* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. dan. 1. Nökər. [Asya:] Gülçöhrə bir gədəyə aşiq olubdur. Ü.Hacıbəyov. [Əbdürrəhim:] Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm. N.Vəzirov. [Sara bibi:] [Zeynəbin] atası yumurta Heydər kim idi? Murad bəyin qapısının gədəsi deyilmiydi? Qantəmir. 2. dan. Oğlan. [Ana:] Ay Allah, bu gədə lap dəli olacaq. S.Rəhman. [Turac:] Qızlar, amma gədə yamanca pərt oldu. İ.Əfəndiyev. // dan. Oğlana müraciət məqamında işlənir. [Hacı Qara:] Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala! M.F.Axundzadə. [Hacı Həsən:] A gədə, ata arpa verin, yəhər-əsbabı sazlayın. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / gədə2 1. Bax: gəda. 2. Oğlan. (“Koroğlu” dastanının lüğəti) Gör indi iş nə yerə gəldi ki, keçəl gədənin birisi gəlib buradan at apardı. (“Həmzənin Qıratı aparmağı”) * Koroğlu baxdi ki, gədə bir az özündən deyəndi, amma ki, deyəsən, pis oğlan deyil. (“Koroğlunun Qars səfəri”) * Sözümü salma dastana, Şəbnəm qoyub gülüstana, İçibsən məsti-məstana, Məstanə gədənin oğlu. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası / gədə2 сущ. 1. истор. слуга 2. простореч. мальчик: 1) подросток мужского пола; грубо - простореч. пацан 2) обращение к подростку мужского пола
Azərbaycanca-rusca lüğət / gədə(Çənbərək) alaçıq (dəyə) tikmək üçün istifadə olunan çubuq. – Gədəsi yetmədi də:nin
Azərbaycan dilinin dialektoloji lüğəti.