Giri sözü azərbaycan dilində

Giri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Giri • 98.0998%
  • giri • 1.9002%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alqoritmlərə giriş
Alqoritmlərə giriş — Tomas Kormen, Charles E. Leiserson, Ronald L. Rivest, Clifford Stein müəllifləri tərəfindən yazılmış kitabdır. Bir çox universitetlərdə bu kitab alqoritmlər kursunun dərs vəsaiti kimi istifadə olunur. Çap olunduqdan sonra ilk iyirmi ilə yarım milyondan çox tirajı satılıb. İlk nəşri 1990-cı ildə, 3-cü nəşri 2009-cu ildə çap edilib.
Ardıcıl giriş
Ardıcıl giriş (sequential (serial) access) — informasiyanın elə yazılması və axtarılması üsuludur ki, oxumanı verilənlər yığınının lap başlanğıcından başlamaq gərəkdir. Verilənlər bağlı ardıcıllıq ola bilər, yəni ardıcıllıqda hər bir element (fayl, yaxud yazı) növbəti elementi göstərə bilər. Bu termin ardıcıl erişimli fayllara (SEQUENTİAAL-ACCESS FİLES) erişməni təsvir etmək üçün istifadə edilə bilər. Hər bir informasiya elementinin özündən əvvəlki informasiyaya istinad etdiyi fayllar (məsələn, poçt göndərmələrinin siyahısından və mətn prosessorlarının sənədlərindən ibarət fayllar) üçün ardıcıl erişimdən istifadə etmək daha yaxşı olur. Ardıcıl erişim maqnit lentində olan müəyyən mahnının axtarılması prosesi kimidir: axtarış lentin başlanğıcından başlamalı və lazım olan mahnı tapılanadək ardıcıllıqla davam etdirilməlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bulbophyllum giriwoense
Bulbophyllum giriwoense (lat. Bulbophyllum giriwoense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Fatma Girik
Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. == Həyatı == Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib. 1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Giritli Əli Əziz Əfəndi
Giritli Əli Əziz (1749 - 29 Oktyabr 1798, Berlin ), Türk diplomat, səfir, yazıçı və şair . 1749-cu ildə Giritdə (Krit) anadan olub. Atası Giritin xəzinədarı və tarixçi Mehmed Əfəndidir. Təhsilini Giritdə etdi. Zəngin atasından miras qalan sərvəti xərclədikdən və istehlak etdikdən sonra İstanbula getdi. Hassa muşketyorlarına qoşuldu. Validə Kətxuda olan həmyerlisi Yusuf Ağaya bağlanmış və köməyi ilə Xiosa vergiyığan təyin edilmişdir. Bir müddət sonra Belqrada göndərildi. İki il orada qaldı və bəzi dövlət mülklərinin satışına uğurla nəzarət etdi. Vəzifə borcundakı bu müvəffəqiyyət sayəsində mir-i miran rütbəsi ilə 1797-ci ildə Berlin səfiri təyin edildi və Prussiya dövlətinin hüzurunda Osmanlı İmperiyasının ilk daimi və məskunlaşmış səfiri oldu.
Giriş-çıxış modeli
Giriş-çıxış modeli — ölkə iqtisadiyyatında sahələrarası istehsal münasibətlərini xarakterizə edən iqtisadi və riyazi balans modeli. Bir sənayedəki məhsul ilə bu çıxışı təmin etmək üçün lazım olan bütün iştirakçı sahələrin məhsul xərcləri, xərcləri arasındakı əlaqəni xarakterizə edir. Giriş-çıxış balansı nağd və natura şəklində tərtib olunur. Sənayelararası balans xətti tənliklər sistemi şəklində təqdim olunur. Giriş-çıxış balansı (IOB) sektoral kontekstdə məcmu sosial məhsulun formalaşması və istifadəsi prosesini əks etdirən bir cədvəldir. Cədvəldə hər bir məhsul üzrə istehsal xərclərinin strukturu və iqtisadiyyatda bölüşdürülmə strukturu göstərilir. Sütunlar iqtisadiyyatın sektorlarında ümumi məhsulun orta istehlak və əlavə dəyər elementləri üzrə dəyər tərkibini əks etdirir. Xətlər hər sahədəki mənbələrdən istifadəni əks etdirir. MRM modelində dörd kvadrant var. Birincisi ara istehlakı və istehsal əlaqələri sistemini, ikincisi ÜDM-nin son istifadəsinin strukturunu, üçüncüsü ÜDM-in xərc strukturunu, dördüncüsü milli gəlirin yenidən bölüşdürülməsini əks etdirir.
