dəvə sözü azərbaycan dilində

dəvə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəvə • 85.4454%
  • Dəvə • 14.3036%
  • DƏVƏ • 0.2509%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.
İkihürgüclü dəvə
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5–2 aydan sonra ot yeməyə başlayırlar.
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır. Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır.
54 saylı Dəvəçi-Siyəzən seçki dairəsi
Allahyar xan Dəvəli-Qacar
Allahyar xan Mirzə Məhəmməd xan oğlu Dəvəli-Qacar (1757-?) — İranın baş naziri == Həyatı == Allahyar xan Mirzə Məhəmməd xan oğlu Astrabad civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Asəfəddövlə ləqəbi daşıyırdı. Fətəli şahın vəziri vəzifəsinədək yüksəlmişdi. Əminə Pakrəvan yazir: "Şahın qohumu olan Allahyar xan, yenicə Asəfəddövlə ləqəbini almış və başvəzir olmuşdu. O da savaşdan yana tutumunu ortaya qoydu.. Onun kimi xarakterlər daha çox din xadimlərinin verdikləri fitvalara görə davranırdılar. Din xadimləri fitva vermişdilər ki, savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır və ölümü caizdir". Allahyar xan Rus-İran savaşında iştirak etmişdi. Əminə Pakrəvan daha sonra yazir: "Bu sırada çaparlar Başvəzir Allahyar Asəfəddövlənin gəldiyini duyurdular.
Azərbaycanda dəvəçilik
Azərbaycanda dəvəçilik — Azərbaycan Respublikası ərazisində dəvələrin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olmuşdur. Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulmuşdur. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur. Azərbaycanda hazırda Şabran, Salyan, Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 0.2-0.3 min baş arası olması qeyd edilir. Sumayıtın Corat qəsəbəsində dəvə ətindən hazırlanmış Corat qutabı hazırlanır.
Mehdiqulu xan Dəvəli-Qacar
Mehdiqulu xan Qacar — 1805-ci il iyununda İrəvana hakim təyin edildi. Yeni İrəvan hakimi Qacar soyundan olmaqla bərabər Fətəli şah Qacarın qohumu və sevimli sərkərdələrindən biri idi. Onun dövründə müharibə nəticəsində xanlığın kənd təsərrüfatı dağıldığından yerli əhali xanın bu ağır tələblərini yerinə yetirmək iqtidarında deyildi. Mehdiqulu xanın əlavə vergi yığması və ərzaq tələb etməsi İrəvan əhalisinin narazılığına gətirib çıxardı. Mehdiqulu xanın İrəvanda apardığı siyasətdən şah özü də narazı idi. Çünki o, öz siyasəti ilə xalqın rus qoşununa rəğbət bəsləməsinə səbəb olmuşdu. Digər tərəfdən, rus qoşunlarına qarşı müvəffəqiyyətsiz mübarizə Mehdiqulu xanı tamamilə nüfuzdan salmışdı. 1806-cı il iyulun 23-də Şörəyeldə rus qoşununa qarşıd öyüşdə Mehdiqulu xanın qoşununun məğlubiyyətə uğramasından hiddətlənən Fətəli şah qəti tədbirlər görməyə məcbur oldu. Avqustun əvvəllərində Mehdiqulu xan İrəvandan geri çağırıldı. Beləliklə, İrəvanada 1 il 1 ay hakimiyyətdə olmuş Mehdiqulu xan Tehrana qayıtdı.
Meyer dəvəayağı
Limonium scoparium (lat. Limonium scoparium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 40-80 (100) sm olan çılpaq çoxillik bitkidir. Kökü yoğun, odunlaşmış, qısa budaqlı kaudekslidir. Bozumtul-yaşıl rəngli yarpaqlarının hamısı kökyanı, uzunluğu 6-20 (35) sm, eni 4-7 (10) sm enli elliptik və ya tərs yumurtavaridir. Çoxsaylı çiçək saplaqları süpürgəvari-budaqlıdır. Qısa sünbülcüklər şəklində yığılan çiçəkləri, cəm olaraq süpürgəvari çiçəkqrupu əmələ gətirir. Sünbülcüklər xırda, 2-4 çiçəklidir. Tacı əlvan bənövşəyidir. Avqust-oktyabr aylarında çiçəkləyir və meyvə verir.
Mirzə Mahmud xan Dəvəli-Qacar
