geri sözü azərbaycan dilində

geri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • geri • 98.2500%
  • Geri • 1.7140%
  • GERİ • 0.0249%
  • gerİ • 0.0055%
  • GEri • 0.0055%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Geri Bouls
Qeri Rey Bouls (ing. Gary Ray Bowles; 25 yanvar 1962, Klifton Forc[d], Virciniya – 22 avqust 2019, Florida Dövlət Həbsxanası[d], Florida) — 1994-cü ildə 6 nəfərin qətlinə görə 2019-cu ildə edam edilmiş amerikalı seriyalı qatil. Qurbanlarının əksəriyyəti ştatlararası 95 magistral yolunun yaxınlığında yaşadığı üçün onu bəzən "I-95 qatil" adlandırırdılar. == Uşaqlıq və gənclik illəri == Bouls Virciniya ştatının Klifton-Forc şəhərində anadan olub və Qərbi Virciniya ştatının Rupert şəhərində böyüyüb. Kömür mədənində işləyən atası Frenk altı ay əvvəl mədənçi pnevmokoniozu xəstəliyindən dünyasını dəyişib və anası Frensis bir neçə dəfə yenidən evlənib. Bouls anasını və böyük qardaşını təhqir edən alkoqol aludəçisi olan ikinci ögey atası tərəfindən təcavüzə uğrayıb. Zorakılıq on üç yaşına kimi davam edib, Bouls ögey atasına müqavimət göstərib və onu ağır yaralayıb. O, anasının nikahda qalmaq qərarından qəzəblənərək bir müddət sonra evdən ayrılıb. Bouls növbəti bir neçə il ərzində evsiz qalıb və kişi fahişəliyi ilə pul qazanıb. == Həbs dövrü == Bouls 1982-ci ildə sevgilisini döydüyünə və təcavüz etdiyinə görə həbs olunub və altı il həbs cəzasına məhkum edilib.
Geri Snayder
Qeri Snayder (8 may 1930[…], San-Fransisko, Kaliforniya) — Amerika şairi. Postmodernist yazar. == Həyatı == Qeri Snayder 1930-cu ildə San-Fransiskoda (Kaliforniya ştatı) anadan olub. Kollecdə təhsil aldığı dövrdə ədəbiyyata və etnoqrafiyaya həvəs göstərirdi. İndiana Universitetində linqvistikanı, Berkli Universitetində isə şərq dillərini öyrənib. Meşəqıran, meşəbəyi və dəniçi kimi ağır işlərdə çalışıb. Qeri Snayder 1955-ci ildən sonra şair kimi şöhrət qazandı. 1956-cı ildə Yaponiyaya köçərək on il orada yaşayıb; Snayder yapon dilini və yapon poeziyasını öyrənir, yapon dilində şeirlər yazır, buddist monastrına gedir, ibadət mərasimlərində iştirak edir, Zen buddizmi öyrənir, buddist mətnlərini tərcümə edirdi. Snayder "Tısbağalar adası", "Sonsuz dağlar və meşələr", "Riprap və soyuq dağların şeirləri", "Sapsız Balta" və s. (ümumiyyətlə, onun iyirmi kitabı çap olunb) kitabların müəllifidir.
Frensis Geri Pauers
Francis Gary Powers 17 avqust 1929 – 1 avqust 1977, Ensino[d], Kaliforniya 1960-cı ilin mayında Sovet torpaqları üzərində vurulan Lockheed U-2 casus təyyarəsinin pilotu olmuşdur. == Həyatı == Pauers Cenkins Kentukki ştatında anadan olub, lakin Virciniya-Kentukki sərhədində yerləşən Virciniya ştatının Pound şəhərində böyüyüb. Koreya müharibəsində də iştirak edən Pauers daha sonra MKİ-də işə başlayıb. == U-2 hadisəsi == Tarixlər 1 may 1960-cı ili göstərdiyi zaman , cəmi 27 missiya uçuşu etmiş mülki MKİ pilotu Frensis Qari Pauers Sverdlovsk və Plesetsk ballistik raket sınaq mərkəzlərinin casus fotoşəkillərini çəkmək üçün Pişəvərdən havaya qalxır. Pauers Sverdlovsk ətrafında uçarkən ətrafında bəzi partlayışlar eşidir. Pauers yerdən atılan raketlərin təyyarəyə çata bilməyəcəyini düşünürdü, lakin Pilot Pauers tezliklə səhv etdiyini başa düşür. Sovetlərin yeni hazırladığı SA-2 yüksək hündürlüklü raketlərindən ikisi U-2-nin qanadını vura bilir. Pauers katapult oturacağından istifadə edərək təyyarəsini tərk etməli olur. Rus kəndlərindən birində yerə enən pilotu kənd sakinləri sovet hakimiyyətinə təhvil verirlər. Təyyarə qəzaya uğradıqdan sonra ABŞ rəsmiləri Sovet İttifaqı üzərində uçan Amerika meteoroloji təyyarəsinin itdiyini açıqlayır.
Geri qayıtmaq hüququ
Geri qayıtmaq hüququ — insan hüquqlarının Ümumdünya Bəyannaməsində və Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış, öz ölkəsinə qayıtmaq hüququ verən beynəlxalq hüququn qanunvericilik prinsipidir. Geri qayıtmaq hüququ əyalətin konstitusiyasında, immiqrasiya qanununda göstərilə bilər və ya diasporadan repatriasiya haqqında ayrıca bir qanun olaraq rəsmiləşdirilə bilər. == Tarixi == Yəqin ki, geri dönüş hüququnun ilk tanınması 1789-cu il Fransa inqilabından sonra Fransada 15 dekabr 1790-cı ildə qəbul edilmiş Hugenotlar Aktında əksini tapdı. Hugenotlara bütün vətəndaş hüquqlarının verilməsi ilə eyni vaxtda qanun, Fransa vətəndaşlarını dini təqiblər səbəbiylə xaricdə doğulmuş və fransız soyundan olan, qovulmuş və ya qaçan bütün insanları elan