* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••• | 3.54 |
2004 | ••••••••• | 10.11 |
2005 | •••••••••• | 10.12 |
2006 | •••••••••• | 10.14 |
2007 | •••••••••• | 11.21 |
2008 | ••••••••••• | 11.45 |
2009 | •••••••••••••••• | 17.28 |
2010 | •••••••••••••••••• | 19.33 |
2011 | ••••••••••••••• | 15.79 |
2012 | •••••••••••••• | 14.80 |
2013 | •••••••••••••••••••• | 21.88 |
2014 | •••••••••••••••••••• | 22.48 |
2015 | •••••• | 6.63 |
2016 | ••••••••• | 9.72 |
2017 | •••••••••• | 10.57 |
2018 | •••••••••• | 10.19 |
2019 | ••••••••••••• | 13.49 |
2020 | ••••••••••••• | 14.32 |
1 is. 1. İnsan və heyvanın bədəninin üstünü örtən mikroskopik məsaməli ət örtüyü. Qolumun dərisi soyulub. Dərisi səpmək. – Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi. Hətta dərisi belə kürənə çalırdı. M.İbrahimov. 2. Heyvanın tüklə örtülü dərisi. Qoyun dərisi. Tülkü dərisi. – Pələngin dərisini soyub evə dönərkən qonşular başıma toplandı. A.Şaiq. // Xəz. Dəri yaxalıqlı palto. 3. Gön. Özümüz üçün lazım olan paltar və ayaqqabı hazırlamaqdan ötrü heyvanlardan yun, xəz, dəri (gön) əldə edirik. 4. Pendir, yağ və s. saxlamaq üçün qoyun və keçi dərisindən xüsusi üsulla hazırlanan motal. …Bir tərəfdə un çuvalları düzülüb, bir tərəfdə də yağ dəriləri, yun məfrəşləri qoyulubdur. M.F.Axundzadə. Kərə yağı göndər mənə bir dəri. M.Möcüz. 5. Dəridən qayrılmış, dəridən düzəldilmiş, dəridən tikilmiş. Dəri palto. Dəri yaxalıq. Dəri ayaqqabı. Dəri cild. – …Almurad baba … dəri qından bir qəmə çıxarıb satıla çəkdi. İ.Əfəndiyev. 6. Meyvənin qabığı. ◊ Bir dəri, bir sümük – son dərəcə arıq, sısqa, zəif adam haqqında. Çəngələdi qocanı yatağından qaldırdı, bir dəri bir sümük idi, evi başına uçmuş bir quş müqəvvası kimi yüp-yüngüldü. Ə.Məmmədxanlı. Dəridən çıxmaq – 1) həddindən artıq çalışmaq, əlləşmək, əlləşib-çapalamaq. [Əhməd] Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir. İ.Şıxlı; 2) çoxlu zəhmət, pul, mal sərf etmək. Dəridən-dırnaqdan çıxmaq – bax dəridən çıxmaq 1-ci mənada. Qurbanəli bəylər çar məmurlarına xoş gəlmək üçün dəridən-dırnaqdan çıxırdılar. M.İbrahimov. Dərisi üstündə yanmaq – arıqlamaq, qurumaq. İşləməkdən dərisi üstündə yanıb. Dərisinə saman təpmək – çox əziyyət vermək, çox incitmək, divan tutmaq; öldürmək. – Məgər qorxmayırsan onun qohuməqrəbasından? Dərinə saman təpərlər, axı! N.Vəzirov. Görək, kim kimin dərisinə saman təpəcək. Ə.Əbülhəsən. Dərisinə sığmamaq – 1) son dərəcə kökəlmək; 2) kibrlənmək, çox təşəxxüslənmək, öyünmək. Dərisini soymaq məc. – bərk cəzalandırmaq, cəza vermək, divan tutmaq. [Aslan bəy:] Tarverdi, get, uşaqlara söylə ki, odun yığıb o qayanın başında bir çıraqban etsinlər ki, bütün mahal işığını görməsə, dərilərin soyaram. C.Cabbarlı. Dərisini sudan çıxarmaq – birtəhər canını qurtarmaq. Quru dəri – çox arıq, çox zəif adam haqqında. Aşiqin məşuqu gərək çağ olsun; Nə hasil o quru dəridən sənə. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / dəri1 Dərmək feili ilə qohumdur. Litva dilində mex sözü “kisə” deməkdir və rus dilinə də keçib. Qədim hind dilində də mex sözü olub və “qoyun” (baran) mənasında işlədilib. Fars dilində həmin söz mes şəklində olub, qoyun anlamını verib. Bizdə dəridən kisə kimi çox istifadə edilib: tuluq, eymə, dağarcıq və s. düzəldiblər. M.Kaşğaridə “dəri”nin sinonimi kimi quya sözü də verilib. Dərmək sözü “toplamaq” deməkdir. Dər (topla) feilindən də dəri ismi yaranıb: “içinə şey yığılan” deməkdir. Quyqa sözü də qoymaq sözü ilə bağlıdır: “içinə şey qoyulan” anlamını verir. Biz dəri yerinə,kürk işlətmişik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dəri2 DƏRİ [Şahin:] Feyzi, indi başa düşdüm ki, qonaqlığa kəsdiyin qoyunun dərisini niyə satmadın (B.Bayramov); GÖN (iri heyvanların dərisi) Fikrət: Elə tanıyırsan! Lap dabbağda gönünü görsən tanıyarsan (M.İbrahimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / dəri2 I сущ. 1. кожа: 1) наружный покров тела человека или животных. Yumşaq dəri мягкая кожа, qaba dəri грубая кожа, qalın dəri толстая кожа, məsaməli dəri пористая кожа, quru dəri сухая кожа, ilan dərisi кожа змеи, timsah dərisi кожа крокодила, dərinin rəngi цвет кожи, dərinin köçürülməsi пересадка кожи, dərini sürtmək протирать кожу, dərini masaj etmək массировать кожу, dərisini dəyişmək менять кожу (о змее), dərisini atmaq сбрасывать кожу (о змее) 2) снятая, обычно лишённая шерсти, выделанная шкура животного. Yüksək keyfiyyətli dəri высококачественная кожа, aşılanmış dəri выделанная кожа, qiymətli dəri дорогая кожа, donuz dərisi свиная кожа, süni dəri искусственная кожа, dərini aşılamaq выделывать кожу, dərini emal etmək обрабатывать кожу, nəyin üzünə dəri çəkmək обить (обтянуть) что кожей 2. шкура (кожа с шерстью, снятая с убитого животного). Ayı dərisi медвежья шкура, tülkü dərisi лисья шкура, qoyun dərisi овечья шкура 3. мех (выделанная шкура пушного зверя). Dovşan dərisi заячий мех, qaragül dərisi каракулевый мех, norka dərisi мех норки II прил. 1. кожаный (сделанный из кожи). Dəri ayaqqabı кожаная обувь, dəri palto кожаное пальто, dəri portfel кожаный портфель 2. кожный (связанный с кожей, относящийся к ней). мед. Dəri vərəmi кожный туберкулёз, dəri vəziləri кожные железы, dəri duyğuları псих. кожные ощущения, dəri əzələləri мед. кожные мышцы; dəri örtüyü кожный покров, dəri piyi кожное сало, dəri plastikası кожная пластика, dəri refleksi кожный рефлекс, dəri səpkisi кожная сыпь, dəri sinirləri кожные нервы, dəri tənəffüsü кожное дыхание, dəri tikişi кожный шов, dəri xəstəlikləri кожные болезни 3. кожевенный: 1) относящийся к выделке кожи, связанный с выделкой кожи. Dəri sənayesi кожевенная промышленность, dəri istehsalı кожевенное производство 2) сделанный из кожи. Dəri qalantereyası кожевенная галантерея, dəri mal кожевенный товар, dəri xammalı кожевенное сырьё; dərinin qalın yeri чепрак, dəri iltihabı дерматит, dərinin tərs üzü мездра, dəri həkimi дерматолог (разг. кожник) ◊ bir dəri, bir sümük кожа да кости (об очень худом человеке); dəridən çıxmaq лезть из кожи, из шкуры; dərisini (diri-diri) boğazından çıxarmaq kimin сдирать, содрать шкуру с кого; dərisinə saman təpmək kimin драть, ободрать как сидорову козу кого; dərisinə qor doldurmaq kimin вызвать страх (беспокойство, тревогу) в ком; dərisini soymaq kimin сдирать, содрать (спустить) шкуру с кого; dəridən, qabıqdan çıxmaq из шкуры (кожи) (вон) лезть; dərisi odlanmaq сильно возмущаться, возмутиться; dərisindən çıxarmaq nəyi отбирать, отобрать у кого что: dərisinə sığmamaq: 1. заплывать, заплыть жиром; 2. воображать о себе, мнить о себе; dərisini sudan çıxartmaq спасти свою шкуру
Azərbaycanca-rusca lüğət / dəri1 i. skin; (malqara) hide; anat. cutis; (xammal) leather; ~dən çıxmaq d.d. to go* all out; bir ~ bir sümük bag of bones, skin and bone; ◊ qoyun ~sinə girmiş qurd / canavar a wolf in sheep’s clothing / skin
Azərbaycanca-ingiliscə lüğət / dəri1 is. peau f ; məc. ~dən çıxmaq mettre (se) en quatre, donner (se) du mal ; suer sang et eau
Azərbaycanca-fransızca lüğət / dəri1 сущ. 1. хам; // хамунин (мес. азарар); 2. хам; хаз; dovşan dərisi къуьрен хам; qoyun dərisi хпен хам; // хамунин; хаздин (мес. хев); 3. хам, ли; // лидин (мес. шаламар); 4. цел (хпен, цӀегьрен хамуникай авуна къене ниси, шур твадай); 5. чкал (емишдин); ** bir dəri, bir sümük са хамни, са кӀараб (акьалтӀай яхун, зайиф касдин гьакъинда); dəridən çıxmaq хамунай акъатун а) кьадардилай артух кӀвалахун, ччан эцигна алахъун; б) гзаф зегьмет, пул, мал серф авун; dəridən-dırnaqdan çıxmaq кил. dəridən çıxmaq а); dərisi üstündə yanmaq гзаф яхун хьун, элчӀуьхун, кьурун; dərisinə saman təpmək хамуна нагъвар ттун, гзаф азиятар гун, инжиклу авун, бенд кьун, дуван кьун; кьин; dərisinə sığmamaq а) хамарай акъатун, гзаф куьк хьун; б) хамуна ялар ттун, гзаф дамах къачун; dərisini soymaq пер. хам алажун, хам хтӀунун, жаза гун, дуван кьун; dərisini sudan çıxarmaq хам цяй акъудун, са тегьер ччан къутармишун, хам хуьн, цяй кьуруз экъечӀун; quru dəri кьуру хам (гзаф яхун касдин гьакъинда).
Azərbaycanca-ləzgicə lüğəti / dəri