Mirzə Mahmud xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar (12 noyabr 1861, Tehran – 1935, Tehran) — İranın daxili işlər naziri, Milli Məclisin sədri, diplomat == Həyatı == Məhəmmədrəhim xanın ikinci oğlu Mahmud xan 1861-ci ildə Tehran şəhərində dünyaya pənah gətirmişdi. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Sonra məktəbdə oxumuşdu. Təhsilini universitetdə davam etdirmişdi. Fransızca, almanca və ingiliscə bilirdi. Mirzə ünvanı, Ehtişamüssəltənə ləqəbi daşıyırdı. Mirzə Mahmud xan 1884-cü ildə qullarağasıbaşı vəzifəsi daşıyırdı. Mirzə Mahmud xan 1888–1893-cü illərdə Zəncanın, 1898–1901-ci illərdə Kürdüstanın valisi olmuşdu. 1894-cü ildə Rusiyaya, Sankt-Pеtеrburq şəhərinə elçi getmişdi. 1895–1897-ci illərdə Iraqda, Bağdad şəhərində baş konsul olmuşdu.
Mirzə Əhməd xan Dəvəli-Qacar
Əhməd xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar (1852-1911)—Qacarlar dövlətinin ictimai-siyasi xadimi, diplomat. == Həyatı == Məhəmmədrəhim xanın üçüncü оğlu Əhməd xan 1852-ci ildə Tehran şəhərində dünyaya gəlmişdi. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Sоnra məktəbdə оxumuşdu. Təhsilini univеrsitеtdə davam еtdirmişdi. Atasının vəfatından sоnra Əlaüddövlə ləqəbini daşımışdı. Əhməd xan 1881-ci ildə şahın xas qvardiyasının, "Məhdiyyə" adlı qızılkəmər atlılarının rəisi idi. Əhməd xan 1895-ci ildə Xəmsə, 1896-cı ildə Ərəbistan əyalətlərinə vali təyin еdilmişdi. Əhməd xan Ərəbistanda vali оlarkən Şüştər və Dizful bölgələrində fəaliyyət göstərən Hеydəri və Nеməti təriqətlərinin çıxışlarını zоrla yatırmışdı. Bu оlay Tehran ruhanilərinin fitnəsi ilə həyata kеçirilmişdi.
Məhəmmədnasir xan Dəvəli-Qacar
Məhəmmədnasir xan Mirzə Məhəmməd xan oğlu Qovanlı-Qacar (1831, Tehran) — Qacarlar dövlətinin ədliyyə naziri. == Həyatı == Mirzə Məhəmməd xanın ikinci oğlu Məhəmmədnasir xan 1831-ci ildə Tehran şəhərində anadan olmuşdu. Zəhirəddövlə ləqəbi daşıyırdı. İranın ədliyyə naziri olmuşdu. Bir müddət Xorasan əyalətinə başçılıq etmişdi. == Ailəsi == Məhəmmədnasir xanın Əli xan adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh. Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Məhəmmədəmin xan Dəvəli-Qacar
Məhəmmədəmin xan Məhəmmədhəsən xan oğlu Dəvəli-Qacar (?-1850)—Abbas mirzənin keşikçibaşısı. == Həyatı == Məhəmmədəmin xan Məhəmmədhəsən xan oğlu Tehran şəhərində doğulmuş, mədrəsə təhsili almışdı. O, Mərəndin hakimi təyin olunmuşdu. 1817-ci ildə Rusiya səfiri Aleksey Yermolova göstərdiyi yardıma görə mükafat almışdı. Məhəmmədəmin xan Abbas mirzənin keşikçibaşısı idi. Cahangir mirzə "Tarixi no" adlı əsərində yazır: " 1826-cı il sentyabr ayının 15-ci gününün sabahı idi. Uzun intizardan sonra savaş saat doqquzda başladı. Gəncə savaşında iştirak edən Cahangir mirzənin söylədiklərini olduğu kimi burada gətiririk: “Rus ordusunun saldatları və topxanası Qacar orduları ilə qarşı-qarşıya durmuşdu. Qacar dövlətinin rəmzi olan, üzərində günəş və aslan rəsmi olan bayraq Şahzadənin başının üstündə dalğalanırdı. Baş keşikçi Məhəhmməd Əmin xan Qacar öz nəfərləri ilə şahzadəni qorumaqla görəvli olduğu üçün ordunun mərkəzində sakin idi.
Qafqaz dəvəqıranı
== Təbii yayılması: == Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 50-75 sm olan, yarpağı tökülən koldur. Gövdələri və budaqları şaxələnmiş, nazik, bəzən iynəli, cavan zoğları boz, qabığı qırmızımtıl-bozdur. Yarpaqları cavan budaqları sıx örtür, uzunluğu 0,8-2 sm, enli, tərs-yumurtavari, ellipsvari və ya təxminən yumru, küt və ya ucu biz, kənarları dalğalı-qıvrım, çılpaq, möhkəm, cod, tutqun yaşıl, cüt xırda yarpaqlıdır. Çiçəklərin diametri 0,8 sm, çəhrayıtəhər, nazik çiçək saplaqlarının uclarında yerləşir. Çoxsaylı qısa budaqların uclarında uzunluğu 3-5 sm olan uc salxımlar formalaşır. Çiçək yanlığının içəri hissələrinin uzunluğu 0,6 sm, meyvələrdə qalan və daha sıx, çəhrayı-qırmızı rəngə boyanandır. Toxumca meyvəsi qozaşəkilli, üç hissəlidir. İyun-iyulda çiçəkləyir. == Ekologiyası: == -230C-dək şaxtaya davamlıdır.
