dərs sözü azərbaycan dilində

dərs

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dərs • 91.3528%
  • Dərs • 8.6100%
  • DƏRS • 0.0373%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərs
Dərs (film, 2009)
Açıq dərs
Dərs (film)
Dərs (film, 2009)
Dərs (film, 2015)
Dərs filmi rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkül tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Ekran əsəri uşaqların məktəb və şəxsi həyatlarından bəhs edir. Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa edirlər. == Məzmun == Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir. == Maraqlı faktlar == Filmin beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında baş tutub. == Festival və mükafat == 2016-cı ildə 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.
Dərs (film, 2009)
Dərs (ing. An Education) — Lone Sxerfiqin rejissorluğu ilə 2009-cu ildə ekranlara çıxan film. Filmin senarisi britaniyalı jurnalist Lynn Barber tərəfindən yazılmış eyniadlı gerçək hekayəyə əsaslanır. == Süjet == Qarşıda parlaq gələcəyi olan gənc məktəbli qız Cenni, atası yaşında olan Devid adlı kişiyə aşiq olur. Lakin Cenni sonradan anlayır ki, Devid özünü göstərdiyi kimi biri deyil.
Bəylik dərsi (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Doktor Tülpün anatomiya dərsi
Doktor Tülpün anatomiya dərsi — Rembrandt van Reyn tərəfindən 1632-ci ildə çəkilmiş 216,5 x 169,5 sm ölçülü rəsm əsəri. Rəsmdə təsvir olunan şəxslərdən ikisinin şəxsiyyəti dəqiq məlumdur. Bunlar həkim Nikolas Tülp və meyit — Aris Kindtdir. Aris Kindt törətdiyi cinayətlərə görə məhkəmə qərarı ilə 31 yanvar 1632-ci ildə asılaraq edam olunmuş və onun meyiti tibbi sınaqlar üçün Amsterdam cərrahlar gildiyasına verilmişdi.
Dərsim
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Dərsim vilayəti
Dərsim vilayəti — Osmanlı İmperiyası tərkibində, 1879–1886–cı illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hozat idi.
Dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. == Əyani dərslik == Biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Dərsliklər
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. == Əyani dərslik == Biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Dərsəcin (Əbhər)
Dərsəcin (fars. درسجين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 549 nəfər yaşayır (168 ailə).
Dərsəvin (Sərdəşt)
Dərsəvin (fars. دارساوين‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 149 nəfər yaşayır (33 ailə).
Müdriklik dərsləri. III hissə (kitab)
Nəğmə dərsi (film, 1974)
Ömrün səhifələri İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır. Rəqiblər Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır. Baladadaşın ilk məhəbbəti Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".
Qrey Anatomiyası (dərslik)
"Qrey Anatomiyası" — məşhur ingilisdilli insan anatomiyasından bəhs edən klassik ədəbiyyat. İlk dəfə olaraq bu ədəbiyyat 1857-ci ildə Böyük Britaniyada, bir il sonra isə ABŞ-sa "Qrey Anatomiyası: təsviri və cərrahi nəzəriyyə" adı altında çap edilmişdir. İnfeksion xəstəliklərin pata morfologiyasını öyrənən Qrey 34 yaşında təbii çiçək xəstəliyinə yoluxaraq vəfat etmişdir. Kitab üzərində iş digər mütəxəssislər tərəfindən davam etdirilərək bir neçə dəfə təkrar nəşr olunmuşdur. 26 sentyabr 2008-ci ildə professor Syuzan Standrinqin redaktorluğu altında məşhur ədəbiyyatın 40-cı britan nəşrinin yubileyi qeyd edilmişdir. Britaniya anatomu Henri Qrey 1827-ci ildə anadan olmuşdur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853-cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855-ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir. Qrey və Karter kitabın materialları üzərində 18 ay gərgin işlədikdən sonra onun nəşrinə nail olurlar. Kitabın nəşrindən üç ay sonra Qrey vəfat edir.
Yaponiyada dərslik qalmaqalı (1902)
Dərslik qalmaqalı (教科書疑獄, Kyokaşo qiqoku) – 1902-ci ildə Yaponiyada dərsliklərlə bağlı baş vermiş rüşvət qalmaqalı. Qalmaqal 1903-cü ilə qədər davam etmişdir. Dərslik qalmaqalı 1902-ci ildə ibtidai və orta məktəblər üçün keçirilən dərslik seçimlərində rüşvətdən istifadə edilməsinin aşkarlanması ilə başlamışdır. Yaponiyada dərsliklər özəl şirkətlər tərəfindən hazırlandıqdan sonra Yaponiya Təhsil Nazirliyi tərəfindən təsdiq olunur, daha sonra prefektura komitələrinin qiymətləndirilməsinə təqdim olunurdular. Şirkətlər dərslik seçimləri üçün kəskin rəqabət apardıqları üçün bəzi şirkətlərin rüşvət təklif etməsi barədə şayiələr yayılmağa başlamışdır: bir şirkətin 2 il boyunca 360 min yen məbləğində rüşvət verdiyi iddia edilirdi. 1902-ci ilin dekabrında Yaponiya Ədalət Nazirliyi gizli təhqiqatlar başlatmışdır. Aparılmış təhqiqatlar nəticəsində 1903-cü ilin martına qədər 200-dən çox şəxs həbs edilmişdir. Həbs edilənlərin sırasına məktəb müfəttişləri, keçmiş prefektura qubernatorları və dərslik şirkəti prezidentləri də daxil idi. Qalmaqal nəticəsində həbs edilənlərin 116 nəfəri günahkar hesab edilmişdir. Təhsil naziri Kikuçi Dayroku məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir.
Əyani dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. Biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Bəylik dərsi və ya keçmişdən gülməcələr...
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.

