* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••• | 0.79 |
2004 | •••••••••••••••••••• | 2.70 |
2006 | •• | 0.23 |
2007 | •••••••••• | 1.27 |
2008 | •••••••••• | 1.22 |
2009 | ••••••••• | 1.12 |
2010 | ••••••••••••••• | 2.00 |
2011 | •••••••••••••••••• | 2.40 |
2012 | •••••• | 0.77 |
2013 | ••••••••••••• | 1.75 |
2014 | ••••••••• | 1.20 |
2015 | ••••••••••••• | 1.70 |
2016 | •••••• | 0.69 |
2017 | ••••••• | 0.81 |
2018 | ••••••••••••• | 1.65 |
2019 | •••• | 0.42 |
2020 | •••••••••• | 1.33 |
1 is. 1. İki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur; vadi. Ey söyüdlü dərə, ey dumanlı dağ; Səfaya daldığım yerdir bu yerlər. M.Müşfiq. 2. Çay yatağı, çayın axdığı yer. Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. M.F.Axundzadə. Çöllər, dərələr dürlü çiçəklərlə bəzəndi; Dağdan, qayadan qar əridi, çaylara endi. A.Səhhət. ◊ Dərə xəlvət, tülkü bəy (Ata. sözü) – hərki-hərkilik, özbaşınalıq olan yer haqqında.
Azərbaycan dilinin izahlı lüğəti / dərə1 Bəzi türk dialektlərində, qaqauzlarda “çay” deməkdir. Dərya (Amudərya..) da bununla bağlı ola bilər. Güman etmək olar ki, dərə və dərya (farslara türk dilindən keçib) “dərin” mənasını əks etdirən bir kəlmədir, onunla eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dərə2 DƏRƏ Maşın ağır-ağır olsa da, kiçik bir düzü ötdü, o qədər də dərin olmayan dərəyə endi (B.Bayramov); ÇUXUR Dəniz deyil, göl oldum; Axıb çuxura doldum (B.Vahabzadə); QOBU (kiçik dərə) [Mənsurə:] Üstünüzü niyə murdarlayırsınız! Atın yerə, qobuda yatar, ayılar öyrənmiş candır (B.Bayramov); VADİ (uzun dərə, çuxur) Gədik qurtarandan sonra yenə vadi başladı (İ.Əfəndiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / dərə1 DƏRƏ – DİK Dərədə gen, dikdə dardır, dağ yolları (T.Şahdağlı). DƏRƏ – DÖŞ Yay da yaman gəldi bu tərəflərə; Dərələr qaynadı, döşlər qaynadı (H.Hüseynzadə). DƏRƏ – DÜZ Qarşıya birdən-birə; Çıxdı uçurum dərə (A.Şaiq); Neçə dağ, neçə düz, neçə kənd, şəhər ötdük; Biz havaya qalxandan bəri (B.Vahabzadə). DƏRƏ – TƏPƏ O gah dərəyə enir, gah təpəyə qalxırdı (G.Hüseynoğlu). DƏRƏ – ZİRVƏ Necə də bozarıb dərələr, düzlər; Qarlı zirvələri fikir aparmış (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / dərə2 I сущ. 1. долина (впадина между возвышенностями в горной, холмистой местности). Dərəyə enmək спуститься в долину, dərədən keçmək перейти через долину, dərə boyu вдоль по долине 2. ущелье (узкая долина с крутыми склонами). Dəryal dərəsi Дарьяльское ущелье, dar dərə узкое ущелье II прил. 1. долинный. геол., геогр. Dərə landşaftı долинный ландшафт, dərə gölü долинное озеро 2. ущельный. Dərə küləyi ущельный ветер; геогр., геол. açıq dərə открытая долина, basdırılmış dərə погребённая долина, quru dərə сухая долина, sualtı dərə подводная долина, eninə dərə поперечная долина, uzununa dərə продольная долина, çay dərəsi речная долина; ağa deyir sür dərəyə – sür! хозяин велит – выполняй!
Azərbaycanca-rusca lüğət / dərə1 сущ. 1. ккам, дере (кьве дагъдин ва я пелен арада, гьакӀни дуьз чкада авай дерин чухур); дугун; 2. вацӀун кьер, вацӀ авахьзавай чка; ** dərə xəlvət, tülkü bəy. Ata. sözü дере хелвет хьайила, сикlре пачагьвал ийида (гьарада вичиз кӀандайвал ийизвай, акахьай, сагьибсуз чкадин гьакъинда).
Azərbaycanca-ləzgicə lüğəti / dərə(Quba) bahalı paltarlıq parça (keçmişdə). – Suna xanum dərədən paltar tikmişdi
Azərbaycan dilinin dialektoloji lüğəti.