sürü sözü azərbaycan dilində

sürü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sürü • 90.6977%
  • Sürü • 8.7209%
  • SÜRÜ • 0.5814%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Sürü psixologiyası
Sürü psixologiyası (ing. Bandwagon Effect) — ifadəsi 1848-ci ildə Amerikanın siyasi sistemində istifadə edilməyə başlandı. Dan Rays adında bir təlxək o zamanların orkestr avtomobilini (Bandwagon) istifadə edərək siyasi turlara qatılmışdı. Orkestr avtomobili həvəsli musiqilərlə turlara çıxır və "orkestra qatıl" şüarıyla insanların diqqətini çəkirdi. Bunun sayəsində əldə etdiyi məşhurluğuna görə seçkilərdə böyük bir müvəffəqiyyət qazanmışdır. Bu ifadənin təməlində bu hadisə dayanır və buna görə sürü psixologiyası ingilis dilində "Bandwagon Effect" (Orkestr maşını təsiri) olaraq adlandırılır. == Tarixi == İngilis alimlər bundan illər əvvəl bir araşdırma edir. Yığdıqları qoyun sürülərini bir məkana həbs edib üzərlərində təcrübə aparırlar. Aralarından seçdikləri 10 qoyunu digər qoyunların içindən ayırıb tək istiqamətə dönmələrini təmin edirlər. Təkrar digər qoyunların içinə buraxılanda qoyunlar sürü halında, başdakı 10 fərqli qoyuna ayaq uydurmağa başlayır.
Sürü (dəqiqləşdirmə)
Sürü — canlılar qrupu. Sürü (teleserial, 2023) — teleserial.
Sürü (teleserial, 2023)
Sürü (ing. Swarm) — Canin Nabers və Donald Qlover tərəfindən yaradılmış amerikan qorxu-komediya serialı. Serial pop ulduzunun böyük pərəstişkarı olan gənc qız Dredən bəhs edir. == Süjet == Serial məşhur müğənni Ni'Jahın "Sürü" kimi bilinən fandomunun üzvü olan Dre adlı qızdan bəhs edir.
Gürcüstanda yayılmış sürünənlərin siyahısı
Gürcüstanda yayılmış sürünənlərin siyahısı Gürcüstan ərazisində 3 növ Tısbağa, 29 növdən az olmayan Kərtənkələ, 24 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Kölgələr sürünür (film, 1958)
Kölgələr sürünür - 1958-ci ildə çəkilmiş Azərbaycan filmi. == Məzmun == Filmdə elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən danışılır, müxtəlif yollarla alimlik adı almış, cəmiyyətimizə yad olan adamlar ifşa edilir. == Film haqqında == Filmin mövzusu arxeoloqların həyatından götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Qılman Musayev Quruluşçu rejissor : İsmayıl Əfəndiyev, Şua Şeyxov Quruluşçu operator : Əsgər İsmayılov Quruluşçu rəssam : Məmməd Hüseynov Bəstəkar : Rauf Hacıyev Mahnıların Mətni : Rəsul Rza Səs operatoru : V. İşunin Rejissor : Yusif Yulduz Redaktor : Əhmədağa Qurbanov Məsləhətçi : H. Sultanov (geoloji-mineraloji elmlər doktoru), T. Bünyadov (tarix elmləri namizədi) Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Niyazi Filmin direktoru : Əli Məmmədov Mahnı İfa edən : Şövkət Ələkbərova, Mirzə Babayev (titrlərdə yoxdur) Rejissor assistenti : Əlisəttar Məlikov === Rollarda === İsmayıl Dağıstanlı — Zahidov Ələsgər Ələkbərov — Rəşid Sərdarlı Əli Zeynalov — İmamzadə Möhsün Sənani — Cavadov Leyla Bədirbəyli — Leyla Mirzə Babayev — Cəlil Sürəyya Qasımova — Afət Ələkbər Hüseynzadə — Murtuz Məmmədrza Şeyxzamanov — Qafar Niyazov Rəhilə Cabbarova — Cahan Münəvvər Kələntərli — Məsmə İ. Tağızadə — Əmirahov Osman Həqqi — Səlim Əşrəf Yusifzadə Barat Şəkinskaya — katibə S. Kasiyeva Süleyman Tağızadə Ağahüseyn Cavadov — elmi işçi Pyotr Yudin — Britaniya kəşfiyyatçısı Əhməd Əhmədov (Əhməd Anatollu kimi) — kəndli Bahadur Əliyev — elmi işçi Hacıməmməd Qafqazlı — elmi işçi V. Məcnunbəyova F. Həşimov İsmayıl Əfəndiyev — Kərim Əliheydər Həsənzadə — qonaq === Filmi səsləndirən === Hökümə Qurbanova-Afət (Sürəyya Qasımova) (titrlərdə yoxdur) == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Könüllünü tale aparır, könülsüzü sürüyür
