dəyə sözü azərbaycan dilində

dəyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəyə • 98.1595%
  • Dəyə • 1.5337%
  • DƏYƏ • 0.3067%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəyə
Dəyə — qarğıdan və digər materiallardan düzəldilmiş komacıq, alaçıq və ya qazma. Üstüörtlü, yanları açıq olan tikililər müasir dövrdə Azərbaycanın baramaçılıqla məşğul olan əhalisinin kənd yerlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikililərinidə (kümxanaları) dəyə adlandırırlar.
Amortizasiya dəyəri
Amortizasiya dəyəri - əsas vəsaitlərin ilkin dəyəri ilə ləğv olunma dəyəri arasındakı fərqlə müəyyən olunur.
Annuitet məbləğinin gələcək dəyəri
Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir. Yəni annuitet ödəniş zamanı sız qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ (kredit+ ona görə faiz) ödəyirsiniz. Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Məsələn:Bankın 22% ilə 12 ay müddətində verilmiş 2000 manat dəyərində kreditin aylıq ödənişi 187.79 manatdır.Bu nümunədə aylıq ödəniləcək məbləğ annuitet məbləğini göstərir. Annuitet ödəmənin düsturu: 1. Hər ay annuitet ödəmə: A = K ⋅ S {\displaystyle A=K\cdot S} , burada: A – aylıq annuitet ödəmə, K – annuitet əmsalı, S – kreditin məbləğidir. 2. Annuitet əmsalı: K = i ⋅ ( 1 + i ) n ( 1 + i ) n − 1 {\displaystyle K={i\cdot (1+i)^{n} \over (1+i)^{n}-1}} burada: K – annuitet əmsalı, i – kredit üzrə aylıq faiz dərəcəsidir (=illik dərəcə/12 aya), n – kreditin ödənilməsi müddətində dövrlərin miqdarı.Annuitetin 2 növü var: Müəyyən annuitet və qeyri-müəyyən annuitet Müəyyən annuitet- Müəyyən annuitetlərdə ödənişlər müəyyən bir zaman müddəti ərzində başlayır və müəyyən bir tarixdə bitir. Məsələn, kreditlərin ödənişlərinin başlama və bitmə tarixi bəllidir. Qeyri-müəyyən annuitet - qəza sığortası,təqaüd aylığı kimi ödənişlərdə isə, ödənişlərin başlama ya da bitmə tarixi naməlum olduğu üçün bu cür annuitetlərə deyilir.
Asiya dəyərləri
Asiya dəyərləri – 1990-cı illərdə Cənub-Şərqi və Şərqi Asiya xalqları üçün ümumi olan cəmiyyət, mədəniyyət və tarix elementlərini müəyyən edən siyasi ideologiya idi. İnsanları iqtisadi və sosial rifahı üçün birləşdirmək üçün ümumi cəhətlərdən, məsələn, kollektivizm prinsipindən istifadə etmək nəzərdə tutulurdu. Bu, ümumbəşəri insan hüquqlarının Avropa idealları ilə ziddiyyət təşkil edirdi. Bu konsepsiya Mahathir Məhəmməd (Malayziyanın Baş Naziri, 1981–2003, 2018–2020) və Li Kuan Yu (Sinqapur Baş Naziri, 1959–1990) və digər Asiya liderləri tərəfindən müdafiə edilmişdir. Bundan tez-tez qeyri-demokratik liderlər tərəfindən siyasi opponentlərə qarşı təzyiqlərə haqq qazandırmaq üçün istifadə edilmişdir, bu, "insan hüquqları Asiya dəyərlərinin bir hissəsi deyil"səbəbi ilə insan hüquqlarının pozulması kimi təsvir edilmişdir. Konsepsiyanın populyarlığı 1997-ci il Asiya maliyyə böhranından sonra, Asiyanın böhranla mübarizə aparmaq üçün ardıcıl regional institusional mexanizmə malik olmadığı aşkar edildikdən sonra azaldı. == Tarixi == Tarixən ortaq bir "Asiya" kimliyi olmamışdır və vahid coğrafi regional kimlik