dərs sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Müəyyən bir fənni öyrənmək üçün daimi, müntəzəm təlim. Edirəm kəsbi-elm leylü nəhar; Gündüzüm dərsdir, gecəm təkrar. S.Ə.Şirvani. // Tədris işi, məktəbdə məşğələ. Dərslər saat 9-da başlanır. – Payız fəsli daxil oldu. Dərslər başlandı. C.Məmmədquluzadə. [Nigar] hər gün dərsə gedir, iclasları da buraxmayırdı. S.Hüseyn. // Ayrıca bir fənnə həsr olunmuş vaxt, saat. Üçüncü dərs ilə dördüncü dərs arasında böyük tənəffüs. – Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq. 2. Gələn məşğələyə hazırlaşmaq, oxuyub öyrənmək üçün müəllimin şagirdə verdiyi tapşırıq, iş. Dərsini hazırlamaq (öyrənmək). Dərslərini yaxşı bilmək. // Məktəbdə keçilən fənnin hər biri. Musiqi dərsi. Riyaziyyat dərsi. – Ədəbiyyat dərsi … maraqlı idi, elə bil hamı dadlı həyatın şeri ilə nəfəs alırdı. M.Hüseyn. Reyhan bütün dərslərindən; Hər bir zaman beş alırdı. M.Dilbazi. // Oxuma, təhsil alma. …Aqil də yır-yığış edib şəhərə, dərsə gəlməyə hazırlaşırdı. Mir Cəlal. □ Dərs oxumaq – təhsil almaq. [Fərman] məktəbdə dərs oxuyur, kənd klubunda kino tamaşalarına baxır, rayon mərkəzindən və Bakıdan gələn artistləri dinləyirdi. Ə.Sadıq. // Təhsil, elm, bilik, savad. Onun dərsi azdır. – …Mən ləqəb sözünü bildirə kimi bilməzdim, çünki dərsim o qədər yoxdu. C.Məmmədquluzadə. 3. məc. Nəsihət, təlqin, öyrətmə. Dərsini yaxşı veriblər. // İbrət, gələcək üçün nəticə çıxarıla biləcək bir şey, hadisə. İnsan üçün böyük dərslərin biri də tarixdir. C.Məmmədquluzadə. □ Dərs almaq – ibrət götürmək, öyrənmək. Yaxşı yoldaşdan dərs almaq. – Gah batan, gah çıxan qış günəşindən; Dərs alıb dayanma gendə, ey ilham. M.Müşfiq. Dərs olmaq – ibrət olmaq. Qoyun örnək olsun qalanlarına; Dərs olsun bu, qoca-cavanlarına. H.K.Sanılı. 4. məc. Tənbeh, cəza. □ Dərs(ini) vermək – tənbeh etmək, cəzalandırmaq. [Orxan:] Yavər belə qələt eləyə bilməz. Yoxsa, Səfa o dəqiqə dərsini verərdi onun. İ.Məlikzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / dərs

dərs sözünün etimologiyası

  • 1 Ərəb sözüdür, müdərris, tədris, idris sözləri ilə eyni kökə malikdir. Təlim-tərbiyənin əsas təşkil forması kimi “müəyyənləşdirilmiş”, “normaya salınmış” (vaxt) anlamını verir. Bu prosesin əsas şərti “vaxt”dır (deyək ki, 45 dəqiqədir). Sinif isə “qrup” deməkdir. “Sinif-dərs sistemi” anlayışı müəyyən qrupun (sinif) müəyyən vaxtda (45 dəqiqə) məşğul olması ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dərs

dərs sözünün sinonimləri (yaxın mənalı sözlər)

dərs sözünün rus dilinə tərcüməsi

  • 1 1. урок, занятие; 2. предмет обучения;