etdi. And içən geri qayıdan bütün vətəndaş hüquqlarına sahib idilər. Eyni zamanda, hugenotların böyük hissəsi bundan bir əsr əvvəl qovulmuşdu və bir çoxları İngiltərə, Almaniya və Cənubi Afrikanın yerli əhalisi ilə qarışmağı bacardılar. Qanun, 19 oktyabr 1945-ci ilə qədər qüvvədə qaldı, aralarında Nazizm tərəfdarlarının da ola biləcəyi Almaniyaya assimilyasiya olunmuş hugenotlar nəslinin köçməsinə icazə verilməməsi səbəbindən ləğv edildi. == Beynəlxalq hüquq == Ümumdünya İnsan Haqları Bəyannaməsinin 13-cü maddəsində deyilir ki, "hər kəs öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir". Bu maddənin mənası ilə bağlı fikir birliyi yoxdur, çünki əvvəlki bənddə "dövlət" ("hər kəsin hər bir əyalət daxilində sərbəst hərəkət etmək və yaşayış yerini seçmək hüququ") ifadəsi işlədildiyindən "ölkə" anlayışına icazə verilir. fərqli şərh edir.
Geri çağırış modemi
Geri çağırış modemi (callback modem) – gələn çağırışa cavab vermək əvəzinə, çağıran abonentin kod yığmasını və "otboy" verməsini tələb edən, bununla da çağırışı geriyə qaytarmaq imkanı verən modem növü. Sonra modem çağıran abonentin kodunu mövcud telefon nömrələrinin siyahısına görə yoxlayır. Əgər alınmış kod qeydiyyatda olan hər hansı nömrəyə uyğun gəlirsə, modem həmin nömrəni yığır və çağıran abonentlə birləşmə yaradır. Belə modemlərdən icazəsiz (sanksiyasız) erişimlərdən qorunmaq məqsədilə istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Geri ödəmə müddəti metodu
Geri ödəmə müddəti metodu (ing. payback period) — ilə bir investisiyaya çəkilən xərcin nə qədər müddətə geri dönəcəyi hesablanır.[1] Misal üçün hər il 1000 AZN gəlir gətirən 3000 AZN-lik bir investisiya üç illik geri ödəmə müddətinə sahibdir. İnvestisiyanın gətirdiyi gəlirlərin kumulyativ cəminin investisiya məbləğinə bərabər olduğu və ya onu keçdiyi il geri ödəmə ili olur. == Məqsədi == Geri ödəmə müddəti metodu tez-tez istifadə edilən bir metoddur. Çünki akademik təhsil və çalışma sahəsindən asılı olmayan çox insan üçün istifadəsi asan və anlaşıqlıdır. Müəssisə bu metod vasitəsilə investisiya xərclərinin nə zaman geri dönəcəyini görür və buna uyğun olaraq investisiya layihəsinin reallaşdırılması ilə bağlı qərarını verir. == Düsturu == Geri ödəmə müddəti əsasən il olaraq ifadə olunur. Hər il üçün xalis nağd pul mədaxili(1) = Nağd pul mədaxili(1) — nağd pul məxarici(1)hesablanır. Daha sonra xalis nağd pul mədaxillərinin kumulyativ cəmi hesablanır. Cəmi investisiya məbləğinə bərabər edən il isə geri ödəmə ili olur.[2] Əgər hər il üçün pul daxil olmaları sabit(eyni) olarsa, geri ödəmə müddəti = İnvestisiya məbləği(C0) / təxmin olunan xalis nağd pul mədaxili(C) P P = C 0 C {\displaystyle PP={\mathbb {C} _{0} \over C}} Pul daxil olmaları müxtəlif olduqda isə aşağıdakı düsturdar istifadə edilir: P P = n + ( C 0 − C k ) C {\displaystyle {\displaystyle PP={n+{{(\mathbb {C} _{0}-\mathbb {C} _{k})} \over C}}}} [3] n — Pul daxilolmaların kumulyativ cəminin müsbətə keçdiyi ildən əvvəlki il C0 — İnvestisiya məbləği Ck — n -ci ilə qədər(n-ci ildə daxil olmaqla) pul daxil olmalarının kumulyativ cəmi Bu düstur geri ödəmə müddətindən sonra ortaya çıxacaq dəyərləri (mənfi və ya müsbət) nəzərə almır.
Geri
Geri (ad)
II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi
II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi — bu hadisə 1729-cu ildə II Təhmasibin sərkərdəsi Nadir xanla əfqan Əşrəf Xotəki arasında baş vermiş bir sıra döyüşün nəticəsində mümkün olmuşdur. II Təhmasibin nominal olaraq taxtda oturmasına baxmayaraq, faktiki hakimiyyət Nadir xanın əlində cəmləşmişdi. Əfqanlar isə Səfəvi imperiyasının ərazilərinin böyük bir hissəsindən əbədi olaraq qovuldular və bir müddət sonra Nadir yürüş edərək onları yenidən tabe etdi. == İsfahanın işğalı və Təhmasibin şah olması == 1722-ci ildə Səfəvi imperiyası dərin böhran içində idi. Ölkənin iqtisadi sisteminin çökməsi ilə paraleldə, imperiyanın hər bir tərəfini üsyanlar bürümüşdü. Həm də bundan istifadə edən əfqanlar, ilk öncə Əfqanıstandakı Səfəvi hakimiyyətini ləğv edib, imperiyanın mərkəzi bölgələrinə doğru yürüşə başladılar. 1722-ci ilin martında paytaxt İsfahan mühasirəyə alındı. İsfahana doğru əfqan irəliləməsinin qarşısını almaq üçün Gülnabad adlanan yerdə iki tərəfin ordusu qarşı-qarşıya gəldi. Səfəvi ordusu sağ cinah, sol cinah və mərkəz olaraq üç hissəyə ayrılmışdı. Cinahlarda sayları 30 min olan süvarilər toplanmışdı.