Ducunt volentem fata, nolentem trahunt (azərb. könüllünü tale aparır, könülsüzü sürüyür‎) — ifadəsi ilk dəfə yunan filosofu stoist Kleanf tərəfindən söylənilmiş, sonralar Roma stoisizmi nümayəndəsi Lusi Anney Seneka tərəfindən tərcümə edilmişdir.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
Məna sürüşməsi
Məna sürüşməsi — sözün istifadəsinin təkamülü ilə əlaqəli dil dəyişikliyinin forması, sözün müasir mənasında onun əsl (tarixi) söz ilə fərqlənməsi. Diaxronik (və ya tarixi) dilçilikdə məna sürüşməsi sözün bir mənasından başqa mənasına keçməkdir. == Nümunələr == Kişi — Əvvəlcə söz sadəcə "insan" (qadınlar da daxil) demək idi. Hal-hazırda başqa türk dillərində "kişi", "keşe", "kisi" və s formalarında "insan" mənasını daşıyır. Tanrı — əvvəlcə "göy, asiman" demək idi. Hun türkləri bu sözü "göy, asiman" mənasında "teŋri" şəklində istifadə edirdilər, onlar isə bu sözü çincə "çeŋli" sözündən törədiblər. Qızıl — sözün əsl mənası "qırmızı"dır. Azərbaycan dilində "qızılbaş", "qızılgül" kimi sözlərdə də "qırmızı" mənasını daşıyır, lakin müasir Azərbaycan dilində məna sürüşməsi oldu.
Məni Cəhənnəmə Sürüklə (film)
Məni cəhənnəmə sürüklə (ing. Drag Me to Hell) — Amerika istehsalı olan qorxu/triller filmidir. Sem Reiminin rejissorluq etdiyi bu film 2009-cu ildə nümayiş olunub. == Məzmun == Los-Ancelesdə yaşayan və bir bankda işləyən Kristin Braun öz həyatından çox məmnundur. Klayton Dalton adlı professor ən yaxın dostu olan Kristin öz həyatını yaşamaqdadır. Lakin bu sakitçilik elə də uzun çəkmir. Belə ki, bir gün Silvia Qanuş adlı yaşlı qadın müştəri banka gələrək Kristindən müəyyən şərtlər altında kredit istəyir. Kristin bu məsələnin ona aid olmadığını lakin müdir ilə danışa biləcəyini deyir. Müdür isə ona onu göndərməsini deyərək razılıq vermir. Buna bərk əsəbiləşən Silvia bunun Kristinin ucbatından olduğunu fikirləşərək ona dəhşətli cadu edir.
Məni Cəhənnəmə Sürüklə (film, 2009)
Məni cəhənnəmə sürüklə (ing. Drag Me to Hell) — Amerika istehsalı olan qorxu/triller filmidir. Sem Reiminin rejissorluq etdiyi bu film 2009-cu ildə nümayiş olunub. == Məzmun == Los-Ancelesdə yaşayan və bir bankda işləyən Kristin Braun öz həyatından çox məmnundur. Klayton Dalton adlı professor ən yaxın dostu olan Kristin öz həyatını yaşamaqdadır. Lakin bu sakitçilik elə də uzun çəkmir. Belə ki, bir gün Silvia Qanuş adlı yaşlı qadın müştəri banka gələrək Kristindən müəyyən şərtlər altında kredit istəyir. Kristin bu məsələnin ona aid olmadığını lakin müdir ilə danışa biləcəyini deyir. Müdür isə ona onu göndərməsini deyərək razılıq vermir. Buna bərk əsəbiləşən Silvia bunun Kristinin ucbatından olduğunu fikirləşərək ona dəhşətli cadu edir.
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi — Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Məktəb 2010-cu ildə Naxçıvan Avtomobil Məktəbinin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılmışdır. == Kompleksi == 15 avqust 2012-ci ildə Naxçıvan şəhərində Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin açılışı olmuşdur. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir. Məktəbdə dörd elektron lövhəli sinif, iki metodiki kabinə, iki avtotrenajor sinfi yaradılmışdır. Bütün sinif otaqları lazımi avadanlıqla təchiz edilmişdir. Yaradılan şərait məktəbdə təhsil alan müdavimlərin sürücülük və texniki peşələrə yiyələnmələrinə, yol hərəkəti qaydalarını dərindən mənimsəmələrinə imkan verir. İki mərtəbədən ibarət olan binada 23 sinif otağı vardır. Sinif otaqlarında nəzəri dərslərin keçilməsi üçün yüksək şərait yaradılmış, məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri qoyulmuşdur. Biri yük, digəri isə minik maşını tipli avtotrenajorlar Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində tətbiq olunmuşdur.
