şiri sözü azərbaycan dilində

şiri

Yazılış

  • şiri • 80.5310%
  • Şiri • 19.4690%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kalaxar şiri
Kalaxar şiri (lat. Panthera leo verneyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Kap şiri
Kap şiri (lat. Panthera leo melanochaitus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Katanq şiri
Katanq şiri (lat. Panthera leo bleyenberghi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Masai şiri
Panthera leo massaica (lat. Panthera leo massaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. == Təsviri == Oscar Rudolf Noymann ilk olaraq massai şir yarımnövünü daha az dəyirmi sifətləri, uzun ayaqları və bellərinin daha az çevik olması digər yarımnövlərdən ayıra bilmişdir. erkəklərdə dizyanı ətraflarda orta qaşıq saçlar vardır. Onlar geri daranmış kimi görünür. Masai şirlərinin erkəkləri 2,5-3 m uzunluğa sahib olurlar (quyruq daxil). Dişilər isə bir qədər kiçik olur. Onların uzunluğu 2,3-2,6 metr təşkil edir. Çəki baxımından erkəklər 150-230 kq, dişilərsə 100-165 kq təşkil edir. Hündürlüyü 90-115 sm arasında dəyişir.
Mağara şiri
Mağara şiri (lat. Panthera leo spelaea) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. 1985-ci ildə alman Ziqsdorfu yaxınlığında tapılmış yetkin mağara şirinin erkəyinin skeletinə əsasən, quyruğu nəzərə alınmadan onun bədəninin uzunluğu 2,1 m, süysününün hündürlüyü 1,2 m olduğu müəyyən olunub. Bu ölçülər müasir növün çox böyük nümayəndəsinə uyğundur.
Nubiya şiri
Nubiya şiri (lat. Panthera leo nubica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Kaliforniya dəniz şiri
Kaliforniya dəniz şiri, və ya Qara dəniz şiri (Zalophus californianus) — Qulaqlı suiti fəsiləsinin Dəniz şiri yarımfəsiləsinə aid növdür. Əsasən Sakit okean sularında yaşayırlar. ABŞ alimlərinin məlumatına görə sayları 188 min başdır). İl ərzində 5% artım müşaahidə edilir. Kaliforniya dəniz şirləri asan əhəlləşmə xüsusiyyətinə malikdirlər. Onlar Sirk və zooparklarda asanlıqla yaşaya bilirlər. ABŞ donanmasına xidmətə qəbul olunurlar (üzərlərinə müxtəlif qurğular yerləşdirərək). == Xariçi görünüş == Kaliforniya dəniz şirinin erkəkləri 2,4 m uzunluğa, 300 km çəkiyə malik olurlar. Dişilər isə 2 metr uzunluğa və 90 kq çəki verirlər. Dişilərin bu cür kiçik ölçüləri onları suitinə bənzədir.
Mərkəzi Afrika şiri
Mərkəzi Afrika şiri (lat. Panthera leo azandica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. Konqo Demokratik Respublikasının şimal-şərqində və Uqandanın qərb hissəsində yaşayırlar. Həmçinin "Uqanda şiri" adı ilə tanınır. == Araşdırılma tarixi == Amerikalı zooloq Coel Allen yarım növə Leo leo azandicus adını təklif edir və tipik nümunələrin təsvirini verir. Onun topladığı materiallar Amerika Diyarşünaslıq muzeyində saxlanılır. Bu erkək 1912-ci ildə parkın əməkdaşları tərəfindən muzey ekspanatı olmaq üçün vurulmuşdur. Muzeydə yırtrıcılara aid 588-ci eksponat olmuşdur. Allen bu yarımnövün masai şirlərinə yaxın olmasını qeyd etmişdir. Belə ki, kəllənin beyin strukturu və diş quruluşları baxımından eyni olsa da, rəng baxımından fərqlənir 1913-cü ildə Edmund Heller Uqanda şirləri üçün başqa elmi ad təklif edir: "Panthera leo nyanzae".