Geri sayım: Inspiration4 kosmos missiyası (miniserial, 2021)
Geri sayım: Inspiration4 kosmos missiyası (ing. Countdown: Inspiration4 Mission to Space) — 2021-ci ildə Netflix platformasında yayımlanan SpaceX-in Inspiration4 missiyası haqqında çəkilmiş ABŞ istehsalı beş seriyadan ibarət sənədli serial. == İstehsal == Netflix 3 avqust 2021-ci ildə rəsmi Twitter səhifəsində kosmos missiyası ilə əlaqəli sənədli serial istehsal etdiyini təsdiqlədi Inspiration4 öz səhifəsində paylaşıma cavab yazdı: "Heyətimizin həyəcanlı, dünya xarici səyahətini əhatə edən "Geri sayım: Inspiration4 kosmos missiyası" serialına @netflix-də baxmağa səbirsizlənirik". Serial işə qəbul prosesini, hazırlığı və mümkün qədər real vaxtda, İlon Maskın SpaceX şirkəti tərəfindən həyata keçiriləcək ilk mülki orbital uçuş haqqındadır. Sənədli serial Time Studios ilə ortaq istehsal edilmişdir. Serialın rejissoru Maykl Cordan haqqında çəkilmiş "Sonuncu rəqs" sənədli filminin rejissoru olan Ceyson Hehirdir. == Reklam və buraxılış == SpaceX şirkətinin təsisçisi İlon Mask insanları serialı izləməyə cəlb etmək üçün sosial media hesabından istifadə etmişdir. O, rəsmi Twitter səhifəsində Inspiration4-ün çıxdığı gün izləyicilərini serialı izləməyə dəvət etdi.[mənbə göstərin] İlk dört seriya 6-13 sentyabr tarixində yayımlandı. Sonuncu seriya isə 30 sentyabrda yayımlandı. == Seriya siyahısı == == Reaksiyalar == The Daily Beast, The Guardian qəzetləri və MTİ serial haqda müsbət fikirlər bildirmişdirlər.
Moris Geri
Moris Geri (fr. Maurice Gehri) — 1921-ci ildə Yalova Qırğını zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi olmuş isveçrəli. Antanta dövlətləri tərəfindən yaradılmış komissiya ilə birlikdə o, hadisələrin humanitar araşdırmasında iştirak etmiş və bu barədə bir hesabat yazmışdır.
Geri Bekker
Hari Bekker (ing. Gary Stanley Becker; 2 dekabr 1930[…], Pottsvill[d], Pensilvaniya[…] – 3 may 2014[…], Çikaqo) — amerikalı sosioloq və iqtisadçı. 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Hari Bekker 2 dekabr 1930-cu ildə Pensilvaniya ştatında anadan olub. 1951-ci ildə Prinston Universitetində magistr və 1955-ci ildə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1957–1968-ci illərdə Kolumbiya Universitetində mühazirə dedikdən sonra, Çikaqo Universitetinə qayıdır. 1967-ci ildə Con Beyts Klark medalı, 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 2007-ci ildə ABŞ Prezidentinin Azadlıq medalına layiq görülmüşdür. Hari Bekker irqçilik, cinayət, ailə quruluşu, narkotik aslılığı kimi ənənəvi sosioloji mövzularda tədqiqatlar aparan ilk iqtisadçılardan biridir. == Əsərləri == Gary S. Becker (1957, 1971, 2nd ed.). The Economics of Discrimination.
Geri Gilmor
Qeri Mark Qilmor (4 dekabr 1940 – 17 yanvar 1977) — bir neçə quldurluqda və iki qətldə təqsirli bilinən cinayətkar. 1977-ci il yanvarın 17-də Yuta ştatında güllələnib. O, edamının 1967-ci ildən bəri ABŞ-də ilk ölüm hökmünün icrası olması ilə məşhurlaşıb. Qilmor 21-ci əsrin əvvəllərinə qədər Yuta ştatında mövcud olan edam üsulu ilə güllələnmə üsulu ilə edam edilib. === Bioqrafiya === Qeri Mark Qilmor 4 dekabr 1940-cı ildə Texas ştatının MakKami şəhərində Frenk və Bessi Qilmorun dörd oğlunun ikincisi olaraq anadan olub. Digər oğulları Frenk kiçik, Qeylen və yazıçı və musiqi jurnalisti Mikal Qilmor idi. Frenk Qarri Qilmore,. (təxminən 23 noyabr 1890, Linkoln, Nebraska – 31 iyul 1962, Siyeyttl, Vaşinqton) alkoqol aludəçisi, başqa arvadları və ailələri var idi, heç birini dəstəkləmirdi. bir şıltaqlıqdan sonra o, Sakramentoda, Kaliforniyada, Provo, Yuta ştatından qovulmuş Mormon əsilli Bessi (19 avqust 1913, Provo, Yuta – 29 iyun 1981, Portlend, Oreqon) ilə evləndi. Qeri qanundan yayınmaq üçün Texasda Koffman təxəllüsü ilə yaşayarkən anadan olub.
Geri Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond, Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Geri Koul
Qeri Koul (ing. Gary Cole) — ABŞ aktyorudur. Bir sıra seriallarda və filmlərdə çıxış etmişdir.
Geri Kuper
Qeri Kuper (ing. Gary Cooper; 7 may 1901[…], Helena – 13 may 1961[…], Beverli-Hillz, Kaliforniya) — Amerika aktyoru. == Həyatı == Qeri Kuper 7 may 1901-ci ildə doğulub. 13 may 1961-ci ildə vəfat edib.
Geri Ridcuey
Qeri Leon Ridcuey (ing. Gary Leon Ridgway; 18 fevral 1949, Solt-Leyk-Siti, Yuta) — Qrin River Qatili olaraq da bilinən amerikalı seriyalı qatil. 1982-ci və 1998-ci illəri arasında, Vaşinqton ştatında ən az 49 gənc qadını öldürdü. Az qala bütün qurbanları fahişələrdi. 30 noyabr 2001-ci ilində DNT analizi sonra göz altına alındı. 2003-cü ilində ömürlük həbsə məhkum edildi.