Panurq sürüsü
Panurq sürüsü — öz rəhbərinə kor-koranə tabe olan, onun hərəkətlərini təqlid edən və ya onun iradəsinə tabe olan insan qrupunu nəzərdə tutan ifadə. Eyni zamanda, bu cür itaətkarlıq bəzən ən ağır nəticələrə gətirib çıxara bilər. "Panurq sürüsü" ifadəsi öz yaranmasını XVI əsr fransız yazıçısı Fransua Rablenin "Qarqantüa və Pantaqrüel" əsərinə borcludur. == Mənşəyi == "Qarqantüa və Pantaqrüel"in dördüncü kitabında əsas qəhrəmanlardan biri Panurq qoyun ticarəti ilə məşğul olan Dindeno (fr. Dindenault) ilə savaşır. Pantaqrüelin xahişi ilə baş tutan barışıqdan sonra, Panurq tacirdən onun qoyunlarının birini satın almaq istəyir. Tələb olunan qiyməti ödədikdən sonra sürüdəki "ən gözəl və ən iri" qoyunu seçib götürür. Tacir bu uğurlu al-verinə sevindiyi vaxt, Panurq heç bir söz demədən seçdiyi qoyunu dənizə atır. Bunun ardınca digər qoyunlar da özlərini dənizə atmağa başlayırlar. Basabas düşür və bütün qoyunlar özlərini digərlərindən əvvəl dənizə atmaq üstündə yarışırlar.
Parazit sürüklənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. == Aerodinamikada == Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Parazit sürütlənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. == Aerodinamikada == Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.
Salim Sürünool
Salim Sürünool (tuvaca: Салим Сазыгович Сүрүң-оол d. 15 aprel 1924 – ö. 10 aprel 1995) – Tuvanın Qərbi Xemçik bölgəsindəki Akka kəndində anadan olan tuvalı şair, nasir və tərcüməçi. Tuva millətinin milli yazıçılarından biri və müasir Tuva ədəbiyyatında tanınmış şəxslərdən biri olmuşdur. == Həyatı == Sürünool 1924-cü ilin 15 aprelində Tuva Respublikasının Barıın-Hemçik kojuunun Akka kəndində anadan olmuşdur. Qızıl Majalık ibtidai məktəbini, Qızıl şəhərindəki müəllim məktəbini, sovet partiya məktəbini və sonra da Dövlət Müəllim İnistitutunu bitirmişdir. == Yaradıcılığı == Süürünool ədəbi fəaliyyətinə 1946-cı ildə başlamışdır. “Baştayqı Nom” (İlk kitab) adlı şerlərinin antologiyası 1952-ci ildə nəşr edilmişdir. Çox sayda dərs kitabını, rusca-tuvac, tuvaca-rusca və Tuva dilinin izahlı lüğətinin hazırlanmasında iştirak etmişdir. Tuva dilinə Puşkinin 3 əsərini, Lermontovun mənzumələrini, Erşovun mənzum nağılını, Lu Sinnin romanını və başqa bir çox ədəbi əsərləri tərcümə etmişdir.
Sürücü
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Sürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi — hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən o. Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir: A1 — mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün; A — bütün növ motosikletləri idarə etmək üçün B1 — kvadrisiklləri idarə etmək üçün B — aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri; C1 — "D" kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C — "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D — sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; BE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan "B" kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan "B" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C1E — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; CE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1E — sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; DE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; Tramvay — tramvayları idarə etmək üçün; Trolleybus — trolleybusları idarə etmək üçün. == Azərbaycanda sürücülük vəsiqəsi == Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: sahibinin soyadı; sahibinin adı və atasının adı; sahibinin doğum tarixi və yeri; sahibinin yaşayış yeri; vəsiqəni vermiş orqanın adı; vəsiqənin verilmə tarixi və yeri; vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; vəsiqənin nömrəsi; vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; sahibinin qan qrupu və imzası; xüsusi qeydlər. Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Sürüngəc