anlayışı 20-ci əsrdə məşhur olduğu dövrdə, şübhəsiz ki, Asiya ilə məhdudlaşmırdı. Asiya dəyərləri Çin Xalq Respublikasında, Çin Respublikasında (Komintang dövründə Tayvan), Malayziyada (Mahathir Məhəmməd dövründə), Sinqapurda (Li Kuan Yunun rəhbərliyi altında), İndoneziyada, Cənubi Koreyada və Yaponiyada (bəlkə də İkinci Dünya Müharibəsindən əvvəlki dövr) Qərbdə Asiya dəyərlərinin öyrənilməsi Asiyanı başa düşmək və regionla daha yaxın əlaqələr qurmaq üçün bir yol kimi qəbul edilirdi. Onun Malayziya və Sinqapurdakı tərəfdarları iddia edirlər ki, bu konsepsiya İslam, Konfutsiçilik və Hinduizmi uzlaşdırmağa kömək edir və Qərb fəlsəfəsindən fərqli olaraq birləşdiricidir. bir millətin taleyini iqtisadiyyatı və ya siyasəti ilə deyil, mədəniyyəti ilə müəyyən edəcəyini müdafiə etdi.
Avropa dəyərləri
Avropa dəyərləri – avropalıların ortaq olduğu deyilən, milli və ya dövlət kimliyini aşan norma və dəyərlər. Bu doktrina Avropaya inteqrasiyanın təşviqinə kömək etməklə yanaşı, eyni zamanda Avropa siyasətini, iqtisadiyyatını və cəmiyyətini ümumi şəxsiyyəti əks etdirən təhlillər üçün əsas verir; çox vaxt insan hüquqları, liberal demokratiya və qanunun aliliyi dəyəri ilə əlaqələndirilir. == Haqqinda == "Avropa dəyərləri" ifadəsi 1980-ci illərdə Avropaya inteqrasiya layihəsi və Avropa İttifaqının gələcək formalaşması kontekstində siyasi neologizm kimi yaranmışdır. İfadə 1981-ci ildə başlanmış və Avropa əhalisinin "əsas insan dəyərləri"nə baxışını sənədləşdirməyə yönəlmiş uzunmüddətli tədqiqat proqramı olan Avropa Dəyərləri Araşdırması tərəfindən populyarlaşdı. Layihə Jan Kerkhofs və Ruud de Moorun (Tilburq Katolik Universiteti) təşəbbüsü ilə "Avropada dəyərlər və sosial dəyişikliklər" mövzusunda işçi qrupundan doğulub. Avropa xalqlarının getdikcə daha çox milli dəyərləri əvəz edən unikal siyasi, iqtisadi və sosial norma və dəyərlər toplusuna malik olması iddiası McCormick (2010) tərəfindən "Avropaçılıq" adlandırılmışdır. "Avropa dəyərləri" beynəlxalq münasibətlərdə qeyri-Avropa dəyərləri ilə, xüsusən Şərq-Qərb dilemmasında, o cümlədən Şərqin kollektivist meyllərindən fərqli olaraq fərdilik və insan hüquqları ideyası ilə müqayisə edildi. Bununla belə, "qaranlıq" tərəflərin beynəlxalq münasibətlərdə daha sülhsevər nəticələrə gətirib çıxarmadığını bildirən "Avropa dəyərləri" də tənqidi şəkildə qiymətləndirilmişdir. "Avropa dəyərləri"nin Avropaya inteqrasiya ilə əlaqələndirilməsi, ardınca Avropa İttifaqı Soyuq Müharibədən sonra Aİ-nin şərqə doğru genişlənməsi ilə gündəmə gəldi. Lissabon Müqaviləsi (2007) 2-ci Maddəsi "qadınlar və kişilər arasında plüralizm, ayrı-seçkiliyin olmaması, tolerantlıq, ədalət, həmrəylik və bərabərliyin hökm sürdüyü cəmiyyət" və "insan ləyaqətinə, azadlığa, demokratiyaya, bərabərliyə, qaydalara hörmətə" çağırır.
Balans dəyəri
Bill Rassell NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı
Bill Rassell NBA Finalları ən dəyərli oyunçu mükafatı - (əsasən NBA qaliblərinin ən dəyərli oyunçu mükafatı) 1969-cu ildən NBA qaliblərinə təqdim olunur. Bu mükafatın verilməsində 11 nəfər iştirak edir və ən çox səsə malik olan şəxs bu mükafatı qazanır. Bu mükafat ilk olaraq 2005-ci ildə Bill Russellin xatirəsinə həsr olunaraq yeni formatda verilmişdir. Kunokun yeni formatı Larry O'Brien kubokuna bənzər bir qızıl basketbol formalı qara bir kubokdur.Bu dövrdə bu mükafat 30 yaxın müxtəlif oyunçuya təqdim olunub. Maykl Cordan 6 dəfə bu mükafata layiq görülüb. Onunla yanaşı Mecik Conson, Şakil O'Nil, Tim Dunkan və LeBron James də öz karyeraları dövründə 3 dəfə mükafata layiq görülüblər. Cordan və O'Nil bu mükafatı ardıcıl olaraq 3 dəfə sezon oyunlarında alıb. Jonson bu mükafata layiq görülən ən gən oyunçudur. Belə ki, 0 20 yaşında ilk dəfə bu mükafatı almışdır. Cerri Vest NBA qaliblərinin ilk mükafatçısıdır ki, onun oynadığı komanda uduzsa belə, o bu mükafata səs vermə zamanı layiq görülmüş yeganə oyunçudur.
Böyük dəyənək siyasəti
Böyük dəyənək siyasəti — Ruzvelt hökumətinin Latın Amerikasındakı kursu. == Böyük dəyənək siyasətinin məqsədi == Böyük dəyənək siyasətinin 2 məqsədi var idi: Amerika qitəsini Avropanın inkşaf etmiş ölkələrinin üzünə bağlamaq Latın Amerikasının ABŞ-nin maraq dairəsinə daxil olmasını təmin etmək.Ruzvelt Monro doktrinasına yeni məzmun verməklə göstərirdi ki, ABŞda da qaydasızlıq, istehsal böhranları xroniki hal alıb, bu isə sivilizasiyanın mövcudluğu üçün təhlükə yaradır. Ruzveltin bu siyasi kursunda Panama kanalının çəkilməsi və Venesuela təcrübəsi mühüm rol oynadı. Məlum olduğu kimi, hələ 16-cı əsrdən etibarən 2 Amerika arasında su yolunun çəkilməsi məsələsi çox ciddi problemə çevrilmişd Lakin, yalnız 1903-cü ilin 18 oktyabrda Panama kanalının çəkilməsinə start verildi. 1902-ci ildə isə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü. Teodor Ruzveltin "Böyük dəyənək" siyasətinin praktiki olaraq reallaşması ABŞ-Kuba münasibətləri ilə bağlı idi. ABŞ Panama kanalı ilə yanaşı Kubanı da ələ keçirmək istəyirdi. 1901-ci ilin fevralında Kubada konstitusiya layihəsi hazırlandı və ABŞ konqresi ona "Platda düzəlişi" etdi. Bu düzəlişə əsasən Kubanın suverenliyi məhdudlaşdırılır və ABŞ Kubaya müdaxilə hüququ əldə edirdi. İspan zülmündən təzəcə qurtulmuş Kubada ABŞ-in kapital qoyuluşu 30 milyarddan 200 milyard dollaradək artdı.
Dollar dəyərinin ortalaması
Dəyənək
Dəyənək — hüquq-mühafizə orqanlarının cinayətkarlara və hüquq pozucularına qarşı istifadə etdiyi vasitə. Müxtəlif dövrlərdə orqan əməkdaşları bu vasitənin taxta və plastik maddələrdən düzəldilmiş növlərindən istifadə ediblər. Hal-hazırda isə dünya ölkələrindən əsasən bəlkidilmiş rezin maddədən olan növü daha çox yayılıb. Bir çox inkişaf etmiş ölkələrin qanunlarında bu vasitənin, uşaqlara, hamilə qadınlara, yaşlılara, fiziki əlilliyi olan insanlara istifadəsi qadağan edilmişdir. Lazım gəldikdə istifadə olunan bu vasitədən bədənin boyun və baş hissəsinə vurulmağı qəti-qadağan olunur.
Dəyənək müharibəsi
Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi.Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir. Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dəyənək müharibəsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Dəyəqarabulaq
Dəyəqarabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dəyəqarabulaq oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatına görə, kəndi XVIII əsrin axırlarında yaxınlıqdakı keçmiş Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən ayrılmış ailələr yurd yerində saldığına görə belə adlandırılmışdır. Dəyə sözü "koma, daxma, yaylaq və ya qışlaqda müvəqqəti yaşayış evi" mənasında olub, kəndi r-nun ərazisindəki Qarabulaq adlı başqa bir kənddən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1167 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəyəqarabulaq bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəyər
Dəyər — Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət. Qiymətləndirmə – ifadə şəklində verilmiş qiymətlərin müəyyən olunmasının proqram yolu ilə yerinə yetirilməsi və ya proqram deyimi ilə verilən əməllər. Kompilyasiya və ya çalışma mərhələsində baş verir. Məsələn, proqram mürəkkəb ifadəni bərabərlik şəklində qiymətləndirə və sonra bu nəticəni müəyyən dəyişənə mənimsədə bilər. Eləcə də altproqramı çağıran deyimin qiymətini hesablaya və sonra qiymətləndirmənin nəticəsindən asılı olaraq idarəetməni altproqrama verə bilər. == Riskə məruz dəyər == Riskə məruz dəyər, riskin ölçmə üsulu. Bütün dünya ədəbiyyatlarında riskə məruz dəyər "Value at Risk(VaR)" kimi qəbul edilir. Riskə məruz dəyər (RMD) modeli maliyyə institutları tərəfindən bazar riskini hesablamaq üçün geniş şəkildə istifadə olunur. RMD müəyyənləşdirilmiş çərçivədə verilmiş ehtimalla portfelin dəyərinin maksimal itkisini hesablayan modeldir. Riskə məruz dəyər üç parametrlə xarakterizə olunur.
Dəyər (fəlsəfə)
Dəyər bu və ya digər predmetin xassəsi, insanların arzu və tələbatlarının ödənilməsidir. İnsanın dəyərlər sisteminə xeyir və şər, xoşbəxtlik və bədbəxtlik, həyatın məqsədi və mənası haqqındakı təsəvvürləri də daxil ola bilər. Məsələn, “həyat” insanın başlıca dəyəridir. İnsanın dünyaya və özünə münasibəti sayəsində müəyyən dəyərlər ierarxiyası formalaşır ki, onun da zirvəsində bu və ya digər ictimai idealarda əks olunan mütləq dəyərlər durur. Insanın digər insanlarla münasibəti sabit, təkrar-təkrar qiymətləndirilməsi sosial, əxlaqi, dini, hüquqi və.s normalara çevrilir. Həmin normalar isə ayrı-ayrı fərdlərlə yanaşı, bütövlükdə cəmiyyətin gündəlik həyatını nizamlayır.
Dəyər (iqtisadiyyat)
Dəyər — konsepsiyası bir neçə fərqli tərifə malik olan iqtisadi fenomen. İqtisadi nəzəriyyədə sahiblər arasında malların könüllü mübadiləsində kəmiyyət münasibətlərinin əsası dəyərdir. Fərqli iqtisadi məktəblər dəyərin təbiətini müxtəlif yollarla izah edirlər: sosial vaxt baxımından zəruri olan iş vaxtı xərcləri, tələb və təklif tarazlığı, istehsal xərcləri, marjinal fayda və s. Mühasibat və statistika xərcləri, bir obyektin alınması və ya istehsalı üçün pulla ifadə olunan xərclərin məbləğidir.Gündəlik danışıqdakı dəyər bir məhsulun qiyməti ("kibrit nə qədərdir?"), satınalma xərcləri ("mənə 1000 manata başa gəldi."). Dəyər, xərc şərtlərinə yaxındır. == Dəyər nəzəriyyələri == Dəyər anlayışı əsas