    Azərbaycanca-rusca lüğət / dərs
  • 2 I сущ. урок: 1. учебное занятие. Məzmunlu dərs содержательный урок, maraqlı dərs интересный урок, açıq dərs открытый урок, birinci dərs первый урок, ədəbiyyat dərsi урок литературы, dərsin başlanğıcı начало урока, dərsin sonu конец урока, dərsin gedişi ход урока, dərsə hazırlaşmaq готовиться к уроку, dərsə hazır olmaq быть готовым к уроку, dərsə gəlmək прийти на урок, dərsə gecikmək опоздать на урок, dərsdə olmamaq отсутствовать на уроке, dərsin təhlili анализ урока, dərsin planı план урока, dərsin mövzusu тема урока, dərsin quruluşu структура урока, dərs cədvəli расписание уроков, dərsə başlamaq начать урок, dərs demək (aparmaq): 1) вести урок 2) kimə преподавать к ому; dərs keçmək провести урок, dərs vermək давать уроки 2. учебная работа, задания, которые даются ученику для приготовления к следующему занятию. Dərslərini öyrənmək учить уроки, dərslərini hazırlamaq готовить уроки, dərs soruşmaq спрашивать урок 3. перен. нечто поучительное, из чего можно сделать вывод на будущее. Dərs almaq nədən извлечь урок из чего, tarixin ibrət dərsləri поучительные уроки истории, həyat dərsi урок жизни II прил. учебный (относящийся к учёбе, обучению). Dərs ili учебный год, dərs vəsaiti учебное пособие, dərs ləvazimatı учебные принадлежности, dərs (tədris) hissə müdiri заведующий учебной частью (завуч) ◊ dərs olmaq kimə послужить уроком для кого; dərsini vermək kimin преподать урок кому, проучить кого

    Azərbaycanca-rusca lüğət / dərs

dərs sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. (həm müst. həm də məc.) lesson; ~ vermək / aparmaq to give* / to conduct a lesson; ~ demək to teach* (d.); ~ götürmək / almaq to take* lessons pl.; Qoy bu sənin üçün dərs olsun Let this (it) be a lesson to you; ~ etmək (hazırlamaq) to do* one’s lesson; ~ə cavab vermək to say* / to repeat one’s lesson; ədəbiyyat / tarix / ingilis dili və s. ~i Literature / History / English, etc. lesson; bir şeydən / kəsdən ~ götürmək to learn a lesson from smth. / smb.; bir kəsə ~ vermək məc. to teach* smb. a lesson; ◊ tarixin ~i the lesson of history II. s. school; academic; -ili school year; (ali məktəbdə) academic year; ~ vaxtı school hours; (ali məktəbdə) study hours; ~ vəsaitləri school supplies, training aids / appliances

    Azərbaycanca-ingiliscə lüğət / dərs

dərs sözünün fransız dilinə tərcüməsi

dərs sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. ттарс; fizika dərsi физика ттарс; birinci dərs сад лагьай ттарс; // чирвал, илим, савад, билик; dərs oxumaq ттарс(ар) кӀелун, чирвилер къачун; 2. пер. несигьат, телкьин; ибрет; dərs almaq ттарс къачун, ибрет къачун, чирун; dərs olmaq ттарс хьун, ибрет хьун, чир хьун; 3. пер. туьнбуьгь, жаза; dərs(ini) vermək ттарс гун, туьнбуьгь авун, жаза гун.

    Azərbaycanca-ləzgicə lüğəti / dərs

dərs sözünün türk dilinə tərcüməsi

"dərs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dərs nədir? #dərs sözünün mənası #dərs nə deməkdir? #dərs sözünün izahı #dərs sözünün yazılışı #dərs necə yazılır? #dərs sözünün düzgün yazılışı #dərs leksik mənası #dərs sözünün sinonimi #dərs sözünün yaxın mənalı sözlər #dərs sözünün əks mənası #dərs sözünün etimologiyası #dərs sözünün orfoqrafiyası #dərs rusca #dərs inglisça #dərs fransızca #dərs sözünün istifadəsi #sözlük