* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••• | 17.13 |
2003 | ••••••••••••• | 23.62 |
2004 | •••••••••••••••••••• | 39.08 |
2005 | •••••••••••• | 21.59 |
2006 | •••••••••••• | 22.52 |
2007 | •••••••••••••••• | 29.39 |
2008 | ••••••••••••• | 24.85 |
2009 | ••••••••••••• | 25.28 |
2010 | ••••••••••• | 20.88 |
2011 | •••••••••• | 17.93 |
2012 | •••••• | 10.67 |
2013 | •••••••• | 14.30 |
2014 | ••••••• | 12.18 |
2015 | ••••••••••••• | 25.01 |
2016 | ••••••• | 13.54 |
2017 | •••••••••• | 18.70 |
2018 | •••••••• | 14.68 |
2019 | ••••••• | 12.94 |
2020 | ••••• | 9.02 |
1 is. 1. Ata. Dədə görməyib, elə bilir ki, Şaqqulu da bir dədədir. (Ata. sözü). [Qurban:] Dədəm öldü, mən də qaldım on altı-on yeddi yaşında. Ə.Haqverdiyev. Dədəmin övladı olmamağına görə nəzir eyləyir ki, bir qızım olsun, seyidə verim. Çəmənzəminli. // Ataya müraciət. [Əmiraslan dedi:] Dədə! Mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov. 2. Ustad aşıq, ustad. De, hara sığışar, hara, ey zaman; Bu boyda təhqirə xalqın dözməsi; Dədə Qorqud kimi dədəsi olan; Millətin özünə dədə gəzməsi. B.Vahabzadə. ◊ Dədəsi yanmaq – bax atası yanmaq (“ata”da). Çit almaqdan dədəm yandı; Yudun, yırtdın, xarab etdin. M.Möcüz. Dədəsinə od vurmaq – bax dədəsini yandırmaq. Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən. N.Vəzirov. Dədəsini yandırmaq – bax atasını yandırmaq (“ata”da). Yadından çıxartma ki, kirpinin də hər bir tərəfi tikandır, amma balaca qarışqa onun dədəsini yandırır. “M.N.lətif.”. Meşənin içində bir ağacın oyuğunda pişik göyərçini gizlətdi, dedi: – Sən dur burada, mən gələnə kimi sən buradan çıxsan, dədəni yandıraram. (Nağıl).
Azərbaycan dilinin izahlı lüğəti / dədə1 Qədim hind sözü kimi yozurlar, mənası “ata’ deməkdir. Məncə, türk mənşəlidir, dad (dadızdır, dadlı...), yəni yem anlamı ilə bağlıdır, “qidalandıran” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dədə3 1. DƏDƏ Hamı gözləyir ki, çıxsın ortaya; Yeni bir qəhrəman, müdrik bir dədə (X.Rza); USTAD Biz artıra bilmədik sözün qədrini, ustad! Əydik də qamış kimi sözün qəddini, ustad! (M.Araz). 2. dədə bax ata
Azərbaycan dilinin sinonimlər lüğəti / dədə2 разг. I сущ. папа (обычно в речи детей в отношении отца); отец II прил. отцовский. Dədə malı отцовское достояние ◊ dədəm (dədəsi) yerindədir годится в отцы кто кому (мне, тебе и т.д.); dədəsi də gəlsə ни в коем случае, никогда; dədəsini yandırmaq kimin давать жару, задать перцу, показать кузькину мать кому; vay, dədəm, vay! батюшки! (восклицание, выражающее страх, изумление); dədə malı kimi bölmək делить поровну
Azərbaycanca-rusca lüğət / dədə1 is. père m ; ~ malı bien m paternel ◊ ~ sini yandırmaq tancer vertement qn ; en faire voir à qn
Azərbaycanca-fransızca lüğət / dədə1 сущ. 1. буба (аял аладайди); 2. устад ашукь, устад; ** dədəsi yanmaq кил. ata (atası yanmaq); dədəsinə od vurmaq кил. dədəsini yandırmaq; dədəsini yandırmaq кил. ata (atasını yandırmaq).
Azərbaycanca-ləzgicə lüğəti / dədə1. Baba; ananın və ya atanın atası. 2. Dərvişlərin piri. 3. İxtiyar yaşlı; hörmət mənasında ixtiyar kişilərə müraciət. (“Kitabi-Dədə Qorqud” leksikası) Ləqəb – Dədə Qorqud (k.a.). (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikasıata, baba; ustad aşıq, ustad.
Azərbaycan kişi adlarının izahlı lüğəti