Giriş/çıxış
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. == Həmçinin bax == Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Giriş/çıxış bufferi
Giriş/çıxış bufferi (en. input/output buffer ~ ru. буфер ввода-вывода ~ tr. giriş/çıkış arabelleği) – giriş və çıxış informasiyalarını müvəqqəti saxlamaq üçün kompüter yaddaşının ehtiyat üçün ayrılmış hissəsi. Beləliklə, giriş-çıxış qurğuları, öz işi ilə məşğul olan mərkəzi prosessorun köməyi olmadan bu buferə tez-tez müraciət edə bilər ki, bu da bütövlükdə proqramın işini sürətləndirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Giriş/çıxış kanalı
Giriş/çıxış kanalı( en. input/output channel (I/O channel) ~ ru. канал ввода-вывода ~ tr. giriş/çıkış kanalı) – kompüterin mikroprosessoru ilə giriş-çıxış şini arasında informasiyanın ötürülməsi üçün daxili qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giriş/çıxış kontrolleri
Giriş/çıxış kontrolleri (en. input/output controller (I/O controller) ~ ru. контроллер ввода-вывода ~ tr. giriş/çıkış denetleyici) – giriş, çıxış qurğusu və ya giriş/çıxış qurğuları ilə mikroprosessor arasında aparat interfeysi (“çevirici”, vasitəçi) olan port ilə bağlı olan idarəetmə mikrosxemi. Giriş-çıxış kontrolleri giriş və çıxış verilənlərini idarə və emal edir ki, bu da mikroprosessoru ardıcıl rabitə vasitələri ilə təmin edir, eləcə də onu başqa işlər üçün azad edir. Məsələn, klaviaturanın öz mikroprosessoru və müvafiq mikrosxemi ola bilər ki, onlar klavişlərin basılmasının emal edilməsini və onların ikilik koda çevrilməsini həyata keçirir. Analoji olaraq, disksürənin öz kontrolleri olur ki, o, oxuma-yazma başcığının müəyyən mövqeyə aparılması kimi yüksək sürətli, çətin məsələləri yerinə yetirir, fırlanan diskdə müəyyən sahələrin axtarışını və hətta xətaların yoxlanmasını həyata keçirir. Kontrollerlərin əksəriyyəti üçün onların işini idarə edən xüsusi proqramlar – drayverlər lazım olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giriş/çıxış məhdudlaşdırması
Giriş/çıxış məhdudlaşdırması (en. input/output-bound (I/O-bound) ~ ru. ограничение по вводу-выводу ~ tr. giriş/çıkış sınırlı) – saxlanma qurğusunda (diskdə) uzunmüddətli oxuma və yazma əməliyyatları səbəbindən kompüterin mikroprosessorunun işinin ləngiməsi halı. Maşın o zaman giriş-çıxış məhdudlaşdırmasında olur ki, yerinə yetirilən iş tez-tez yazılmış informasiyaya müraciət olunmasını tələb edir, ancaq verilənlərin ötürülməsi kanalı və ya saxlama qurğusu mikroprosessorun işləmə sürəti ilə müqayisədə çox yavaşdır. Məsələn, mikroprosessor diskdə yazılmış böyük verilənlər bazasında tez dəyişiklik edə bilir, ancaq, əgər oxuma-yazma sürəti nisbətən yavaşdırsa, kompüter giriş-çıxış məhdudlaşdırılmasında olur. Əgər yalnız giriş və ya yalnız çıxış informasiyasının mikroprosessora çatdırılmasını məhdudlaşdırırsa, onda kompüter, sadəcə, giriş və ya çıxış məhdudlaşdırmasında olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giriş/çıxış portu
Giriş/çıxış portu (en. input/output port ~ ru. порт ввода-вывода ~ tr. giriş/çıkış portu) – giriş və ya çıxış qurğuları ilə mikroposessor arasında verilənlərin ötürülməsi kanalı. Praktiki olaraq, mərkəzi prosessor üçün port, onun verilənlərin qəbulu və verilişi üçün istifadə etdiyi bir və ya daha artıq yaddaş ünvanıdır. Bu ünvanlara xüsusi aparat vasitələri, məsələn, genişləndirmə lövhələri xidmət göstərir: onlar qurğudan gələn verilənləri yaddaş ünvanlarında yerləşdirir və verilənləri yaddaş ünvanlarından qurğuya göndərir. Giriş/çıxış portu kompüterdə proqram təminatı və qurğular arasında əlaqə qurmağa imkan verir. Hər hansı məlumatı ardıcıl portla göndərmək üçün onun hansı giriş/çıxış portu kimi ünvanı bilinməlidir. Analoji olaraq, ardıcıl portdan məlumat almaq üçün onun hansı ünvandan göndərilməsini bilmək lazımdır. Yaddaşa birbaşa daxil olan kanalların və IRQ-nin kəsilməsindən fərqli olaraq, fərdi kompüterlərdə xeyli çox giriş/çıxış portları mövcuddur.