Samur-Dəvəçi Kanalı (1940)
== Məzmun == Film Samur-Dəvəçi kanalının tikintisinə və açılışına həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov Operator assistenti: Teyyub Axundov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67-68.
Samur-Dəvəçi kanalı
Samur-Abşeron kanalı — Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri. == Yaranma tarixi == 1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqaları yaxından iştirak etmişlər. Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş "Xalq tikintisi" metodundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır. Layihəçilər demək olar ki, iş yerlərini Quba şəhərinə dəyişmişdilər. Kollektivin əsas işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların istifadəsinə verilirdi.
Samur-Dəvəçi kanalı (film, 1940)
== Məzmun == Film Samur-Dəvəçi kanalının tikintisinə və açılışına həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov Operator assistenti: Teyyub Axundov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67-68.
Samur-Dəvəçi ovalığı
Samur-Dəvəçi ovalığı — Azərbaycanın şimal hissəsində yerləşən ovalıq. == Ümumi məlumat == Samur-Dəvəçi ovalığı Böyük Qafqaz ilə Xəzər dənizi arasındakı məkanı əhatə edir. Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıtçay arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.
Stalin adına Samur-Dəvəçi kanalı (film, 1939)
== Məzmun == Film Stalin adına Samur-Dəvəçi kanalının çəkilməsində Azərbaycan inşaatçılarının fədakar işindən və kanalın açılışından danışır. == Film haqqında == Film saxlanılmayıb.
Tikanlı dəvəqıran
== Təbii yayılması == Aralıq dənizyanı ölkələrinin şərqində, Avropa, Qərbi Sibir, Şərqi və Cənubi Zaqafqaziya, Krım, Kiçik və Orta Asiya, İranda bitir. Midiyadan təsvir edilmişdir. == Botaniki təsviri == Güclü, dağınıq budaqlanmış, tikanlı və ya tikansız ağ budaqları olan, (25) 40-100 sm hündürlüyündə kol və ya kolcuqdur. Yaşlı budaqların qabığı qonur və ya boz, yarpaqlıdır. Yarpaqaltlığı qısa, silindrvari, aşağısı qonurumtul, yuxarısı pərdəvari, uzunluğu 5–16 mm, eni 1,5-5,5 mm, dərivarı, çılpaq, göyümsovdur. Çiçəkləri ikicinsli, al və ya al-çəhrayıdır. Çiçəkləri budaqların yuxarı hissəsində, yarpaq qoltuğundan çıxan buğumlu, uzun çiçək saplağının uc hissəsində 2-dən 6-dək topa halında yerləşir. Çiçəkyanlığının uzunluğu 4,5–8 mm, eni 5–9 mm olmaqla adətən tünd çəhrayı və ya ağ, onun xaricdəki hissələri uzunsov-yumurtavari, meyvələrdə aşağı qatlanır, bəzən möhkəm sıxılmış vəziyyətdə durur, daxildəkilər dəyirmi-ürəkvari, dikduran, fındıqcığı yastı, uzunsov-yumurtavari, sarımtıl-şabalıdı və ya açıq qonur, parlaq, uzunluğu 4–5 mm, eni (2,5) 3 (4) mm-dir. May-iyun aylarında çiçəkləyir, meyvəsi VI-VIII aylarda yetişir. == Ekologiyası == Quru və xüsusilə daşlı torpaqlarda, günəşli yerlərdə daha yaxşı bitir.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Çödükotuyarpaq dəvəotu
İssopyarpaq dəvəotu (lat. Corispermum hyssopifolium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin dəvəotu cinsinə aid bitki növü.
İran dəvətikanı
