gecə sözü azərbaycan dilində

gecə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gecə • 93.9680%
  • Gecə • 6.0238%
  • GECƏ • 0.0082%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kristal Gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Min bir gecə
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
1001 gecə
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Büllur gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Gecə (albom)
== Albom haqqında == Bu Zülfiyyə Xanbabayevanın ilk studiya albomudur. Albom mediaya 2000-ci ildə təqdim olunub. Həmin il Azərbaycanda ən çox satılan albomlardan biri olub.
Gecə Canavarları
Gecə Canavarları (rus. Ночные Волки) — SSRİ-də yaradılmış ilk rəsmi bayker klubu. == Tarixi == 31 may 1989-cu ildə Moskvada yaradılmışdır. 1992-ci ildən beynəlxalq bayker hərəkatının üzvüdür. == Fəaliyyəti == Motoklubun çox saylı regional bölgələri fəaliyyət göstərir və 5 minə yaxın üzvü var. Rusiya prezidenti Vladimir Putin dəfələrlə klubun üzvləri ilə görüşüb.
Gecə fotoqrafiyası
Gecə fotoqrafiyası — Gecə qaranlığı və sübh arasında açıq havada şəkil çəkmə. Gecə fotoqrafları süni işıqlandırma və uzun əziyyət çəkib, arzuolunmaz şəkil çəkmək üçün kifayət qədər vaxt verirlər. Yüksək sürətli filmlərin, yüksək həssaslıqlı rəqəmsal sensorların, geniş diapazonlu lenslərin və şəhər işıqlarının gücünü artırmaqla, mövcud işıqdan istifadə edərək gecə fotoqrafiyasını daha da mümkün etmək olar. == Tarixi == Erkən fotoqrafik vaxtların çox uzun olması, insanların çox erkən vaxtlarda şəkil çəkməsi mənasına uyğun gəlmirdi. Mexanik izləmə qurğusunun inkişafı, teleskoplara qoşulmuş kameraların nəticəsində, göydələn obyektlərinin müvəffəqiyyətli görünüşləri çəkilirdi. Astronomiya fotoqrafiyasında ilk bilinən cəhd 1839-cu ildə Ayın surətini çəkməyə cəhd edənin adını daşıyır olan daquerotip prosesinin ixtiraçısı Lui Dager idi. Uzun müddət ərzində teleskopun rəhbərliyindəki səhvləri izləyən fotoşəkil, qeyri-müəyyən bir ləkə kimi çıxdı. Con Uilyam Dreper, 1 il sonra, 23 mart, 1840-cı ildə, 5-inç istifadə edərək Ayın ilk uğurlu şəklini çəkmişdir. 19-cu əsrin ikinci yarısında küçə işıqlandırmasının artan istifadəsi, dövrün avadanlıqlarının uzun müddətə təsir göstərməsinə baxmayaraq, gecə vaxtı şəkil çəkmək mümkün oldu. Aydınlaşmadakı inkişaf, xüsusən elektrik enerjisindən istifadə edərək inkişaflar, məruz qalma müddətlərinin qısaldılması ilə üst-üstə düşdü.
Gecə göyqurşağı
Gecə göy qurşağı (bəzən Ay göy qurşağı) — ayın düşən işığı sayəsində meydana gələn göy qurşağı. Günəşin təsiri ilə meydana gələn göy qurşağından yalnız parlaqlığının azlığına görə fərqlənir. Günəş göy qurşağında olduğu kimi onunda radiusu (42°) eynidir və hər zaman göyün Ayın yerləşdiyi əks tərəfində olur. Gecə göy qurşağında rəngləri seçmək mümkün deyil. Üstəlik gecə görmə rəng alqısını təmin etmək iqtidarında deyil. Nəticədə adətən ancaq ağ rəngdə görünür. Ancaq çəkiliş zamanı rəngləri görmək olur. Ayın özü ətrafında görünən rəng fonu göy qurşağı sayılmaz. Şüaların suyun düşməsi, bulud və ya dumandakı buz kristallarının difraksiyonlarının fenomenidir. Bunlar gecə göyqurşağı sayılmır.
Gecə gözətçisi
"Gecə gözətçisi" — (nid. Nachtwacht) — Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir. 1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təsuratları yaratması sifarişçiləri qorxuya salmış olur. İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.
Gecə kafesi
Gecə kafesi — məşhur holland rəssam Vinsent van Qoqun 1888-ci ildə Arlda çəkdiyi rəsm əsəri. Adı aşağı sağ küncdə, rəssamın imzasının düz altında qeyd olunan Gecə kafesi hal-hazırda Yel Universitetinin İncəsənət Qalereyasında saxlanılır.
Gecə klubu