Geri (ad)
Geri (ing. Gary) — ingilis kişi adı.
Geri (İndiana)
Geri (ing. Gary [ˈɡæri]) — Amerika Birləşmiş Ştatları İndiana vilayətində, Çikaqo, İllinoysun 40km aşağısında yerləşən şəhər. Geri İndiana Dünyası Milli Parkına bitişikdir və Miçiqan gölünün cənubu ilə həmsərhəddir. Şəhərə Birləşmiş Ştatlar Polad Korporasiyasının qurucu sədri olan vəkil Elbert Henri Gerinin adı verilmişdir. Şəhər böyük polad dəyirmanları ilə və Cekson 5 musiqi qrupunun doğulduğu yer kimi tanınır. Əhalisinə görə İndiana ştatının doqquzuncu, İndiana vilayətinin ikinci böyük şəhəri olan Gerinin əhalisi 2010-cu il siyahıyaalınmasında 80,294 nəfər olmuşdu. 1920-ci illərdən 1960-cı illərin ortalarına qədər inkişaf edən polad sənayesinə görə çiçəklənən bir şəhər idi, ancaq xarici rəqabət və polad sənayesinin yenidən qurulması bölgənin çökməsi və özünün əvvəlki əhəmiyyətinin itirməsi ilə nəticələndi. 1960-cı illərin sonlarından bəri Geri 1960-cı ildəki 178.320 nəfər əhalisinin 55 faizinin şəhərdən köçməsiylə, əsas əhalisini itirmişdir. Şəhər çoxlu Rust Kəmər şəhəri, işsizlik, çürüyən infrastruktur və aşağı savadlılıq və təhsil səviyyələri də daxil olmaqla müxtəlif çətinliklərlə üzləşir. Şəhərdəki bütün evlərin üçdə birinin boş və ya tərk edildiyi təxmin edilir.
Geri çəkilmə
Geri çəkilmə — müharibə və hərbi işdə taktiki, operativ və ya strateji manevr. Geri çəkilmə qoşunların və qüvvələrin işğal olunmuş müdafiə xətlərini məcburi və ya qəsdən tərk etməsi, habelə onların öz və ya düşmən ərazisinin dərinliklərində yeni xətlərə çəkilməsidir. Geri çəkilmə, növbəti döyüş əməliyyatlarının aparılması üçün zərbə qüvvələrinin və ya vasitələrinin mühüm hərəkəti və manevridir. Məqsəd hərbi qrupu hücumdan uzaqlaşdırmaq, həmçinin qoşunları yenidən qruplaşdırmaq, əlverişli müdafiə mövqeyini gücləndirmək və ya düşməni hücuma cəlb etməkdir.
Xoca Geri (Talış)
Xoca Geri (fars. خواجه گري‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 668 nəfər yaşayır (143 ailə).
O Geri Çəkilməlidir (1966)
İki gənc bir-birini sevir. Qız (Xuraman Hacıyeva) vərəm xəstəliyinə tutulur. Buna baxmayaraq sevgilisi (Namiq Məmmədov) ondan üz döndərmir. Məhəbbət xəstəliyə qalib gəlir, qız tamamilə sağalır. Belə nikbin sonluqla qurtaran elmi-kütləvi film Azərbaycanda əhalinin sağlamlığı üçün görülən profilaktik tədbirlərdən, konkret olaraq vərəm xəstəliyinə qarşı aparılan mübarizədən bəhs edir. Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Heç vaxt geri dönməyəcəyik
Heç vaxt geri dönməyəcəyik (ing. Never Goin' Back) — Avqustin Frizzellin yazıb rejissorluq etdiyi 2018-ci il komediya filmi. Film ən yaxşı dost və otaq yoldaşları olan iki yeniyetmə qız, Ancela və Cessinin hekayəsindən bəhs edir. Onlar aşağı səviyyəli bir yeməkxanada ofisiant kimi işləyirlər və çimərlik tətilinə getməyi xəyal edirlər. Bununla belə, onların planları pozulur və davamlı olaraq bir sıra problemlərlə qarşılaşırlar.
O geri çəkilməlidir (film, 1966)
İki gənc bir-birini sevir. Qız (Xuraman Hacıyeva) vərəm xəstəliyinə tutulur. Buna baxmayaraq sevgilisi (Namiq Məmmədov) ondan üz döndərmir. Məhəbbət xəstəliyə qalib gəlir, qız tamamilə sağalır. Belə nikbin sonluqla qurtaran elmi-kütləvi film Azərbaycanda əhalinin sağlamlığı üçün görülən profilaktik tədbirlərdən, konkret olaraq vərəm xəstəliyinə qarşı aparılan mübarizədən bəhs edir. Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Georq Gerinq
Georq Gerinq (alm. Georg Gehring‎; 14 noyabr 1903, Frankental[d], Bavariya – 31 oktyabr 1943, Şetsin, Prussiya[d] və ya Lüdviqshafen) — almaniyalı Yunan-Roma güləşçisi, Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı. 1903-cü ildə Frankental şəhərində anadan olmuşdur. 1926-cı ildə Avropa çempionatında qızıl medal qazandı. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarının bürünc medalını qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930 və 1931-ci illərdə Avropa Çempionatlarında bürünc mükafatları qazandı. 1932-ci ildə Los-Anceles Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız 4-cü yeri tuta bildi. 1936-cı ildə Berlin Olimpiya Oyunlarında sərbəst güləş növündə çıxış etdi, amma orada yalnız 7-ci oldu.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gerik (Maku)
