* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Canı olan, canlı, sağ, yaşayan (ölü ziddi). Diridir, ölməmiş Simon hala; Ona fürsət verərmiyim? H.Cavid. // Öldürülməmiş, başı kəsilməmiş, canı çıxmamış. Diri quş. Diri balıq. – [Quşu] diri (z.) saxlamaq niyyəti ilə üsulluca çantaya salıb Eldarın yanına qayıtdı. M.Rzaquluzadə. □ Diri etmək – diriltmək, yaşatmaq, əbədiləşdirmək. Təəccüb budur ki, mərhum Molla Vəli Vidadinin … asar və əşarından və tərcümeyi-halından bixəbərdirlər və onun adını diri etməyə əsla hümmət və qeyrət göstərməyirlər. F.Köçərli. // İs. mənasında. Ölülər elə bilirlər ki, dirilər halva yeyir. (Ata. sözü). Demək olmaz dirilərtək yatıb, əlbət, duracaq; Ölülər yatmağıdır, yox buna payan, ölüb… ə! M.Ə.Sabir. Diri qalmaq – yaşamaq, ölməmək, var olmaq. Farsların Sədi və Hafizi diri qalan kimi, bizlərin də Zakiri, Seyyidi, Nəbatisi, Saliki, Arifi gərək diri qalsınlar. F.Köçərli. 2. Yaxşı bişməmiş; çiy. Xörəyin düyüsü diridir. 3. Sərt, cod. Diri parça. 4. məc. Qüvvətli, çevik, qıvraq, diribaş, əlli-ayaqlı, bacarıqlı. Diri adam. Diri qocadır. // Canlı, qüvvətli. Safonun baldırı min dəfə səninkindən diridir. S.Rəhimov. // Canlı, ifadəli. Uşağın iri və diri gözləri muncuq kimi parıldadı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / diri1 Dilimizdə “yaşamaq”, “durmaq” anlamını verən dir feili olub, türkmən dilində həyat əvəzinə, indi dəturmuş işlədilir. “Ütmək”dən ütü yarandığı kimi, həmin qəlib üzrə “dirmək”dən də diri sözü əmələ gəlib. Güman ki, dir feili durmaq feilinin əsasında yaranıb. Dursun adı da, Tural sözü də bununla bağlıdır. Deməli, diri sifəti durmaq (yaşamaq) feilinin kökü olan dur zəminində əmələ gəlmiş dir feili əsasında yaranıb. Yəni dur sözündəki sait dəyişərək i şəklinə düşüb və beləliklə, həm yeni məna, həm də yeni forma meydana çıxıb. İndi də durmüstəqilliyini saxlayıb, dir isə saxlaya bilməyib,yalnız diri halında mövcuddur. Duru (su) sifəti ilə diri (adam) sifəti eyni qəlib üzrə yaranıb. Qədimdə dir(жить) feili müstəqil işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / diri4 DİRİ Ölülər elə bilirlər ki, dirilər həmişə halva yeyir (B.Bayramov); CANLI Ucalan heykəl canlı bir insan kimi görünürdü (S.Rəhimov); Mən də bir insanam, mən də canlıyam... (S.Vurğun); DİRİGÖZLÜ ..halbuki dirigözlü arvad ola (Ü.Hacıbəyov); SAĞ [Fatma:] Əgər anan sağdırsa, Allah ömrünü uzun eləsin, yox vəfat eləyibsə, torpağı rahat olsun (H.Abbaszadə); YAŞAR Səni mütləq cahanda var sanıram; Bizim ilə səni yaşar sanıram (A.Şaiq); ZİHƏYAT Aqşin: Əmirəlmömin xəlifənin iradəsinə qarşı bir zihəyat dura bilməz. Ayrılın! (C.Cabbarlı); ZİNDƏ (köhn.) Hər zaman zindəyəm, hər zaman gəncəm; Şahları mat edən canlı şətrəncəm (A.Şaiq); SALAMAT (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / diri2 I прил. живой: 1) такой, который живет, обладает жизнью. Diri balıq живая рыба, diri toyuq живая курица 2) разг. перен. полный жизненных сил, подвижный. Diri uşaq живой ребёнок, çox diri qoca очень живой старик 2. перен. жесткий, твердый, недоваренный (о крупе, рисе и т.п.). Düyü hələ diridir рис пока тверд, недоварен II в знач. сущ. живой; dirilər живые III нареч. живьем, живым. Diri tutmaq брать живьём; diri döl с.-х. живой плод, diri çəki живой вес ◊ nə diridir, nə ölü ни жив ни мёртв; diridən də pay ummaq, ölüdən də драть и с живого и с мёртвого; nə ölüyə hay var verir, nə diriyə pay ни рыба, ни мясо
Azərbaycanca-rusca lüğət / diri1 I. i. 1. living, live; alive; ~ dillər living languages; ~ çəki live weight; Qoca olmağına baxmayaraq o hələ diridir Though old he is still alive; 2. məc. lively; ~ uşaq a lively child*; 3. (düyü və s., bişməmiş) under-done, under-cooked, not cooked properly II. z. alive; ~ tutmaq to catch* alive, to take* alive
Azərbaycanca-ingiliscə lüğət / diri1 is. vivant, -e, vi//f, -ve ; ~ dillər les langues vivantes ; ~ çəki poids m vif
Azərbaycanca-fransızca lüğət / diri1 прил. 1. дири, ччан алай, сагъ, яшамиш жезвай; diri balıq дири гъед; diri etmək пер. ччан хкун, эбеди авун (мес. тӀвар); diri qalmaq дири амукьун, сагъ амукьун, яшамиш хьун, рекьин тавун, аваз хьун; // сущ. дириди, ччан алайди; 2. хъсандиз чурун тавунвай, чиг, чигит, дири (мес. дуьгуь); 3. векъи; diri parça векъи парча; 4. пер. ччан квай; цицӀи, викӀегь, къуватлу, къеврягь, кар алакьдай, дирибаш; // пер. чандик цӀвегь квай (мес. кьуьзек); // ччан алай, мана авай (мес. вилер).
Azərbaycanca-ləzgicə lüğəti / diri(Bakı, Gəncə, Kürdəmir, Şəmkir) yaxşı bişməmiş. – Aşın düyüsü diri oluf, qonaxların yanında biyavır olajıyıx (Gəncə); – Diri düyüyü qavağına qoyufdu, ala aşdi yi (Şəmkir)
Azərbaycan dilinin dialektoloji lüğəti.