iqtisadi kateqoriyadır. Adam Smit və David Rikardo kimi klassik iqtisadçılar ayrıca mübadilə dəyərini (malların başqaları ilə mübadilə etmə qabiliyyəti) və istifadə dəyərini (faydalılıq, məhsulun istənilən tələbatı ödəmək qabiliyyəti) ayrı-ayrılıqda nəzərdən keçirirdilər. Onların hazırladığı dəyər əmək nəzəriyyəsinin əsas elementləri mübadilə dəyərinin mahiyyətini təhlil etməyə yönəldilmişdir. Bu nəzəriyyə Karl Marksın iqtisadi əsərlərində ən tam formanı aldı. Avstriya iqtisadiyyat məktəbinin tərəfdarları dəyərin əmək xarakterini inkar edirlər.
Geriyə Baxmağa Dəyər (1985)
== Məzmun == Portret-oçerk Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Şərif Şərifov Səs operatoru: Vladimir Savin Məsləhətçi: Yaşar Qarayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Geriyə baxmağa dəyər... (film, 1985)
== Məzmun == Portret-oçerk Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Şərif Şərifov Səs operatoru: Vladimir Savin Məsləhətçi: Yaşar Qarayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Geriyə baxmağa dəyər (film, 1985)
== Məzmun == Portret-oçerk Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Şərif Şərifov Səs operatoru: Vladimir Savin Məsləhətçi: Yaşar Qarayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Guma (çox dəyərli)
Guma müraciət edə bilər:
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (film, 2014)
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (ing. Sin City: A Dame to Kill For) — 2014-cü il ABŞ istehsalı döyüş, cinayət, antologiya filmi. Rejissoru Robert Rodriges və Frenk Millerdir. Film 2005-ci ildə çəkilmiş "Günahlar şəhəri" filminin davamıdır. == Süjet == Film dörd hissədən ibarətdir: "O qadına görə öldürməyə dəyər", "Sadəcə başqa bir şənbə gecəsi", "Uzun dəhşətli gecə" və "Nensinin sonuncu rəqsi". Filmin əsas personajları: Nensi Kallahan (Cessika Alba), Marv (Mikki Rurk), Hartiqan (Brüs Uillis), Eva Lord (Yeva Qrin). == Kastinq == Menyut rolunda 2012-ci ildə vəfat etmiş Maykl Klark Dunkanı Dennis Heysbert əvəz etdi.
Kapitalın orta çəkili dəyəri
Kapitalın orta çəkili dəyəri və ya maliyyəti (ing. weighted average cost of capital-WACC) — müəssisənin əldə etdiyi kapitalın qarşılığında səhmdarlara və kreditorlara ödənməsi gözlənilən orta xərclərdir.[1] Başqa sözlə müəssisənin maliyyələşmə mənbələrinə çəkiləcək orta xərcləri göstərir. == Hesablanması == Şirkətlər bir çox qaynaqlardan maliyyələşə bilirlər: adi və imtiyazlı səhmlər, birbaşa borclar, dövlət yardımları(məsələn subsidiya) vb. Kapitalın orta çəkili dəyəri də bu maliyyəşmə mənbələrinin kapitalın tərkibindəki nisbi çəkisini nəzərə alınaraq hesablanır. Düsturu isə aşağıdakı şəkildədir: k a = k e ∗ W e + ( 1 − V ) ∗ k d ∗ W d {\displaystyle k_{a}=k_{e}*W_{e}+(1-V)*k_{d}*W_{d}} ke — adi səhmin gəlirliliyi We — adi səhmin kapitalın tərkibindəki çəkisi V — vergi dərəcəsi kd — borcun dəyəri (xərci) Wd — borcun kapitalın tərkibindəki çəkisi Burada k e ∗ W e {\displaystyle k_{e}*W_{e}} nizamnamı kapitalının orta xərcini göstərir. == Məqsədi == KOÇD sayəsində müəssisə gəlirlərinin hansı hissəsinin səhmdarlara və kreditorlara ödənəcəyini müəyyən edəbilir. Bu əmsalın köməkliyi ilə müəssisə planlaşdırılan investisiya layihəsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirir. Yəni investisiyanın gəlirliliyi KOÇD əmsalından böyük olmalıdır ki, müəssisə investisiya layihəsini reallaşdırsın. == Həmçinin bax == Xalis cari dəyər Geri ödəmə müddəti metodu == Mənbə == PROJE ANALİZİ VE DEĞERLENDİRME. Anadolu universiteti.