Qalapaqos dəniz şiri
Qalapaqos dəniz şiri (lat. Zalophus wollebaeki) — Kaliforniya dəniz şirləri cinsinə daxil olan üç növdən biri. == Arealı == Bu növün nümayəndələrinə əsasən Qalapaqos adalarında rast gəlinir. Bundan əlavə Cənubi Amerika sahillərinə yaxın Qorqona və İsla-de-la-Plata adalarında da rast gəlinir. Bəzi mənbələrdə isə onlara Kokos Adası Milli Parkında görüldüyü birdirilir. == Xariçi görünüşü == Qalapaqos dəniz şirləri Kaliforniya dəniz şirinə bənzəyir. Erkəklər 250 kq çəkiyə malik olurlar. Dişilər isə 80–90 kq olduğu halda, balaları isə doğularkən 25 kq olur. Növü ümumi sayı 20–40 min arası olması qiymətləndirilir Miqrasiya edən canlıdır. Yeni doğulan balalar üçün əsas təhlükə Köpəkbalığıdır.
Amerika şiri
Amerika şiri (lat. Panthera atrox) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Asiya şiri
Asiya şiri (lat. Panthera leo persica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. Nəsli kəsilmə həddindədir. == Ölçüləri == Ölçüləri iridir. Erkəklərin bədən quruluşu massivdir, dişilər daha incədir. Növün nümayəndəsi üçün 204 sm. uzunluğu səciyəvidir. Quyruğun uzunluğu 90 sm. Asiya aslanı Afrika aslanından kiçikdir. Erkəklər dişilərdən iridir.
Avropa şiri
Avropa şiri (lat. Panthera leo europaea) — panter cinsinə aid nəsli kəsilmiş heyvan yarımnövü.
Berber şiri
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Bərbər şiri
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Dəniz şiri
Dəniz şirləri (lat. Otariinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi. == Görünüşünü == Təbiətdə dəniz şirləri xırıltı, bağırtılı səs çıxarır.
Seneqal şiri
Seneqal şiri (lat. Panthera leo senegalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Şiri-Xurşid
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır. Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir.
Tomori şiri
Tomori daş şiri (富盛のシーサー, Tomori no şisa) – Yaponiyanın Okinava prefekturasının Yaese qəsəbəsində yerləşən şisa. == Tarixi == Şisa Okinava mədəniyyətində şirə oxşayan heykəllərdir və adanın mədəni simvollarından biridir. Okinavada ilk şisanın 1689-cu ildə Tomori kəndində quraşdırıldığına inanılır. 1740-cı illərdə yazılmış Ryukyu krallığının xronikaları olan "Kyuyo" əsərində qeyd olunur ki, Tomori kəndinin əhalisi tez-tez baş verən yanğınlardan əziyyət çəkirdi. Bu zaman fenşey təlimi ilə məşğul olan bir şəxs onlara Alov dağı kimi tanınan Yaese dağına tərəf baxan daş şir quraşdırmağı məsləhət görmüşdür. 1689-cu ildə Ciri-qusuku məbədinin yerləşdiyi təpənin başına Tomori daş şiri yerləşdirilmişdir. İnanca görə Tomori daş şiri daha sonra digər kəndlər tərəfindən imitasiya olunaraq bütün Okinavaya yayılmış, əvvəl apotropoik heykələ, daha sonra yerli mədəniyyət simvoluna çevrilmişdir. Keçmişdə yerli əhali bu heykəlin ətrafına yığışır, rəqs edərək onları yanğından qoruması üçün dua edirdi. === İkinci Dünya müharibəsi === İkinci Dünya müharibəsi zamanı baş vermiş Okinava döyüşündə Tomori daş şiri ABŞ əsgərləri tərəfindən sipər kimi istifadə olunmasına görə tanınmışdır. Belə bir anı əks etdirən, 18 iyun 1945-ci ildə çəkilmiş foto Okinava döyüşünün ikonik fotolarınan biri olmuşdur.
"Şiri-Xurşid" ordeni
"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید‎ Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.
