibin orqanizmində isə sürfələr inkişaf edir.
Digenetik sorucular və ya Trematodlar
Eldən Soruş (1980)
== Məzmun == Film görkəmli Azərbaycan şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 70 illiyinə həsr olunmuşdur. Kinolentdə sənətkarın həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Fəraməz Məmmədov Bəstəkar: Mobil Babayev Səs operatoru: Şamil Kərimov === Filmdə iştirak edənlər === Rəsul Rza Heydər Əliyev Süleyman Rüstəm == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Eldən soruş (film, 1980)
== Məzmun == Film görkəmli Azərbaycan şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 70 illiyinə həsr olunmuşdur. Kinolentdə sənətkarın həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Fəraməz Məmmədov Bəstəkar: Mobil Babayev Səs operatoru: Şamil Kərimov === Filmdə iştirak edənlər === Rəsul Rza Heydər Əliyev Süleyman Rüstəm == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Lansetşəkilli sorucu
Lansetşəkilli sorucu - lat. Dicrocoelium lanceatum Yastı qurdlar (Plathelminthes) tipinin növüdür. == Xarici quruluşu == Bədəni yastılaşmış, lanset formasındadır. Uzunluğu 5–12 mm, eni isə 1-1.5 mm-dir. Bədənin ön hissəsində ağız sormacı, ondan dal tərəfdə isə qarın sormacı yerləşmişdir. Ağız sormacının dərinliyində ağız dəliyi yerləşir və odur ki, ağız sormacı həzmlə əlaqəlidir. Həzm sistemi ağızla başlanır. == Yayılması == Avropa ölkələrinin cənub və şərq hissələrində daha çox yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. Müxtəlif məməli heyvanların, xüsusilə iribuynuzlu heyvanların qoyun və keçilərin.
Lansetəbənzər sorucu
Lansetəbənzər sorucu (lat. Dicrocoelium lanceatum) insanda və heyvanlarda dikrosellioz xəstəliyinin törədicisidir. == Quruluşu == Uzunluğu 0,5-1,2 sm, eni isə 1,5- 2,5 mm-dir. Bədənin forması qaraciyər sorucusuna oxşasa da, özünün ölçüsü, bağırsağın, cinsiyyət orqanlarının quruluşu, sormaclarının quruluşu və sormaclarının bir-birinə yaxın yerləşməsinə görə fərqlənir. Ağız sormacı qısa udlağa açılır. Başlanğıcını udlaqdan götürmüş bağırsaq sistemi iki şaxəyə ayrılaraq bədənin yan tərəfləri ilə bir-birinə paralel, arxaya doğru uzanır və ucları kor qurtarır. Bağırsağın ucu bədənin arxa ucuna çatmır. Parazitin ifrazat sistemi qaraciyər sorucusunun ifrazat sisteminə uyğundur. Əsas toplayıcı kanallar protonefridilər və ifrazat qovuqcuğundan ibarətdir. Qarın sormacının arxasında qismən köndələn yerləşmiş iki toxumluq vardır.
Monogenetik Sorucular sinfi
Monogenetik sorucular
Nəhəng qaraciyər sorucusu
Nəhəng qaraciyər sorucusu (lat. Fasciola gigantica) — Yastı qurdlar tipinin Sorucu qurdlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bədənin uzunluğu 33 – 76 mm, eni 5 – 12 mm – dir. Bədənin ön hissəsi konusvari qurtarır. “Çiyinlər” bunlarda yoxdur. Bədənin yan kənarları paralel gedir. Bədənin son hissəsi dairəsi (kor) qurtarır. Qarın sormacı dairəvidir, bədənin arxa hissəsinə qədər uzanaraq kor torba əmələ gətirir. Farinks qida borusundan uzundur. Bağırsağın lateral çıxıntıları F.hepatica – nınkına uyğundur.