Maya dəyəri
Maya dəyəri — müəssisənin istehsalat-təsərrüfat fəaliyyətini hərtərəfli əks etdirən və işinin səmərəliliyini xarakterizə edən ümumi göstəricidir. Maya dəyəri məhsulun hazırlanması və satışına müəssisə və birliklərin cari xərclərinin (pul ifadəsində) cəmini göstərir. Bu xərclər xammala, əsas və köməkçi materiallara, yanacaq və enerjiyə sərf olunan xərcləri, əmək haqqını, məhsulların hazırlanması prosesində əsas fondlardan istifadə olunması ilə bağlı və b. xərcləri (o cümlədən hazırlanmış əmtəə məhsulların stansiyaya göndərilməsi və nəqliyyat vasitələrinə yüklənməsi) özündə cəmləşdirir. Sənaye müəssisələrinin işində məhsulların maya dəyəri əsas keyfiyyət göstəricilərindən biridir. Məhsullarının istehsalı, əməyin məhsuldarlığının yüksəldilməsi, dövriyyənin sürətləndirilməsi, əməyin təşkilinin və istehsalının yaxşılaşdırılması və planın artıqlaması ilə yerinə yetirilməsi — bütün bunlar son nəticədə, istehsal olunan məhsulların maya dəyərinə təsir göstərir. Odur ki, məhsulun maya dəyəri göstəricisinə görə sənaye müəssisəsinin fəaliyyətinin keyfiyətini qiymətləndirmək olar. Maya dəyəri qiymətin əsas tərkib hissələrindən biridir və ona görə də maya dəyərinin aşağı salınması sistematik olaraq sənaye məhsullarının və xalq tələbatı mallarının qiymətlərinin aşağı düşməsinə səbəb olur. Maya dəyərinin və qiymətlərin aşağı salınması əhalinin alıcılıq qabiliyyətinin genişlənməsinə imkan yaradır, beləliklə, həmin məhsullara olan tələbatın, onların satış həcminin artmasına təsir edir və son nəticədə sənayenin inkişafı üçün baza yaradır.
Milyardın dəyəri, Timsah xətti (roman)
Milyardın dəyəri, Timsah xətti — Çingiz Abdullayev tərəfindən yazılmış roman. 2013-cü ildə Qanun nəşriyyatında nəşr edilib. == Məzmun == DTK-nın xüsusi qruplarınm öz qanunları,öz tapşırıqları olur. Hərdən bəzi xüsusiəməliyyatların aparılmasmdan sonra bu qrupların əməkdaşları özləri arzuolunmaz şahidlərə çevrilir və aradan götürülməli olurlar. Amma yüksək səviyyəli peşəkarları aradan götürmək o qədər də asan deyil. Onlar həmişə qeyri-bərabər mübarizəyə hazır olur və təslim olmurlar.
Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954)
"Milyon funt sterlinq dəyərində bank bileti" (ing. The Million Pound Note) — rejissor Ronald Nimin filmi. == Məzmun == 1903-cü ildə amerikalı Henri Adams bədbəxt vəziyyətdə Britaniyaya gəlib çıxır. Cibində qara qəpiyi belə olmayan bu adam təsadüfən Monpelye qardaşları ilə tanış olur. Qardaşlar ona bir zərfdə pul verirlər. Zərfdən 1 milyon funt-sterlinq dəyərində bank bileti çıxır. Bu biletin onda olmasının sayəsində Henri Londonun yüksək təbəqəli adamlarının əhatəsinə düşür...