Avstraliya dəniz şiri
Avstraliya dəniz şiri, və ya Ağpapaqlı dəniz şiri (lat. Neophoca cinerea) — Qulaqlı suiti fəsiləsinin aid, Avstraliyanın cənub və qərb sahillərində yayayan növ. == Xariçi görünüşü == Bu növün erkəkləri 2,5 metr uzunluğa və 300 kq çəkiyə malik olurlar. Dişiləri isə 1,8 m uzunluğa və 100 kq çəkiyə malik olur. Bu növün fərdləri bir-birindən kəskin fərqlənir: Erkəklər tünd-qəhvəyi, dişilərdə isə üzəri gümüşü-boz və ya açıq qəhvəyi olur. Dişilərin aşağı hissələri nisbətən açıq rəngdə olur. == Yayıldığı ərazilər == Bu növün koloniyalarına Avstraliyanın cənub və sərb sahillərində rast gəlinir. Bəzən onlar sahilə yaxın kiçik adalarda da yaşayırlar. XIX əsrdə onların yaşadığı areal Tasmaniya və Yeni Cənubi Uels ərazilərinidə təşkil edirdi. Avstraliya dəniz şiri heç vaxt bir yerdən başqa yerə miqrasiya etmir (hətta çütləşmə dönəmində).
Yapon dəniz şiri
Yapon dəniz şiri (Zalophus japonicus) — Qulaqlı suitilər fəsiləsinə Kaliforniya dəniz şirlərinə daxil olan, nəsli kəsilmiş məməli. Bu canlının nəsli kəsilməsi 1970-ci illərə təsadüf edir. Yapon dəniz şiri əsasən Yapon dənizi akvatoriyasında Yaponiya arxipelaqında və azda olsa Koreyanın qərb və sahillərində, Kuril adalarının cənub hissəsində yayılmışdı. Onların Kamçatka yarımadası və Ryukyu adaları ətrafında belə yayılmış olması ehtimal edilir. Yapon dəniz şiri xariçi görünüş baxımından Kaliforniya dəniz şirinə bənzəyir (Zalophus californianus). Erkəklər tünd-boz, və tünd-qəhvəyi rəngdə olurdular. Uzunluqları 2,3–2,5 metr, çəkisi isə 450–560 kq arasında dəyişirdi. Yaşlı erkəklər demək olar ki, bütünlüklə qara rəngdə olur. Dişilər 1,40–1,64 m uzunluğa və parlaq rəngə malik olurdu. Yapon dəniz şirləri sahildən çox aralanmırdılar.
Şimal dəniz şiri
Şimal dəniz şiri (lat. Eumetopias jubatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinin şimal dəniz şiri cinsinə aid heyvan növü. == Xariçi görünüşü == Erkəklərin uzunluğu 3–3,5 metr, çəkisi isə 500–1000 kq arasında dəyişir. Dişilər isə erkəklərdən kiçik olur. Onların uzunluğu 2,6 m, çəkisi isə 350 kq təşkil edir. Bu növün nümayəndələri çox az məsafəyə miqrasiya edirlər. Əsasən adaların və materikin sahillərində yerləşirlər. Bəzən isə buz uzərində dincəlirlər. Bu calıların həyatı iki dövrə bölünür: Hərəkətli və sükunət. Hərəkətli dövründə onlar əsasən dənizə çıxırlar və miqrasiya edirlər.
Şiri-Xurşid ordeni
"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید‎ Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.
Şiri Xurşid ordeni
"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید‎ Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.
Tomori daş şiri
Tomori daş şiri (富盛のシーサー, Tomori no şisa) – Yaponiyanın Okinava prefekturasının Yaese qəsəbəsində yerləşən şisa. == Tarixi == Şisa Okinava mədəniyyətində şirə oxşayan heykəllərdir və adanın mədəni simvollarından biridir. Okinavada ilk şisanın 1689-cu ildə Tomori kəndində quraşdırıldığına inanılır. 1740-cı illərdə yazılmış Ryukyu krallığının xronikaları olan "Kyuyo" əsərində qeyd olunur ki, Tomori kəndinin əhalisi tez-tez baş verən yanğınlardan əziyyət çəkirdi. Bu zaman fenşey təlimi ilə məşğul olan bir şəxs onlara Alov dağı kimi tanınan Yaese dağına tərəf baxan daş şir quraşdırmağı məsləhət görmüşdür. 1689-cu ildə Ciri-qusuku məbədinin yerləşdiyi təpənin başına Tomori daş şiri yerləşdirilmişdir. İnanca görə Tomori daş şiri daha sonra digər kəndlər tərəfindən imitasiya olunaraq bütün Okinavaya yayılmış, əvvəl apotropoik heykələ, daha sonra yerli mədəniyyət simvoluna çevrilmişdir. Keçmişdə yerli əhali bu heykəlin ətrafına yığışır, rəqs edərək onları yanğından qoruması üçün dua edirdi. === İkinci Dünya müharibəsi === İkinci Dünya müharibəsi zamanı baş vermiş Okinava döyüşündə Tomori daş şiri ABŞ əsgərləri tərəfindən sipər kimi istifadə olunmasına görə tanınmışdır. Belə bir anı əks etdirən, 18 iyun 1945-ci ildə çəkilmiş foto Okinava döyüşünün ikonik fotolarınan biri olmuşdur.