Adi dəvətikanı (lat. Alhagi maurorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dəvətikanı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 30-70 sm olan çoxillik tiknalı ot bitkisidir. Gövdəsi açılmış budaqlıdır, budaqları çılpaq, nazik, yaşıl rəngdədir, iti bucaq altında yuxarı yönəlmişdir. Aşağıdakı tikanları 1-2 sm uzunluqda bərk, digərləri yumşaq elastik, yayın sonlarında bir qədər bərkiyir və 2-3 sm çatır. Yarpaqlarının uzunluğu 5–28 mm, eni 1–8 mm, uzunsov lansetvari və ya oval formalıdır. Çiçəkləri, 3-8 sayda olmaqla, tikanların üstündə açılır, tacı çəhrayıdır. Paxlası çılpaq, əyri və ya düzdür, hərəsində 1-10 toxum vardır. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Adi dəvətikanı kserofil coğrafi tipinin önasiya sinfinin kiçik asiya qrupuna aiddir.
İssopyarpaq dəvəotu
İssopyarpaq dəvəotu (lat. Corispermum hyssopifolium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin dəvəotu cinsinə aid bitki növü.
Əhməd xan Dəvəli-Qacar
Əhməd xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar (1852-1911)—Qacarlar dövlətinin ictimai-siyasi xadimi, diplomat. == Həyatı == Məhəmmədrəhim xanın üçüncü оğlu Əhməd xan 1852-ci ildə Tehran şəhərində dünyaya gəlmişdi. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Sоnra məktəbdə оxumuşdu. Təhsilini univеrsitеtdə davam еtdirmişdi. Atasının vəfatından sоnra Əlaüddövlə ləqəbini daşımışdı. Əhməd xan 1881-ci ildə şahın xas qvardiyasının, "Məhdiyyə" adlı qızılkəmər atlılarının rəisi idi. Əhməd xan 1895-ci ildə Xəmsə, 1896-cı ildə Ərəbistan əyalətlərinə vali təyin еdilmişdi. Əhməd xan Ərəbistanda vali оlarkən Şüştər və Dizful bölgələrində fəaliyyət göstərən Hеydəri və Nеməti təriqətlərinin çıxışlarını zоrla yatırmışdı. Bu оlay Tehran ruhanilərinin fitnəsi ilə həyata kеçirilmişdi.
Dəvədaşı (Ağdərə)
Dəvədaşı (əvvəlki adı: Poqosoqomer) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Poqosaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Poqosoqomer kəndi Dəvədaşı kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəvədaşı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəvədaşı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsini qonşu Dovşanlı kəndindən çıxmış ailələr Dəvədaşı adlı yerdə salmışlar. Kəndə ermənilər tərəfindən Poqosoqomer (erm. "Poqosun tövlələri, pəyələri") adı verilmişdir. 1992-ci ildən kəndin keçmış adı bərpa edilmişdir.
Dəvəquşu alqoritmi
Dəvəquşu alqoritmi — informatikada (kompüter elmində) çox nadir ola biləcəyi üçün potensial problemləri görməzlikdən gəlmək strategiyası. Adını "başını quma soxmaq və heç bir problem olmadığını iddia etmək" mənası verən dəvəquşu effektindən almışdır. Problemin qarşısını almaqdansa, onun baş verməsinə imkan vermək daha sərfəli olduqda istifadə olunur. == Ölü kilidlənmə zamanı istifadə == Bu yanaşma, çox nadir olduğu və aşkarlanması və ya qarşısının alınması xərclərinin yüksək olduğu güman edildiyi halda, paralel proqramlaşdırmada ölü kilidlənmələrin aradan qaldırılmasında istifadə edilə bilər. Əgər dəstdəki hər bir proses digər prosesin hərəkətə keçməsini gözləyirsə, proseslər dəsti kilidlənir. Dəvəquşu alqoritmi heç bir problem olmadığını iddia edir və ölü kilidlənmələr çox nadir hallarda baş verərsə və onların qarşısının alınmasının dəyəri yüksək olarsa, o zaman istifadə edilməsi məqsədəuyğundur. UNIX və Windows əməliyyat sistemləri bu yanaşmadan istifadə edirlər. Dəvəquşu alqoritmindən istifadə kilidlənmə ilə mübarizə üsullarından biri olsa da, dinamik qaçınma, bankerin alqoritmi, aşkarlama və bərpa və qarşısının alınması kimi digər effektiv üsullar da mövcuddur.