Giriş/çıxış qurğusu
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. == Həmçinin bax == Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Giriş axını
Giriş axını (en. input stream ~ ru. поток ввода ~ tr. giriş akışı) – proqramda spesifik məsələ ilə bağlı olan baytlar ardıcıllığı kimi istifadə olunan informasiya axını. Proqramlaşdırmada giriş axını klaviaturadan yaddaşa oxunan simvollar sırası, yaxud diskdə konkret fayldan oxunan və ya ora yazılan verilənlər bloku ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hibrid Giriş Şəbəkələri
Hibrid Giriş Şəbəkələri — lent genişliyini yaxşılaşdırmaq üçün iki fərqli şəbəkə texnologiyasının birləşdirildiyi genişzolaqlı giriş şəbəkələri üçün xüsusi bir arxitekturaya malikdir. Bu cür Hibrid Giriş Şəbəkələri üçün ən geniş yayılmış motiv bir xDSL şəbəkəsini LTE kimi simsiz şəbəkə ilə əlaqələndirməkdir. Texnologiya ümumi və DOCSIS, WiMAX, 5G və ya peyk şəbəkələri kimi müxtəlif növ giriş şəbəkələrini birləşdirmək üçün tətbiq oluna bilər. Genişzolaqlı Forum bu cür şəbəkələrin yerləşdirilməsi üçün xüsusi bir quruluş təyin etmişdir. == İstifadə halları == Bu cür hibrid giriş şəbəkələri üçün əsas məqsədlərindən biri, küçə kabineti ilə ev arasında uzun məsafələri qət edə bilməyən G. Fast və ya VDSL2 kimi daha sürətli xDSL texnologiyalarının tətbiq olunmasının həmişə sərfəli olmadığı kənd yerlərində daha sürətli internet xidmətləri təmin etməkdir. Avropada, xüsusən də bəzi hökumətlər, şəbəkə operatorlarında 2020-ci ilədək bütün sakinləri minimum 30 Mbps sürətlə İnternet xidmətləri ilə təchiz etməyi tələb edirlər. İkinci istifadə məqsədi, həm xDSL şəbəkəsinin, həm də simsiz şəbəkənin eyni zamanda uğursuz olacağı ehtimalını nəzərə alaraq, giriş bağlantısının etibarlılığını təmin etməkdir. Üçüncü məqsəd isə sürətli xidmət dönüşü adlanır. Müştəri dərhal hibrid şəbəkə girişini qura bilər və şəbəkə operatoru simli hissəni quraşdırarkən simsiz ayağını istifadə edə bilər. == Texnologiya == Hibrid Giriş Şəbəkələri yaratmaq üçün Geniş Zolaqlı Forum tərəfindən bəzi üsullar müəyyən edilmişdir.
