Vilson zirinci
Vilson zirinci (lat. Berberis wilsoniae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbii halda Qərbi Çində, Estoniyada, Ukraynanın qərb hissəsində, Krımda, Cənubi Qafqazda və Orta Asiyada bitir.
== Botaniki təsviri ==
Hündürlüyü 1 m-dək, yaşıl, sıxiynəli, sarımtıl, sonra qonur-qırmızı, buğumlu, zoğları nazik tükcükclü, uzunluğu 2 sm-dək iynələrlə örtülmüş koldur. Budaqları çılpaq, möhkəm və əyilmişdir. Yarpaqların uzunluğu təxminən 2 sm, yumurtavari və ya uzunsov-yumurtavari, lansetvarı, əsasən 1-2 dişlidir, dəstələrdə möhkəmdir; küt və ya ucu biz, kənarları bütöv, tutqun yaşıl və ya göyümtül, payızda tünd-qırmızıdır. Yarpaqların alt-tərəfi ağımtıldır. Xırda, açıq-sarı çiçəkləri, 2-6 ədəd, diametri 7 mm-dək olmaqla, qızılı-sarı, sıx dəstələrdə və ya uzunluğu 1,5 sm-dək olan qısa süpürgələrdə, uzunluğu 4 sm-dək olan çiçək yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, qırmızıdır, uzunluğu 6 mm-dir.