Gecə klubu — hamının üzünə açıq olan musiqili, içkili musiqi məkanı və əyləncə məkanı, insanların əylənmək məqsədi ilə getdikləri, musiqi sədaları altında rəqs edilən, spirtli içkilər qəbul edilən və ümumiyyətlə gecədən səhərə qədər açıq qalan musiqi məkanlarıdırlar. Gecə klubu adətən rəqs meydançası, lazer işıq şousu və disk jokey (DJ) üçün səhnədən ibarət əyləncə məkanıdır. “Gecə klubu”nun adı zamanla dəyişikliklərə məruz qalmışdır. Əvvəlcə disko və ya diskoteka adlandırılan bu yerlər hal-hazırda gecə klubları və ya sadəcə olaraq klub adlandırılırlar. Gecə klubu işlətmək istəyən, bu sahədə fəaliyyət göstərmək istəyən, tütün məmulatlarının, alkoqollu içkilərin və spirtli içkilərin satışı ilə məşğul olmaq istəyən şəxslər və təşkilatlar müəssisənin yerləşdiyi yerin mərkəzi rəhbərliyindən icazə şəhadətnaməsi almalı və lazımi auditorlar tərəfindən biznesin yoxlanılmasına və bu sahədə fəaliyyət göstərmək üçün icazə alınmasına hüquqi baxımdan əsas verən hüquqi sənədlər əldə etməlidirlər. Bu qanunun tətbiq olunduğu ölkələrdən biri olan Türkiyədə də TAPDK-nın icazəsi olmadan alkoqol və tütün məmulatlarının satıldığı yerlərə fəaliyyət göstərmək hüququ verilmir. İlk gecə klubları 1840-1850-ci illərdə Nyu Yorkda yaradılmışdır. Onlar canlı musiqi, rəqs və vodevil çıxışları ilə milli şöhrətə malik idilər.
Gecə kərtənkələləri
Gecə kərtənkələləri (lat. Xantusiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Gecə kərtənkələsi
Gecə kərtənkələsi (lat. Xantusia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gecə kərtənkələləri fəsiləsinə aid heyvan cinsi.
Gecə lampası
Gecə lampası — qaranlıq otaqların və ya bəzən qaranlıq olan otaqların (məsələn, gecə) işıqlandırılması üçün istifadə olunan kiçik dekorativ çıraq. Gecə lampası otaqda oriyentasiyanı yüngülləşdirir, zədələrdən qoruyuraq; eyni zamanda, o, otaqda yatmış insanları narahat etmək üçün kifayət qədər parlaq deyil.
Gecə meymunları
Gecə meymunları (lat. Aotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Gecə namazı
Gecə namazı - Gecə yarısından sübh azanı arasında qılınan 11 rəkətlik namaz. == Qılınma qaydası == 1) 4 ədəd 2 rəkətli namaz qılınır (sübh namazı kimi ). Hər birində birinci rəkətdə həmd və ixlas surələri, ikinci rəkətdə isə həmd və kafirun surələri oxunur. 2) 2 rəkət şəf namazı qılınır. Bu namaz da sübh namazı kimi qılınır, amma birinci rəkətdə həmd və nas, ikinci rəkətdə isə həmd və fələq surələri oxunur. 3) Vitr namazı.
Gecə qurdları
Gecə Canavarları (rus. Ночные Волки) — SSRİ-də yaradılmış ilk rəsmi bayker klubu. == Tarixi == 31 may 1989-cu ildə Moskvada yaradılmışdır. 1992-ci ildən beynəlxalq bayker hərəkatının üzvüdür. == Fəaliyyəti == Motoklubun çox saylı regional bölgələri fəaliyyət göstərir və 5 minə yaxın üzvü var. Rusiya prezidenti Vladimir Putin dəfələrlə klubun üzvləri ilə görüşüb.
Gecə qırıcısı
Gecə qırıcısı, gecə və ya pis hava şəraiti zamanında istifadə edilə biləcək şəkildə yaradılmış qırıcı təyyarə növüdür. Gecə qırıcı təyyarələrindən Birinci dünya müharibəsi dövründən başlayaraq istifadə edilməyə başlanılmış və xüsusi ilə gecələr hərbi əməliyyatlar aparmaq üçün yaradılmış növləri özündə birləşdirmişdir.
Gecə yazısı
Gecə yazısı — Qaranlıq mühitdə qarşılıqlı yazılı ünsiyyəti təmin edən relyefli şrift. Gecə yazısı Napoleon Bonapart dövründə xidmət etmiş fransız əsgərlərinin qaranlıq şəraitdə pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşa məlumatları bir-birlərinə ötürə bilmələri üçün Carls Barbier tərəfindən yaradılmışdır. Gecə yazısının gözdən əlil şəxslər üçün yaradılmış forması isə 1821-ci ildə Luis Brayl tərəfindən tərtib edilmişdir. Həmin yazı forması yaradıcısının adına uyğun olaraq Brayl əlifbası adlandırılmışdır.
Gecə əsnasında
== Filmin məzmunu == Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Uzun gecə