Milli giriş çıxışların ölçülməsi
Milli giriş çıxışların ölçülməsi (ing. Measures of national income and output) iqtisadiyyatda — ölkədə və ya bölgədəki ümumi iqtisadi aktivliyi qiymətləndirmək üçün müxtəlif milli gəlir və məhsul ölçülərini, o cümlədən ümumi daxili məhsul (ÜDM), ümumi milli məhsul (ÜMM), xalis milli gəlir (NPI) və düzəldilmiş milli gəliri daxil olmaqla istifadə edir (Resurs tükənməsi üçün tənzimlənən NNI — faktor dəyəri NNI də adlandırılır). Hamısı xüsusilə iqtisadiyyatda və müxtəlif sahələrdə istehsal olunan mal və xidmətlərin ümumi həcminin hesablanmasında maraqlıdır. Sərhəd ümumiyyətlə coğrafiya və ya vətəndaşlıqla müəyyən edilir və eyni zamanda bir millətin ümumi gəliri olaraq təyin edilir və sayılan mal və xidmətləri məhdudlaşdırır. Məsələn, bəzi tədbirlər barter malları istisna olmaqla yalnız pula dəyişdirilən mal və xidmətləri nəzərə alır, digər tədbirlər isə barter mallarını onlara pul dəyəri qoyaraq daxil etməyə cəhd edə bilər. == Milli hesablar == Bir ölkə kimi böyük bir bölgədə mal və xidmətlərin ümumi istehsalının bir göstəricisini əldə etmək çox miqdarda məlumat toplanması və hesablamaları tələb edir. Milli gəliri qiymətləndirmək üçün bəzi cəhdlər XVII əsrdə baş vermiş olsa da, bu rəqəmlərin bir hissəsi olduğu milli hesabların sistematik olaraq aparılması ABŞ-də və bəzi Avropa ölkələrində 1930-cu illərə qədər başlamamışdı. Bu böyük statistik iş üçün təkan, vəhdət və Keynsçilik iqtisadiyyatının yüksəlişi idi, bu da hökumətə iqtisadiyyatı idarə etməkdə daha çox rol tapşırdı və hökumətləri iqtisadiyyata müdaxilələrinin davam etməsi üçün dəqiq məlumat almağa məcbur etdi. mümkün qədər məlumatlıdır. == Bazar dəyəri == Bir məhsulu və ya xidməti saymaq üçün ona bir dəyər təyin etməlisiniz.
Ogeday Girişkən
Ogeday Girişkən (27 aprel 1992, Adana) — türk avarçəkmə idmançısı və aktyorudur. == Həyatı == Ogeday Girişkən 1992-ci ildə Adanada anadan olub və təhsilini orada davam etdirib. Mərmərə Universitetinin Bədən Tərbiyəsi və İdman Müəllimliyi fakültəsində təhsil almaq hüququ qazanıb. Daha sonra bakalavr təhsilini başa vurdu. İdmançı kimi adından söz etdirən Ogeday o illərdə də diqqət çəkib və o, avarçəkmə sahəsində Fənərbaxçada lisenziyalı idmançı kimi on il avarçəkmə komandasında iştirak edib. Dünya reytinqlərinə damğasını vuran Ogeday Girişken 2017-ci ildə Survivor 2017 yarışmasına qatılıb. Yarışa başlayandan sonra Ogeday həm xarakteri, həm də traslardakı çıxışı ilə qısa zamanda irəliyə doğru bir addım atmağı bacarıb və həmin mövsümün çempionu olub. O, Litvada dünya miqyasında keçirilən U-23 Avarçəkmə Çempionatında yarışı 8-ci yerdə başa vurub. Ogeday Girişkən 2018-ci ildə Bir Litre Gözyaşı serialında "Teoman" obrazı ilə aktyorluğa addım atdı. Daha sonra 2019-cu ildə Savaşçı serialında "Komissar Çavuş Demir Döğer" obrazını canlandırıb.2022-ci ildə Survivor 2022: All Star yarışmasında mübarizə aparır.
