Elif dedim
Elif dedim — bölgəsi Kütahya, qaynağı Hisarlı Əhməd, tərtibçisi və nota köçürəni Yücəl Başmaqçı olan Türkiyə xalq mahnısı.
== Hekayəsi ==
Elif adlı bir qız var və onu çox sevən bir oğlan. Bir gün oğlan özünü pis hiss edir və dövrün ən ağır xəstəliyi olan vərəmə tutulur. Elifin ailəsi oğlanın sağalmalı olduğunu və ondan sonra Eliflə evlənə bilcəyini deyirlər. Daha sonra oğlan Elifə qovuşmağın ümidi ilə xəstəxanada yatır. Elifdə ara sıra ziyarətə gəlirdi və oğlanda gündən-günə sağalırdı. Aradan vaxt keçir oğlanın gözü yollarda qalır, çünki Elif artıq ziyarətə gəlmirdi. Ailəsindən bunun səbəbini soruşan oğlan könlünü, ağlını, həyatını viran edəcək xəbəri alır. Elifin ailəsi Elifi, vərəmli adamın yanına getməyə və onunla evlənməyinə qarşı çıxıblar. Buna görə də Elifi oğlanın yanına getməyə qoymurdular.