Gecə leşyeyəni
Gecə leşyeyəni — Den Qilroyun yazdığı və rejissorluq etdiyi 2014 Amerika neo-noir, cinayət, triller filmidir. Filmin əsas rollarında Ceyk Cillenhol, Rene Russo, Riz Ahmed və Bill Pakston yer almaqdadır. Film premyerasını 2014 Toronto Beynəlxalq Film Festivalında etdi. Open Road Films tərəfindən 31 oktyabr 2014-də təqdim edildi. Tənqidçilərdən müsbət şərhlər alan film 87. Oskar mükafatında Ən Yaxşı orijinal Ssenari namizədliyi əldə etdi. == Məzmun == Luiz Blum gecələr Los-Ancelesdə baş verən cinayət, qəza kimi hadisələri kamerasına lentə alan və xəbər kanallarına satan işsiz bir adamdır.
Gecə yarısı
Gecə yarısı bir gündən digərinə keçid vaxtı – hər hansı xüsusi yurisdiksiya üçün yerli rəsmi saat vaxtı ilə tarixin dəyişdiyi an. Saat vaxtına görə gecə yarısı günortanın əksinədir, ondan 12 saat fərqlənir. Günəş gecəyarısı günəş günortasına əks olan vaxtdır, bu zaman Günəş nadirə ən yaxın, gecə isə alatoranlıq və şəfəqdən bərabər məsafədədir . Bir sıra meridianlar üzrə vaxtı nizamlayan saat qurşaqlarının yaranması və yay vaxtı ilə günəş işığının gecə yarısı çox az hallarda saat 12 ilə üst-üstə düşür. Günəş gecə yarısı saat qurşağından çox uzunluq və ilin vaxtından asılıdır. Qədim Romada zaman hesablanmasında gecə yarısı gün batması ilə günəşin doğması arasında (yəni, günəşin gecə yarısı) götürülürdü və fəsillərə görə dəyişirdi.
Kristal gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Heyvanlarda gecə həyat tərzi
Heyvanlarda gecə həyat tərzi — bu addım canlılarda onunla əlamətdardır ki, günün gecə saatları aktiv olur və gündüz saatlarında isə yatırlar. Bu tip heyvanlarda eşitmə qabiliyyəti olduca yüksək olur və görmə mövcud vəziyyətə uyğunblaşmışdır. Bunlara canavarlar, kirpilər, yarasalar və digərlərini misal çəkmək olar. == Səbəblər == Bu canlıların gecə həyat tərzi keçirləri aşağıdakı səbənblərdən doğmuşdur: Dida resurslarında rəqabət. Eyni ərazidə, eyni qida ilə qidalanan canlılardan biri gündüz digəri isə gecə həyt tərzi keçirərsə bu artıq rəqabətlilik yaratmaz. Mısal: Qırğılar (gündüz) və Bayquşlar (gecə). Görünməzlik. Yırtıcılara nəzər saldıqda onlar şikarları tərəfindən aşkar edilmirlər. Məsələn: Şirlər həm gecə həm də gündüz həyat tərzi keçirə bildiyindən, onların şikarları olan zebr və antiloplar gecə yaxşı görmədiyindən asan ova çevrilirlər. Gəmiricilər gündüz asan Yırtıcı quşlar tərəfindən asan şikara çevrildiyindən gecə həyat tərzi keçirirlər.
Kabiriyanın gecələri
"Kabiriyanın gecələri" (it. Le notti di Cabiria) — rejissor Federiko Fellininin filmi. == Məzmun == Filmdə baş verən bütün vaxt kəsiyində dayanmadan özünün böyük məhəbbətini axtaran Kabiriyadan danışılır. Həyat ona həmişə heç də xoş olmayan sürprizlər bəxş edir. Beləcə bütün bu axtarışlar ona bədbəxtliklər gətirir. Onun görüşdüyü bütün adamlar, demək olar ki, Kabiriyadan öz maraqları üçün istifadə edirlər. Kabiriya həmişə ümidsiz vəziyyətdə Madonnaya dua edir ki, ona hədiyyə verilmiş ömrünü öz istəyinə uyğun yaşaya bilsin. Və budur, nəhayət ki, ömrünü fahişəliklə keçirən Kabiriya arzularının kişisini tapır. Onun adı Oskardır. Həmin kişi mühasib işləyir və Kabiriyaya xoşbəxt və yalansız gələcək vəd edir.
Kabiriyanın gecələri (film, 1957)