Təhlükəsiz Wi-Fi girişi
Təhlükəsiz Wi-Fi girişi WPA (Wi-Fi Protected Access)Wi-Fi Protected Access (WPA) və Wi-Fi Protected Access II (WPA2) simsiz kompüter şəbəkələrini təmin etmək üçün Wi-Fi İttifaqı tərəfindən hazırlanmış iki təhlükəsizlik protokolu və təhlükəsizlik sertifikatı proqramlarıdır. == Tarixi == WEP protokolunun kriptoqrafik dözümlə əlaqəli bir neçə vacib probleminin həlli üçün 2003-cü ildə standart kimi təklif edilib. WPA2 isə 2004-cw ildə yaradılmışdır == WPA == Wi-Fi İttifaqı, WPA-nın tam IEEE 802.11i standartının mövcudluğuna qədər WEP-in yerinə yetirilməsi üçün ara tədbir kimi nəzərdə tutdu. Əsas xüsusiyyəti şifrləmə açarlarının TKIP (Temporal Key Integrity Protocol) protokolu bazasında dinamik generasiyası texnologiyasıdır. Bundan başqa, WPA-da kriptoqrafik nəzarət cəmləri MIC (Message Integrity Code – məlumatın tamlıq kodu) adlı yeni metod ilə hesablanır və AES standartı ilə şifrləmə də dəstəklənir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Yenidən giriləbilən kod
Reentrant code ~ реентерабельный код ~ yineli girilebilen kod ~ yenidən giriləbilən kod – bir neçə proqramın eyni zamanda istifadə edə bildiyi proqram kodu. Məsələn, hansısa proqram yenidən giriləbilən kodu icra edən zaman başqa bir proqram onun icrasını durdura bilər və sonra onu birinci proqram üçün yenidən başlada, yaxud kəsildiyi yerdən davam etdirə bilər. Əməliyyat sisteminin xidməti proqramlarının çoxu yenidən giriləbilən kod kimi yaradılıb ki, bu da bütün çalışan proqramlara xidmət etmək üçün onun təkcə bir kopyasını yaddaşa yükləməyə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnternetə giriş hüququ
İnternetə daxil olmaq hüququ və ya internetə çıxış hüququ — internet tərəfindən dövlət tərəfindən təmin edilməli olan ayrılmaz insan hüquqlarından biri kimi nəzərdə tutulur, çünki özü azadlıq hüququnun həyata keçirilməsini təmin edir. == Tarixi == 2003-cü ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti (ÜİCS) keçirildi.
İsmət Giritli
İsmet Giritli (17 aprel 1924, Krım, SSRİ – 3 fevral 2007, İstanbul) — türk hüquq professoru və yazıçısı idi. 1924-cü ildə Krımda anadan olub. İbtidai təhsilini burada başa vurduqdan sonra Kabataş Oğlanlar Liseyində oxudu . Sonra İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu və 1964-cü ildə həmin fakültənin inzibati hüquq şöbəsində professor oldu. 1961 Konstitusiyasını hazırlayan elm adamlarından olan Giritli, Barolar Birliyinin Nümayəndəsi olaraq Təsis Məclisinin üzvü seçildi. Giritli həmçinin, Türk Milli Gənclər Təşkilatının başçısı və Birləşmiş Millətlər Təşkilatındakı Türk Nümayəndəliyində məsləhətçi olmuşdur. 1964–1968-ci illər arasında ilk TRT İdarə Heyətinin üzvü və sədri olmuşdur. Dr. Giritli, 1968-ci ilin yanvarında ilk televiziya yayımını edən komandanın başında idi. İsmet Giritli 1958–1959-cu illər arasında Nyu-Yorkdakı Kolumbiya Universiteti Hüquq Fakültəsində və 1968–1969-cu illər arasında Kolumbiya Universiteti Orta Şərq İnstitutunda qonaq professor olaraq çalışmışdır.
Şəbəkə əlaqə kanallarına giriş metodları
Giriş metodu – lokal şəbəkənin əlaqə kanalını növbəti hansı işçi stansiyanın istifadə edəcəyini müəyyən edən metoddur. Əlaqə kanalına (kabelə) girişin idarə edilməsi metodu şəbəkənin xarakteristikalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Giriş metodları aşağıdakılardır: — daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş (Carrier Sense Multiple Access with Collision Detection – CSMA/CD); — səlahiyyətlərin ötürülməsi ilə çoxsaylı giriş və ya markerin ötürülməsi metodu (Token Passing Multiple Access – TPMA); — vaxtın bölünməsi ilə çoxsaylı giriş (Time Division Multiple Access – TDMA); — tezliyin bölünməsi ilə çoxsaylı giriş (Frequency Division Multiple Access – FDMA) və ya dalğa uzunluğunun bölünməsi ilə çoxsaylı giriş (Wavelength Division Multiple Access – WDMA). == CSMA/CD metodu == Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodunun alqoritmi şəkil 19-da verilmişdir. Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodu (CSMA/CD) növbəti alqoritm üzrə işləyir: əgər işçi stansiya verilənlərin ötürülməsi üçün şəbəkədən istifadə etmək istəyirsə, o, əvvəlcə kanalın vəziyyətini yoxlamalıdır və kanal boş olduqda ötürməyə başlaya bilər Ötürmə prosesində stansiya mümkün konfliktləri aşkarlamaq üçün şəbəkəni dinləməni davam etdirir. Əgər iki qovşağın kanalı tutmaq üçün etdikləri cəhdə görə konflikt yaranarsa, onda konflikti aşkarlayan şəbəkə platası şəbəkəyə xüsusi siqnal göndərir və hər iki stansiya eyni zamanda ötürməni dayandırır. Bu zaman, qəbul edən stansiya qismən qəbul edilmiş məlumatı atır və məlumat göndərmək istəyən bütün stansiyalar məlumatı göndərməzdən əvvəl təsədüfi seçilmiş zaman müddətində gözləyir. Bütün şəbəkə plataları müxtəlif psevdotəsadüfi zaman müddətinə proqramlaşdırılmışdır. Əgər təkrar məlumat göndərilməsi zamanı konflikt yaranarsa, onda bu zaman müddəti artırılır. Ethernet standartı rəqabətli şəbəkəni müəyyən edir, yəni işçi stansiyaları şəbəkəyə giriş hüququ əldə etmək üçün bir biri ilə rəqabət aparmalıdırlar.