Pişik sorucusu
Pişik sorucusu — lat. Opisthorchis felineus Yastı qurdlar (Plathelminthes) tipinin növüdür. == Xarici quruluşu == Pişik sorucusu 10 mm uzunluğunda olub, ön hissəsinə nisbətən bədənin dal hissəsi genişlənmiş formadadır. Bədənin ön hissəsində ağız sormac, ondan dalda isə qarın sormacı yerləşmişdir. Bədəni yarım şəffafdır və ona görə də daxili orqanlarından bağırsaq, balalıq aydın şəkildə görünür. Pişik ikisormaclısının ən xarakterik cəhətləri bədənlərinin arxa qurtaracağında toxumluqların yerləşmə vəziyyəti və onların nəlbəkişəkilli formaya malik olmasıdır. Cinsiyyət sistemi hermofroditdir. Bunların inkişafı 3 sahibdə gedir. Bu sorucunun birinci aralıq sahibi Bithynia leachi ilbizi, ikinci aralıq sahibi isə balıqlardır: Külmə, enlişaş və b. balıqlar.
Qan sorucusu
Qan sorucusu (lat. Shistosomum haematobium)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Erkək fərd 10–15 mm uzunluqda olub, qarın nahiyəsində boylama istiqamətdə novşəkilli büküş vardır. Dişilər erkəklərə nisbətən bir az uzun (20mm) və ensiz olurlar. Dişi fərd erkəyin novşəkilli büküşündə yerləşir və onlara həmişə cüt halda təsadüf olunur. Bu xüsusiyyətlərinə görə də fəsiləyə şistozomatidlər adı verilmişdir ( şisto- ikiləşmiş, zoma- bədən deməkdir). == İnkişafı == Dişi fərd iti tikancığı olan yumurtalarını dal bağırsağın və sidik kisəsinin qan damarlarına tökür. Yumurtalar iri oval formada olub, uzunluğu 0,120-0,160 mm, eni isə 0,040-0,060 mm-dir. Yumurtalar tək-tək qoyulur, onda formalaşmış mirasidi sürfəsi olur. Yumurtada olan tikancıq vasitəsilə onlar sidik kisəsinə keçir və sidiklə xarici mühitə düşürlər.
Qaraciyər sorucusu
Qaraciyər sorucusu (lat. Fasciola hepatica)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Bu növ kiçik yarpaq formasında olub, enli və qısadır. Uzunluğu 20–30 mm, eni isə 8–12 mm-ə qədər olur. Bədənin ön tərəfindən xortum şəklində uzanmışdır. Onun üzərində ağız və qarın sormacı vardır. Ağız sormacının diametri 1 mm, qarın sormacınınki isə 1,5–1,6 mm-dir. Bədənin ön hissəsində yumurtalıq, ondan arxada isə yumurta vəzisi yerləşir. Fassiolanın yumurtaları uzunsov və açıq sarı rənglidir. Yumurtaların bir qütbündə qapaqlıq, içərisində isə küllü miqdarda sarılıq hüceyrələri görünür.
Sorucu qurdlar
Trematodlar (lat. Trematoda) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Trematodlar daxili parazitlərdir. Bədənin önündə ağız sormacı və ondan bir qədər geridə qarın sormacı yerləşir. Ağız sormacı qidalanmağa və yapışmağa, qarın sormacı isə ancaq yapışmağa xidmət edir. Trematodlar şübhəsiz ki, kirpikli qurdlardan, xüsusən də düzbağırsaqlılardan başlanğıc götürmüşlər. Hər iki sinfin sinir sisteminin quruluşu oxşardır və eyni plan əsasında qurulmuşdur. Bununla yanaşı, bağırsaqlarının quruluşu, trematodların sürfələrinin kirpikli olması bunu bir daha təsdiq edir. Trematodlar sürfə mərhələsində ilbizlərdə, cinsi yetkin mərhələdə isə onurğalı heyvanlarda və insanda parazitlik edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2006 •••••••• 0.23
2009 •••••••••••••••••••• 0.64
2011 •••••• 0.17
2017 ••••••••••• 0.33

soru sözünün inglis dilinə tərcüməsi

"soru" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#soru nədir? #soru sözünün mənası #soru nə deməkdir? #soru sözünün izahı #soru sözünün yazılışı #soru necə yazılır? #soru sözünün düzgün yazılışı #soru leksik mənası #soru sözünün sinonimi #soru sözünün yaxın mənalı sözlər #soru sözünün əks mənası #soru sözünün etimologiyası #soru sözünün orfoqrafiyası #soru rusca #soru inglisça #soru fransızca #soru sözünün istifadəsi #sözlük