Şuriken
Şuriken ( hərfi tərcümədə “əldə gizlədilmiş ülgüc”) – üzərində gizli şəkildə daşınılan yapon atma silahıdır. Əsasən, gündəlik əşyalardan: iynə, mismar, ulduzlar, bıçaq, sikkə və s.-dən hazırlanaraq tiyə formasındadır.
Şurikenlərin xarici görünüşü yaponların mistisizmə marağını özündə əks etdirir. Çox vaxt silahın üz hissəsinə onu hazırlayan usta tərəfindən müxtəlif işarələr qoyulurdu. Belə olan halda onlar bununla öz tərəflərinə axirət güc qüvvələrinin cəlb edildiyinə inanırlar.
Qaydaya uyğun olaraq, döyüşçünün arsenalında şurikenlər əlavə (köməkçi) silah sayılırdı, katana adlanan qılınca və ya yari adlanan nizəyə bərkidilirdi. Buna baxmayaraq, çox vaxt döyüşlərdə həlledici taktiki rolu elə şurikenlər oynayırdı.
Şuriken-dzyuçu - şurikenlərdən istifadə sənəti yaqyu-ryu, katori-sinto-ryu, itto-ryu, kukisin-ryu, tokakure-ryu kimi bir çox məktəblərdə ikinci dərəcəli vərdiş kimi istifadə olunurdu..
Şurikenlərin bo-şuriken və syaken (syakenlər arasında xira-şuriken, semban-şuriken, tepan-şuriken) adlanan iki əsas növü vardır.
Bo-şuriken – dəmir və ya poladdan hazırlanan dördbucaqlı, dairəvi və ya səkkizbucaqlı formasında hazırlanan atma metal silahdır.