Giriş şəbəkəsi
Giriş şəbəkəsi və ya çıxış şəbəkəsi — abunəçiləri bilavasitə xidmət təminatçısı ilə birləşdirən telekommunikasiya şəbəkəsinin bir növü. Bu, lokal provayderləri bir-birinə bağlayan əsas şəbəkə ilə ziddiyyət təşkil edir. Giriş şəbəkəsi əlavə olaraq qidalandırıcı qurğu və ya paylama şəbəkəsi ilə buraxıcı qurğu və ya kənar şəbəkə arasında bölünə bilər. == Giriş haqqı == Giriş haqqı lokal mübadilə daşıyıcısı tərəfindən mübadilələrarası daşıyıcı tərəfindən uzaq mübadilə məntəqəsinə ondan aparılan şəbəkə trafikinin yaranması və ya dayandırılması kimi məqsədlər üçün lokal mübadilə vasitələrinin istifadəsi üçün edilən ödənişdir. Bəzi giriş haqları birbaşa mübadilə daşıyıcılarına hesablansa da, bütün giriş haqlarının əhəmiyyətli faizi lokal son istifadəçilər tərəfindən ödənilir. == Mobil giriş şəbəkələri == GERAN UTRAN E-UTRAN CDMA2000 GSM UMTS 1xEVDO voLTE WiMAX-də Wi-Fi == Optik paylama şəbəkəsi == Passiv optik paylama şəbəkəsi (PON) xarici zavodda birrejimli fiber-optikdən, şüa bölücülərdə və optik paylayıcı çərçivələrdən istifadə edir. Bu, dupleksləşir ki, həm yuxarı, həm də aşağı axın siqnalları ayrı-ayrı dalğa uzunluqlarında eyni lifi paylaşsın. Daha sürətli PON standartları, bir qayda olaraq, hər bir PON üzrə istifadəçilərin daha yüksək bölünmə nisbətini dəstəkləyir, lakin əlavə əhatə dairəsi tələb olunduğu yerlərdə əhatə dairəsini genişləndirənlərdən də istifadə edə bilər. Giriş şəbəkələri adətən telefon stansiyasına xüsusi keçid əldə etmək üçün hər hansı xarici zavod ayırıcıdan yan keçən Ethernet kimi "point-to-point" texnologiyalarını dəstəkləməlidir. Bəzi PON şəbəkələri ütün splitterlər mərkəzdə yerləşdirilsin deyə yolkənarı şkafların yalnız peç panellərdən ibarət olduğu "evdə işləmə" topologiyasından istifadə edir.
İnteqrasiya edilmiş giriş cihazı
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.

giri sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Biləsuvar, Cəlilabad, Əli Bayramlı, Kəlbəcər) yeddi pud yarımlıq ölçü vahidi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"giri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#giri nədir? #giri sözünün mənası #giri nə deməkdir? #giri sözünün izahı #giri sözünün yazılışı #giri necə yazılır? #giri sözünün düzgün yazılışı #giri leksik mənası #giri sözünün sinonimi #giri sözünün yaxın mənalı sözlər #giri sözünün əks mənası #giri sözünün etimologiyası #giri sözünün orfoqrafiyası #giri rusca #giri inglisça #giri fransızca #giri sözünün istifadəsi #sözlük