Gerik (fars. گريك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (39 ailə).
Gerila buzlağı
Gerila buzlağı (bolq. ледник Герила, ‘Lednik Gerila’ \'led-nik ge-'ri-la\) — 7.5 km uzunluğu və 2 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Burdenis buzlağından şimalda, Fonfon buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq şimal-şərqi Bolqarıstandan axan Gerila çayının adını daşıyır. == Yerləşməsi == Gerila buzlağı 78°12′25″ c. e. 86°02′00″ q. u. koordinatlarında yerləşmişdir.
Gerilla müharibəsi
Partizan müharibəsi və ya Gerilla müharibəsi — hərbi qruplaşmaların yerli əhali arasında gizlənərək düşmənləriylə açıq və iri döyüşlərdən qaçmaqla apardığı müharibə.
Geriləmə dönəmi Osmanlı sədrəzəmləri
== Quruluş dövrü == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş dövrü == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq dövrü == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə dövrü == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma dövrü == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Geriləmə dövrü Osmanlı sədrəzəmləri
== Quruluş dövrü == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş dövrü == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq dövrü == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə dövrü == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma dövrü == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Geriqatlanan qaratərə
Geriqatlanan pəncər (lat. Amaranthus retroflexus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus bulgaricus Kov. Amaranthus bullatus Besser ex Spreng. Amaranthus curvifolius Spreng. Amaranthus delilei Richt. & Loret Amaranthus johnstonii Kov. Amaranthus recurvatus Desf. Amaranthus retroflexus var. delilei (Richt.
Geris xalçası
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Geriyə Baxmağa Dəyər (1985)
Geriyə baxma, qoca (roman)
Geriyə baxma, qoca — İlyas Əfəndiyevin ilk dəfə 1980-ci ildə nəşr olunmuş avtobioqrafik romanı. == Məzmun == İlyas Əfəndiyevin bu əsəri əslində avtobioqrafik sayıla bilər və müəllif bunu tarixə müraciət edərək göstərir. Çox qısa bir müddətdə dörd hakimiyyətin – çar üsul-idarəsinin, burjua respublikasının (XCQK, ZK, ZDFR), xalq cümhuriyyətinin və bolşevik rejiminin bir-birin əvəz etməsinin xalqın müxtəlif təbəqələrinin həyatında yaratdığı ümid və gözləntilər özünün bədii ifadəsini tapmışdır. == Nəşr və tərcümə == Əsər Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 308 səhifədə 50 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Geriyə baxmağa dəyər... (film, 1985) == Xarici keçidlər == Goodreads-də Geriyə baxma, qoca "Geriyə baxma, qoca (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Geriyə baxmağa dəyər... (film, 1985)
Geriyə baxmağa dəyər (film, 1985)
Geriyə split
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Geriyə zəncirləmə
Geriyə zəncirləmə– ekspert sistemlərində: mühakimənin doğruluğunun yoxlanılmasına həmin mühakimədən və onun alınmasına kimi istifadə olunan qaydalar yığınından başlayan üsul. Sonra ondan əvvəl gələn mühakimələr zənciri yoxlanır, qaydalar faktlardan ibarət verilənlər bazasında olan informasiyalar ilə tutuşdurulur. Proses aşkar doğru və ya yalan olan mühakimə ilə başa çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Meşə gerillaları
Meşə gerillaları (fin Metsäsissit) — karellər və ağ fin könüllüləri tərəfindən yaradılmış müqavimət hərəkatı. Hərəkat 1920-ci ildə imzalanmış Tartu müqaviləsinə əsasən Kareliya ərazisinin bir hissəsinin bolşevik Rusiyasına verilməsindən sonra yaranmışdır. Hərəkatın fəaliyyəti nəticəsində alovlanan münaqişə İkinci SSRİ–Finlandiya müharibəsinə gətirib çıxarmışdır. 1921-ci ildə Rusiyaya qarşı üsyan zamanı 3 min gerilla döyüşçüsü Şərqi Kareliyanın böyük hissəsini tuta bilmişdir. Onlar bu əraziləri yeni yaradılmış Finlandiya Respublikası ilə birləşdirməyə çalışırdılar, lakin 1922-ci ildə üsyançı qüvvələr Finlandiyaya çəkilməli oldular.
Şöhrəti necə geri qaytarmalı (film, 1988)
Bakı Soyuducular Zavodu hər il 400 minə yaxın "Çinar" soyuducusu buraxır (1988). Müəssisə öz işində dönüş yaratmış və bir neçə il bundan əvvəl(13 milyonu) keçmiş borclarını tamamilə ödəmişdir. İstehsalatın yenidən qurulması, yeni modelli soyuducuların buraxılışının qaydaya salınması, Minsk və Kiyev həmkarları ilə işgüzar əməkdaşlıq filmdə öz əksini tapmışdır.
Nə geri çəkil, nə də təslim ol
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.