Karnaval gecəsi (film, 1956)
"Karnaval gecəsi" (rus. Карнавальная ночь) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Mədəniyyət evinin işçiləri növbəti Yeni il şənliyinə hazırlaşırlar. Əyləncəli proqramda solo ifalar, rəqslər, sirk nömrələri, caz orkestrinin çıxışı, fokusçu və klounların çıxışları nəzərdə tutulub. Mədəniyyət evinin direktoru vəzifəsini icra edən Oqursov proqramla tanış olur. O, bu proqramı təsdiq etmir. Onun fikrincə, hər şey yüksək səviyyədə və ən əsası "ciddi" şəkildə olmalıdır. Oqursov öz proqramını təklif edir: əvvəldən nəzərdə tutulmuş məruzəçinin çıxışı və astronomun müharizəsi. Musiqi nömrələrindən isə klassik musiqi və "Mahnı və rəqs" ansamblının çıxışı ilə kifayətlənməyi təklif edir. Lakin mədəniyyət evinin heç bir üzvü əvvəlki məşq olunmuş proqramı dəyişmək istəmir.
Merac gecəsi
Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir. Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur. "Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır.
Min Bir Gecə (balet)
Min bir gecə — 1979-cu ildə yazılmış iki hissəli balet. Baletin musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır. Baletin premyerası 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutumuşdur. Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi vəhdətdədir. Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir. Baletdə əsas diqqətçəkən məqamlardan biri də, tembr dramaturgiyasında qadın səsinin istifadə edilməsidir. Baletin əvvəlində orkestrın incə, cazibədar axıcı intonasoyaları fonunda səslənən qadın xoru kədərli olsa da, işıqlı arzulara və sədaqətə inamı əks etdirir. "Min bir gecə" dərin fəlsəfi tamaşadır. Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.
Min bir gecə (dəqiqləşdirmə)
Min bir gecə — ərəb nağıllar toplusu. Min bir gecə (balet) — Fikrət Əmirovun ərəb nağılları əsasında yazdığı iki pərdəli balet. Min bir gecə (teleserial) — 2006-2009-cu illərdə Türkiyədə çəkilmiş teleserial.
Min bir gecə (teleserial)
Min bir gecə (türk. Binbir Gece) — baş rollarını Xalid Ərgənc (Onur Aksal), Bərgüzar Korəl (Şəhrizad Övliyaoğlu), Tardu Flordunn (Kərəm İncəoğlu), Ceyda Düvenci (Bənnu Ataman), Mətin Çəkməz (Burxan Övliyaoğlu), Yonca Cövhər Yenəl (Füsun Övliyaoğlu), Tomris İncer (Nadidə Övliyaoğlu) və Canan Ərgüdərin (Eda) bölüşdüyü, rejissorluğunu Qüdrət Sabancının, prodüserliyini isə TMC adına Erol Avcının etdiyi, ərini bir yol qəzasında itirmiş, tək uşağı leykemiya xəstəsi olan və memar olaraq çalışmaqda olduğu "Binyapı Holdinq"in gənc və yaraşıqlı iki müdiri də özünə aşiq olmuş cavan və gözəl bir qadının mübarizəsindən bəhs edən Kanal D ekranında yayımlanmış Türkiyə teleserialı. == İstehsal == === Musiqi === Teleserialın əsas başlanğıc musiqi parçası da daxil olmaqla musiqiləri Kıraça aiddir. Bundan əlavə bəzi səhnələrdə rus bəstəkar Nikolay Rimski-Korsakovun Şəhrizad suitasından da fon musiqisi olaraq istifadə edilmişdir. == Məzmun == Şəhrizad patriarxal bir ailənin oğlu ilə evlənmiş, lakin ailə bu evliliyə şiddətlə qarsı çıxmış və oğullarını övladlıqdan rədd etmişlər. Ərini oğlu hələ bir yaşında ikən yol qəzasında itirən Şəhrizad qısa müddət sonra oğlunun leykemiya olması ilə bir daha sarsılır. Taleyin ağır sınağından keçən gənc qadın çarəsizlik içində müalicə üçün lazım olan 200 000 dolları tapmağa çalışır. Öz səyləri ilə pul tapır amma 150 000 dollar daha lazımlıdır. Arzu olunmadığını bilə-bilə uşağı üçün zəngin qayınatasına gedir, vəziyyəti izah edir və pul istəyir, ancaq vicdansızca evdən qovulur. Son çarə olaraq hələ üç ay əvvəl işə başladığı və sınaq müddətinin bitmədiyi "Binyapı Holdinq"in müdiri Onur Aksaldan borc istəyir.
Min bir gecə (teleserial, 2006)

Minbir gecə (TV serial, 2006)