Sürüngəc çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi olub, dəyişməz irəli-geri hərkəti icra edir. Sürüngəc porşen və sürgü qolunu birləşdirməyə xidmət edir. Çarxqollu-sürüngəc mexanizmində birləşmə üçün oxdan istifadə olunur. Belə birləşmə porşeni normal yükləmədn azad edir, çünki onun təsiri sürüngəcə ötürülür. Sürüngəcin tətbiqi ilə silindrdə porşenin altındakı boşluğu böyütmək mümkündür. Bu halda ox silindrin aşağıdakı qapağındakı kipləşdiricidən keçir və onun hermetikliyini artırır.
Sürünən
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Xarakteristikası == Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. == Bədən forması və hərəkəti == Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Sürünən ayrıqotu
Elymus repens (lat. Elymus repens) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elymus cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Kökləri uzun, üfqi uzanan, sapabənzər olub 5–15 sm dərinliyə qədər gedir. Gövdədinin hündürlüyü 40–150 sm olur. Bitkinin dibindən çixan və gövdədən 2–8,5 mm hündürlükdə olan yarpaqları uzunluğu 15–40 sm, eni 3–10 mm çılpaq düz xət şəklində olur. Çiçəyin formulu: ↑ P 2 A 3 G ( 2 ) _ {\displaystyle \uparrow P_{2}\;A_{3}\;G_{\underline {(2)}}} . == Yayılması == Bitkinin vətəni Avropa, Şimali Afrika və Asiyadır olsa da, demək olar ki, hər yerə yayılmışdır və əksər yerlərdə alaq otu hesab edilir. Bostan şəraitində bu bitkiləri təmizləmək üçün torpağı çevirir və kökləri əllə çıxarılıb atılır. Torpaqdan kənarda tez quruyur və məhv olur. Düzənliklərdə və dağlarda bitir.
Sürünən dirçək
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ajuga vulgaris Rouy Ajuga vulgaris subsp. reptans (L.) Rouy Bugula reptans (L.) Crantz Teucrium reptans (L.) Salisb.
Sürünən kəklikotu
Sürünən kəklikotu (lat. Thymus serpyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşil, budaqlanan, kiçik yarımkol bitkisidir. Gövdəsi nazik oduncaqdır. Çiçəkli gövdəsi düzqalxan və ya azca qalxmış olub, hündürlüyü 2-15sm-ə qədər olub, gövdənin üzəri çiçəklərlə örtülmüşdür. Yarpaqları qarşı-qarşıya, qısa saplaqlı, ellipsşəkilli, kənarları orta ölçülü kirpiciklidir. Orta gövdələrində yarpaqların uzunluğu 5-10 mm, eni isə 1,5-3,5 mm-ə bərabərdir. Başcıq çiçək qrupuna malik olub, kompaktdır. Çiçəkləri ensiz, zəngşəkilli, ikidodaqlı olub, kasacığı tükcüklüdür. Qarışıq nazik budaqcıqları, yarpaq və çiçəkləri vardır.
Sürünən kəkrə
Sürünən kəkrə (lat. Acroptilon repens) - kəkrə cinsinə aid bitki növü. == Sinonimləri == Acroptilon angustifolium Cass. Acroptilon australe Iljin Acroptilon obtusifolium Cass. Acroptilon picris (Pall. ex Willd.) C.A. Mey. Acroptilon serratum Cass. Acroptilon subdentatum Cass. Centaurea picris Pall. ex Willd.
Sürünən mahoniya
Sürünən mahoniya (lat. Mahonia repens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada, Britaniyadan Yeni Meksika və Kaliforniyaya qədər yayılmışdır. == Botaniki təsviri == Sərilmiş budaqlara malik, hündürlüyü 0,25-0,5 m-ə qədər olan koldur. Yarpaqları 3-7 ədəd enli yumurtavari, 3-6 sm uzunluğunda, tutqun göyümsov yaşıl, dərivari, kənarları iti dişli yarpaqcıqdan ibarətdir. Çiçək saplaqları 2-3 sm uzunluğundadır. Çiçək salxımları uclarda yerləşib, 3-7 sm uzunluqdadır. Meyvələri qara, zəif tüklüdür, avqustun ortaları yetişir. Mahoniya toxumlarla, yarım-oduncaqlaşmış qələmlərlə, yarpaq tumurcuğu və kök zoğları ilə çoxalır. == Ekologiyası == Quraqlığa davamlıdır.