Həsən Şirinov
Həsən Kamil oğlu Şirinov (26 yanvar 1950, Naxçıvan rayonu) — Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru. == Həyatı == Polis general-mayoru Həsən Kamil oğlu Şirinov 1950-ci il yanvarın 26-da Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində anadan olub. 1971–73-cü illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Texniki Universitetinin Avtomobil və avtomobil təsərrüfatı, Bakı Dövlət Universitetinin hüquq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültələrini fərqlənmə ilə bitirib. 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai, Göygöl rayonlarında yol polisi şöbələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi, DİN BŞDYP-nin müavini, Bakı Şəhər DYP-nin rəisi işləmiş, 2010–2020-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır. === Yaradıcılığı === "Sönməz, əbədidir Heydər Əliyev", "Yüksəlişə gedən yol", "Xalqı ilə döyünən polis ürəyi", "Şah İsmayıl Xətai" və s. kitabların, bir çox şeir, hekayə və məqalələrin müəllifidir. == Mükafatları == Daxili İşlər Nazirliyinin "Xidmətə görə", "Qüsursuz xidmətə görə", "Azərbaycan polisinin 95 illiyi (1918–2013)", "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" medallarına layiq görülüb. General-mayor Həsən Şirinov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə "İgidliyə görə", Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif olunub.
Kamal paşa şirini
Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन ; Urdu dili: گلاب جامن ; Türk dili: Kemal Paşa Tatlısı), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür. Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır. == Xüsusiyyəti == Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir. == Quruluşu == Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir.
Kamil Şirinov
Kamil Şirinov (kapitan)
Kamil Şirinov (kapitan)
Kamil Əliş oğlu Şirinov (9 aprel 1991; Çuxanlı, Salyan rayonu — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Şirinov 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Kamil Şirinov 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Kamil Şirinov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb və fərqlənib. Azərbaycan Ordusunun kapitanı olan Kamil Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Şirinov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı snayper gülləsi nəticəsində şəhid olub.
Kamil Şirinov (çavuş)
Kərbəlayı Şirin bəy Çəmənli
Kərbəlayı Şirin bəy Çəmənli — Qarabağ bəylərindən biri, Georgi xaçı kavaleri. == Həyatı == Kərbəlayı Şirin bəy Əli bəy oğlu 1808-ci ildə Kəbirli mahalının Çəmənli kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. II Rusiya-İran müharibəsində iştirak etmişdi. == Ailəsi == Kərbəlayı Şirin bəy Kərbəlayı Nənəxanım xanımla ailə qurmuşdu. Abbas bəy, Əli bəy, Abdulla bəy, İbadulla bəy adlı oğulları, Fatma xanım, Mələk xanım adlı qızları vardı. Onun törəmələri Şirinbəyov soyadını daşıyırdılar. == Mükafatları == Kərbəlayı Şirin bəy Çəmənli döyüşdə göstərdiyi şücaətə görə Georgi xaçı ilə təltif olunmuşdu. == Mənbə == Ənvər Çingizoğlu. Şirinbəyovlar.