Molla Səfi Gecəgözlü-Cavanşir
Molla Səfi Gücəgözlü-Cavanşir — qazı, məktəbdar. == Həyatı == Molla Səfi Gecəgözlü-Cavanşir 1797-ci ildə Cavanşir-Dizaq mahalının Gecəgözlü оbasında dünyaya gəlmişdir. İlk təhsilini atasından almışdı. Sonra Şuşa şəhərində molla, müctəhid yanında təhsilini davam etdirmişdi. Öncə obanın dini işləri ilə ilgilənmiş, məscidlərdə axundluq etmiş, 1878-ci ildə Zəngəzur qəzasının qazısı təyin edilmişdi. Molla Səfi qəza qazısı olarkən şair Məhəmməd bəy Aşiq yazmışdı: Molla Səfidən xoşu gəlməyən şair Bəhram bəy Fədai yazırdı: Mir Mehdi Xəzani Molla Səfi ilə dost idi. Qəsidələrinin birində yazırdı: == Ailəsi == Molla Səfinin törəmələri Axundov soyadını daşıyırdılar. Onun Möhsün, Həşim, Səlim adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu. Hacılılar.
Mulen de la Qalettdə rəqs gecəsi
Mulen de la Qalettdə rəqs gecəsi (fr. Bal du moulin de la Galette) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1876-cı ildə çəkilmiş rəsm əsəri. Tablo üçün rəssam öz dostlarından poza verməyi xahiş etmişdir, belə ki, onların bir qismini rəqs edənlərin və masa arxasında əyləşənlərin arasında asanlıqla görüb tanımaq olar. Tablonun çəkilişi zamanı rəssam çətin bir məsələnin öhdəsindən gəlməyə çalışmış, günəş şüalarının akasiya ağacının yarpaqları arasından süzülüb keçməsini, rəqs edənlərin və masa arxasında əyləşənlərin sifətlərində və geyimlərində əks olunmasını təsvir etməyə səy göstərmişdir.
Muzeydə gecə (film, 2006)
Muzeydə gecə (ing. Night at the Museum) — Şon Levinin 2006-cı ildə rejissorluğu ilə çəkilmiş amerikan fentezi, komediya filmi. Film xorvatiyalı illustrasiyaçı Milan Trenkin 1993-cü ildə yazdığı eyniadlı uşaq kitabı əsasında çəkilib. Filmin rejissorları Robert Ben Qarant və Tomas Lennondur. Baş rolda Ben Stiller çıxış edir. Film Larrinin Nyu-Yorkdakı Təbiət Tarixi Muzeyində işləməyə başlaması ilə başlayır. Gecə düşən kimi Larri aşkar edir ki, muzeydəki tarixi şəxsiyyətlər, heyvanlar və artefaktlar, o cümlədən Teodor Ruzvelt, Attila və T-Rex kimi tanınan personajlar canlanır.
Muzeylər gecəsi
Muzeylər gecəsi — Beynəlxalq Muzeylər Gününə həsr olunmuş beynəlxalq tədbirdir. Bu müddət ərzində muzey eksponatlarına gecədən səhərədək baxa bilərsiniz. Bu gecə, bir çox muzey günbatımından sonra demək olar ki, səhərə qədər ziyarətçilər üçün açıq olur. Aksiyanın əsas məqsədi müasir muzeylərin resurslarını, imkanlarını, potensialını göstərmək, gəncləri muzeylərə cəlb etməkdir. == Tarixi == "Muzeylər gecəsi" ilk dəfə 1997-ci ildə Berlində keçirilib. 1999-cu ildən etibarən Fransa Mədəniyyət və Rabitə Nazirliyinin təşəbbüsü ilə “Muzeylərin baharı” adlı tədbir keçirilməyə başlanmış, 2001-ci ildə artıq bu aksiyada Avropa və Amerikadan 39 ölkə iştirak etməyə başlamışdır. 2005-ci ildə "Muzeylərin baharı" "Muzeylər gecəsi"nə çevrildi. 2009-cu ildən etibarən Azərbaycan muzeyləri də bu aksiyaya qoşulur.
Məbit gecəsi
Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.
Məhşər gecəsi (film, 2013)
Məhşər gecəsi (İng. The Purge), rejissorluğunu və ssenarisini Ceyms DeMonakonun etdiyi 2013 qorxu-gərginlik janrındakı ABŞ filmidir. Baş rollarını Etan Houk, Lena Hidi, Adelaida Keyn və Maks Barkholder canlandırır. Məhşər gecəsi seriyasının ilk filmidir. == Məzmun == 2022-ci ildə heç bir cinayətin olmadığı ölkədə, ildə bir gecə, 12 saat ərzində bütün cinayət olaylarının sərbəst buraxılması ərzində bir ailənin yaşadıqlarından bəhs edir. == Rollarda == Ethan Hawke — Ceyms Sendin Lena Hidi — Meri Sendin Adelaida Keyn — Zoi Sendin Maks Barkholder — Çarli Sendin Edvin Hodc — Dueyn "Qanlı qonaq" Toni Oller — Henri Arica Bareikis — Qreys Ferrin Deyna Banç — Cənab Ferrin Kris Malki — Cənab Halverson Tişa Frenç — Xanım Halverson Tom Yi — Cənab Keyli Rhys Veykfild — Nəzakətli Lider Piter Gvozdas — Dr.
Nosferatu: Gecə kabusu (film, 1979)
Nosferatu: Gecə kabusu (alm. Nosferatu – Phantom der Nacht‎) — 1979-cu ildə çəkilən filmdir. == Məzmun == Bir əmlak satışı üçün Transilvaniyaya göndərilən Conatan Harkerin yeni müştərisi Qraf Drakuladır. Conatan dörd həftə ərzində Transilvaniyada yerləşən Qraf Drakulanın qəsrinə çatır və buranı görən zaman heyrətə gəlir. İnsan qanıyla bəslənən Qraf Drakula ölümsüzdür və tək istəyi dincliyə qovuşmaqdır. Ancaq Harkerin həyat yoldaşı Lüsinin fotoşəklini görüncə, fikirini dəyişdirir və gəmiylə Almaniyaya doğru yola çıxır. Amma bununla bərabər Avropaya Taun xəstəliyi kimi fəlakəti də götürmüş olur...
Parisdə gecəyarı (film, 2011)
Vudi Allenin 76 yaşında çəkdiyi 42-ci filmi. Bu rejissor qocalmaq bilmir. Nyu-York, London, Barselonadan sonra Vudi Allen bu dəfə Parisə səyahət edib. Film Parisin gəzintisi ilə başlayır. Film başlayandan beş dəqiqə boyunca Parisin ayrı-ayrı yerləri göstərilir. Parisin gözəl mənzərələrini isə gözəl musiqi müşayiət eləyir. Film Amerikadan Parisə gələn iki sevgilinin həyatındandır. Daha doğrusu, yazıçı olmaq arzusunda olan və Paris küçələrində öz ilham pərisini axtaran Gil Pender adlı Amerikalı oğlanın başına gələn hadisələr təsvir olunub. Filmin əsas mövzusu isə yanlış zamanda yaşadığına inanan və keçmiş zaman üçün darıxan gənc yazarın Parisdə özünü kəşf etməsidir. Parisdə özünü yalnız hiss edən Gil, şəhəri gəzərkən keçmişə səyahət edir, öz xəyal dünyasını yaradır və 1920-ci illərin Paris mühitinə düşür.
Pera Plazada gecə yarısı (serial, 2022)
Pera Plazada gecə yarısı (türk. Pera Palas'ta Gece Yarısı) — 3 mart 2022-ci ildə Netflix platformunda yayımlanan türk serialı. Serial Çarlz Kinqin "Pera Plazada gecə yarısı" kitabına əsaslanır.
Pişəvər gecələri
Pişəvər gecələri — Şiə alimi Məhəmməd Musəvi Şirazinin Şiə-Sünni mübahisəsi mövzusunda yazdığı əsər. == Məzmun == Xəbərdarlığın sonu == Tərcümə və nəşr == Kitab Azərbaycan, ərəb, türk, ingilis və s. dillərə tərcümə olunub və təkrar-təkrar nəşr edilib.
Pişəvər gecələri (kitab)