dəvə sözünün leksik mənası və izahı

  • 1 is. Səhralarda və quru çöllərdə istifadə olunan, bir və ya ikihürgüclu, çox dözümlü iri yük heyvanı. Birhürgüclü dəvə. Dəvə balası. – Dəvədən böyük fil var. (Ata. sözü). Karvanda bir dəvə, bir də eşşək; Arıq düşmüş idi mənim yabım tək. Q.Zakir. [Qartal:] Bizansa gedən dəvə karvanları hələ qayıtmamışdır… M.Hüseyn. ◊ Dəvə oynayanda qar yağar – öz yaşına, mövqeyinə, vəziyyətinə münasib olmayan hərəkət edən adam haqqında. Dəvənin boynu kimi (düz) – düz olmayan şey haqqında. Dəvəsi ölmüş ərəb – başı çox bəlalar çəkdiyi, hər cür məhrumiyyətlərə məruz qaldığı üçün hər şeyə laqeyd baxan adam haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / dəvə

dəvə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 DƏVƏ Ağır çuval yüklənmiş dəvələr qatarla düzülüb, səbirli addımlarla gəlirdi (M.Hüseyn); NƏR (erkək dəvə) [Ortancıl qız:] Yaxşı addı... nər, yeni dəvə, nərbala, yəni dəvə balası (“Ağ atlı oğlan” nağılı); ARVANA (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dəvə

dəvə sözünün rus dilinə tərcüməsi

  • 1 1. верблюд; 2. верблюжий;