Maral Şirinova
Maral İbrahim qızı Şirinova (1 yanvar 1930, Kortala, Balakən rayonu – 2010) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (02.10.2002) == Həyatı == 1930-ci il yanvarın 1-də Azərbaycan SSR-in Zaqatala qəzasının Kortala kəndində (hazırda Balakən rayonunda kənd) Nəsiblər nəslində anadan olub. 1952-ci ildə Şəki Pedaqoji Texnikumunu bitirmişdir. 1945-1950-ci illərdə Balakən rayonunun "Kommunizm" kolxozunun manqabaşı olmuşdu. 1948-ci ildə “Trapezond” sortu üzrə 3 hektar sahədə hər hektardan 25,2 sentner tütün məhsulu alıb. Maral Şirinova həmçinin, Azərbaycanın ictimai həyatında da fəal iştirak etmişdir. 1952-ci ildən orta məktəbdə müəllim işləmişdir. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 1968 və 1978-ci illərdə müəllimlərin Ümumittifaq qurultayının nümayəndəsi olmuşdur. 2010-cu ildə 80 yaşında vəfat edib. == Mükafatları == 1949-ci il 1 iyul tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, 1948-ci ildə yüksək tütün məhsulu topladığına görə Şirinova Maral İbrahim qızı Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, Lenin ordeni və "Oraq və Çəkic" qızıl medalları təqdim olunmuşdur. Azərbaycanın elm və təhsil sahəsində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Mirzə Şirin bəy Heydərxanov
Heydərxanov Mirzə Şirin bəy Sədrəddin bəy oğlu-(1822-?), Qarabağ bəyi, katib, mülkədar == Həyatı == Sədrəddin bəyin dördüncü oğlu Şirin bəy 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Şirin bəy Heydərxanov mülkədar idi. Əmisi Nəcəfəli bəydən qalma Kərkicahan kəndinin bir hissəsini, Tağ kəndinin bir hissəsini, Qacar kəndi yaxınlığındakı Şairli torpağını idarə edirdi. Mirzə Şirin bəy 1848-ci ilin iyun ayının 18-də Şuşa polis idarəsinə şikayət etmişdi ki, qardaşıoğlu Məmməd bəy Mirzə bəy oğlunun bir tüfəngini, bir atınını Rüstəm bəy Qəmbər bəy oğlu Camalxanbəyov (1817-?) alıb. == Ailəsi == Mirzə Şirin bəyin Ibrahim bəy, Həmid bəy, Yusif adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Heydərxanbəyovlar, "Soy" dərgisi, 1 (21), Bakı, 2009. səh.8-14.
Naib Şirinov
Naib Şirin oğlu Şirinov (15 noyabr 1922, Malıbəyli, Şuşa qəzası – 2003, Bakı) — professor, Dövlət mükafatı laureatı. == Həyatı == Naib Şirin oğlu Şirinov 1922-ci il noyabr ayının 15-də Qarabağda Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur. Xalqımızın bir sıra qeyrətli oğulları kimi Naib Şirinovun atası da represiyanın qurbanı olmuşdur. Atasına "xalq düşməni" adı verilməklə edam edilməsi onun gələcək həyatına ən böyük zərbə olmuşdur. 1939-cu ildə Ağdam Pedaqoji məktəbində təhsil alan gələcəyin görkəmli alimi Naib Şirinov 1941-ci ildə 19 yaşında Böyük Vətən müharibəsinə yollanır. 1942-ci ildə xəstəliklə əlaqədar olaraq ordudan tərxis olnan "xalq düşməninin" oğlu 1943-cü ildə yenidən könüllü olaraq cəbhəyə qayıdaraq Berlinin alınmasına qədər uzun bir döyüş yolu keçmişdir. Ordudan qayıtdıqdan sonra kəndlərində bir müddət pedaqoji fəaliyyətini davam etdirən Naib Şirinov təhsilini davam etdirmək üçün 1950-ci ildə Moskvaya yola düşür və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra o, vətənə qayıdaraq Azərbaycan EA Coğrafiya İnstitutunda işə düzəlir. 1960-cı ildən başlayaraq respublikamızda yeni sahə olan geomorfologiyanın inkişafında mühüm rol oynayan Naib Şirinov gərgin əməyi sayəsində coğrafiya elmləri namizədi alimlik dərəcəsi alır. Onun Azərbaycanın müxtəlif sahələrinin geomorfoloji xəritələrinin iri miqyasda tərtib olunmasında kifayət qədər əməyi olmuşdur.
Natiq Şirinov
Natiq Bahadur oğlu Şirinov (10 noyabr 1975, Bakı) — Azərbaycan musiqiçisi, nağara ifaçısı, "Natiq" ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Natiq, 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Bu qrup 1999–2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olmuşdur. Natiqin incəsənətə bəxş etdiyi töhfələr səhnədəki ifası ilə məhdudlaşmır. 2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"-nu yaradır. Nağaradan əlavə o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır.