Pompeyin son gecəsi
Pompeyin son gecəsi (rus. Последний день Помпеи) - rus rəssamı Karl Brüllov tərəfindən 1830–1833-cü illərdə çəkilmiş rəsm əsəri. == Tarixi == Karl Brüllov 1827-ci ildə Pompeydə olmuş, bizim eranın 79-cu ilində Vezuvi vulkanının məşhur püskürməsinə və Neapolun yaxınlığındakı Pompey şəhərinin dağılmasına dair gələcək rəsm əsəri haqqında çoxsaylı eskizlər çəkmişdir. Onun əsəri Romada sərgidə nümayiş etdirilmiş, tənqidçilərin coşqun rəylərini qazanmış və Parisin Luvr sarayına göndərilmişdir. Bu əsər rəssamın ölkənin hüdudlarından kənarda belə maraqla qarşılanmış ilk əsəri olmuşdur. 1834-cü ildə əsər təntənəli surətdə Sankt-Peterburqa gətirilmişdir.
Qisas Gecəsi
== Mövzusu == Xocalı soyqırımının ildönümü ərəfəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs edən "Qisas gecəsi" kitabının təqdimatı olmuşdur. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva iştirakçılara XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, Xocalı soyqırımının xalqımızın tarixində silinməz izlər buraxdığını, ermənilərin öz işğalçılıq siyasətini bu gün də davam etdirdiklərini bir daha diqqətə çatdırmışdır. F. Quliyeva Xocalı soyqırımının dəhşətlərindən bəhs edən "Cəhənnəmdən gələn səs" əsəri ilə oxucuların rəğbətini qazanmış yazıçı Elxan Elatlını iştirakçılara təqdim etmişdir. Bildirilmişdir ki, bu gün təqdimatına yığışdığımız "Qisas gecəsi" kitabı E. Elatlının sayca 13-cü əsəridir. Müəllif bu əsərdə Mübariz İbrahimovun ömür və döyüş yolunu son dərəcə canlı təsvir etmişdir. Kitabla tanışlıq zamanı ilk baxışda hər bir oxucuda elə təsəvvür yaranır ki, sanki müəllif bu hadisələrin bilavasitə şahidi olmuşdur.