geri sözünün leksik mənası və izahı

  • 1 1. zərf Arxa tərəfə, dala, dal tərəfə. [Qaçay] bir neçə addım gedəndən sonra istədi qanrılıb geri baxsın. İ.Məlikzadə. 2. is. Ard, dal, davam, mabəd. Şerin gerisini oxumaq. – Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra, rübailərinin gerisini oxumadı, kağızı büküb cibinə qoydu… M.S.Ordubadi. 3. is. məc. Aqibət, son, nəticə. İşin gerisini düşünmək. – [Prokuror:] Bu nədir? Adam bir iş tutanda gerisini fikirləşməz? İ.Şıxlı. 4. is. məc. İnkişaf etməmiş, dala qalmış. İnkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla; İmkanımız var ikən; Geriyik nə əsasla? R.Rza. ◊ Geri durmaq – uzaqlaşmaq, yaxın gəlməmək. Yar deyilsən, çək ayağı, geri dur; Canımı odlara yaxmağın nədir? M.P.Vaqif. Geri götürmək – 1) dala almaq verdiyini istəyib almaq. Kitabını geri götürdü; 2) məc. dediyi sözdən, vədindən dönmək. Sözünü geri götürmək. – Padşah qızını çox şad görüb, hökmünü geri götürdü. (Nağıl). Geri (geriyə, geridə) qalmaq – 1) dalda, arxada qalmaq. Qocalar geridə qaldılar. – Komandan əsgərlərdən geri qalmamaq üçün yoluna davam edir. M.Hüseyn; 2) vaxtını keçirmək, vaxtında etməmək; yubatmaq, ləngitmək. Dərsim geri qalıb. – Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov; 3) məc. inkişafdan qalmaq, tərəqqi etməmək. [Almaz Xanımnaza:] Ay ana, axı bu bizim kəndimizdir, elimizdir. Belə, geridə qalıblar ey, geridə. C.Cabbarlı. Geri qayıtmaq – dala dönmək, qayıtmaq. Qayıdıb gələndə məclisdən geri; Yolda iki nəfər düşdü üstümə. M.Rahim. Geri qaytarmaq – 1) qaytarmaq, qovmaq. Uşağı geri qaytarmaq. – Pəri nənə … gəlinini qapıdan geri qaytarmaq fikrində deyildi. M.Hüseyn; 2) ödəmək, vermək. Borcunu geri qaytarmaq; 3) məc. qarşısını almaq, artmağa, inkişaf etməyə qoymamaq. Toxtaqlıq, təskinlik bədbəxt hadisəni geri qaytarmır. Ə.Vəliyev. Geri oturmaq – geri çəkilmək. Yağı geri oturdu. – [Düşmən] hər dəfə öz qara qanı içərisində boğulub geri otururdu. Ə.Məmmədxanlı. Geri oturtmaq – zor gələrək geri çəkilməyə, qaçmağa məcbur etmək, dala oturtmaq. Üsyançılar üzüm bağlarına doluşan və şəhərin ucqar dar küçələriylə irəliləmək istəyən bolşevikləri əzərək geri oturtdular. İ.Şıxlı. Geri(də) qoymaq – dalda buraxmaq, irəliləmək. Ələmdarlı bizi geridə qoyub özü irəli getdi, daşın dalına sinib dedi: – Kimsən, dayan! Mir Cəlal. Geri(yə) almaq – yenidən əldə etmək, almaq, özlərinə qaytarmaq. Kitabları geri almaq. – …Osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, paymal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. C.Məmmədquluzadə. Verilən ənamı geri almaq gədalıqdır. C.Cabbarlı. Geri(yə) atmaq (salmaq) – 1) dala atmaq, arxaya qatlamaq. Saçını geri atdı. – Şəmsiyyə qırmızı ipək paltarın ətəklərini geri ataraq kreslodan birisinə oturdu. M.İbrahimov; 2) məc. inkişafını saxlamaq, qarşısını almaq, mane olmaq. Onlar bilirdi(lər) ki, burada oturanların məhvi İran inqilabını on illərcə geri ata bilər. M.S.Ordubadi. Geri(yə) baxmadan – üzünü dala çevirmədən, heç bir şeyə fikir vermədən, sürətlə. Geri baxmadan getmək. Geri(yə) çəkilmək – 1) dayandığı, durduğu yerdən dala çəkilmək, geri addımlamaq. İki addım geri çəkilmək. Yoldan geri çəkil! – Şeyx Sədra itaət … ilə geri çəkilir. H.Cavid. Müəllim gələn şagirdlərə yol vermək üçün geri çəkildi. Ə.Əbülhəsən; 2) düşmənin hücumuna davam gətirməyib öz mövqelərini tərk edərək çəkilmək. Düşmən geri çəkildi. – …Yarım saat çəkmədi aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli. Geri(yə) dönmək – 1) bax geri qayıtmaq. Gedənlər geri döndülər. [Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid. Mirzə Cavad arvadının səsinə geri dönüb, oğlunun halətini görüb başladı söyləməyə. Ə.Haqverdiyev; 2) çevrilmək, dala baxmaq, arxaya dönmək. Əvvəl qışqırıq eşitdim, tez geri döndüm, o dəqiqə iki kölgə harasa yoxa çıxdı. H.Seyidbəyli. Geri(yə) getmək – 1) dala qayıtmaq, geri dönmək; 2) məc. arıqlamaq, zəifləmək. Uşaq günü-gündən geri gedir. – Ağabəy bir gün baxıb gördü, elə qız günü-gündən geri gedir. (Nağıl). [Sultan bəy:] Beş ildir ki, günü-gündən geri gedirəm. Ü.Hacıbəyov; // vəziyyəti getdikcə pisləşmək, ağırlaşmaq; yaxşılaşmamaq (xəstə haqqında). Xəstə geri gedir. – [Sona xanım:] Pəri, heç mənim halımı soruşma, bax, görürsən, gün-gündən geri gedirəm. Ə.Haqverdiyev. [Böyük oğlu:] 3-4 gün bu dərmanları atdı, kişi daha da geri getdi. Qantəmir; 3) bax geri qalmaq 3-cü mənada. Elə bil düşünür Sent-Ekzüperi: – Ağıldan, əməldən geri qaldı səs; Bu qoca dünyamız hara gedir bəs? B.Vahabzadə. Geri(yə) istəmək – tələb etmək, bir şeyi təzədən əldə etməyə çalışmaq. Borcunu geri istəmək. – Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. Geri(yə) salmaq – 1) bax geriyə çəkmək 2-ci mənada; 2) məc. yubatmaq, təxirə salmaq. Lətif hələ keçən il Bakıya getməli idi. Lakin bir hadisə onu bir il geri saldı. H.Seyidbəyli. Geridən baxmaq – seyrçi kimi uzaqdan baxmaq, yaxın durmamaq, qarışmamaq, iştirak etməmək, uzaq durmaq. Geridən baxma, kömək elə. – Ustalardan dərs al hərdən; Xeyrə-şərə baxma geridən. Aşıq Şəmşir. Geriyə çəkmək – 1) arxaya çəkmək, dala vermək, kənara çəkmək. Maşın gəlir, uşağı geri çək. – Şofer onun qolundan tutub geriyə çəkdi… M.Hüseyn; 2) məc. inkişafına, tərəqqisinə, irəliləməsinə mane olmaq. Köhnə adətlər xalqı geri çəkir.