Nurlan Şirinli
Nəriman Şirinov
Şirinov Nəriman Mikayıl oğlu (7 noyabr 1929, Qaraxanlı, Tovuz rayonu – 26 iyul 2006) — baytarlıq elmləri doktoru (1970), professor (1974), Dövlət Mükafatı laureatı (1990), AMEA-nın və Rusiya KTEA-nin müxbir üzvü, "Şərəf nişanı" ordeni (1981), Əməkdar elm xadimi. == Həyatı == Nəriman Şirinov 1929-cu il noyabrın 7-də Tovuz şəhərində anadan olub. Tovuz şəhərindəki A. S. Puşkin adına orta məktəbdə təhsil almış və əla qiymətlərlə bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub. 1950-ci ildə Moskva Baytarlıq Akademiyasına köçürülərək təhsilini uğurla 1954-cü ildə başa vurub. == Əmək fəaliyyəti == Nəriman Şirinov əmək fəaliyyətinə 1954-cü ildə Balakən rayonunda MTS-da böyük baytar həkimi kimi başlayıb. Elmə olan həvəs onu tezliklə Azərbaycan Elmi-Tədqiqat İnstitutuna gətirmişdir. 1955-ci ildən laborant, sonra isə helmintologiya laboratoriyasında kiçik elmi işçi kimi çalışıb. 1970-ci ildən Azərbaycan Elmi-Tədqiqat İnstitutuna direktor vəzifəsinə təyin olunaraq ömrünun sonunadək burada çalışmış, mütəxəssislərin yetişdirilməsində əvəzsiz xidmətləri olub. == Elmi fəaliyyəti == Nəriman Şirinov 1962-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1974-cü ildə professor adına layiq görülüb. 1990-cı ildə Dövlət Mükafatı laueratı, 2001-ci ildən AMEA-nın və Rusiya KTEA-nın müxbir üzvi olub.
Orxan Şirinov
Polad Şirinov
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri-Şirin sülh müqaviləsi
Qəsri-Şirin sülh müqaviləsi—1639-cu ildə Səfəvi-Osmanlı dövlətləri arasında bağlanan saziş. 1603-cü ildən başlayan Osmanlı-Səfəvi müharibələrinin yeni mərhələsinə son qoymuş, bundan sonra uzun müddət iki dövlət arasında sülh olmuşdur. Müqavilə əsas etibarilə, Amasya sülh müqaviləsinin təkrarlanması kimi qəbul edilə bilər. == Arxa plan == Əvvəlki sülh müqavilələri kimi 1612-ci ildə və 1618-ci illərdə imzalanmış sülh müqavilələri uzun müddət qüvvədə qalmadı. XVII əsrin ilk rübü Osmanlı imperiyasının iç qarışıqlıq dönəmi kimi xarakterizə oluna bilər. Sultan I Əhmədin 1617-ci ildə vəfat etməsi, I Mustafanın sultan olması və onun da təkrar taxtdan endirilməsi, II Gənc Osmanın sultan olması və qısa müddət sonra qətlə yetirilməsi kimi hadisələr Osmanlı imperiyasının daxili stabilliyini pozmuşdu. Həmçinin bütün bu sultan dəyişiklikləri daxildəki böyük və səriştəli bürokratların ya öldürülməsi, ya da vəzifədən uzaqlaşdırılması ilə müşayət olunurdu. Nəhayət 1623-cü ildə Osmanlı taxtına Sultan IV Murad keçdi. Bu zaman sultanın yalnız 12 yaşı var idi və faktiki hakimiyyət baş vəzir Kamankeş Əli Paşanın və sultanın anası Mahpeykər Sultanın əlində cəmləşmişdi. Səfəvi dövlətində isə vəziyyət tamamilə fərqli idi.

"şiri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şiri nədir? #şiri sözünün mənası #şiri nə deməkdir? #şiri sözünün izahı #şiri sözünün yazılışı #şiri necə yazılır? #şiri sözünün düzgün yazılışı #şiri leksik mənası #şiri sözünün sinonimi #şiri sözünün yaxın mənalı sözlər #şiri sözünün əks mənası #şiri sözünün etimologiyası #şiri sözünün orfoqrafiyası #şiri rusca #şiri inglisça #şiri fransızca #şiri sözünün istifadəsi #sözlük