    Azərbaycanca-rusca lüğət / dəvə
  • 2 I сущ. верблюд, верблюдица. Dəvə karvanları караваны верблюдов, birhürgüclü dəvə одногорбый верблюд (дромедар), ikihürgüclü dəvə двугорбый верблюд (бактриан) II прил. верблюжий. Dəvə güvəni верблюжий горб, dəvə yunu верблюжья шерсть, dəvə mahudu верблюжье сукно, dəvə südü верблюжье молоко, dəvə yükü верблюжий вьюк; dəvə balası верблюжонок, dəvə əti верблюжина, верблюжатина ◊ dəvənin qanadı olsaydı, uçurmamış dam qoymazdı хорошо, что верблюд не летает; dəvəni toya çağırdılar: ya suya, ya da oduna верблюда пригласили на свадьбу: возить дрова или воду (о том, кому дают всякие поручения, но труд его не оплачивают); dəvədən böyük fil var есть люди (инстанции) повыше, посильнее; dəvə gördünmü? – izini də görmədim знать не знаю; и слыхом не слыхал и видом не видал; dəvə nalbəndə baxan kimi (baxmaq) смотреть как баран на новые ворота; dəvəsi ölmüş ərəbəm я человек хожалый, куда хошь пожалуй; dəvəni çömçə ilə sulamaq как (что) слону дробина; dəvənin quyruğu yerə dəyəndə когда рак на горе свистнет, когда хвост верблюда коснётся земли (т. е. никогда); dəvə kimi kinli мстительный, злопамятный; dəvə kini saxlamaq быть злопамятным, мстительным; boyu var dəvəcə, ağlı yoxdur zərrəcə велик телом, да мал разумом; gözü qızmış dəvə kimi точно взбесившийся верблюд

    Azərbaycanca-rusca lüğət / dəvə

dəvə sözünün inglis dilinə tərcüməsi

dəvə sözünün fransız dilinə tərcüməsi

  • 1 is. chameau m, dromadaire m, chamelle f ; birhürgüclü ~ chameau à une bosse ; ikihürgüclü ~ chameau à deux bosses ~ karvanı caravane f de chameaux ; ~ balası chamelon m

    Azərbaycanca-fransızca lüğət / dəvə

dəvə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. лавар, деве; ikihürgüclü dəvə кьве мандав алай лавар; // лавардин, деведин (мес. йис, нек); // лаваррин, девейрин (мес. карван); ** dəvə oynayanda qar yağar деве кьуьлуьник экечӀайла жив къвада (вичин гьалдив такьур, яшдиз кутуг тавур гьерекат ийидай касдикай рахадамаз); dəvənin boynu kimi (düz) деведин гардан хьиз (дуьз) (дуьз тушир затӀуникай рахадамаз); dəvəsi ölmüş ərəb деве кьейи араб (кьилел гзаф мусибатар атанвайвиляй гьар са куьнив къайиз эгечӀдай касдин гьакъинда).

    Azərbaycanca-ləzgicə lüğəti / dəvə

dəvə sözünün türk dilinə tərcüməsi

"dəvə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəvə nədir? #dəvə sözünün mənası #dəvə nə deməkdir? #dəvə sözünün izahı #dəvə sözünün yazılışı #dəvə necə yazılır? #dəvə sözünün düzgün yazılışı #dəvə leksik mənası #dəvə sözünün sinonimi #dəvə sözünün yaxın mənalı sözlər #dəvə sözünün əks mənası #dəvə sözünün etimologiyası #dəvə sözünün orfoqrafiyası #dəvə rusca #dəvə inglisça #dəvə fransızca #dəvə sözünün istifadəsi #sözlük