    Azərbaycan dilinin izahlı lüğəti / geri

geri sözünün etimologiyası

  • 1 İrəli (əsli: iləri) kəlməsinin qəlibi üzrə yaranıb: iləri “il yer” (qabaq yer) deməkdir. Geri də (əsli: geyri) gey “arxa yer” deməkdir. Quyruq (əsli: Geyruq) kəlməsi də geri sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / geri

geri sözünün sinonimləri (yaxın mənalı sözlər)

geri sözünün antonimləri (əks mənalı sözlər)

geri sözünün rus dilinə tərcüməsi

  • 1 назад, обратно

    Azərbaycanca-rusca lüğət / geri
  • 2 нареч. назад, обратно. Geri qaytarmaq вернуть обратно, geri qayıtmaq вернуться обратно, geri baxmaq смотреть назад; geri almaq получить обратно; взять обратно; geri atmaq (salmaq) отбрасывать, отбросить; geri baxmadan без оглядки; geri qalmaq отставать, отстать; geri dönmək возвращаться, возвратиться (вернуться) назад; geri getmək перен. 1. слабеть, худеть 2. ухудшаться (о состоянии кого-л., чего-л.); geri götürmək брать, взять назад; sözünü geri götürmək брать свои слова назад, обратно, отказываться от своего слова, обещания; geri oturmaq отступать, отступить; geri oturtmaq заставить отступить; geri salmaq см. geri atmaq; geri çəkilmək: 1. отступать, отступить; 2. отстраняться, отстраниться; geri çəkmək тянуть назад: 1. тащить в обратном направлении 2. задерживать развитие