gecə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Günün günbatandan günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi. Gecə vaxtı. – Gecənin xeyrindən sabahın şəri yaxşıdır. (Ata. sözü). Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eylərəm. M.P.Vaqif. Gecədən üçdörd saat keçmişdi. C.Məmmədquluzadə. □ Gecə boyu – bütün gecəni. Gecə gözü – gecə vaxtı, gecənin qaranlığında, gecə. [Gülnaz:] Ata, bu gecə gözü hara?… M.İbrahimov. Gecə keçmək – gecənin gec vaxtı olmaq, yatmaq vaxtından keçmək. Münaqişə olacağını hiss edən Qulu saata baxdı: – Gecə keçir, getməliyik, – dedi. Çəmənzəminli. Gecə qaralmaq (düşmək) – gündüz qurtarıb gecə başlanmaq. Təbibsiz-davasız xəstə neyləsin?! Buludlar oynadı, gecə qaraldı. S.Vurğun. Gecədən keçmək – gecə düşəndən müəyyən müddət keçmək. Gecədən keçmişdi, üfüqlər qara; Sanasan kainat çəkilir dara. S.Vurğun. Gecəyə düşmək – gecə yol getməyə və ya çöldə qalmağa məcbur olmaq, gecələmək üçün yaşayış yerinə çata bilməmək. Gecəyə düşəcəyik, hələ azı üç saatlıq yolumuz qalıb… İ.Əfəndiyev. 2. Müəyyən ictimai, siyasi, ədəbi məsələlərə, görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş axşam yığıncağı. Füzuli gecəsi. Ədəbi gecə. Gənclər gecəsi. // dan. Axşam keçirilən müsamirə, konsert. 3. Gecə evdə geyilən, gecələr istifadə edilən. Gecə papağı. Gecə köynəyi. 4. Gecə fəaliyyət göstərən, gecə işləyən, gecə olan. Gecə qatarı. Gecə sanatoriyası. – …Bakının “Nicat” cəmiyyətinə həsəd aparırlar ki, orada müntəzəm gecə kursları var. C.Məmmədquluzadə. Gündüz məktəbindən gecə məktəbinə keçdik. Q.İlkin. ◊ Gecə kəsmək – adətən toy gecələrində səhərə qədər yatmayıb şənlik etmək. Gündüz niyə yatırsan, gecə kəsməmisən ki? Gecə qara, cücə qara – “xəlvətdir”, “gizlidir”, “kimsə görmür” mənasında. Gecəni gündüzə qatmaq – çox işləmək, həddindən artıq çalışmaq, gecə də, gündüz də işləmək. Mən ki hər gecəni qatdım gündüzə; Üfüqdə sönməsin ulduzum, Ayım! S.Vurğun. Xoşdur bizə, xoşdur gecəni gündüzə qatmaq; Qurmaq və yaratmaq! S.Rüstəm. Gecənin bir aləmi (vaxtı) – gecədən xeyli keçəndən sonra, gecə yarısından sonra. Gecənin bir vaxtı bir də yuxuda gördü ki, bir dişi laxlayıb, ağzı qan ilə doldu. “Koroğlu”. Gecənin bir aləmi; Yarıqaranlıq otaq; Açdım gözlərimi. R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / gecə

gecə sözünün etimologiyası

  • 1 Sinonimi tün kəlməsi olub; tün və dün (yəni dünən) sözləri qohumdur: dün (dünən) “tündən (gecədən) əvvəlki gün” deməkdir. Mənbələrdə gec (опаздывать) feili var, ondan əmələ gəlmiş gec-ə kəlməsi “поздный вечер” kimi açıqlanıb. Deməli, gec ad-feil omonimi ilə gecə sözü qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / gecə

gecə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 GECƏ Şahsuvar gecənin qoynunda sakin; Qəlbində intiqam, gözlərində kin (S.Vurğun); ŞƏB (kl.əd.) Görür məclislər içrə şəmi, hər şəb, yar əğyarə; Onunçün yanmağın tərkin qılır bünyat pərvanə (Natəvan).