sürü sözünün leksik mənası və izahı

  • 1 is. Bir yerdə otlayan, adətən bir cür heyvan dəstəsi. Qoyun sürüsü. İnək sürüsü. Quzu sürüsü. – Sürülər, itlər, çobanlar ormana, sərin kölgəliklər altına çəkilmişdi… A.Şaiq. Ferma işçiləri sürünü qarşıladı. M.İbrahimov. // Bir yerdə saxlanan bir cür quş, balıq və digər heyvan qrupu. Bir neçə həftə az qala ayaq altında üzən ördək sürüsü, indi Qara daşlardan otuz-otuz beş addım uzaqda idi. M.Hüseyn. // məc. Qarmaqarışıq, nizamsız böyük insan dəstəsi. ◊ Bir sürü – çoxluq bildirir. [Mirzə:] Bizim bir balaca hesabımız var, ondan ötrü gəlmişəm, vəssalam, nə lazım qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm, zarafat deyil. N.Vəzirov. [Ağa:] Kəndin bir sürü itləri tökülüb üstümə, başladılar məni dartışdırmağa. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / sürü

sürü sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 SÜRÜ (qoyun dəstəsi) Dağdan enən sürüdü; Dağı duman bürüdü; Vəfasız yar yolunda; Cavan ömrüm çürüdü (Bayatı); İLXI (at sürüsü) [Pərzad:] Əmim istərmi ki, məni özgəyə versin, atamdan qalan sürünü, ilxını özgəyə tapşırsın? (M.F.Axundzadə); NAXIR (mal-qara sürüsü) Naxır tozlu yollarla axışıb gəlirdi (Mir Cəlal).

    Azərbaycan dilinin sinonimlər lüğəti / sürü

sürü sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 SÜRÜ I is. Naxır, dəstə. Qatarın qışqırıb ötən zaman; Sürülər, naxırlar qaçıb dağılır (O.Sarıvəlli). SÜRÜ II is. Xeyli. Üstümüzə bir sürü adam töküldü. SÜRÜ III f. Çəkmək, çəkə-çəkə aparmaq. Əli islanmamaq üçün qardaşını cökə ağacının qovluğuna sürüdü (C.Gözəlov).

    Azərbaycan dilinin omonimlər lüğəti / sürü

sürü sözünün rus dilinə tərcüməsi

  • 1 отара, стадо, стая

    Azərbaycanca-rusca lüğət / sürü
  • 2 сущ. 1. стадо: 1) группа животных, обычно одного вида, пасущихся вместе; гурт. Qoyun sürüsü стадо овец (отара), quzu sürüsü стадо ягнят, inək sürüsü стадо коров, maral sürüləri оленьи стада; sürünü otarmaq пасти стадо 2) группа животных, птиц, рыб одного вида, держащихся вместе; стая. Dələ sürüsü стадо белок, ördək sürüsü стадо уток 3) перен. разг., пренебр. большая неорганизованная группа людей, толпа. Bir sürü adam стадо людей, sürü ilə gəliblər пришли стадом 4) поголовье сельскохозяйственных животных. Kolxozun sürüsü колхозное стадо, safcinsli sürü чистопородное стадо 2. стая (группа животных одного вида, держащихся вместе); свора. Canavar sürüsü стая волков, it sürüsü свора собак II прил. стадный ◊ at ilxısı köpək sürüsü о большой группе людей; целая орава; sürüdən ayrı düşmək отбиться от (своего) стада; bir sürü uşaq (oğlan) целая орава детей (мальчишек), sürü halında yaşayan стадный (живущий стадом). Sürü halında yaşayan heyvan стадное животное; sürü halında yaşama стадный образ жизни

    Azərbaycanca-rusca lüğət / sürü

sürü sözünün inglis dilinə tərcüməsi

  • 1 i. flock, herd; (balıq) run, school; (it, canavar) pack; bir ~ qoyun a flock of sheep; bir ~ keçi a flock of goats; bir ~ fil a herd of elephants; bir ~ balıq a run / a school of fish; bir ~ canavar a pack of wolves; bir ~ adam a flock of people

    Azərbaycanca-ingiliscə lüğət / sürü

sürü sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. суьруь (хперин, кӀелерин ва мс.); 2. пер. сад-садак акахьнавай, низамсуз инсанрин десте; bir sürü са суьруь (гзафвал къалурдай ибара).

    Azərbaycanca-ləzgicə lüğəti / sürü

sürü sözünün türk dilinə tərcüməsi

"sürü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sürü nədir? #sürü sözünün mənası #sürü nə deməkdir? #sürü sözünün izahı #sürü sözünün yazılışı #sürü necə yazılır? #sürü sözünün düzgün yazılışı #sürü leksik mənası #sürü sözünün sinonimi #sürü sözünün yaxın mənalı sözlər #sürü sözünün əks mənası #sürü sözünün etimologiyası #sürü sözünün orfoqrafiyası #sürü rusca #sürü inglisça #sürü fransızca #sürü sözünün istifadəsi #sözlük