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.04 dəfə / 1 mln.
2002 6.85
2003 1.97
2004 1.35
2005 0.67
2006 0.68
2007 0.21
2008 0.97
2009 0.96
2010 1.27
2011 0.86
2012 0.60
2013 0.88
2014 1.72
2015 1.53
2016 0.69
2017 0.49
2018 0.90
2019 0.28
2020 2.52

dəyə sözünün leksik mənası və izahı

  • 1 is. Qarğıdan və s.-dən düzəldilmiş komacıq; alaçıq, qazma. [Sərçələr qışda] gecələr də samanlığa, dəyələrə; daxmaların, küləş damların deşiklərinə girərək özlərini soyuqdan mühafizə edirdilər. S.S.Axundov. // Üstüörtülü, yanları açıq tikili; talvar. Üzümlər gül tökəndə, iyun ayının axırlarında yorğan-döşəyini götürüb, bağda, dəyədə yatırdı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / dəyə

dəyə sözünün etimologiyası

  • 1 Yaylaqda coma (əsli: koma), alaçıq və ya dəyə qururlar. Coma və alaçıq az fərqlənir: alaçıq comanın bir qədər mədəni formasıdır, yay fəsli üçündür. Dəyə isə qış üçündür və qazma yolu ilə düzəldilir. Güman edirəm ki, bu söz pəyə (qazmadam) kəlməsinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dəyə

dəyə sözünün sinonimləri (yaxın mənalı sözlər)

dəyə sözünün rus dilinə tərcüməsi

  • 1 1. землянка; 2. хижина;

    Azərbaycanca-rusca lüğət / dəyə
  • 2 I сущ. шалаш, шатёр (временная лёгкая постройка для жилья). Dəyə tikmək (qurmaq) раскинуть (разбить) шатёр, построить шалаш II прил. шалашный

    Azərbaycanca-rusca lüğət / dəyə

dəyə sözünün inglis dilinə tərcüməsi

dəyə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. къазма, кума (нацӀарикай ва мс. раснавай гъвечӀи усал кӀвал); 2. кьур, талвар (кьил кӀеви, къвалар ахъа чка).

    Azərbaycanca-ləzgicə lüğəti / dəyə

dəyə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağcabədi, Göyçay, İmişli, Mingəçevir, Ordubad, Ucar, Şamaxı, Şəki) 1. bax deyə (Şamaxı, Şəki). – İşdi:rux, yorulanda da gedif dəyədə otu:rux (Şəki) 2. tövlə (Ağcabədi, Göyçay, İmişli, Mingəçevir, Ordubad, Ucar). – Mallarımız qışda dəyədə yatır (Ucar) Dəyə pulu (Qazax) – keçmişdə köçərilərin dağda odun yandırmaq üçün ödədikləri vergi, odun vergisi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dəyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəyə nədir? #dəyə sözünün mənası #dəyə nə deməkdir? #dəyə sözünün izahı #dəyə sözünün yazılışı #dəyə necə yazılır? #dəyə sözünün düzgün yazılışı #dəyə leksik mənası #dəyə sözünün sinonimi #dəyə sözünün yaxın mənalı sözlər #dəyə sözünün əks mənası #dəyə sözünün etimologiyası #dəyə sözünün orfoqrafiyası #dəyə rusca #dəyə inglisça #dəyə fransızca #dəyə sözünün istifadəsi #sözlük