    Azərbaycan dilinin sinonimlər lüğəti / gecə

gecə sözünün antonimləri (əks mənalı sözlər)

gecə sözünün rus dilinə tərcüməsi

  • 1 1. ночь; 2. ночной;

    Azərbaycanca-rusca lüğət / gecə
  • 2 I сущ. 1. ночь (часть суток от захода до восхода солнца, от вечера до утра). Qış gecəsi зимняя ночь, keçən gecə в прошлую ночь, dünən gecə вчера ночью, aylı gecələr лунные ночи, Bakı gecələri бакинские ночи, bütün gecə всю ночь, aydın gecə ясная ночь, bir gecədə в (за) одну ночь, dekabr gecəsi декабрьская ночь, yuxusuz gecələr бессонные ночи 2. вечер (общественное вечернее собрание, посвящённое кому-л., чему-л.). Buraxılış gecəsi выпускной вечер, Səməd Vurğuna həsr olunmuş gecə вечер, посвящённый Самеду Вургуну, ədəbi-bədii gecə литературно-художественный вечер, muğam gecəsi вечер мугама, şeir (poeziya) gecəsi вечер поэзии II прил. ночной: 1. относящийся к ночи. Gecə vaxtı в ночное время, gecə sərinliyi ночная прохлада, gecə sakitliyi ночная тишина, gecə qaranlığı ночная мгла 2. предназначенный для использования ночью. Gecə köynəyi ночная рубашка (сорочка), gecə lampası ночная лампа 3. происходящий, работающий, функционирующий ночью. Gecə qatarı ночной поезд, gecə sanatoriyası ночной санаторий, gecə növbəsi ночная смена, gecə qarovulçusu ночной сторож III нареч. ночью (в ночное время). Gecə işləmək работать ночью, gecə yatmamaq не спать ночью, gecə növbə çəkmək дежурить ночью ◊ gecəniz xeyrə qalsın! спокойной ночи!; gecəni səhər (sabah) eləmək глаз не сомкнуть; gecə qara cücə qara под покровом ночи; gecəni gündüzə qatmaq трудиться, работать днём и ночью, не зная отдыха

    Azərbaycanca-rusca lüğət / gecə

gecə sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. night; bütün ~ all night; bir ~də within a night; Qütb ~si the Polar night; Min bir ~ The Arabian Nights; keçən ~ last night; sabah ~ tomorrow night; 2. (gecəvaxtı) at night; ~ işləmək to work at night; ~dən xeyli keçmiş late at night; Bəyaz gecələr White Nights; uzun ~lər long nights; ~ uzunu nightlong; hər ~ nightly, every night II. s. night; ~ qatarı night train; ~ işi night work; ~ vaxtı nighttime; ~ növbəsi night shift; ~ gözətçisi night-watchman*; ~ köynəyi (kişi üçün) night-shirt; (qadın üçün) night-gown, night-dress; ~ məktəbi night school

    Azərbaycanca-ingiliscə lüğət / gecə

gecə sözünün fransız dilinə tərcüməsi

gecə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. йиф; aylı gecə варз алай йиф; // йифен (мес. вахт); * gecə boyu йиф акъатна, йифди; gecə gözü йифиз, йифен мичӀи вахтунда; gecə keçmək йиф акъатун (алатун, фин), йифен геж вахт хьун, ксудай вахтунилай алатун; gecə qaralmaq (düşmək) йиф хьун, мичӀи хьун, югъ куьтягь хьана йиф авалун; gecədən keçmək йифелай алатун, йифекай са кьадар вахт алатун; gecəyə düşmək йифе гьатун, йифиз рехъ финиз ва я чуьлда йиф авуниз мажбур хьун, физвай мензилдив агакь тавун; 2. няни, йиф, са куьнихъ галаз алакъалу яз туькӀуьрнавай йифен межлис (мярекат); // рах. ряденихъ, йифиз гудай концерт; 3. йифиз кӀвале алукӀдай, йифен (мес. кӀукӀ, перем); 4. йифиз кӀвалахдай, йифиз жедай, йифен (мес. поезд, школа); ** gecə kəsmək йиф чӀичӀун, бязи суварриз, мехъерриз экуьналди ксун тавуна шадвал авун; gecə qara, cücə qara “хелвет я”, “са касни авач”, “чун чаз я”, “садазни аквазвач” манада ибара; gecəni gündüzə qatmaq йиф-югъ талгьана кӀвалахун, гзаф кӀвалахун, кьадардилай артух кӀвалахун, йифизни-юкъузни кӀвалахун; gecənin bir aləmi (vaxtı) йифен са чӀавуз (вахтунда), йиф кьулан чӀавуз, кьуланферилай алатдамаз.

    Azərbaycanca-ləzgicə lüğəti / gecə

gecə sözünün türk dilinə tərcüməsi

"gecə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gecə nədir? #gecə sözünün mənası #gecə nə deməkdir? #gecə sözünün izahı #gecə sözünün yazılışı #gecə necə yazılır? #gecə sözünün düzgün yazılışı #gecə leksik mənası #gecə sözünün sinonimi #gecə sözünün yaxın mənalı sözlər #gecə sözünün əks mənası #gecə sözünün etimologiyası #gecə sözünün orfoqrafiyası #gecə rusca #gecə inglisça #gecə fransızca #gecə sözünün istifadəsi #sözlük