    Azərbaycanca-rusca lüğət / geri

geri sözünün inglis dilinə tərcüməsi

  • 1 z. back, backwards; ~ addım atmaq to make* a step back / backwards; ~ vermək / qaytarmaq to return (d.), to give* back (d.); sözünü ~ götürmək to take* back one’s words, to retract; d.d. to eat* one’s words; ~ baxmaq to look back; saatı ~ çəkmək to put* a watch / a clock back; ~ qalmaq: 1) to fall* / to drop behind, to lag behind; məc. to be* backward, to be* behind; həyatdan ~ qalmaq to lag behind life, to fail to keep pace with life; beş il ~ qalmaq to be* five years behind; 2) (saat) to be* slow; Saat on dəqiqə geri qalır The watch / the clock is ten minutes slow; ~ dönmək 1) to return, to be* / to come* back; Mən istəyirəm ki, o geri dönsün I want him / her to come back; 2) to turn (round); bir kəsin səsinə ~ dönmək to turn at smb.’s voice; ~ durmaq to step back; to step aside (from); to walk away (from); ~ düşmək to fall* / to drop behind, to lag behind; məc. to be* behind, to be* behindhand

    Azərbaycanca-ingiliscə lüğət / geri

geri sözünün fransız dilinə tərcüməsi

  • 1 zərf. en arrière, inversement, à l’inverse ; ~ addım atmaq faire marche en arrière ; sözünü ~ götürmək retirer sa parole ; ~ baxmaq regarder en arrière

    Azərbaycanca-fransızca lüğət / geri

geri sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. нареч. кьулухъ, далу патахъ, кьулухъ патахъ, кьулухъди (мес. килигун); 2. сущ. гуьгъ, кьулухъ пад, далу, кьатӀ, амай пай (мес. макъаладин); 3. сущ. пер. эхир, нетижа, кьулухъ пад (мес. са кардин); 4. сущ. пер. вилик тефенвай, кьулухъ галамай, гуьгъуьна амай; ** geri durmaq кьулухъ акъвазун, яргъаз хьун, агат тавун, мукьвал татун; geri götürmək кьулухъ къахчун а) вуганвай затӀ хкӀан хьана, вахче лагьана къахчун; б) пер. гафунилай элкъуьн; geri (geriyə, geridə) qalmaq а) кьулухъ галамукьун а) гуьгъуьна амукьун; б) вахтунда тавун; гежарун; в) пер. вилик тефин, кисир тавун; geri qayıtmaq кьулухъ хтун, кьулухъ элкъуьн, элкъвена хтун, хтун; geri qaytarmaq а) кьулухъ элкъуьрун, элкъуьрна рахкъун, чукурун, рахкъурун; б) элкъуьрна вахгун, вахгун (мес. буржи); в) пер. вилик пад кьун, вилик финиз манийвал авун; geri oturmaq кьулухъ ахцукьун, чкадал ахцукьун, кьулухъ хъхьун, кьулухъ хъфин, кьулухъ катун (мес. душман); geri oturtmaq кьулухъ ахцукьарун, чкадал ахцукьарун, гужуналди кьулухъ хъфиниз, катуниз мажбур авун; geri(də) qoymaq къулухъ тун, гуьгъуьна тун; geri(yə) almaq кьулухъ къахчун, къахчун; geri(yə) atmaq (salmaq) а) кьулухъ вегьин, далудал вегьин (мес. чӀарар); б) пер. кьулухъ тун, вилик пад кьун, вилик финиз манийвал авун; geri(yə) baxmadan кьулухъ килиг (элкъуьн) тавуна, ччин кьулухъ элкъуьр тавуна, са куьнизни фикир тагана, тадиз; geri(yə) çəkilmək а) кьулухъ къакъучӀун, акъвазнавай чкадилай кьулухъ хьун, кьулухъ фин; б) кьулухъ хъфин, катун (мес. душман); geri(yə) dönmək а) кил. geri qayıtmaq; б) элкъуьн, кьулухъ элкъуьн, элкъвена кьулухъ килигун; geri(yə) getmək а) кьулухъ хъфин, кьулухъ элкъуьн, элкъвена хъфин; б) пер. кьулухъ фин, яхун хьун, зайиф хьун; // кьулухъ ягъун, везият къвердавай пис хьун, залан хьун; хъсан тахьун (мес. азарлуди); в) кил. geri qalmaq в); geri(yə) istəmək (кьулухъ) хкӀан хьун, тӀалаб хъувун (мес. буржи); geri(yə) salmaq а) кил. geriyə çəkmək б); б) пер. кьулухъ кутун, гежарун, кьулухъ вегьин; geridən baxmaq кьулухъай килигун, яргъалай килигун (тамашун, гуьзетун) мукьув агат тавун, акахь тавун, иштирак тавун, яргъал акъвазун; geriyə çəkmək а) кьулухъ чӀугун, кьулухъ авун, кьулухъ гун, къерехдихъ чӀугун; б) пер. кьулухъ ялун, кьулухъ кутун, вилик финиз, кисир авуниз манийвал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / geri

geri sözünün türk dilinə tərcüməsi

geri sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Şəki) başqa, qeyri. – Sənnən ge:ri bizim kimimiz var

Azərbaycan dilinin dialektoloji lüğəti.

"geri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#geri nədir? #geri sözünün mənası #geri nə deməkdir? #geri sözünün izahı #geri sözünün yazılışı #geri necə yazılır? #geri sözünün düzgün yazılışı #geri leksik mənası #geri sözünün sinonimi #geri sözünün yaxın mənalı sözlər #geri sözünün əks mənası #geri sözünün etimologiyası #geri sözünün orfoqrafiyası #geri rusca #geri inglisça #geri fransızca #geri sözünün istifadəsi #sözlük